ölüm sözü azərbaycan dilində

ölüm

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • ölüm • 93.4566%
  • Ölüm • 6.4859%
  • ÖLÜM • 0.0575%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Klinik ölüm
Klinik ölüm - insanın bir müddət ölüm halına oxşar hala düşməsidir. Ürək dayandıqdan beyin qabığı ölənə qədər keçən vaxt klinik ölüm adlanır. Bu termin qan dövranının və nəfəs almağın dayanmasını ifadə edir ki, bu iki meyar insanların və bir çox digər orqanizmin həyatını davam etdirmək üçün zəruridir. Ölüm klinik və bioloji olmaqla 2 mərhələyə bölünür. Belə ki, orqanizmdə oksigen çatışmazlığına ən az davamlı beyin qabığıdır. Ürək fəaliyyəti və tənəffüs dayandıqdan sonra 2-3 dəqiqə ərzində beyin qabığı məhv olur. Xüsusi hallarda - bədən çox soyudulduqda və ya uşaqlarda bu müddət 10-15 dəqiqəyə qədər uzana bilər. Bu vaxt ərzində xəstənin ürək fəaliyyətini bərpa etmək mümkün olsa onu yenidən həyata qaytarmaq da mümkündür. Beyin qabığı məhv olduqdan sonra klinik ölüm bioloji ölümə keçir. Klinik ölüm vəziyyətinə hər birimiz şahid ola bilərik.
Ölüm
Ölüm — canlı orqanizmin həyat fəaliyyətinin dayanması. Ölümün səbəbi qocalma, aclıq, xəstəlik, özünəqəsd, qətl və digər proseslər ola bilər. Ölüm vahid zaman ərzində populyasiyada ölən fərdlərin sayını göstərir. Ölüm də populyasiyada bir çox səbəbdən fərdlərin genetik və fizioloji mükəmməlliyindən (yararlığından), əlverişsiz fiziki mühit şəraitinin və yırtıcı, parazit, xəstəliklərin təsirindən asılıdır. Hər nəslin həyat tsiklinin müxtəlif mərhələlərində bu amillərin təsir gücü müxtəlif olur. Bir generasiya fərdlərinin hamısı bioloji yaş həddinə çatması və sonra qısa müddətdə ölməsi ideal hadisə sayılır. Hind filosofu Vivekananda belə hesab edirdi ki, ölüm zəifliyin bir ifadəçisidir: Zəifin nə bu dünyada, nə də başqa dünyada yeri yoxdur. Zəiflik ölümdür, deyirdi Vivekananda. Sokratın öz ölümü ərəfəsində son dəfə etdiyi söhbəti xatırlayın. Bu söhbət Fedonda təsvir edilir.
Qara ölüm
Qara ölüm və ya qara taun — tarixdəki ikinci taun pandemiyasıdır, ən yüksək həddinə 1346–1353-cü illərdə çatmış və təkrar infeksiyalar XIX əsrə qədər baş qaldırmışdır. Avrasiyada və Şimali Afrikada 75–200 milyon nəfər xəstəliyin qurbanı olmuşdur. Müxtəlif məlumatlara görə həmin dövrdə Avropa əhalisinin təqribən 30%-60% tələf olmuşdu. Qara ölüm 1361-ci və 1369-cu illərdə kəskin olmasa da, yenidən özünü göstərmişdi. Böyük ehtimalla pandemiyanın ilkin mənbəyi Xəzər dənizinin şimal sahilində yerləşmiş və buradan xəstəlik Mərkəzi Asiyaya və ya Şərqi Asiyanın əksər hissəsinə yayılmışdır. Epidemiya tədricən İpək Yolu boyunca yayılaraq 1347-ci ilə qədər Krım yarımadasına çatmışdır. Oradan, çox güman ki, Aralıq dənizi hövzəsində yayılaraq Konstantinopol, Siciliya və Apennin yarımadasından keçərək Afrikaya, Qərbi Asiyaya və Avropanın qalan hissəsinə yayılmışdır. Xəstəliyə səbəb kimi "Pasteurella pestis"in daşıyıcısının Genuya ticarət gəmilərində "səyahət" edən qara siçovullar olduğu ehtimal edilir. Pandemiya qurbanlarının qalıqlarının genetik tədqiqatları taun çöpünün — "Pasteurella pestis"in əsas yoluxdurucu vasitə olduğunu göstərmişdir. Y. pestis infeksiyasına yoluxma ən çox bubon taunu ilə nəticələnir, lakin o həmçinin septikemik və ya pnevmonik xəstəliklərə də səbəb ola bilər.
Venesiyada ölüm
Venesiyada ölüm (alm. Der Tod in Venedig‎) — alman yazıçısı Tomas Mannın 1912-ci ildə nəşr olunmuş romanıdır. Bu, Venesiyaya səfər edən və Tadeusz ləqəbi ilə tanınan polşalı turist Tadzionun gözündən azad olan, yüksələn və getdikcə daha çox aludə olan bir yazıçını təqdim edir. Tadzio, Mannın 1911-ci ildə şəhərə səfəri zamanı müşahidə etdiyi Vladzio adlı real şəxsə əsaslanırdı, lakin hekayənin özü uydurma idi. == Məzmun == Qustav Aşenbax - məşhur alman yazıçısı - uzun iş günündən sonra gəzintiyə çıxıb. Gəzmək və dincəlmək lazım idi. Tramvaya bir neçə dayanacaq getdi. Sonra yazıçı restoranın yanından keçib, lakin orada çoxlu ziyarətçi görüb içəri girməmək qərarına gəlib. Tufan qopduğu üçün Aşenbax yenidən tramvayla evə qayıtmaq üzrə idi. Dayanacaqda gözləyərkən o, səyahətçiyə oxşayan bir adamın diqqətini çəkdi.
Yatan ölüm
Yatan ölüm - Aqata Kristinin romanı. == Haqqında == Tez-tez istirahət etmək üçün səyahətlərə yollanan Qvenda və Giles özlərinə həmişəlik qalmaq üçün şəxsi ev axtarırlar. Belə bir məqamda Gilesin xalası vəfat edir. Ev əşyalarını ona miras qalır. Bundan sonra şəxsi ev onlara daha əlçatan olur. Maddi vəziyyətləri düzələn cütlük heç bir çətinlik yaşamır. Daha sonra özlərinə uyğun bir ev tapırlar. Əsas hadisələr də elə bundan sonra başlayır. == İstinadlar == "Ali və Nino".
Ölüm cəzası
Edam və ya ölüm hökmü, ya da ölüm cəzası — cəza növü kimi insanı həyatdan məhrum etmək. Həm hüquqi, həm cinayət aktı kimi ola bilər. Bir sıra ölkələrdə ölüm hökmü ən ağır cinayətlərə görə cəza növü kimi təyin olunmuş və hələ də qalmaqdadır. Bir sıra ölkələrdə isə o qanunla ləğv edilib. Ölüm hökmünün ən yayılmış növü güllələnmədir. Digər növləri zəhərli iynə vurulması, elektrik stulu, dar ağacı, baş kəsilməsi və daşqalaqdır. == Tarixi == Dünyada hazırda edam cəzaları öncədən planlaşdırılmış cinayətlər, casusluq, vətənə xəyanət, əxlaqsızlıq və s. cinayətlərə görə tətbiq edilir. İslam ölkələrində isə zina, uşaqbazlıq kimi cinayətlərə, həmçinin dinini dəyişənlərə ölüm hökmü kəsilir. İranda parlamentin 2007-ci ildə çıxardığı son qərarla pornoqrafik çəkilişlərlə məşğul olan şəxslər, internetdə erotik və pornoqrafik çəkilişlər yayımlayan şəxslər də edam edilir.
Ölüm düşərgəsi
Ölüm düşərgəsi ― əhalinin müxtəlif qruplarının kütləvi şəkildə məhv edilməsi qurulan üçün təsisat. Kütləvi qırğın düşərgələri (ölüm düşərgələri və ya öldürmə mərkəzləri kimi də tanınır) Nasist Almaniyası tərəfindən İkinci Dünya Müharibəsində Holokost zamanı milyonlarla yəhudini sistematik şəkildə öldürmək üçün qurulmuşdur. Digər etnik qruplar, məsələn, polyaklar, müharibədə sovet hərbi əsirləri və qaraçılar, ölüm düşərgələrində öldürüldülər. Ölüm düşərgələrindəki qurbanlar əsasən qaz kameralarında öldürülürdülər. Cinayətlər ya bu məqsəd üçün tikilən daimi obyektlərdə, ya da qaz sobalarında baş verirdi. Auschwitz-Birkenau və Majdanek kimi bəzi nasist həbs düşərgələri, 1945-ci ildə müharibənin sonundan əvvəlki dövrdə ikili bir məqsədə xidmət edirdi: zəhərli qazlarla qurbanların intensiv şəkildə məhv edilməsi və ölüm ehtimalı çox yüksək olan şəxsləri ciddi şəkildə işlətmək. Əlillər, Yahudilər,Və Qocalar, Qadınlar həttda uşağlar belə Qaz kameralarına öldürülmək için göndərilirdilər. Qurbanlar müxtəlif qatarlarla işağ olunmuş bölgələrdən toplanaraq həps düşərgələrinə,POW düşərgələrinə,ölüm düşərgələrinə göndərilirdi. Burada yəhudilər üçün Gettolar qurulmuşdu daha sonra gettolar bağlandı və qurbanlar ölüm və digər düşərgələrə göndərildi. Qurbanları qatarla sabit müəssisələrə aparmaq və qurbanları kollektiv şəkildə məhv etmək fikri nasistlərin T4 evtanaziya proqramı zamanı əqli və fiziki qüsurlu xəstələrə qarşı aparılan təcrübələrlə ortaya çıxdı Yəni bu deməkdirki qurbanları kütləvi şəkildə öldürmək bəzi əsgərlərə zehinsəl,fiziki xəsarətlər verirdi Bu təcrübələrə əsasən nasistlər Daha yeni bir ecad Gaz maşınları icad etdi bu Gaz kameralarının ilk modelləri idi.
