* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. 1. Tük qırxmaq üçün iti bıçaq. Dəllək kisəbəndindən enli ülgücünü çıxarıb qırxırdı. Çəmənzəminli. [Almurad] ülgüclə qırxılmış başının tərini sildi. İ.Əfəndiyev. 2. xüs. Müxtəlif alətlərin kəsici tərəfi, bıçağı. Ülgücün şaquli bıçağı cərgəyə tərəf 5-8° meyilli olmalıdır. “Pambıqçılıq”.
Azərbaycan dilinin izahlı lüğəti / ülgüc2 is. [ingilis filosofu Uliyam Okkamın (1285-1349) adından] iqt. □ Okkama ülgücü – metodoloji prinsip: qənətcillik prinsipi, zərurətdən artıq ədədi mahiyyətləri artırmamaq, iqtisadi model quruculuğunda daha az istisnalara yol verilməsi, empirik və təcrübü göstəricilərlə uzlaşdıqda daha mürəkkəbə nisbətdə sadə nəzəriyyəyə üstünlük vermə prinsipi.
Yeni sözlər və yeni mənalar lüğəti / ülgüc1 Mənbələrdə yolğuc kimi qeydə alınıb. Yolmaq kəlməsi ilə bağlıdır (ehtimal ki, yon və yol eyni söz olub). Yuli (брить), yoluq (бритый) sözlərimiz də olub. Yolğuc sözü ülgüc şəklində tam formalaşdıqdan sonra birinci kəlmə (yolğuc) mənasını dəyişmiş və шипцы anlamında işlədilməyə başlamışdır. “Yoluğun biridir” deyirik. Buradakı yoluq kəlməsi elə “qırxılmış” (lüt) deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / ülgüc2 сущ. 1. бритва: 1) острый стальной нож для бритья волос. Ülgücün tiyəsi лезвие бритвы, iti ülgüc острая бритва, küt ülgüc тупая бритва, ülgücü itiləmək править бритву 2) инструмент, прибор для бритья. Elektrik ülgücü электрическая бритва, təhlükəsiz ülgüc безопасная бритва 2. лезвие, тонкая стальная пластинка с двумя заострёнными краями для безопасной бритвы; ülgüc kimi (iti) (острый) как бритва
Azərbaycanca-rusca lüğət / ülgüc1 сущ. 1. уьлгуьч (ччуруяр ттвадай хци чукӀул); 2. хуьс. жуьреба-жуьре алатрин атӀудай пай, чукӀул.
Azərbaycanca-ləzgicə lüğəti / ülgüc(Şamaxı) hürgüc. – Bı dəvənin ülgüci bi dənədi
Azərbaycan dilinin dialektoloji lüğəti.