kütləsi sözü azərbaycan dilində

kütləsi

Yazılış

  • kütləsi • 99.2754%
  • Kütləsi • 0.7246%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Atmosferin kütləsi
== Atmosfer == Atmosferin yer kürəsində insanın həyatı və fəaliyyəti üçün əhəmiyyəti çox böyükdür. Əgər yerdə atmosfer olmasa idi, canlı aləm olmazdı. Atmosferin tərkibinə daxil olan qazlardan biri oksigen canlı aləmin nəfəs almasına və yanma prosesinə kömək edir. Karbon qazı isə bitkilərin, yarpaqların qidalanması üçün istifadə olunur və bitkilər tərəfindən atmosferə oksigen buraxılır. Atmosferin əsas qazı azot zülal və azotlu birləşmələrin tərkibinə daxil olub yerdə həyatın inkişafı ilə sıx əlaqədardir. Atmosfer Azotun, Oksigenin, Arqonun, Neonun və başqa qazların sənaye üsulu ilə alınmasında tükənməz rol oynayır. Atmosfer gündüzlər yerin günəş şüaları tərəfindən hədsiz qızmasının, gecələr isə hədsiz soyumasının qarşısını alır, eyni zamanda canlı orqanizmləri günəşin ultrabənövşəyi və kosmik şüalarından qoruyur. == Atmosferin kütləsi == Atmosferin ümumi kütləsi 5. 1015tondan bir qədər çoxdur. Bu isə yerin öz kütləsindən təqribən milyon dəfə kiçikdir.Atmosferin bütün kütləsininyarısı aşağı 5km-də, dörddə üçü aşağı 10km-də, 95%- i aşağı 20 km-də yerləşir.
Atom kütləsi
Atom kütləsi - bir atomun kütləsi olub, atom kütlə vahidi (a.k.v.) ilə müəyyən olunur. Hal-hazırda atom kütlə vahidi ən geniş yayılmış izotop olan karbonun neytral atomunun kütləsinin 1/12-i qəbul edilir. Buna görə də, bu izotopun atom kütləsi təyinata görə düz 12 a.k.v.-nə bərabərdir. İzotopun atom kütləsi ilə onun kütlə ədədi arasındakı fərqə izafi kütlə deyilir. Bu fərq həm müsbət, həm də mənfi ola bilər. Onun yaranma səbəbi nüvə ilə proton və neytronlar arasında əlaqə enerjisinin qeyri xətti olmasında, həmçinin proton və neytronun kütlələri arasındak fərqdədir. Karbon atomunun etalon seçilməsinin əsas səbəbi onun 12C izotopunun 98,9% təşkil etməsidir ki, bu isə demək olar ki, götürülmüş nümunədə bütün Karbon atomlarının eyni sayda nuklonlardan təşkil olunması deməkdir. Kimyəvi elementin atom kütləsi (eləcə də "orta atom kütləsi", "standart atom kütləsi") verilmiş kimyəvi elementin təbiətdə mövcud olan bütün izotoplarının, onların yerdə və atmosferdə yayılma xarakterini nəzərə alaraq orta məxrəcə gətirilmiş kütləsidir. Mendeleyev cədvəlindədə bu kütlələr göstərilmişdir. Kimyəvi elementin nisbi atom kütləsi, onun təbii izotoplarının orta atom kütləsinin a.k.v-yə olan nisbəti ilə müəyyən olunur.
Hava kütləsi
Hava kütləsi– troposferin təqribən eyni fiziki xassəyə malik olan, atmosferin ümumi sirkulyasiyası sistemində hərəkət edən, sahəsinə görə materiklərlə müqayisə edilən irihəcmli hava hissəsi. Hava kütləsi qalınlığı bir neçə kilometr olub, bəzi hallarda bütövlükdə troposferi əhatə edir. Fiziki xassələrini (temperatur, rütubətlik, şəffaflıq və s.) üzərində yerləşdiyi ərazinin təsiri nəticəsində formalaşdırır. == Tipləri == Fiziki xüsusiyyətlərinə görə hava kütləsinin aşağıdakı tiplərini ayırırlar: Ekvatorial hava kütləsi Tropik hava kütləsi Mülayim enlik (və ya qütb) hava kütləsi Arktik və ya Antarktik hava kütləsiRütubətliyinə görə Ekvatorial hava kütləsindən başqa, bütün hava kütlələri iki tipə bölünürlər. Dəniz hava kütləsi (məsələn, dəniz tropik hava kütləsi) Kontinental hava kütləsi (məsələn, kontinental tropik hava kütləsi)Stabilliyinə hava kütləsinin adlandırılması: İsti hava kütləsi- hava kütləsinin temperaturu keçdiyi ərazinin temperaturundan daha yüksəkdir. Soyuq hava kütləsi- hava kütləsinin temperaturu keçdiyi ərazinin temperaturundan daha soyuqdur.Bu və ya digər ərazidə daimi və yaxud ilin müəyyən dövründə hakim olan hava kütləsi həmin ərazinin iqlim tipini müəyyən edir.