Ölüm dəftəri
Death Note (デスノート, Desu Nōto, azərb. Ölüm dəftəri‎) — Tsuqumi Oba (yazıçı) və Takeşi Obata (rəssam) tərəfindən yaradılmış 13 cildlik manqa və eyni adlı anime serial, bir neçə tam metrajlı və bədii film, ranobe və videooyunlar. Manqanın 108 fəsili əvvəldən Shueisha nəşriyyatın tərəfindən çap edilən Weekly Shōnen Jump jurnalında 2003-cü ilin dekabr ayından bəri 2006-cı ilin may ayına qədər nəşr edilmişdir. Bundan əlavə, manqa Yaponiyada 12 cild tankobon şəkildə 2004-cü ilin may ayından bəri 2006-cı ilin oktyabr ayına qədər çap edilmişdir. == Məzmun == Orta məktəb şagirdi 17 yaşlı Yaqami Layt (yap. 夜神 月; bəzi tərcümələrdə Layt Yaqami ing. Light Yagami) Ryuk adlı ölüm tanrısının əyləncə xatirinə dünyaya atdığı Death Note adlı dəftəri tapır. Kimin adı bu dəftərə yazılsa həmin adam 40 saniyə içində ölür. Ancaq gərək adı yazarkən həmin insanın üzünü də xəyalından keçirəsən. Bundan əlavə həmin dəftərə bir dəfə də olsun ad yazan şəxs öldüyü zaman nə cənnətə, nə də cəhənnəm gedir.
Ölüm dərəsi
Ölüm dərəsi - ABŞ-nin Kaliforniya ştatında səhra. Şimali Amerikada dəniz səviyyəsindən ən aşağı (-86 m) olan yer hesab olunur. Həmçinin, ən quraq və ən yüksək hava temperaturunun qeydə alındığı yerdir (56.7 °C). Sahəsi 7.800 km2-dir. Böyük, hamar, heç bir həyat şərtləri olmayan gilli yayla şəklindədir. == Ölüm dərəsinin sirləri == Səhranın bəzi yerlərində ölçüsü bir ton yarıma qədər olan qaya parçaları var. Bu daşlar uzun illərdir, məlum olmayan səbəbdən səhrada iz qoyaraq hərəkət edirlər və maraqlısı odur ki, daşlar müxtəlif istiqamətlərdə hərəkət edir heç vaxt bir-biri ilə toqquşmurlar. Ölüm dərəsində baş verən bu müəmmalı hadisənin üzərində uzun illər aparılan araşdırmalar heç bir nəticə verməmişdir. İlkin variant kimi hər zaman külək söylənsə də, Ölüm dərəsində heç vaxt bu daşları hərəkət etdirə biləcək səviyyədə küləklər qeydə alınmayıb.
Ölüm hökmü
Edam və ya ölüm hökmü, ya da ölüm cəzası — cəza növü kimi insanı həyatdan məhrum etmək. Həm hüquqi, həm cinayət aktı kimi ola bilər. Bir sıra ölkələrdə ölüm hökmü ən ağır cinayətlərə görə cəza növü kimi təyin olunmuş və hələ də qalmaqdadır. Bir sıra ölkələrdə isə o qanunla ləğv edilib. Ölüm hökmünün ən yayılmış növü güllələnmədir. Digər növləri zəhərli iynə vurulması, elektrik stulu, dar ağacı, baş kəsilməsi və daşqalaqdır. == Tarixi == Dünyada hazırda edam cəzaları öncədən planlaşdırılmış cinayətlər, casusluq, vətənə xəyanət, əxlaqsızlıq və s. cinayətlərə görə tətbiq edilir. İslam ölkələrində isə zina, uşaqbazlıq kimi cinayətlərə, həmçinin dinini dəyişənlərə ölüm hökmü kəsilir. İranda parlamentin 2007-ci ildə çıxardığı son qərarla pornoqrafik çəkilişlərlə məşğul olan şəxslər, internetdə erotik və pornoqrafik çəkilişlər yayımlayan şəxslər də edam edilir.
Ölüm prezumpsiyası
Ölmüş elan edilmə — hər hansı bir şəxsin ölümü ilə bağlı birbaşa sübutun olmadığı (ona aid cəsədin, qalıqların, sümüklərin və s. tapılmadığı və ya qalmadığı) hallarda onun hüquqi baxımdan ölmüş elan edilməsidir. Beynəlxalq terminologiya olaraq əsasən "ölüm prezumpsiyası" kimi işlədilsə də bu cür ifadə Azərbaycan Respublikasının qanunvericiliyində istifadə olunmur. == Azərbaycan qanunvericiliyində mahiyyəti == Anlayışın mahiyyətinə uyğun müddəalar Azərbaycan Respublikası Mülki Məcəlləsində əks olunmuşdur: === Maddə 41. Fiziki şəxsin ölmüş elan edilməsi === 41.1. Əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. 41.2. Hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatların qurtardığı gündən azı iki il keçdikdən sonra məhkəmə qaydasında ölmüş elan edilə bilər. 41.3. Şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır.
Ölüm ulduzu
Ölüm ulduzu (ing. Death Star) — "Ulduz müharibələri" kainatında uydurma kosmik stansiya. Bütün planetləri məhv etməyə qadir olan son dərəcə dağıdıcı gücə malik super güclü enerji lazer silahları ilə təchiz edilmişdir. Qalaktik imperiyanın stansiyasının bir işləyən və bir yarımçıq variantı var idi. Sonradan "Ölüm ulduzu" daha da güclü super silah olan "Ulduz qatili" ilə əvəz olunmuşdur. == Təsiri == 14 dekabr 2012-ci ildə ABŞ-də ölkənin özünümüdafiə qabiliyyətini artırmaq və yeni iş yerləri yaratmaq üçün əsl "Ölüm ulduzu"nun yaradılması təklifi irəli sürülmüşdür. Petisiyada 26 mindən çox imza toplanmışdır. Barak Obama administrasiyası proqramın mümkün işə salınması variantlarını nəzərdən keçirməkdən rəsmən imtina etmişdir. == İstinadlar == == Xarici keçidlər == База данных по Звёздным войнам — Звезда Смерти Звезда Смерти на TheForce.net (ing.) описание ангара/дока 2037 — местонахождение притянутого лучом Захвата Звезды Смерти «Сокола Тысячелетия» (ing.)) описание северной траншеи Звезды Смерти (ing.)) Звезды Смерти — Строительство и Разрушения (Технические комментарии) (ing.)) Уточнение числа гиперпространственных генераторов Звезды Смерти для подпространственного перемещения, а также ссылка на Мимас, спутник Сатурна (ing.)) Одна из известных схем Звезды в разрезе (ing.)) Щипков Б. Р. Корабли — разрушители планет в фантастических сериалах и фильмах Что нужно знать про перемещения в подпространстве при помощи Системы гиперперехода, а также намек на Звездные Врата предтечей науки перемещения из анклава цивилизации Гри (см. Пр.
Ölüm vadisi
Ölüm dərəsi - ABŞ-nin Kaliforniya ştatında səhra. Şimali Amerikada dəniz səviyyəsindən ən aşağı (-86 m) olan yer hesab olunur. Həmçinin, ən quraq və ən yüksək hava temperaturunun qeydə alındığı yerdir (56.7 °C). Sahəsi 7.800 km2-dir. Böyük, hamar, heç bir həyat şərtləri olmayan gilli yayla şəklindədir. == Ölüm dərəsinin sirləri == Səhranın bəzi yerlərində ölçüsü bir ton yarıma qədər olan qaya parçaları var. Bu daşlar uzun illərdir, məlum olmayan səbəbdən səhrada iz qoyaraq hərəkət edirlər və maraqlısı odur ki, daşlar müxtəlif istiqamətlərdə hərəkət edir heç vaxt bir-biri ilə toqquşmurlar. Ölüm dərəsində baş verən bu müəmmalı hadisənin üzərində uzun illər aparılan araşdırmalar heç bir nəticə verməmişdir. İlkin variant kimi hər zaman külək söylənsə də, Ölüm dərəsində heç vaxt bu daşları hərəkət etdirə biləcək səviyyədə küləklər qeydə alınmayıb.
