* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2002 | •••••••••••• | 37.69 |
2003 | ••••••• | 20.87 |
2004 | ••••••• | 21.22 |
2005 | •••••••••••• | 35.09 |
2006 | •••••••••••••••••••• | 62.84 |
2007 | •••••••••••••••••••• | 59.83 |
2008 | ••••••••• | 27.29 |
2009 | •••••••• | 22.72 |
2010 | •••••• | 18.15 |
2011 | ••••• | 13.30 |
2012 | •••• | 10.15 |
2013 | ••••••• | 19.55 |
2014 | ••••••••• | 26.77 |
2015 | ••••••••• | 26.88 |
2016 | ••••••••••••• | 39.22 |
2017 | •••••••• | 23.41 |
2018 | •••• | 9.44 |
2019 | ••• | 9.18 |
2020 | •••• | 10.74 |
1 is. Su, neft, qaz çıxarmaq və s. məqsədlər üçün silindr şəklində qazılmış dərin və ya dayaz çuxur. Su quyusu. Neft quyusu. – Özgəyə quyu qazan özü düşər. (Ata. sözü). Tülkü gəzəndə yıxılıb nagahan; Bir quyuya düşmüş idi bir zaman. A.Səhhət. Nə olsun? Ay fağır kişi! O quyudan burayadək lağım vurmuşam. Ə.Haqverdiyev. ◊ Quyu qazımaq məc. – birinin yamanlığına, bədbəxtliyinə çalışmaq, ayağından çəkmək, əlaltından əleyhinə iş görmək. [Vəzir:] Bu arvad xainlik ilə bunu sevgiyə həml edib, biçarəyə quyu qazır. M.F.Axundzadə. Lakin bir çoxları vardır ki, hal-hazırda bizə … quyu qazırlar. M.S.Ordubadi.
Azərbaycan dilinin izahlı lüğəti / quyu2 QUYU Zirvələr göylərin yeddi qatında; Dərələr min arşın quyu kimidir (Alış Kamal); KAN (kl.əd.) (köhn.) Düz deyil, hətta sipəhdarın işi; Məmləkətdə kanə bax, kənkane bax (Ə.Nəzmi).
Azərbaycan dilinin sinonimlər lüğəti / quyu2 I сущ. 1. колодец. Quyudan su çəkmək брать воду из колодца, mədən quyusu рудничный колодец, artezian quyusu артезианский колодец, baxış quyusu смотровой колодец, dəmir-beton quyu железобетонный колодец, kabel quyusu кабельный колодец, kərpic quyu кирпичный колодец, quyunun cilalanması опалубка колодца; quyu qapağı люк колодца 2. тех. скважина. Neft quyusu нефтяная скважина, quyu armaturu арматура скважины, quyu gövdəsi ствол скважины, quyunun qazılması бурение скважины, quyunun rejimi режим скважины, quyuların istismarı эксплуатация скважин II прил. 1. колодезный. Quyu suyu колодезная вода, quyu burovu колодезный бур 2. скважистый, скважный. Quyu süxuru геол. скважистая порода 3. скважинный. Quyu termometri скважинный термометр ◊ quyu qarın бездонная бочка, обжора; quyuya (kəməndə, tələyə) düşmək попасть в ловушку; quyuya salmaq kimi загнать в ловушку кого; quyu qazmaq kimə рыть яму кому, подкапываться под кого
Azərbaycanca-rusca lüğət / quyu1 I. i. well; neft ~su oil-well; ~ qazmaq 1) to dig* a well; 2) məc. undermine II. s.: ~ suyu well-water
Azərbaycanca-ingiliscə lüğət / quyu1 is. puits m ; neft ~ su puits de pétrole ; ~ qazmaq forer un puits
Azərbaycanca-fransızca lüğət / quyu1 сущ. къую, къуй; фур; su quyusu цин къую; özgəyə quyu qazan özü düşər. Ata. sözü жува атlай фуруз жув аватда; ** quyu qazımaq пер. фур атӀун, фур эгъуьнун, кӀаникай (чинеба) садаз писвализ (зарар гуз) алахъун, кӀвачикай ялун.
Azərbaycanca-ləzgicə lüğəti / quyuYer səthində mexaniki vasitələrlə qazılan, diametri uzunluğundan dəfələrlə kiçik olan silindrik gövdə. Quyular qazılma məqsədlərindən asılı olaraq müxtəlif növlərə ayrılır. İstismar Q.- ları neft, qaz, yeraltı sular və s. çıxarılması üçün qazılır. Qazılmış süxur hisəcikləri yuyucu maye və ya havanın köməyi ilə yer səthinə qaldırılır və mexaniki qurğular vasitəsilə kənar edilir. Kəşfiyat və dərin istismar Q.-larını metal qoruyucu kəmərlə bərkidilir və sementləyirlər. Neft və qaz Q.-larının ağzını yuyulmaqdan və süxurların uçulması təhlükəsindən qorumaq məqsədi ilə Q.-ya uzunluğu 3-50 m olan qoruyucu borular endirilir. Q. istiqamətinin şaquli və maili olmasını təmin etmək, Q.-ya su, neft və qaz axmasının və Q. divarının uçulmasının qarşısını almaq üçün Q.-nun sonrakı gövdəsinə ikinci qoruyucu boru kəməri konduktor endirilir. Q. divarı ilə qoruyucu boru kəməri arasında qalan sahəyə (boru arasına) sement məhlulu vurulur. Q.-lar layihə dərinliyinə qədər qazıldıqdan və məhsuldar horizontların (neft, qaz və s.) olmasını aşkar edən geofiziki işlər aparıldıqdan sonra Q.- ya istismar kəməri endirilir.
Neft terminlərinin izahlı lüğəti