tutqunluq sözü azərbaycan dilində

tutqunluq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • tutqunluq • 92.1569%
  • Tutqunluq • 5.8824%
  • TUTQUNLUQ • 1.9608%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

tutqunluq sözünün leksik mənası və izahı

  • 1 is. 1. Buludluluq, dumanlılıq; tutqun havanın, göyün vəziyyəti. Göyün üzünü qar havasına məxsus bir tutqunluq bürümüş, şiddətli küləklə qar yağırdı. S.Hüseyn. Hər tərəf yaş, duman kimi boz bir tutqunluq içində idi. Mir Cəlal. 2. Batqınlıq, batıqlıq, boğuqluq (səs haqqında). Valentinanın səsində tutqunluq, yaxud da qondarma bir gümrahlıq duyulsa idi, bəlkə də sözləri bu üç-dörd nəfərdə əks-təsir oyadar( dı). Ə.Əbülhəsən. 3. məc. Qəmlilik, kədərlilik, məyusluq, pərişanlıq, qəmginlik, pərtlik. Gülyanağın indicə gülümsədiyinə baxmayaraq, sifətindəki tutqunluq, fikir-düşüncənin əksi hələ də qalırdı. Ə.Vəliyev. Əlikram daxili narazılığını və tutqunluğunu boğub örtülü saxladı. B.Bayramov. 4. məc. Bir şeydə aydınlığın olmaması; dumanlılıq, qeyri-müəyyənlik. Çar konsulu beynəlxalq vəziyyətin tutqunluğunu hiss etdirməyə çalışırdı. M.S.Ordubadi. 5. Tutqun şeyin halı; solğunluq. İşığın tutqunluğu. Rəngin tutqunluğu.

    Azərbaycan dilinin izahlı lüğəti / tutqunluq

tutqunluq sözünün sinonimləri (yaxın mənalı sözlər)

tutqunluq sözünün antonimləri (əks mənalı sözlər)

  • 1 TUTQUNLUQ – AÇIQLIQ Bir tərəfdən Nazlının tutqunluğu, bir tərəfdən də eyvandakı istilik Bağırı təntitmişdi (İ.Məlikzadə); – Dədə, göyün sağ üzü buludlu, sol üzü açıqlıq (M.Süleymanlı).

    Azərbaycan dilinin antonimlər lüğəti / tutqunluq

tutqunluq sözünün rus dilinə tərcüməsi

  • 1 подавленность, мрачность

    Azərbaycanca-rusca lüğət / tutqunluq
  • 2 сущ. 1. тусклость. İşığın tutqunluğu тусклость света 2. матовость. Şüşənin tutqunluğu матовость стекла 3. пасмурность. Havanın tutqunluğu пасмурность погоды 4. перен. мрачность, подавленность, угрюмость, хмурость. Sifətin tutqunluğu мрачность лица, baxışın tutqunluğu мрачность взгляда; kimin tutqunluğunu hiss etmək почувствовать подавленность чью 5. перен. разг. неясность. Beynəlxalq vəziyyətin tutqunluğu неясность международного положения

    Azərbaycanca-rusca lüğət / tutqunluq

tutqunluq sözünün inglis dilinə tərcüməsi

tutqunluq sözünün fransız dilinə tərcüməsi

tutqunluq sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. 1. рагъулвал, мичӀивал, гьалчӀайвал; циф авай (рагъул, гьалчӀай) цавун (гьавадин) гьал; 2. акӀайвал, усайвал, ифейвал, бамишвал, кьурвал (ванцин); 3. пер. атӀугъайвал, гъамлувал, сугъулвал, перишанвал, пертвал; чӀурувал (мес. ччинин); 4. пер. ачух туширвал, тайин туширвал (мес. са месэладин); 5. экуь тушир затӀунин гьал; зайифвал (мес. экуьнин, рангарин).

    Azərbaycanca-ləzgicə lüğəti / tutqunluq

Oxşar sözlər

#tutqunluq nədir? #tutqunluq sözünün mənası #tutqunluq nə deməkdir? #tutqunluq sözünün izahı #tutqunluq sözünün yazılışı #tutqunluq necə yazılır? #tutqunluq sözünün düzgün yazılışı #tutqunluq leksik mənası #tutqunluq sözünün sinonimi #tutqunluq sözünün yaxın mənalı sözlər #tutqunluq sözünün əks mənası #tutqunluq sözünün etimologiyası #tutqunluq sözünün orfoqrafiyası #tutqunluq rusca #tutqunluq inglisça #tutqunluq fransızca #tutqunluq sözünün istifadəsi #sözlük