* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2003 | •• | 0.39 |
2004 | ••••• | 1.35 |
2006 | ••••• | 1.35 |
2007 | •••• | 1.27 |
2008 | ••• | 0.73 |
2009 | ••••••• | 2.24 |
2010 | •••••••• | 2.45 |
2011 | ••••• | 1.54 |
2012 | •••••• | 1.89 |
2013 | •••••••••••••••••••• | 6.42 |
2014 | ••••••• | 2.06 |
2015 | ••• | 0.68 |
2016 | •• | 0.52 |
2017 | •• | 0.49 |
2018 | • | 0.30 |
2019 | •••• | 1.11 |
2020 | ••••• | 1.33 |
1 is. 1. Qoyun balası. Quzu əti. Quzu dərisi. – Mal qapıya gələndə axşam-səhər; Qoyun mələr, quzu mələr, dağ mələr. A.Şaiq. Çıxır dağ döşünə körpə quzular; Tarlanın səsini əks edir sular. S.Vurğun. 2. məc. Çox yumşaq, sakit, həlim adam haqqında. O, quzu kimi adamdır. □ Körpə quzu məc. – məsum, təcrübəsiz, ana uşağı. [Uruz] arabir at minib ox süzdürsə də, … ananın nəzərində hələ körpə bir quzu idi. M.Rzaquluzadə. // “Quzum” şəklində – əzizləmə, oxşama; nəvazişlə, mehribanlıqla müraciət. Yavrum, quzum, bahari-həyatın nə cür olar? A.Səhhət. Ürəyi şad, könlü açıq; Körpə quzum, ağ günə çıx! S.Vurğun.
Azərbaycan dilinin izahlı lüğəti / quzu1 Müxtəlif mənaları içərisində “kiçik, balaca” anlamları da var. İndi də nəfəslik (форточка) yerinə bəzən “quzupəncərə” deyirlər. Quzulamaq həm də “balalamaq” (qoyun, keçi, cüyür...) mənasında işlədilir. Ehtimal ki, elə quzu “bala” deməkdir. O, toğluya, toğlu şişəyə, şişək öyəcə, öyəc qaradişə, o da azmana, sonuncu isə dizmana çevrilir. Deməli, quzudan dizmana qədər 7 yaş dövrü mövcuddur. Buzov və quzu “övlad” (bala) anlamı ilə bağlıdır, qohum sözlərdir. Boğaz (hamilə) sözü buzağ kimi olub, “qarnında balası olan” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / quzu2 I сущ. ягнёнок: 1. детёныш овцы, барашек 2. перен. о тихом, покорном, смирном, кротком человеке 3. перен. ласк. в обращении к ребёнку: quzum ягнёночек мой, милый мой II прил. ягнячий, барашковый. Quzu dərisi барашковая шкурка, quzu yunu ягнячья шерсть; quzu kimi как ягнёнок, тише воды ниже травы, quzuya dönmək ходить по струнке, по ниточке
Azərbaycanca-rusca lüğət / quzu1 i. lamb, ◊* ~ kimi sakit as meek / calm as a lamb; ~ kimi lamblike
Azərbaycanca-ingiliscə lüğət / quzu1 сущ. 1. кӀел; // кӀелен (мес. як, хам); 2. пер. гзаф хъуьтуьл, мили, кӀел хьтин кас.
Azərbaycanca-ləzgicə lüğəti / quzuDastanlarda ceyran balası mənasında da işlənir. Bu səfər ayının iyirmi beşində, Bu dağda bir ceyran ağlar, inildər! İki körpə quzu vardı döşündə, Bu dağda bir ceyran ağlar, inildər! (“Əsli və Kərəm”)
Azərbaycan dastanlarının leksikası