qozu sözü azərbaycan dilində

qozu

Yazılış

  • qozu • 87.2180%
  • Qozu • 12.7820%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Mancuriya qozu
Növün təbii arealı – Mancuriya (Şimali Çin), Uzaq Şərq və Koreya yarımadasıdır. Mancuriya qozu yarpağı tökülən, birevli ağac və ya koldur.Hündürlüyü 25-30 m-ə çatan gövdəsi düz, şaxələnmiş və ya enli-yumru, zərif çətirlidir. Qabığı tünd boz, zoğları sarımtıl-qonur tükcüklüdür. Yarpaq saplaqlarının uzunluğu 5-20 sm-dir.Yarpaqları növbəli, mürəkkəb, cüt olmayan, lələkvari, uzunluğu 40-90 sm-dir.Yarpaqcıqları 7-19 ədəd, uzunsov-ellipsvari, uzunluğu 17 sm və eni 2-7 sm-dir. Yarpaq ayası dişli, ucu biz, tükcüklüdür. Çiçəkləri xırda, bircinsli, çiçəkləmə yarpaqları açıldıqdan sonra müşahidə edilir. Erkəkcik çiçəkləri uzun, sallaq sırğalarda, dişicik çiçəkləri 3-10 ədəd olmaqla zoğların uclarında yerləşir. Aprel-mayda çiçəkləyir. Meyvələri çəyirdəkvari, oval, yunan qozuna bənzəyir, ancaq xırda (2,5-7,5 sm) və çox qalın, yaşıl və ya qonur qabıqlıdır. Qozun nüvəsi kiçik ölçülü, yeməlidir.
Yunan qozu
Yunan qozu (lat. Juglans regia L.) – Buna bəzən yunan qozu, adi qoz, girdəkan, cövüz və cəviz də deyirlər. Hündürlüyü 25–30 m-ə və diametri 150–200 sm-ə qədər olan, ağacdır. Bəzən 80–100 yaşlı ağaclarının boyu 35 m, gövdəsinin diametri 2 m, nadir hallarda isə 4 m-ə çatır. Cavan ağacların qabığı açıq-boz rəngli, hamar və ya azacıq çatlı, yaşlı ağaclarda qabıq tünd-boz vədərin uzunsov-çatlıdır. Açıqlıqda bitən ağacları çox qollu-budaqlı çətirə malik olur. Sərbəst duran ağacların çətiri iri və sıxdır, adətən günbəzşəkilli və yaçadıraoxşardır. Cavan budaqların özəyi boş nərdivanaoxşar arakəsmələri vardır. Çiçəkləməsi: Aprel-May, yarpaqların açılmağa başlama dövründə. Meyvə verməsi: Avqust-Sentyabr Tumurcuqları yumurtavari-dəyirmi, parlaq yaşımtıl-qonur rəngdə, uzunluğu 3–6 mm-dir.

"qozu" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#qozu nədir? #qozu sözünün mənası #qozu nə deməkdir? #qozu sözünün izahı #qozu sözünün yazılışı #qozu necə yazılır? #qozu sözünün düzgün yazılışı #qozu leksik mənası #qozu sözünün sinonimi #qozu sözünün yaxın mənalı sözlər #qozu sözünün əks mənası #qozu sözünün etimologiyası #qozu sözünün orfoqrafiyası #qozu rusca #qozu inglisça #qozu fransızca #qozu sözünün istifadəsi #sözlük