* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. 1. Köhnə məişətdə: birinci arvadın üstünə alınan ikinci və ya üçüncü arvad. Hacı evə günü gətirmək niyyətini Münəvvər xanımın qulağına elə doldurdu ki, arvadın heç ruhu da incimədi. Mir Cəlal. // Bu cür ailədəki arvadlardan hər biri. Günülərin davası. – [Nazlı:] Təzə arvad günüsündən hər gün ərinə bir söz deyir, əri də yazıq arvada sitəm eləyirmiş. Çəmənzəminli. Cırmaqlama, didişmə olur, günülərin birisi digərinin xınalı saçlarını çəngə-çəngə yolurdu. S.Rəhimov. 2. məc. Düşmən, rəqib mənasında. Ancaq o çox sadədir; tərifi-zadı sevməz; Elə bil ki, şöhrətlə; qanlıbıçaq, günüdür. R.Rza. ◊ Günü düşmək – birilə düşünüşmək, düz gəlməmək, ziddinə getmək. …Göyərçin çox-çox ildi ki, Gülsənəm qızla günü düşübdür. S.Rəhimov.
Azərbaycan dilinin izahlı lüğəti / günü1 Mənası “paxıl” kimi açıqlanıb. Məncə, gün (od, yandırmaq) sözü ilə bağlıdır: günülər, adətən, bir-birini yandırmaqla, hirsləndirməklə (od qoymaqla) intiqam almağa çalışırlar. Günüləmək kəlməsi “qarşıdakını incitmək” mənasında işlədilir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / günü2 сущ. 1. в старом быту: новая жена по отношению к прежней (при многожёнстве); соперница 2. перен. противник, противница
Azərbaycanca-rusca lüğət / günü1 сущ. 1. кьев (сад лагьай папан кьилел къахчунвай кьвед ва я пуд лагьай паб; гьа папарикай гьар сад); 2. пер. душман, рекьиб манада; ** günü düşmək садахъ галаз дуьз татун, акси фин.
Azərbaycanca-ləzgicə lüğəti / günü(Gədəbəy) xalçaçılıqda istifadə olunan alət. – Günü düzətdiηizmi xanıya?
Azərbaycan dilinin dialektoloji lüğəti.