Purussaurus
Purussaurus — təqribən 8 milyon il əvvəl, miosendə yaşayan, çağdaş Cənubi Amerika ərazisində yayılmış üç növü əhatə edən nəsli kəsilmiş kayman cinsi.
Purusaurusun ilk və ən böyük növləri Purussaurus brasiliensis, əvvəlcə Braziliyanın Purus çayı bölgəsində alt çənənin indi itən bir parçası şəklində aşkar edilmiş və ilk dəfə 1892-ci ildə braziliyalı botanik Joan Barbosa Rodriqez tərəfindən təsvir edilmişdir. Cinsə verilən adda buradan meydana gəlmişdir — "Purus çayından olan kərtənkələ". Ancaq 1936-cı ildə Purussaurusun bir cins olaraq müstəqilliyi, paleontoloq Brian Patterson tərəfindən enlisifət kayman, eynəkli kayman və paraqvay kaymanlarını əhatə edən müasir kaymalara daxil edilməli olduğunu vurğulamışdır. Bununla belə Purussaurusun Caiman brasiliensis olaraq təsnif edilməsi, cağdaş cinsin nümayəndələri arasında olduqca açıq fərqlərin olması səbəbindən elmi dünyasında dəstəklənməmişdir.
İkinci Purusaurus növü 1921-ci ildə amerikalı paleontoloq Çarles Muk tərəfindən qismən bir skeletdən təsvir edilmişdir. Növ Dinosuchus neivensis adını alır və dişləri olan başqa bir çənənin parçaları onun tərəfindən Brachygnathosuchus brasiliensisə aid edilir. Sonra 1965-ci ildə amerikalı paleontoloq Vann Lanqston hər ikisini də düzəldir və nəticədə onları Caiman neivensis olaraq təyin edərək müasir Kaymanlar cinsinə daxil edir. Nəhayət yalnız 1989-cu ildə Braziliyalı alim Jan Vilyanueva bu qalıqları ikinci Purusaurus növü olaraq təsnif edir. Növə Purussaurus neivensis adı verilir — bu ad, fosillər tapılan Kolumbiyanın Neyva şəhərinin şərəfinə verilir.