Ölüm yürüşü
Ölüm yürüşü — etnik qrup mənsublarını və məhkumları uzun müddət ərzində kilometrlərlə piyada yeridərək məhv etmək taktikasıdır. Yürüşdə olanlara çox az yemək və su verilirdi. Nəticə olaraq isə aclıqdan, susuzluqdan və əksər hallarda yorğunluqdan taqətdən düşən əsirlər ölürdülər. Yürüşə qarşı çıxanlar, dincəlmək üçün dayananlar və huşunu itirənlər edam edilir və ya işgəncəyə məruz qalırdılar.
Ölüm zonası
Ölüm zonası (ing. Kill zone), bəzən öldürülmə zonası (ing. Killing zone) da adlanır — hərbi taktikada, müdafiə atəşi ilə əhatə olunan ərazi, yaxınlaşan düşmən qüvvəsi üçün tələ və məhv ərzində pusqu elementi.
Döyüşdə ölüm
Döyüş zamanı ölüm — tərəflər arasında aparılan müharibə və ya silahlı toqquşma zamanı həlak olan insanlar üçün istifadə edilən hərbi termindir. Amerika Birləşmiş Ştatlarının müdafiə nazirliyi bu termini hər hansı bir müharibəyə və ya silahlı toqquşmada iştirak etmədikdə düşmən və ya dost atəşi ilə vurulan əsgərlərdə istifadə edilmir. Terror aktlarında həyatını dəyişən əsgərlərdə də bu termin istifadə edilmir. Bu termin döyüş cəbhəsində olan hava, dəniz, yer müharibəsində ölənlər üçün istifadə edilir. İslam dinində isə döyüş zamanı həyatını itirənlərə şəhid deyilir. Yolda və ya xəstəxanada yaralardan ölən əsgərlər üçün (İngilis dilində died of wounds, DOW) olaraq adlandırılmışdır.
Kliniki ölüm
Klinik ölüm - insanın bir müddət ölüm halına oxşar hala düşməsidir. Ürək dayandıqdan beyin qabığı ölənə qədər keçən vaxt klinik ölüm adlanır. Bu termin qan dövranının və nəfəs almağın dayanmasını ifadə edir ki, bu iki meyar insanların və bir çox digər orqanizmin həyatını davam etdirmək üçün zəruridir. Ölüm klinik və bioloji olmaqla 2 mərhələyə bölünür. Belə ki, orqanizmdə oksigen çatışmazlığına ən az davamlı beyin qabığıdır. Ürək fəaliyyəti və tənəffüs dayandıqdan sonra 2-3 dəqiqə ərzində beyin qabığı məhv olur. Xüsusi hallarda - bədən çox soyudulduqda və ya uşaqlarda bu müddət 10-15 dəqiqəyə qədər uzana bilər. Bu vaxt ərzində xəstənin ürək fəaliyyətini bərpa etmək mümkün olsa onu yenidən həyata qaytarmaq da mümkündür. Beyin qabığı məhv olduqdan sonra klinik ölüm bioloji ölümə keçir. Klinik ölüm vəziyyətinə hər birimiz şahid ola bilərik.
Ərəblərə ölüm
"Ərəblərə ölüm" (ivr. ‏מָוֶת לָעֲרָבִים‏‎; Mavet la-Aravim) — İsrail və İordan çayının qərb sahilində yəhudi ekstremistləri tərəfindən geniş istifadə olunan şüar. Şəxsin xasiyyətindən asılı olaraq, bu, xüsusi olaraq antifələstinliliyin ifadəsi və ya daha geniş formada qeyri-fələstinli ərəbləri əhatə edən antiərəb irqçiliyinin ifadəsi ola bilər. Bu, geniş şəkildə qınanır, bəzi müşahidəçilər bunun soyqırım niyyətini təzahür etdirdiyini iddia edirlər. == Həmçinin bax == Xeybər Xeybər ya yəhud Böyük şeytan == İstinadlar == == Xarici keçidlər == Hundreds of far-right Israeli activists chant "death to Arabs" in East Jerusalem. YouTube. Middle East Eye. June 16, 2021.
Ölüm oyunu
Ölüm oyunu (ing. Game of Death, kantonca: 死亡遊戲) — ABŞ rejissoru Robert Klauz tərəfindən çəkilən döyüş filmdir. İlk dəfə orijinal film 1972-cü ildə çəkilmişdir. Lakin həmin filmdən çox az materiallar qalmışdır. Bu səbəbdən rejissorlar filmi yenidən çəkmək qərarına gəldilər. İlk film əsasında 1978-ci ildə "Ölüm oyunu" filmi çəkilir. Ssenari isə orijinal ssenaridən tam fərqlidir. Taekvondo üzrə qara kəmər sahibi Tai Çanq Kim filmin bir sıra epizodlarında Brüs Linin rolunu canlandırır. == Məzmun == Banda qrupu məşhur aktyor Billi Louya müxtəlif şərtlərlə təzyiq edirlər. Onlar Billidən qazancın bir hissəsinin banda heyətinə verməyi tələb edirlər.
Ölüm həvəsi
Ölüm həvəsi, ölüm instinkti və ya tanatos (q.yun. θάνατος “ölüm”) — psixoanaliz anlayışı olub, Sabina Şpilreyn tərəfindən fenomen kimi kəşf edilmiş və Ziqmund Freyd tərəfindən elmi dövriyyəyə daxil edilmişdir. Sonra Freyd anlayışı konseptuallaşdırır ki, onun işində canlı orqanizmdə ilkin (cansız, qeyri-üzvi) vəziyyəti bərpa etmək istəyinin mövcudluğunu ifadə edir. Yaşamaq həvəsi ilə ziddiyyət təşkil edir. Bəzi hallarda, aqressiya intinstinkti və ya mortido enerjisi ilə müəyyən edilir. == Psixoanalizdə “həvəs” anlayışı == Freyd cinsi həvəsi təhlil edərkən ilk dəfə "Seksuallıq nəzəriyyəsi haqqında üç esse" (1905) "həvəs" anlayışından istifadə etdi və daha sonra "Həvəslər və onların taleləri" (1915) əsərində bunu əsaslandırdı. Freyd bu anlayışa belə tərif vermişdir: “Həvəs” bizim tərəfimizdən əqli və fiziki arasında sərhəddə olan, bədən daxilində yaranan və ruha nüfuz edən qıcıqlanmaların fiziki nümayəndəsi kimi qəbul edilir." Psixoanaliz nəzəriyyəsinə görə, hər bir həvəsin məqsədi, obyekti, mənbəyi var. Həvəsin məqsədi məmnuniyyətdir ki, bu da onun gərginliyini mümkün qədər azaltmaqla əldə edilir. Həvəs obyekti — həvəsin məqsədinə çatdığı obyektdir. Həvəs mənbəyi zehni səviyyədə həvəsin özü ilə təzahür edən bədənin hər hansı bir orqanında və ya hissəsində həyəcanlanma prosesidir.
Sobibor ölüm düşərgəsi
Sobibor həbs düşərgəsi (alm. Vernichtungslager Sobibor‎) — Üçüncü Reyx tərəfindən İkinci dünya müharibəsi dövründə Polşada yaradılmış Nasist həbs düşərgəsi.
Treblinka ölüm düşərgəsi
Treblinka həbs düşərgəsi (alm. Vernichtungslager Treblinka‎) — Üçüncü Reyx tərəfindən İkinci dünya müharibəsi dövründə Polşada yaradılmış Nasist həbs düşərgəsi.
Xoşbəxt ölüm (roman)
Xoşbəxt ölüm (fr. La mort heureuse) — fransız yazıçı Alber Kamünün 1936-1938-ci illərdə yazdığı roman. Əslində roman müəllifin ilk romanı olsa da, Kamü onun böyük hissəsini yazıb qurtardıqdan sonra kitabı çap etdirməməyə qərar verir. O, 1936-cı ildə romanı yazmaq üçün qeydlər götürməyə başlayır. Əsər ilk dəfə Kamünün ölümündən 11 il sonra, 1971-ci il 4 apreldə Qallimard Nəşriyyatı tərəfindən çap olunur. Riçard Hovard tərəfindən tərcümə edilən ingiliscə versiyası isə 1972-ci ildə nəşr edilir. Xoşbəxt ölüm ilə müəllifin 1942-ci ildə çap olunan və ən məşhur əsərlərindən sayılan Yad romanı arasındakı oxşarlıq diqqəti cəlb edir. Əsərin Patris Merso adlı baş qəhrəmanı bir çox cəhətdən Yad romanındakı Mersoya bənzəyir. Qəhrəmanların hər ikisi Əlcəzair əsilli fransız işçidir, müxtəlif səbəblərdən adam öldürür və bundan peşmanlıq duymurlar. İki hissədən ibarət olan Xoşbəxt ölüm üçüncü şəxsin dilindən yazıldığı halda, Yad romanının qəhrəmanı öz başına gələnləri özü nəql edir.
