durğunluq sözü azərbaycan dilində

durğunluq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • durğunluq • 97.7106%
  • Durğunluq • 2.1978%
  • DURĞUNLUQ • 0.0916%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Durğunluq dövrü
Durğunluq dövrü (rus. Период застоя) — SSRİ tarixində L.İ.Brejnevin hakimiyyətə gəlməsindən (1964) Sov.İKP-in XVII qurultayına (fevral 1986), daha dəqiq — 1987-ci ilin yanvar plenumuna qədər olan dövrü əhatə edən, ondan sonra cəmiyyətin bütün sferalarında keçirilən irimiqyaslı islahatlarla nəticələnən siyasi ifadə. == Durğunluq dövründə mədəniyyət == === Ədəbiyyat === Müharibə mövzusunda yazan yazıçılar arasında ən məşhuru əvvəlki kimi Konstantin Simonov qalır, o "Dirilər və ölülər" trilogiyasını yazmaqda davam edir. Romanın ikinci və üçüncü hissələri – "Heç kim əsgər doğulmur" (1964) və "Son yay" (1970) işıq üzü görür. Müharibə haqqında ədəbiyyatda Y.V.Bondarevin ("Hərarətli qar" 1969), B.L.Vasilyevin ("Burada üfüqlər sakitdir" 1969) böyük əməyi olmuşdur. Lakin heç də yazıçıların hamısı əsərlərini maneəsiz şəkildə nəşr etdirmək imkanına malik deyildi. "durğunluq" dövründə yazılmış əsərlərin əksəriyyəti yalnız "Yenidənqurma" illərində işıq üzü gördü. Durğunluq illərində sovet mətbuatı artıq Aleksandr Soljenitsının əsərlərini çap etmişdi. Onun əsərləri xaricdə çap edilir. Bu, sovet rəhbərliyini olduqca əsəbiləşdirirdi.
Durğunluq dönəmi Osmanlı sədrəzəmləri
Durğunluq dövrü Osmanlı sədrəzəmləri siyahısı — Səmiz Əhməd Paşadan Almas Mehmed Paşa da daxil olmaqla, yəni 1579-1697 illəri arasında sədarətə gətirilmə tarixlərinə görə sıralanmış Osmanlı sədrəzəmlərinin siyahısıdır.
Durğunluq dövrü Osmanlı sədrəzəmləri
Durğunluq dövrü Osmanlı sədrəzəmləri siyahısı — Səmiz Əhməd Paşadan Almas Mehmed Paşa da daxil olmaqla, yəni 1579-1697 illəri arasında sədarətə gətirilmə tarixlərinə görə sıralanmış Osmanlı sədrəzəmlərinin siyahısıdır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 3.66 dəfə / 1 mln.
2002 ••••••••••• 3.43
2003 ••••••••••••••••• 5.12
2004 •••• 1.01
2005 ••••••• 2.02
2006 ••••• 1.58
2007 •••• 1.27
2008 ••••••••••••••• 4.63
2009 •••••••••• 2.88
2010 ••••••••••••••••• 5.26
2011 ••••••••••••• 3.86
2012 ••••••••••••••• 4.65
2013 ••••••••••• 3.36
2014 •••••••••• 3.09
2015 •••••••••••••• 4.42
2016 ••••••••••• 3.30
2017 ••••••••• 2.76
2018 ••••• 1.50
2019 •••••••••••• 3.62
2020 •••••••••••••••••••• 6.37

durğunluq sözünün leksik mənası və izahı

  • 1 is. 1. Durğun şeyin halı; hərəkətsizlik, hərəkət etməmə. [Turxan bəy:] Hər duruşunda, hər baxışında bir durğunluq var. H.Cavid. İndi [Qısanın] simasında intihara qərar vermiş kimi, küt bir durğunluq vardı. Mir Cəlal. 2. məc. İctimai həyatda, mədəniyyətdə, təsərrüfatda və s.-də inkişafsızlıq, hərəkətsizlik. C.Məmmədquluzadə fikri durğunluq, gerilik, cəhalət tüstüsünün xalq üçün yaratdığı qorxudan həyəcanlı danışaraq əlac etməyə çağırırdı. M.İbrahimov. Cəfər Cabbarlının vəfatından sonra səhnədə və dramaturgiyada bir durğunluq əmələ gəldi. S.Rəhman.

    Azərbaycan dilinin izahlı lüğəti / durğunluq

durğunluq sözünün sinonimləri (yaxın mənalı sözlər)

durğunluq sözünün antonimləri (əks mənalı sözlər)

  • 1 DURĞUNLUQ – İNKİŞAF Cəfər Cabbarlının vəfatından sonra səhnədə və dramaturgiyada bir durğunluq əmələ gəldi (S.Rəhman); İnkişaf əksliklər mübarizəsidir. DURĞUNLUQ – QAYNARLIQ Hər duruşunda, hər baxışında bir durğunluq var (H.Cavid); Onun üzündən bir qaynarlıq duyulur.

    Azərbaycan dilinin antonimlər lüğəti / durğunluq

durğunluq sözünün rus dilinə tərcüməsi

  • 1 1. застой; 2. вялость, инертность;

    Azərbaycanca-rusca lüğət / durğunluq
  • 2 I сущ. 1. застой: 1) отсутствие движения, неподвижность; застойность. Qanın durğunluğu застой, застойность крови 2) перен. отсутствие развития в какой-л. области. Fəaliyyət durğunluğu застой в деятельности, işdə durğunluq застой в работе, iqtisadi durğunluq экономический застой, sənayedə durğunluq застой в промышленности; durğunluq dövrü период застоя (застойный период) 2. мед. стаз (резкое замедление или остановка движения содержимого в трубчатых органах) II прил. застойный. Durğunluq qlaukoması мед. застойная глаукома

    Azərbaycanca-rusca lüğət / durğunluq

durğunluq sözünün inglis dilinə tərcüməsi

  • 1 I. i. 1. stagnation, standstill, stagnacy; depression; sənaye durğunluğu indus trial stagnation / standstill; ticarətdə ~ depression in trade; 2. tib. haemostasia II. s. stagnant; ~ illəri the years of stagnation

    Azərbaycanca-ingiliscə lüğət / durğunluq

durğunluq sözünün fransız dilinə tərcüməsi

durğunluq sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. 1. юзан тийир, гьерекатсуз, са чкадал акъвазнавай затӀунин гьал; гьерекатсузвал, юза тахьун. 2. пер. гьерекатсузвал, вилик тефин, са чкадал акъваз хьун, суствал, зайифвал (кӀвалахдин, майишатдин ва мс.).

    Azərbaycanca-ləzgicə lüğəti / durğunluq

durğunluq sözünün türk dilinə tərcüməsi

"durğunluq" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#durğunluq nədir? #durğunluq sözünün mənası #durğunluq nə deməkdir? #durğunluq sözünün izahı #durğunluq sözünün yazılışı #durğunluq necə yazılır? #durğunluq sözünün düzgün yazılışı #durğunluq leksik mənası #durğunluq sözünün sinonimi #durğunluq sözünün yaxın mənalı sözlər #durğunluq sözünün əks mənası #durğunluq sözünün etimologiyası #durğunluq sözünün orfoqrafiyası #durğunluq rusca #durğunluq inglisça #durğunluq fransızca #durğunluq sözünün istifadəsi #sözlük