Çiriş kətəsi
Çiriş kətəsi — Azərbaycan milli mətbəxinə aid yeməklərdən biri.
Təmizlənmiş və yuyulmuş çirişə, doğranmış quru zoğal və ya zırınc əlavə edilərək qarışdırılır. Bundan əlavə bu qarışığa doğranmış soğanda əlavə edilir. Bir qədər düyü götürülür və o bir qədər qaynadılır. Bu qaynadılmış düyü də qarışığa əlavə edilir.
Ələnmiş una su və duz qatılıb xəmir yoğrulur. Xəmir bir qədər acıdılır. Bir qədər sonra ondan kündələr ayrılaraq oxlovla yayılır. Hazırlanmış yuxaların üzərinə duz və istiot əlavə edilmiş çirişli qarışıq əlavə olunaraq yuxalar qatlanır. Kənarları kəsilir.