Ölüm marşı (kitab)
Ölüm marşı kitabı
Hameleon 2: Ölüm oyunu (film, 1999)
Hameleon 2: Ölüm oyunu (ing. Chameleon II: Death Match) — 1999-cu ildə istehsal olunmuş ABŞ Elmi fantastika filmidir.
Harri Potter və Ölüm Hədiyyələri. II hissə (film, 2011)
Harri Potter və Ölüm Hədiyyələri: 2-ci Hissə (ing. Harry Potter and the Deathly Hallows: Part II) — ingilis yazıçı Coan Roulinqin eyniadlı romanı əsasında çəkilmiş Harri Potter filmlər seriyasında səkkizinci filmi və eyni zamanda həmin kitabın ekranlaşdırılmasının ikinci hissəsidir. Seriyanın üç əvvəlki filmlərin çəkilişlərinə qatılan rejissor Devid Yets və prodüser Devid Heyman bu kinolentin yaradılmasında da iştirak ediblər. Harri Potter filmlər silsiləsində yeddinci və səkkizinci filmlərin kassa yığımı 1,3 milyard dolları ötəndən sonra, həmin film kinematoqrafiya tarixində ən çox gəlir gətirən filmlərin siyahısında səkkizinci yer tutub, və 2011-ci ilin ən gəlirli filmi hesab olunmuşdur. == Məzmunu == Dobbini dəfn edəndən sonra, Harri Potter Qriphuk adında olan qoblindən Qrinqots bankında yerləşən və Bellatrisa Lestreyncə məxsus olan seyfi qarət edilməsində ona və dostlarına kömək göstərilməsini xahiş edir. Qriphuk razılaşır, amma əvəzinə vaxtilə Qodrik Qriffindora məxsus olan qılıncını tələb edir. Ollivander Malfoyların malikanəndən götürülmüş iki ədəd sehrli çubuğların Bellatrisa və Drakoya məxsus olduğunu, həmçinin Drakonun çubuğunun ona yox, Harriyə sadiq olmasını Potterə açıqlayır. Bellatrisanın seyfində olarkən, Harri, Ron və Hermiona nəvaxtsa Helqa Puffenduya məxsus olan kubokunun əslində hortkuluq olduğunu aşkar edirlər. Harri kuboku götürən zaman Qriphuk qılıncı öz əlinə keçirir, trionu mühafizə dəstəsi ilə üz-üzə qoyub, onları tərk edir. Dostlar zirzəmidə olan keşikçi əjdahanı azad edir, onun kürəyinə minib, qaçırlar.
Harri Potter və Ölüm Hədiyyələri. I hissə (film, 2010)
Harri Potter və Ölümün Hədiyyələri: 1-ci Hissə (ing. Harry Potter and the Deathly Hallows: Part I) — Harri Potter və ölüm hədiyyələri (seriyada 7-ci) əsasında çəkilən birinci film. 2010-cu ildə çəkilən, David Yatesin rejissorluq etdiyi film fantastika janrındadır. Həmçinin, J. K. Rovlinqing 2007-ci ildə nəşr olunmuş eyni adlı romana əsasən çəkilmiş iki hissəli filmin ilk hissəsidir.
Harri Potter və Ölüm Hədiyyələri (film)
Harri Potter və Ölüm Hədiyyələri. I hissə (film, 2010) (ing. Harry Potter and the Deathly Hallows: Part I) Harri Potter və Ölüm Hədiyyələri. II hissə (film, 2011) (ing. Harry Potter and the Deathly Hallows: Part II) Harri Potter haqqında olan romanlar silsiləsinin sonuncu romanının iki hissəli kinoadaptasiyası. Potteriananın prodüseri Devid Heymanın sözlərinə görə yazıçı Coan Roulinq bu cür bölünməyə qarşı olmamışdır. "Harri Potter və Ölüm Hədiyyələri. I hissə" filminin dünya üzrə premyerası 19 noyabr 2010-cu ildə, "Harri Potter və Ölüm Hədiyyələri. II hissə" filminin premyerası isə 15 iyul 2011-ci ildə baş tutmuşdur.
Harri Potter və Ölüm Hədiyyələri (roman)
Harri Potter və Ölüm Yadigarları (ing. Harry Potter and the Deathly Hallows) — Coan Roulinqin Harri Potter kitab seriyasından sayca yeddinci əsər. Kitabın ingiliscə nəşri 21 iyul 2007-ci il tarixində yayımlandı. Kitabın ingiliscə yayımlanmasından sonrakı ilk 24 saatda 11 milyonu satılmışdır. Kitabın başlığında Bill Uizli və Flyor Delakourun toyu olur. Ancaq Ölüm Yeyənlər toya basqın edir. Harri, Ron, Hermiona və digərləri Nazirliyin Voldemort tərəfindən ələ keçirildiyini və Sehr Naziri Rufus Skrimcerin öldürüldüyünü Kinqsli Şeklbotun toya göndərdiyi patronus vasitəsilə öyrənirlər. Əvvəla Harri, Ron və Hermiona Tottenham Məhkəməsi Yoluna gedib bir kafedə oturub olub keçənləri müzakirə edərkən iki Ölüm Yeyənin basqınına məruz qalırlar. Daha sonra xilas olurlar. Beləliklə, horkruksların axtarışlarına başlanması vaxtının gəlib çatdığını anlayırlar və bu yolda addımlamağa başlayırlar.
Harri Potter və Ölüm Yadigarları (roman)
Harri Potter və Ölüm Yadigarları (ing. Harry Potter and the Deathly Hallows) — Coan Roulinqin Harri Potter kitab seriyasından sayca yeddinci əsər. Kitabın ingiliscə nəşri 21 iyul 2007-ci il tarixində yayımlandı. Kitabın ingiliscə yayımlanmasından sonrakı ilk 24 saatda 11 milyonu satılmışdır. Kitabın başlığında Bill Uizli və Flyor Delakourun toyu olur. Ancaq Ölüm Yeyənlər toya basqın edir. Harri, Ron, Hermiona və digərləri Nazirliyin Voldemort tərəfindən ələ keçirildiyini və Sehr Naziri Rufus Skrimcerin öldürüldüyünü Kinqsli Şeklbotun toya göndərdiyi patronus vasitəsilə öyrənirlər. Əvvəla Harri, Ron və Hermiona Tottenham Məhkəməsi Yoluna gedib bir kafedə oturub olub keçənləri müzakirə edərkən iki Ölüm Yeyənin basqınına məruz qalırlar. Daha sonra xilas olurlar. Beləliklə, horkruksların axtarışlarına başlanması vaxtının gəlib çatdığını anlayırlar və bu yolda addımlamağa başlayırlar.
Heydər Əliyevin ölümü və dəfni
Azərbaycanın sabiq prezidenti Heydər Əliyev 12 dekabr 2003-cü il tarixində ABŞ-nin Klivlend Klinikasında səksən yaşında ürək çatışmazlığından yerli vaxtla səhər saat 10-da dünyasını dəyişmişdir. 13 dekabrda Azərbaycan prezidenti İlham Əliyev dəfn mərasiminin təşkili üzrə Dövlət Komissiyasının yaradılması haqqında sərəncam imzalayıb. 14 dekabr Heydər Əliyevin qəbri Bakıya gətirilib. Heydər Əliyevlə vida mərasimində xeyli sayda xarici qonaqlar iştirak edib. == Dəfn prosesinin təşkili == Dekabrın 13-də Azərbaycan prezidenti İlham Əliyev Heydər Əliyevin dəfni üzrə Dövlət Komissiyasının yaradılması haqqında sərəncam imzaladı. Aşağıdakı siyahıda komissiyanın üzvləri göstəriib. İlham Əliyev - Respublika Prezidenti, Dövlət Komissiyasının sədri Murtuz Ələsgərov - Azərbaycan Milli Məclisinin sədri Artur Rasizadə - Azərbaycanın baş naziri Ramiz Mehdiyev - Prezident Administrasiyasının rəhbəri Fərhad Abdullayev - Konstitusiya Məhkəməsinin sədri Vilayət Quliyev - Xarici İşlər Naziri Səfər Əbiyev - müdafiə naziri Namiq Abbasov - milli təhlükəsizlik naziri Ramil Usubov - daxili işlər naziri Zakir Qaralov - Baş prokuror Allahşükür Paşazadə - Qafqaz Müsəlmanları İdarəsinin sədri Mahmud Kərimov - Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Hacıbala Abutalıbov - Bakı meri Anar Rzayev - Azərbaycan Yazıçılar Birliyinin sədri == Dəfni == Heydər Əliyevin dəfn mərasimi 2003-cü il dekabrın 15-də Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Respublika Sarayında keçirilib. Dəfn mərasimi Azərbaycanın əsas telekanalları ilə canlı yayımlanıb. Heydər Əliyevlə vida mərasimi yeddi saat çəkib. Dəfndə 250,000 nəfər iştirak edib.
