İnsan kəlləsi diaqramı (yandan)
İnsanın kəlləsi (lat. cranium) — 23 sümükdən ibarət olan insan başının sümük karkası. Bura həmçinin üç cüt eşitmə sümüklərini də əlavə etmək olar.
== Kəllənin əmələgəlmə mərhələləri ==
Kəllənin əmələgəlməsi iki əmgək və sümük mərhələlərindən keçir. Yeni doğulmuşlarda əmgək mərhələsinin qalıqlarına rast gəlinir. Bundan əlavə kəllə sümükləri qığırdaq mərhələsi də keçmiş olur.
== Kəllənin şöbələri ==
Kəllə iki: üz və beyin şöbələrindən ibarətdir. Çənə sümüyündən başqa demək olar ki, bütün kəllə sümükləri bir biriləri ilə fibroz birləşmələr — tikişlər vasitəsilə birləşmiş olurlar.
=== Üz şöbəsi ===
İnsan kəlləsinin üz şöbəsinə bir cüt: əng sümüyü, burun balıqqulağı sümüyü, damaq sümüyü, almacıq sümüyü, burun sümüyü, gözyaşı sümüyü və tək: çənə sümüyü, dilaltı sümüyü, burun arakəsmə sümüyü aiddirlər
=== Beyin şöbəsi ===
İnsan kəlləsinin beyin şöbəsinə bir cüt: gicgah sümüyü, təpə sümüyü və tək: ənsə sümüyü, əsas sümük, alın sümüyü, xəlbir sümüyü aiddirlər.