Kluxor aşırımı
Kluxor aşırımı — Baş Qafqaz silsiləsində, Hərbi Suxumi yolu üzərində yerləşən aşırım. Hündürlüyü dəniz səviyyəsindən 2781 metrdir. Aşırım hissənin uzunluğu 45 km-dir. Brokhauz və Efronun ensiklopedik lüğətində aşırım belə təsvir edilmiş: Kodori dərəsi boyu, Qafqaz silsiləsindən Kluxor aşırımı vasitəsi ilə daşlıq yol keçir. Bu yol Suxumi ilə Çerkessk şəhəri arasında əlaqə vasitəsidir. Aşırım ərazisi ilə iki çay axır: Şimala Şimali Kluxor, cənuba isə Kliçi çayı.
== Nəqliyyat ==
Kluxor aşırımı Hərbi Suxumi yolunun ən yüksək hissəsidir. Yolun Kluxor aşırımından keçən hissəsi avtomobil hərəkəti üçün uyğun deyil. Hərbi Suximi yolundakı nəqliyyat əlaqəsi aşırım ərazisində olan hava şəraitindən asılıdır. Qış aylarında ərazidə tez-tez qar uçqunları müşahidə olunur.