Hiakinfin ölümü
Hiakinfin ölümü (fr. La Mort d'Hyacinthe) — Jan Brok tərəfindən 1801-ci ildə tamamlanmış rəsm əsəridir. Əsər Puatye şəhərindəki San-Krua muzeyində sərgilənir. Brokun ən məşhur əsəri olan tabloda məşhur roma şairi Ovidin "Metamorfozlar" əsərindən səhnə təsvir edilmişdir. Əsərdə ölmüş Hiakinfin sevgilisi olan yunan tanrısı Apollon tərəfindən qucaqlanması göstərilmişdir. Onların qarşısında Apollon tərəfindən atılmış və Hiakinfin ölümünə səbəb olmuş disk vardır. Hiakinfə aşiq olan Zefir, onu Apollona qısqandığı üçün qərb küləyi vasitəsiylə diski Hiakinfə yönləndirmişdir. Hiakinfin qanının töküldüyü yerdən sünbülçiçək çıxmışdır. == Təsviri == Rəsmdə qırmızı arxalığı və lirası ilə seçilən Apollon huşunu itirmiş Hiakinfin bədənini qucaqlayaraq saxlayır. Apollonun ayağı qarşısında Hiakinfin ölümünə səbəb olmuş disk vardır.
Hədis Nəcəfinin ölümü
Hədis Nəcəfinin öldürülməsi (5 yanvar 2000, Kərəc, Tehran ostanı – 21 sentyabr 2022, Kərəc) — Məhsa Əminin öldürülməsindən sonra İranda başlayan etirazlarda iştirak edən 22 yaşlı azərbaycanlı Hədis Nəcəfinin İranın təhlükəsizlik qüvvələri tərəfindən 6 güllə ilə güllələnməsi. == Haqqında == Hədis Nəcəfi 5 yanvar 2000-ci ildə Kərəc şəhərində anadan olub. Anası və atası Miyanədən olan azərbaycanlılardır. Ailədə özündən böyük 3 bacısı və bir kiçik qardaşı var. Valideynləri Şərqi Azərbaycan ostanının Miyanə şəhərində anadan olublar. Hədis Nəcəfi dizayn üzrə təhsil alsa da Kərəcdə Mehrşəhr bölgəsində bir restoranda kassir kimi işləyib. Bəzi mənbələrə görə şairə və ədəbiyyatçı kimi tanınıb Şəxsi instaqram səhifəsində yerləşdirdiyi son videosunda "Hazırda etirazlara gedirəm ki, bir neçə il keçdikdən sonra sevinəm ki, etiraz aksiyalarında iştirak etmişəm və artıq indi hər şey dəyişib" deyib. Ölümündən əvvəl etiraz aksiyasında hicabsız dayanaraq sarı saçlarını yığıb önə atıldığını göstərən video ilə məşhurlaşıb. == Ölümü == 21 sentyabr 2022-ci ildə Kərəc şəhərində baş vermiş etiraz aksiyasında iştirak edən Hədis Nəcəfi sinəsindən, üzündən və boynundan 6 güllə yarası aldıqdan sonra yerindəcə keçinib 25 sentyabr 2022-ci ildə dəfn edilib. Ölümündən sonra İranda davam edən etiraz aksiyalarının simvollarından birinə çevrilib.
Həmzə Əli əl-Hatibin ölümü
Həmzə Əli əl-Hatib (ərəb. حمزة علي الخطيب‎; 24 oktyabr 1997 – 25 may 2011, Dəra) 13 yaşında olarkən Dərada Suriya vətəndaş üsyanlarında Suriya hökumətinin nəzarəti altında həyatını itirən suriyalı uşaq. 29 aprel 2011-ci ildə nümayiş zamanı tutulan Həmzə Əli əl-Hatibin ağır dərəcədə qançır, yanıq izləri olan, üç güllə izi tapılan, cinsi orqanları parçalanmış cəsədi 25 may 2011-ci ildə ailəsinə təhvil verildi. Həmzənin ailəsi cəsədin foto və videolarını jurnalistlərə və fəallara payladıqdan sonra görüntülərdən təsirlənən minlərlə insan internetdə və küçə nümayişlərində ailəni dəstəklədiklərini bildirdilər. == Arxa plan == Dəra əyalətindəki Əl-Cize kəndində yaşayan Həmzə, 2010-cu ildə quraqlıq olduğu üçün əvvəllər olduğu kimi üzməyə vaxt sərf etmək əvəzinə bəslədiyi göyərçinlərlə məşğul olmağa başladı. Əl-Cəzirə ilə müsahibəsində əmisioğlu Həmzənin səxavətlə tanındığını və ailəsinə kasıblara kömək etməsini tövsiyə etdiyini bildirdi: "Həmzə bir dəfə kiməsə 100 suriya funtu ($2) vermək istədi, amma ailəsi bunun çox olduğunu söylədi. Amma Həmzə dedi: "Məndə bir yataq və yemək var, o adamın isə heç bir şeyi yoxdur. Və beləliklə, o, valideynlərini yoxsul kişiyə 100 suriya funtu ($2) verməyə inandırdı" deyə əmisioğlu Əl-Cəzirəyə dedi. == Həbs olunması == Həmzənin siyasətlə maraqlanmadığını bildirən əmisioğlu, Həmzənin 29 aprel 2011-ci ildə ailəsi ilə Dəra şəhərinin mühasirəsinə etiraz etmək üçün bir aksiyada iştirak etdiyini bildirdi. Əmisioğlu bu vəziyyəti "hərkəs nümayişə gedirdi.
II Elizabetin ölümü
Birləşmiş Krallıq və Millətlər Birliyinin ən uzun hökm sürmüş kraliçası olan II Elizabet 8 sentyabr 2022-ci ildə Şotlandiyada yerləşən Balmoral qalasında 96 yaşında öldü. Xəbər BBC tərəfindən canlı yayımda Britaniya Yay Vaxtı ilə 18:31-də ictimaiyyətə bildirildi. Günün səhər saatlarında həkimlər sağlamlığının sürətlə pisləşdiyini və tibbi müayinədə olduğunu bildirdi. == Xronologiya == 8 sentyabr 2022-ci ildə İngiltərə vaxtı ilə 12:30-da Bukinqem sarayı kraliçanın müayinə altında olduğunu və həkimlərin narahat olduğunu açıqladı. Kraliçanın ailəsi Vilyam və Harri ilə birlikdə yanında olmaq üçün qalaya getdilər. BBC kraliçanın vəziyyətini yaxından izləmək məqsədi ilə saat 14:00 civarında BBC One proqramını 18:00-a qədər dayandırdı. Digər kanallarda kraliçanın vəziyyəti ilə əlaqəli xüsusi yayım proqramları verildi. Saat 15:00-da BBC müxbiri Yelda Hakim Elizabetin öldüyünə dair heç bir rəsmi açıqlama olmamasına baxmayaraq kraliçanın öldüyü haqda tvit paylaşdı. Daha sonra tviti sildi. 16:30-da Baş nazir Liz Trass kraliçanın ölümü barədə məlumatlandırıldı.
Jon Benet Ramseyin ölümü
Conbenet Remsi (ing. JonBenét Patricia Ramsey; d.6 avqust 1990-cı il, Corciya, Atlanta — ö. 25 dekabr 1996-cı il, Kolorado, Boulder) — ABŞ-də uşaq gözəllik müsabiqəsinin qalibi. 1996-cı ildə sərt bir cisimlə vurularaq və boğularaq öldürülmüşdür. Çoxsaylı versiyalara və fərziyyələr baxmayaraq, Remsinin qatili və ya qatilləri tapılmadı. == Bioqrafiyası == Conbenet Remsi 6 avqust 1990-cı ildə Corciya ştatının inzibati mərkəzi olan Atlanta şəhərində Con Bennett Remsi və Patrisiya Remsinin ailəsində dünyaya gəlib. Onun özündən böyük Bork adında bir qardaşı var idi. Conbenet bir yaşında ikən, 1991-ci ildə ailəsi Kolorado ştatı Boulder qəsəbəsindəki on beş otaqlı evə köçür. Atası proqram təminatının distributorluğu ilə məşğul olurdu, keçmiş "Miss Virciniya"(1977) titulu sahibi və "Miss Amerika" yarışmasında iştirak edən anası Patrisiya Remsi isə uşaqlara baxırdı – Conbenet və böyük qardaşına. Conbenet çoxsaylı uşaq gözəllik müsabiqələrində iştirak edib.
Körpə P-nin ölümü
Peter Connelly (ing. Peter Connelly; 1 mart 2006 - 3 avqust 2007) (həmçinin " Baby P ", " Child A " və " Baby Peter " kimi tanınır) — 17 aylıq Britaniyalı uşaq idi. O, səkkiz ay ərzində 50-dən çox xəsarət aldıqdan sonra 3 avqust 2007-ci ildə İngiltərənin London şəhərində uşaq zorakılığından ölmüşdür. Anası, ortağı və qardaşı ona hücum etdikləri üçün həbsxanaya göndərilib. İş, Haringey Şurasının sosial xidmətlər şöbəsinin təhlükədə olan uşaqlara baxaraq işini necə yerinə yetirdiyi ilə bağlı bir neçə böyük araşdırma ilə nəticələnmişdir.
Körpə ölümü
