küftəsi sözü azərbaycan dilində

küftəsi

Yazılış

  • küftəsi • 88.2353%
  • Küftəsi • 11.7647%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Arzuman küftəsi
Arzuman küftəsi — Azərbaycan mətbəxindən olan ət və toyuq yeməyi. Naxçıvan bölgəsi üçün karakterikdir. Yemək 8-10 nəfər üçün hazırlanır. == Hazırlanması və servis edilməsi == Bütöv toyuq təmizlənir və qaynayan suda yarımhazır olana kimi bişirilir. Şabalıd suda pörtülür, turş gavalı soyuq suda isladılır. Hazırlanmış şabalıd və gavalı üstü zəfəranlanmış toyuğun içərisinə doldurulur. Ət və baş soğan balta ilə xırdalanır (və yaətçəkən maşından keçirilir), ədviyatlar vurulub yaxşı yoğurulur. Hazır qiymə təmiz yuyulmuş və qaynadılmış tənzifin içərisinə 1,5-2 sm qalınlığında yayılır, qiymənin ortasına hazırlanmış toyuq qoyulur və tənzifin ucları bir yerdə düyünlənib, qiymə toyuğun hər yerini örtmək şərtilə ona girdə forma verilir. Bu zaman bir əllə tənzifın ucları bir-birinə çatdırılır, o biri əllə qiymə toyuğun cəmdəyinə sıxılır və axırda tənzifin ucları bərk bağlanır. Küftə, 5-6 litrlik qazanda sümüklərdən hazırlanmış bulyona salınıb bişirilir.
Təbriz küftəsi
500 qr çəkilmiş ət (qoyun ya mal əti), 250 qr baş soğan, 125 qr ləpə (yarıya bölünmüş noxud), 125 qr düyü, 2 ədəd orta ölçülü kartof, 5 ədəd yumurta, 450 qram pomidor Göyərti – cəfəri, keşniş, şüyüd, Duz, İstiot, Sarıkök. Təbriz küftəsi hazırlamaq üçün əvvəlcə əti soğanın bir hissəsi ilə birlikdə ətçəkən maşından keçirdib qarışdırın. Bundan sonra düyünü sarıköklə qarışdırın. Tam bişmədən, bir az yumşaldıqdan sonra ocaqdan götürün. Suyunu süzüb qiyməni əlavə edin. Noxudu bişirin. Bundan sonra kartofu da bişirin. Bişmiş kartofu yaxşıca əzib qiyməyə qatın. Üç ədəd yumurtanı da qiyməyə əlavə edərək qarışdırın. Yumurtalı qiyməyə duz, istiot əlavə edib qarışığı yaxşıca qarışdırın.

Oxşar sözlər

#küftəsi nədir? #küftəsi sözünün mənası #küftəsi nə deməkdir? #küftəsi sözünün izahı #küftəsi sözünün yazılışı #küftəsi necə yazılır? #küftəsi sözünün düzgün yazılışı #küftəsi leksik mənası #küftəsi sözünün sinonimi #küftəsi sözünün yaxın mənalı sözlər #küftəsi sözünün əks mənası #küftəsi sözünün etimologiyası #küftəsi sözünün orfoqrafiyası #küftəsi rusca #küftəsi inglisça #küftəsi fransızca #küftəsi sözünün istifadəsi #sözlük