çürük sözü azərbaycan dilində

çürük

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • çürük • 94.4444%
  • Çürük • 4.8611%
  • ÇÜRÜK • 0.6944%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Çürük borolar
Çürük borolar (ing. rotten boroughs) — Birləşmiş Krallıqda XVIII əsrin sonu və XIX əsrin əvvəllərində əhalisi boşaldılmış, lakin parlamentdə təmsilçiliyini qoruyub saxlayan kənd və şəhərlər. Bu qəsəbələrdə seçicilərin səsləri çox vaxt yerli ev sahibi tərəfindən idarə olunurdu. Çox vaxt İcmalar Palatasında bir yer sadəcə alınırdı ki, bu da bir neçə onlarla seçici üçün çətin deyildi. 1832-ci il islahatından əvvəl parlamentə 2 deputat göndərən və yalnız 7 sakinin səsvermə hüququ olan Surreydəki Qatton qəsəbəsi "rekordçu" idi. Eyni zamanda, bir çox yeni böyük sənaye mərkəzləri, məsələn, Birmingem, parlamentdəki təmsilçilikdən tamamilə məhrum edilmişdi. Təkcə fəhlələr deyil, sənaye burjuaziyasının bir çox nümayəndələri də səsvermə hüququna malik deyildilər. 1815-ci ildə 20 milyondan çox olan Birləşmiş Krallıq əhalisinin yalnız 160 min nəfərinin səsvermə hüququ var idi. Sənaye şəhəri Yorkşir cəmi 2 deputatla təmsil olunmuşdu. Сэр Фрэнсис Бердетт Spielvogel, Western Civilization — Volume II: Since 1500 (2003) p.
Çürüksulu Mahmud Paşa
Çürüksulu Mahmud Paşa (1865 - 31 Temmuz 1931) — Gürcü əsilli Osmanlı əsgəri və dövlət adamı.. Acarıstan Muxtar Respublikasının Kobuleti rayonunda anadan olmuşdur. 1909-cü ildə Osmanlı ordusunun Alman Qərargahınının nəzarətində olan hissəsinin modernləşdirilməsində iştirak etdi. Balkan müharibələri başladığı bir vaxtda general-leytenant dərəcəsinə yüksəldi. 1913-cü ildə yaradılan Səid Həlim Paşanın rəhbərlik etdiyi İttihad və Tərəqqi hökumətində Daxili İşlər Naziri təyin edildi. 1914-cü ildə Osmanlı İmperiyasının Birinci Dünya müharibəsinə daxil olmasına qarşı çıxdı. Mahmud Paşa hesab edirdi ki, Osmanlı İmperiyası müharibədə iştirak etmək üçün kifayət qədər hazırlıqlı deyil. İttihad və Tərəqqi komitəsindən müstəqil dövlət adamı kmi tanınmağa başladı. Talat Paşanın rəhbərlik etdiyi vaxtlarda Dəniz Donanmasının naziri oldu. 1918-ci ildə Osmanlı İmperiyası Məclisinin üzvü təyin edildi.

çürük sözünün leksik mənası və izahı

  • 1 sif. 1. Çürüyüb xarab olmuş; çürümüş. Çürük taxta. Çürük meyvə. – [Balaş:] Artıq bu həqiqətdir ki, qadınsız cəmiyyət çürük bir ağac kimidir. C.Cabbarlı. [Sona:] Öz məhəbbətinə dönük çıxan … adamı çürük diş kimi kökündən qoparıb ataram. B.Bayramov. 2. məc. Sağlam bir təmələ, dəlilə əsaslanmayan; etibarsız. Çürük nəzəriyyə. Çürük fikirlər. – Əsrlərdən bəri avam xalqın iliyinə qədər yerləşmiş çürük əqidələr dəxi puç olub getdi. Ü.Hacıbəyov. // məc. Köhnəlmiş, zəmanəyə uyğun olmayan, vaxtı keçmiş. Çürük adətlər. // məc. Boş, mənasız, lüzumsuz. [Səlim:] Sizin kimi ziyalı bir adam bu kimi çürük və mənasız şeylərlə məşğul olarsa, o zaman avam və fanatik müsəlmanları nə haqla qınaya bilərik? S.Hüseyn. ◊ Çürüyünü çıxar(t)maq – bir şeyi həddindən artıq təkrarlayaraq bıqdırmaq. [Bibixanım Fərruxa:] O qədər çürüyünü çıxardırsan ki, sonra day yerini almaz. B.Bayramov.

    Azərbaycan dilinin izahlı lüğəti / çürük

çürük sözünün sinonimləri (yaxın mənalı sözlər)

çürük sözünün antonimləri (əks mənalı sözlər)

  • 1 ÇÜRÜK – SAF Xəstənin yastığı yanında bir tərəfi çürük nar gördüm (Mir Cəlal); Boşqablara böyük, saf, şirin narlar, sarı armud, üzüm qalanmışdı (Mir Cəlal). ÇÜRÜK – SAĞLAM Çürük ağac kimi yerə yıxıldı (S.Vəliyev); Sən bu sağlam ağacı kökündən, bu coşqun dənizi dibindən qurutmaq istəyirdin (A.Şaiq). ÇÜRÜK – TƏZƏ Çürük nərdivanla dama çıxmazlar (Ata. sözü); Hələ yaralarım sağalmamış evə təzə bir mala gətirdilər (R.Rza).

    Azərbaycan dilinin antonimlər lüğəti / çürük

çürük sözünün rus dilinə tərcüməsi

  • 1 гнилой, трухлявый, промозглый

    Azərbaycanca-rusca lüğət / çürük
  • 2 I прил. 1. гнилой: 1) испорченный или разрушенный гниением. Çürük dirəklər гнилые столбы, çürük taxtalar гнилые доски, çürük dişlər гнилые зубы, çürük ot гнилое сено, çürük dəri гнилая кожа, çürük sap гнилая нитка, çürük alma гнилое яблоко 2) перен. порочный в каком-л. отношении. Çürük nəzəriyyə гнилая теория, çürük xülya гнилая фантазия 3) перен. общественно вредный, нездоровый, упадочнический. Çürük ənənə гнилая традиция 2. свернувшийся. Çürük süd свернувшееся молоко II в знач. сущ. гнилое. Çürüyü sağdan (sağlamdan) seçmək (seçə bilmək) отличать гнилое от здорового; çürük şey гнилое; гниль (что-л. гнилое, испорченное гниением, затхлое); çürük əşyalar гнильё (гнилые предметы) ◊ çürük qoza (da) dəyməz выеденного яйца не стоит (не заслуживает внимания – о чём-л. пустяковом); çürüyünü çıxarmaq жевать мочалку; жевать (пережёвывать) жвачку (нудно, надоедливо повторять одно и то же)

    Azərbaycanca-rusca lüğət / çürük

çürük sözünün inglis dilinə tərcüməsi

çürük sözünün fransız dilinə tərcüməsi

çürük sözünün türk dilinə tərcüməsi

"çürük" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#çürük nədir? #çürük sözünün mənası #çürük nə deməkdir? #çürük sözünün izahı #çürük sözünün yazılışı #çürük necə yazılır? #çürük sözünün düzgün yazılışı #çürük leksik mənası #çürük sözünün sinonimi #çürük sözünün yaxın mənalı sözlər #çürük sözünün əks mənası #çürük sözünün etimologiyası #çürük sözünün orfoqrafiyası #çürük rusca #çürük inglisça #çürük fransızca #çürük sözünün istifadəsi #sözlük