Körpə ölümü — 1 yaşınadək uşaqların ölümü. Belə ölümlərin sayı hər 1000 doğuş üzrə bir yaşınadək uşaqların ölüm sayını göstərən körpə ölümü göstəricisi ilə ölçülür. Beş yaşadək ölüm uşaq ölümü göstəricisi hesab edilir və burda da mühüm statistika var. Körpə ölümü daha çox erkən doğum zamanı baş verir. Digər əsas səbəblər boğulma, pnevmaniya, doğuş zamanı yaranan qüsurlar (məsələn, dölün göbək ciyəsinin anomaliyaları), eləcə də doğuş prosesinin uzun müddət davam etməsi, neonatal infeksiya, ishal, malyariya, qızılca və aclıqdır (malnutrisiya). Körpə ölümlərinin qarşısını almağın mümkün olduğu ən geniş yayılmış səbəblərindən biri də hamiləlik zamanı siqaret çəkməkdir. Bir çox faktorlar körpə ölümünə münbit şərait yaradır: ananın təhsil səviyyəsi, ətraf mühitin vəziyyəti və siyasi və tibbi infrastruktur. Sanitariyanın təkmilləşdirilməsi, təmiz içməli suya çatımlılıq, infeksion xəstəliklərə qarşı immunizasiya və digər sağlamlıq tədbirləri yüksək səviyyədəki körpə ölümünü azaltmağa kömək edə bilər. 1990-cı ildə dünyada yaşı 1-dən aşağı olan 9 milyon körpə ölmüşdü. 2015-ci ilədək bu rəqəm 4,6 milyona enmişdi.
Labirint qaçışçısı: Ölüm əmri
Ölüm əmri və ya original adı ilə The Kill Order adlanan bu roman amerikalı yazıçı Ceyms Daşner tərəfindən yazılmış Labirint qaçışçısı romanlarının dördüncüsü olub 2012-ci ildə çap olunmuş gənclik romanıdır.
Labirint qaçışçısı: Ölümə dərman
Ölümə dərman və ya original adı ilə The Death Cure adlanan bu roman, Amerika yazıçısı Ceyms Daşner tərəfindən yazılmış Labirint qaçışçısı romanlarının üçüncüsü olub 2011-ci ildə nəşr edilmiş gənclik romanıdır. Filmin ekranlaşdırılmış versiyasının buraxılış tarixi 2018-ci il yanvarın 12-də olmuşdur.
Labirintdə qaçış: ölümə dərman (film, 2018)
Labirintdə qaçış: ölümə dərman eyniadlı roman əsasında rejissor Ues Balın çəkdiyi distopik elmi-fantastik döyüş triller filmidir. T.S. Nowlinin ssenarisini yazmış olduğu film 2018-ci ildə ABŞ-də istehsal edilmişdir. == Süjet xətti == “Labirintdə qaçış” saqasının sonuncu hissəsi: Tomas sonuncu və təhlükəli missiyanı yerinə yetirmək üçün qleyderlər ordusuna başçılıq edir. Dostlarının xilası üçün onlar əfsanəvi Sonuncu şəhərə, QUDUZ tərəfindən idarə olunan ölümcül labirintə daxil olmalıdırlar. Orada sağ qalan hər kəs labirintə düşən andan qleyderlərə əziyyət verən bütün suallara cavab tapacaq.
Lataşa Harlinsin ölümü
Lataşa Harlins — Ja Du (Hangul: 순 자두) adlı 51 yaşlı Koreya əsilli mağaza sahibi bir qadın tərəfindən öldürülən 15 yaşındakı afroamerikalı bir qız idi. Du Harlinsi affekt vəziyyətində öldürüldüyünə görə beş il şərti azadlıqdan məhkum edilmiş və 400 saat ictimai işlər, 500 ABŞ dolları və dəfn xərcləri ilə cərimə olunmuşdu. Bəziləri Lataşa Harlinsin güllələnməsini 1992-ci il Los-Anceles iğtişaşlarının səbəblərindən biri kimi göstərirlər. Harlinsin ölümü, Rodni Kinqin polislər tərəfindən döyülməsinin videoya çəkilməsindən 13 gün sonra baş vermişdi.
Liza Dmitriyevanın ölümü
Liza Dmitriyeva (tam adı: Yelizaveta Dmitriyeva; 6 mart 2018, Vinnitsa – 14 iyul 2022, Vinnitsa) — 2022-ci ildə Rusiya-Ukrayna müharibəsi zamanı Rusiya Ordusunun hücumu nəticəsində öldürülən 4 yaşlı qız. == Həyatı == Tam adı Yelizaveta Dmitriyeva olan Liza Dmitriyeva 2018-ci il martın 6-da Vinnitsa vilayətinin Vinnitsa şəhərində anadan olub. Lizada anadangəlmə Daun sindromu var idi. Diaqnoz hələ doğuşdan əvvəl məlum idi və tibb işçiləri uşağı abort eləməyə düşünürdülər. Amma ailə uşağı saxlamaqda israrlı idi. Loqopedin dediyinə görə, Liza ağıllı və bacarıqlı idi. Liza 6 aylıq olanda çətin əməliyyatdan uğurla çıxdı. Lizanın anası İrina Dmitriyeva mütamadi olaraq instagramda uşağın həyat uğurundan yazırdı və bənzər məsələlərdə başqa valideynlərə məsləhətlər verirdi. Lizan valideynləri ilə birgə Kiyev şəhərində yaşayırdı. 2019-cu ilin iyununda Liza oturmağı öyrəndi.
Məhsa Əmininin ölümü
Məhsa Əmininin ölümü — İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən ölkədəki ən böyük problemlərdən biri olan geyimin, çadranın İslama uyğun olmamasından ötürü döyülərək öldürülən qadın. O, İran hökuməti polisi tərəfindən qondarma İslami rəhbərliyə görə həbs edilib, lakin iki saatdan sonra İran İslam İnqilabı Keşikçiləri Korpusunun davranışının yaratdığı şiddətli qorxuya görə o, həm beyin, həm də infarkt keçirib və komaya düşüb. O, İranda qadınlara qarşı təcavüz və zorakılığın ən məşhur qurbanlarından biridir.
Nildə ölüm (film, 1978)
"Nildə ölüm" (ing. Death on the Nile) — rejissor Con Gillerminin filmi. == Məzmun == Nil boyunca üzən paroxodda gənc milyonçu qız öldürülmüşdür. O, yenicə ərə gedib və çoxlu düşməni var. Lakin hadisədə şübhəli bilinən şəxslərin heç biri bu qətli törədə bilməzdi. Elə həmin gəmidə üzən tanınmış xəfiyyə Erkül Puaro bu sirli tapmacanın cavabını tapır. == Film haqqında == Filmdə 5 "Oskar" mükafatı almış aktyor eyni vaxtda çəkilirdi: Piter Ustinov (1960, 1964), Corc Kennedi (1967), Bett Deyvis (1935, 1938), Meqqi Smit (1969, 1978), Devid Niven (1958).
Nildə ölüm (film, 2022)
Nildə ölüm (ing. Death on the Nile) — Aqata Kristinin 1937-ci ildə yazdığı eyniadlı əsərinə əsaslanan ingilis-amerika triller filmi. == İlk baxış == Film COVID-19 pandemiyası səbəbi ilə planlanan tarixdən fərqli vaxtda - 11 fevral 2022-ci ildə yayımlandı.
Olum ya ölüm (mahnı)
Olum ya Ölüm — Azərbaycanın repçisi Hüseyn Dərya tərəfindən yazılan dini mahnıdır. Mahnı 2012-ci ildə "Youtube" portalına yerləşdirilib. 60 min baxış sayına yüksəlib. == Mahnının yaradıcıları == Söz: Hüseyn Dərya Musiqi: Hüseyn Dərya Rejissor: Hüseyn Dərya Operator: Hakim Ağayev Montaj: Samir Xəttab Ney: Vüqar Hüseynov == Siyahı == Hüseyn Dəryanın "Sus" albomunun bir hissəsidir. Dini məzmunda olan repdir. Vaxtı 4 dəqiqə 28 saniyədir. 2012-ci ildə buraxılıb.
Olumla ölüm arasındakı ömür... Hamlet Qurbanov (film, 2015)
Olumla ölüm arasındakı ömür. Hamlet Qurbanov — rejissor Sənan Sultanovun 2015-ci ildə Azərbaycan Televiziyasında çəkdiyi sənədli film. == Məzmun == Filmdə görkəmli teatr və kino aktyoru, Azərbaycanın əməkdar artisti Hamlet Qurbanovun həyat və yaradıcılığına həsr olunur. == Film haqqında == Filmdə Azərbaycan radiosunda radio müsahibədən, "Dəli yığınacağı", "Əliqulu evlənir" teatr tamaşalarının, Azərbaycan Televiziyasında "Mehmanxana sahibəsi", "Yollar görüşəndə...", "Atayevlər ailəsi", "Evləri köndələn yar", "Topal Teymur", "Qapalı orbit" televiziya tamaşalarının, eləcə də "Dağ meşəsindən keçərkən...", "Sevil", "Dədə Qorqud", "Anlamaq istəyirəm", "Babamızın babasının babası", "Cin mikrorayonda", "Bağ mövsümü", "O dünyadan salam" filmlərinin kadrlarından istifadə edilmişdir.

