tutqun sözü azərbaycan dilində

tutqun

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • tutqun • 93.9860%
  • Tutqun • 5.3147%
  • TUTQUN • 0.6993%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Tutqun ayıca
Qara ayıca (lat. Axiopoena maura) — buğumayaqlılar tipinin pulcuqqanadlılar dəstəsinin ayıcalar fəsiləsinə aid olan növ. == Görünüşü == Qanadları açıq halda 100–105 mm-dir. Ön qanadın uzunluğu 43–48 mm-dir. Hər iki cinsin rəngi eynidir. Ön qanadlar ipək parıltılı, qara rənglidir. Arxa qanadların əsası kərpici-qırmızı, kənarı isə bozumtul-qaradır. Bəzən ön qanadların xarici kənarında 1–2 ağ ləkə olur. Yaxalığı qırmızı, qarıncığı qonuru-qırmızı olub, ucu qaradır. == Arealı == Növə Orta Asiya, Pakistanın şimal-qərbi, Əfqanıstan, Türkmənistan, Qazaxıstan, Zaqafqaziya, Azərbaycan və Şərqi İran ərazilərində rast gəlinir.
63-ün tutqun payızı (film, 2003)
63-ün tutqun payızı qısametrajlı sənədli televiziya filmi rejissor Orman Çingizoğlu tərəfindən 2003-cü ildə çəkilmişdir. Film Lider televiziyasında istehsal edilmişdir. Film 1963-cü ildə Sumqayıtdakı anti-sovet mitinqindən bəhs edir. == Məzmun == Film 1963-cü ildə Sumqayıtdakı anti-sovet mitinqindən bəhs edir. 1963-cü il noyabrın 7-də Oktyabr inqilabının növbəti ildönümünə həsr edilmiş nümayiş zamanı Boru Prokat Zavodunun bir qrup fəhləsi əsas dəstədən ayrılaraq şəhər rəhbərliyinin dayandığı tribunaya sarı getmiş, mədəniyyət evinin fasadından Nikita Xruşşovun böyük portretini qopararaq ayaqlar altına atmışdılar. 600-800 nəfərə qədər adam 3 gün ərzində Sumqayıtı bir-birinə qatmışdı. Xruşşov dövrünün son iri kütləvi qarşıdurması kimi dəyərləndirilən Sumqayıt hadisələri kütləvi psixologiyada baş verən incə transformasiyaları anlamaqda əyani nümunədir.
Tutqunçay
Tutquçay — Kəlbəcər rayonu ərazisində çay. == Ümumi məlumat == Tutquçay Tərtər çayının sağ qoludur. Bəzən səhvən Tutqunçay da adlanır. Tipik dağ çayı olub, dar dərələrdən axır. Sahil qayalarının kölgəsi dar dərələrdən axan çayın rəngini tutqunlaşdırdığından ona belə ad verilmişdir.

tutqun sözünün leksik mənası və izahı

  • 1 sif. 1. Batqın, batmış, batıq (səs haqqında). Mərsiyəxan … bir neçə nərə çəkib, tutqun səsi ilə çığırdı. Çəmənzəminli. Tutqun kal səsilə telefon yenə; – Dur gəl, sözüm vardır! – deyir Hüseynə. M.Rahim. 2. məc. Qəmli, kədərli, məyus, pərişan, qəmgin, qaşqabaqlı. Tutqun üz. Tutqun görünüş. – Tutqun, məhzun sima ilə sakit, şirin yatmışdır; Döşündəki az yaradan qan fəvvarə atmışdır. A.Səhhət. Cəlal dəyişmişdir, Cəlal tutqundur; Xəyalı dağınıq, fikri uçqundur. S.Vurğun. 3. Açıq olmayan, buludlu. Tutqun hava. Göyün üzü tutqundur. // məc. Kədərləndirici, cansıxıcı, darıxdırıcı. …Getdikcə hava sərtləşir, tutqun payız ruzgarı sərt bir qışa çevrilməyə başlayırdı. S.Rəhimov. Hava tutqun olan kimi Əziz də bikef idi. Ə.Vəliyev. 4. məc. Üstüörtülü, aydın olmayan, dumanlı, anlaşılmaz. Tutqun iş. – [Bəhlul:] Düşünməli, bir çox tutqun mətləbləri aydınlaşdırmalı oldum. B.Bayramov. 5. Zəif, ölgün, donuq. Yağışın arasında küçələrdə yanan elektrik işıqları tutqun bir ziya nəşr edirdi. S.Hüseyn. Çırağın tutqun işığında [Qaragünənin] iri, ətli üzündəki çopurlar daha dərin görünürdü. M.Rzaquluzadə. 6. məc. Gərgin, qızğın. İşin ən tutqun vaxtı, yorğun və əzgin bir halda hisli-paslı paltarın içində Nadir yatmaq üçün evə gəldi. B.Talıblı. 7. Açıq olmayan, tünd (rəng haqqında). [Boz Ukrayna qaramalı] əsasən boz, gümüşü, yaxud tutqun polad rəngindədir, belində uzunu ağımtıl zolaq vardır. “Qaramal”.