Bədən kütləsinin göstərici
Bədən Kütləsinin göstərici (BKİ) - insan bədəninin çəkisini qiymətləndirmək üçün ölçü ədədidir. O belçikalı alim Adolf Ketle tərəfindən yaradılmışdır. Köklük bütün dünyada bir problem olduğu zamanda, bu ölçü ədədində hər şeydən oncə insanları onları gözləyən təhlükədən xəbərdar etmək və qorumaq üçün istifadə edilir. BKI bu düsturla tapılır: I = m h 2 {\displaystyle I={\frac {m}{h^{2}}}} , burada: m — bədənin kütləsi, kq, h — insanın boyu, m,ölçü vahidi kimi kq/m2 alınır. Normal çəkiyə malik adamlar üçün Ümumdünya Səhiyyə Təşkilatı işlədiyi qaydaya əsasən 18,50 kq/m² və 24,99 kq/m² arasında yerləşən BKİ qiyməti normal, 30 kq/m²-dan artıq qiymətə malik şəxslərin isə müalicəyə ehtiyacı olması göstərilri. Çəki sinifləşdirilməsi aşağıdakı cədvəldə verilmişdir: BÇİ-nin cədvəldə verilən qiymətlərini interpretasiya edən zaman şəxsin yaşı da nəzərə alınmalıdır.
Bədən kütləsinin indeksi
Bədən Kütləsinin göstərici (BKİ) - insan bədəninin çəkisini qiymətləndirmək üçün ölçü ədədidir. O belçikalı alim Adolf Ketle tərəfindən yaradılmışdır. Köklük bütün dünyada bir problem olduğu zamanda, bu ölçü ədədində hər şeydən oncə insanları onları gözləyən təhlükədən xəbərdar etmək və qorumaq üçün istifadə edilir. BKI bu düsturla tapılır: I = m h 2 {\displaystyle I={\frac {m}{h^{2}}}} , burada: m — bədənin kütləsi, kq, h — insanın boyu, m,ölçü vahidi kimi kq/m2 alınır. Normal çəkiyə malik adamlar üçün Ümumdünya Səhiyyə Təşkilatı işlədiyi qaydaya əsasən 18,50 kq/m² və 24,99 kq/m² arasında yerləşən BKİ qiyməti normal, 30 kq/m²-dan artıq qiymətə malik şəxslərin isə müalicəyə ehtiyacı olması göstərilri. Çəki sinifləşdirilməsi aşağıdakı cədvəldə verilmişdir: BÇİ-nin cədvəldə verilən qiymətlərini interpretasiya edən zaman şəxsin yaşı da nəzərə alınmalıdır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 10.43 dəfə / 1 mln.
2002 ••••••••••••••• 13.70
2003 ••••••••••••••• 13.78
2004 •••••••••••••••• 15.16
2005 ••••••••••••••••••• 18.22
2006 •••••••••••• 11.49
2007 •••••••• 6.98
2008 •••••••••• 9.01
2009 ••••••••• 8.16
2010 ••••••••••• 10.53
2011 •••••••••• 9.01
2012 •••••••••••• 10.76
2013 •••••••••• 9.34
2014 ••••••• 6.18
2015 •••••••••• 9.19
2016 •••••••••••••• 12.67
2017 ••••••••••• 9.76
2018 •••••••••••••••••••• 19.48
2019 •••••••• 7.79
2020 ••••••••••• 10.08

"kütləsi" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#kütləsi nədir? #kütləsi sözünün mənası #kütləsi nə deməkdir? #kütləsi sözünün izahı #kütləsi sözünün yazılışı #kütləsi necə yazılır? #kütləsi sözünün düzgün yazılışı #kütləsi leksik mənası #kütləsi sözünün sinonimi #kütləsi sözünün yaxın mənalı sözlər #kütləsi sözünün əks mənası #kütləsi sözünün etimologiyası #kütləsi sözünün orfoqrafiyası #kütləsi rusca #kütləsi inglisça #kütləsi fransızca #kütləsi sözünün istifadəsi #sözlük