ölüm sözünün leksik mənası və izahı

  • 1 is. 1. biol. Orqanizmin həyat fəaliyyətinin həmişəlik dayanması və onun məhv olması, orqanizmdə və ya onun bir hissəsində maddələr mübadiləsinin dayanması, kəsilməsi. Fizioloji ölüm. Hüceyrənin ölümü. Bitkinin ölümü. 2. İnsan və ya heyvanın həyatının sona çatması; ömrün nəhayəti; vəfat, ölmə. Naqafil ölüm. Vaxtsız ölüm. – Dünyada elə sular var ki, insanı ölümdən qurtarır… C.Məmmədquluzadə. Güllü özünə ölüm arzuladı. Ə.Vəliyev. // Ölmə, ölmək vaxtı. Kərimxan insanın oturub dəqiqələri sayasaya ölümü gözləməyindən dəhşətli bir şey olmadığını bilirdi. M.İbrahimov. □ Ölüm ayağında – ölmək, ya öldürülmək üzrə olma; ölərkən, ya öldürülərkən; ölüm qarşısında. Əbdülkərimi gətirib dar ağacının altında dayandırdılar. Heç bir baxan deməzdi ki, bu adam ölüm ayağındadır. Ə.Haqverdiyev. // məc. Bir şeyin sonu, məhvi. Kapitalizmin ölümü. 3. Edam cəzası. Ölümə məhkum etmək. 4. məc. Məhv olmaq təhlükəsi, dəhşətli fəlakət. Demək, biz şəhərimizi ölümdən qurtardıq. M.Hüseyn. ◊ Ölüm yuxusu – çox bərk yuxu. Çulğamışdı hər tərəfi dumanlıq; Aləm ölüm yuxusuna batmışdı. A.Səhhət. Ölüm rəngi – bax ölü rəngi (“ölü”də). Kişinin sifətindən ölüm rəngi çətin-çətin çəkilirdi. B.Bayramov. Ölüm sükutu – son dərəcə sakitlik, tam sükut. Həbsxananı bir neçə saniyə ölüm sükutu bürüdü. H.Nəzərli. Ortalığı ölüm sükutu qaplamışdı. M.Hüseyn. Ölümə vermək – bada vermək, məhvinə səbəb olmaq, fəlakətə sürükləmək. Ata oğlunu ölümə verməyəcəkdir. S.Rəhimov. Ölümü gözünün altına almaq – ölə biləcəyini nəzərə alaraq qorxmamaq. Nə ölümü var? – nəyinə lazımdır? nə işi var? nəyinə gərək? [Ata:] Onun bu vaxt şəhərdə nə ölümü var? M.Hüseyn. Bu vaxt [qızın] küçədə nə ölümü var idi? H.Seyidbəyli.

    Azərbaycan dilinin izahlı lüğəti / ölüm
  • 2 orqanizmin həyat fəaliyyətinin geriyə dönməz şəkildə dayanması, canlı varlığın mövcudluğunun labüd təbii sonu.

    Fəlsəfə terminlərinin izahlı lüğəti / ölüm

ölüm sözünün etimologiyası

  • 1 Dilimizdə ölüm, ya olum; ölüm-dirim (mübarizəsi), ölüm-qalım (məsələsi) kimi sözlər işlədilir. Bunlar sinonimlik əlamətinə malik olsa da, son ikisi daha qədim tarixə malikdir. Birincini isə C.Cabbarlı işlədib. Ölmək, olmaq, dirmək (durmaq), qalmaq feilləri ilə bağlı yaranmış sözlərdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / ölüm

ölüm sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 ÖLÜM Ölüm, sağ görüb məni, atma mənə pəncəni; Mən ki çoxdan ölmüşəm, naləm aldatmış səni! (B.Vahabzadə); ƏBƏDİ YUXU Afaq dodaqlannda təbəssüm, ölüm adlanan əbədi bir yuxu içində idi (Ə.Məmmədxanlı); ƏCƏL [Fəxrəddin bəy:] O ki qaldı Səadətə, onu məndən bir əcəl ayıra bilər.. (N.Vəzirov); HƏLAK Ərinin həlakından sonra Sürəyya istəyənlərə getməmiş, balasını ögey atalı eləməmişdi (Ə.Cəfərzadə); İTİK (məc.) Bu böyük itik, bu kədərli faciə (A.Şaiq); İTKİ (məc.) Bu böyük itki bütün Azərbaycanın qəlbini yandırdı (A.Şaiq); QIRĞIN Hitlerçilər qırğın müharibəsi aparmaq xəyalında idilər (M.Hüseyn); MƏMAT Kişi arvadı üzərində həqqi-həyata və məmata malik idi (Çəmənzəminli); MÖVT (kl.əd.) ...belə-belə pak qadınların məclisində yaşamaq iman əhli üçün həmişəlik olacaq; nə azar tapacaqlar, nə mövt onlan dərk edəcək (C.Məmmədquluzadə); TƏLƏFAT İclas sədri: Onun fəaliyyəti sayəsində, biz hər gün faşistlərin üzərinə hücuma keçir və azca tələfatla onların dəstələrini qırıb darmadağın edirdik (M.Hüseyn); VAY Öldür Ələsgəri qurtulsun canı; Vay xəbərin göndər qohum-qardaşa (Aşıq Ələsgər); VƏFAT Bənövşə: Anamın vəfatından sonra evlənməmisən (M.İbrahimov).