    Azərbaycan dilinin izahlı lüğəti / tutqun
  • 2 ру матовый en lusterless de glanzlos fr sans lustre es opaco it senza lustro

    Günəş energetikası terminləri lüğəti / tutqun

tutqun sözünün sinonimləri (yaxın mənalı sözlər)

tutqun sözünün antonimləri (əks mənalı sözlər)

  • 1 TUTQUN – GÜNƏŞLİ Hava bu gün səhərdən tutqun idi (S.Vəliyev); Hava o qədər xoş, o qədər mülayim və günəşli idi ki, dərhal bir yüngüllük hiss etdi (M.İbrahimov).

    Azərbaycan dilinin antonimlər lüğəti / tutqun

tutqun sözünün rus dilinə tərcüməsi

  • 1 1. темный, матовый, тусклый (о цвете); 2. пасмурный, ненастный; 3. мрачный, подавленный, угрюмый, хмурый;

    Azərbaycanca-rusca lüğət / tutqun
  • 2 I прил. 1. тусклый: 1) неяркий, выцветший, блёклый. Tutqun boyalar тусклые краски, tutqun rəng тусклый цвет 2) мутный, непрозрачный. Tutqun pəncərələr тусклые окна 3) неяркий, слабый (о свете, источнике света). Tutqun işıq тусклый свет, tutqun işıqlanma фото. тусклое свечение 4) серый, пасмурный. Tutqun gün тусклый день, tutqun axşam тусклый вечер, tutqun səma тусклое небо 2. матовый (покрытый матом). Tutqun şüşə матовое стекло, tutqun ləkələr матовые пятна 3. тёмный (более густой, более насыщенный по сравнению с обычным тоном или обычным цветом чего-л.). астр. Tutqun dumanlıq тёмная туманность, tutqun xətlər тёмные линии, tutqun zolaq тёмная полоса; физ. tutqun cisim тёмное тело 4. перен. мрачный, подавленный, угрюмый. Tutqun üz мрачное лицо 5. пасмурный, хмурый: 1) с облаками, закрывающими небо; сумрачный. Tutqun hava пасмурная погода, göyün üzü tutqundur небо пасмурно, tutqun payız günləri пасмурные осенние дни, tutqun səhər хмурое утро 2) перен. мрачный, невеселый. Tutqun görkəm пасмурный вид 6. мглистый (затянутый мглой). геогр. Tutqun üfüq мглистый горизонт 7. глухой (незвонкий, приглушённый, неясный – о звуках). Tutqun səslə cavab verdi ответил глухим голосом II нареч. 1. тускло. Tutqun işıq salmaq тускло освещать (светить) 2. мрачно. Tutqun görünmək мрачно выглядеть 3. пасмурно 4. смутно, неясно. Uzaq cisimləri tutqun görmək смутно видеть отдалённые предметы III предик. hava tutqundur в воздухе пасмурно (о пасмурной погоде). Bu gün hava tutqundur сегодня пасмурно (в воздухе пасмурно)

    Azərbaycanca-rusca lüğət / tutqun

tutqun sözünün inglis dilinə tərcüməsi

tutqun sözünün fransız dilinə tərcüməsi

tutqun sözünün ləzgi dilinə tərcüməsi

  • 1 прил. 1. акӀай, ифей, усай, кьур (ван); 2. циф авай, ахъа тушир, атӀугъай, гьалчӀай, рагъул (мес. гьава, цав); // пер. рикӀ сугъулардай, рикӀ чуькьуьдай, гъамлу ийидай; 3. пер. атӀугъай, гъамлу, сугъул, перишан, кус авай (мес. ччин, акунар); 4. пер. ачух тушир, къаб алай, гъавурда такьар (мес. кар, метлеб); 5. зайиф, кьейи, буьркьуь (мес. чикьинин экв); 6. пер. гужлу, къизгъин (са кардин вахт); 7. мичӀи, экуь тушир, туьнт (ранг).

    Azərbaycanca-ləzgicə lüğəti / tutqun

"tutqun" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#tutqun nədir? #tutqun sözünün mənası #tutqun nə deməkdir? #tutqun sözünün izahı #tutqun sözünün yazılışı #tutqun necə yazılır? #tutqun sözünün düzgün yazılışı #tutqun leksik mənası #tutqun sözünün sinonimi #tutqun sözünün yaxın mənalı sözlər #tutqun sözünün əks mənası #tutqun sözünün etimologiyası #tutqun sözünün orfoqrafiyası #tutqun rusca #tutqun inglisça #tutqun fransızca #tutqun sözünün istifadəsi #sözlük