FİFA Klublararası Dünya Kuboku 2014
FİFA Klublar arası Dünya Kuboku 2014 (rəsmi olaraq Toyotanın sponsorluğu ilə təqdim olunan FİFA Klublar arası Dünya Kuboku Mərakeş 2014) - 11-ci FİFA Klublar arası Dünya Kuboku, FİFA tərəfindən 6 qitənin hər birindən olan konfederasiyalardan çempion olmuş klublar, həmçinin ev sahibi ölkənin milli liqasının çempionu arasında təşkil olunan beynəlxalq klub futbol turniridir. Bu il ardıcıl olaraq ikinci ildir ki, turnirə Mərakeş ev sahibliyi edir və turnir 10 dekabr - 20 dekabr 2014 tarixləri aralığında keçirilir.
Turnirə 2013-cü 2014-cü illərdə (hər iki turnirə) ev sahibliyi etmək üçün 4 ölkə iddia ərizəsi ilə müraciət etmişdi:
İran
Mərakeş
Cənubi Afrika Respublikası
Birləşmiş Ərəb Əmirlikləri (2009 və 2010-cu illərdə bu ölkə ev sahibi olmuşdu)
2011-ci ilin oktyabrında FİFA İran, Cənubi Afrika Respublikası və Birləşmiş Ərəb Əmirliklərinə onların ev sahibliyinin ləğvi barədə, müsabiqənin iştirakçısı kimi isə yalnız Mərakeşin qaldığını bildirdi. 17 sentyabr 2011-ci ildə FİFA rəsmi olaraq Mərakeşin ev sahibliyini elan etdi. 21 avqust 2014-cü ildə FİFA Mərakeşin bu ilki turnirə də ev sahibliyini təsdiq edir.
FİFA Klublar arası Dünya Kuboku 2014-ün oyunları Rabat və Marrakeş şəhərlərində keçirilir.