    Azərbaycan dilinin sinonimlər lüğəti / ölüm

ölüm sözünün rus dilinə tərcüməsi

  • 1 1. смерть, кончина; 2. смертность;

    Azərbaycanca-rusca lüğət / ölüm
  • 2 I сущ. 1. смерть: 1) прекращение жизнедеятельности организма и гибель его: прекращение биологического обмена веществ в организме или его части. Fizioloji ölüm физиологическая смерть, hüceyrənin ölümü смерть клетки 2) прекращение существования человека, животного. Vaxtsız ölüm безвременная смерть (кончина), naqafil ölüm скоропостижная смерть, təbii ölüm естественная смерть, klinik ölüm клиническая смерть, məşəqqətli ölüm мучительная смерть, facianə ölüm трагическая смерть (гибель), xəstənin ölümü смерть больного, ölüm qorxusu страх смерти; ölüm xəbəri известие о смерти; ölümü üstün tutmaq предпочесть смерть, ölümlə çarpışmaq бороться со смертью, ölümlə oynamaq играть со смертью, ölümlə hədələmək kimi угрожать, грозить смертью к ому, ölümündən sonra: 1. после смерти; 2. посмертно; ölümə məhkum etmək приговорить к смерти, ölümdən betər хуже смерти, ölümdən güclü сильнее смерти 3) перен. гибель, уничтожение чего-л. İşğalçılara ölüm! Смерть оккупантам! 2. гибель, крушение, разрушение. Şəhəri ölümdən qurtarmaq спасти город от гибели 3. смертность (количество случаев смерти за какой-л. срок среди определённой совокупности людей). Uşaq ölümü (ölüm halları) детская смертность II прил. 1. смертный: 1) относящийся к смерти, связанный со смертью. Ölüm saatı смертный час, ölüm hadisəsi смертный случай, ölüm yatağında на смертном одре 2) такой, который должен привести к смерти. Ölüm hökmü смертный приговор, ölüm cəzası смертная казнь (высшая мера наказания). Asılmaqla ölüm cəzası смертная казнь через повешение, güllələnməklə ölüm смертная казнь через расстрел 2. смертельный. Ölümlə nəticələnən со смертельным исходом ◊ ölümə məhkum olmuş adam смертник (тот, кто приговорён к смертной казни, обречён на смерть), смертница; ölümlə mübarizə борьба со смертью, ölümə qalib gəlmək победить смерть, ölümə aparmaq повести на смерть, ölümə göndərmək послать на смерть, ölümə getmək идти на смерть, ölüm diləmək kimə желать смерти к ому, ölüm gətirmək kimə, nəyə нести смерть к ому, чему; ölümünü gözünün altına almaq рисковать жизнью; ölümün qarşısını almaq предотвратить смерть, ölümün pəncəsindən qoparmaq kimi вырвать из когтей смерти кого; ölümün pəncəsindən çıxmaq вырваться из когтей смерти; ölümə gedən kimi getmək haraya идти как на казнь куда, ölümün gözünə dik baxmaq смело смотреть смерти в глаза, ölümlə üz-üzə gəlmək быть лицом к лицу со смертью, ölümünə fərman vermək приговорить к смерти, ölümə sinə gərmək стоять насмерть, ölüm şərbəti içmək испить смертную чашу, ölüm yuxusuna getmək почить вечным (могильным) сном, ölüm ayağında olmaq смотреть, глядеть в гроб, в могилу (быть при смерти); ölüm aman vermədi kimə … смерть помешала к ому …; ölüb ölümdən qayıtmaq пережить свою смерть; ölüm sükutu гробовая тишина (гробовое молчание); ölüm ya olum быть или не быть, həyatla ölüm arasında между жизнью и смертью; ölüm haqdır, hamı bir can borcludur двум смертям не бывать, одной не миновать; ölüm göz ilə qaş arasındadır до смертного часа не больше чем от брови до глаза; bircə ölümə çarə yoxdur от смерти нет зелья; sənə daha ölüm yoxdur теперь гуляй смело; Allahdan ölüm istəmək желать себе смерти; orada onun nə ölümü var там ему нечего делать, что он там потерял

    Azərbaycanca-rusca lüğət / ölüm

ölüm sözünün inglis dilinə tərcüməsi

  • 1 I. i. 1. death; decease, demise; təbii ~ natural death; ~dən xilas etmək to save fromdeath; vaxtsız ~ prematurely / untimely death; ~ün pəncəsində olmaq to be* in the jaws of death; ~lə həyat arasında olmaq to be* between life and death; ~ ayağında olmaq to be* dying, to be* on the verge of death; ~ə vermək to kill (d.), to cause to be killed; ~ünü gözünün qabağına almaq to risk / to stake one’s life; 2. mortality; uşaq ~ü infant / infantile mortality II. s. death; ~ düşərgəsi death camp; ~ cəzası capital punishment; ~ tələsi death trap; ~ hökmü death sentence; ~ təri death sweat; ~ yatağı death-bed

    Azərbaycanca-ingiliscə lüğət / ölüm

ölüm sözünün fransız dilinə tərcüməsi

  • 1 is. 1) mort f ; décès m ; trépas m ; ~ düşərgəsi camp m de mort (və ya de concentration), stalag m ; ~ düşərgəsinə göndərmək envoyer dans les camps de concentration ; ~dən qurtarmaq échapper à la mort ; ~ə vermək livrer à la mort ; ~ü münasibətilə à l’occasion du deuil (du décès) ; ~ ayağında olmaq être sur le point de mourir ; təbii ölümlə ölmək mourir de la mort naturelle ; ~lə həyat arasında olmaq être entre la vie et la mort ; 2) mortalité f ; uşaq ölümü mortalité infantile ; ~ hökmü arrêt m (və ya sentence f) de mort ; ~ hökmü çıxarmaq prononcer un arrêt de mort, rendre une sentence de mort

    Azərbaycanca-fransızca lüğət / ölüm

ölüm sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. 1. кьиникь, кьин; рекьидай вахт, ажал; ölüm ayağında рекьиз мукьва; рекьидамаз, рекьидай вахтунда; // пер. са затӀунин эхир (мес. капитализмдин); 2. кьиникьин жаза; 3. пер. терг хьунин хаталувал, сед; ** ölüm yuxusu кьейиди хьиз ксун, гзаф кӀеви ахвар; ölüm rəngi кил. ölü (ölü rəngi); ölüm sükutu тамам секинвал, ччан алай затӀ авачир хьтин секинвал; ölümü gözünün altına almaq кьиникь вилив кьун, рекьиникай кичӀе тахьун; nə ölümü var? вуч йикь ава? вуч ажал ава? вуч ава? квез лазим я? вуч кар ава?

    Azərbaycanca-ləzgicə lüğəti / ölüm

ölüm sözünün türk dilinə tərcüməsi

"ölüm" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#ölüm nədir? #ölüm sözünün mənası #ölüm nə deməkdir? #ölüm sözünün izahı #ölüm sözünün yazılışı #ölüm necə yazılır? #ölüm sözünün düzgün yazılışı #ölüm leksik mənası #ölüm sözünün sinonimi #ölüm sözünün yaxın mənalı sözlər #ölüm sözünün əks mənası #ölüm sözünün etimologiyası #ölüm sözünün orfoqrafiyası #ölüm rusca #ölüm inglisça #ölüm fransızca #ölüm sözünün istifadəsi #sözlük