qoza sözü azərbaycan dilində

qoza

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • qoza • 80.0000%
  • Qoza • 20.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Qoza (film, 1995)
Qoza — 1995-ci ildə rejissor və ssenarist Nuri Bilgə Ceylanın çəkdiyi Türkiyə filmi. Koza filmi rejissorun debüt filmidi. 20 dəqiqəlik film “Kann festivalı”nın da qısa filmləri arasında nominant olub. Nuri ilk filmdəcə tərzi ilə diqqətləri cəmlədi. Kamera səssiz olduğundan, səs filmə sonradan əlavə olunub. Filmdə əsas rolları Nurinin ata və anası ifa edib. Film simvolikalarla zəngindi. Bir növ insan düşüncəsi ilə uyğunlaşdırılıb. Bunun nəticəsi olaraq ilk baxışdan qarmaqarışıq bir film yaranıb. Nuri Bilge Ceylan'ın resmi sitesinde Koza Arxivləşdirilib 2009-02-25 at the Wayback Machine.
Qozaburunlu acılıq
Qozadaşıyanlar
İynəyarpaqlılar (lat. Pinopsida) — çılpaqtoxumlular şöbəsinə aid bitki sinfi.
Qozağacı
Qozağacı — Azərbaycan Respublikasının Siyəzən rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Siyəzən rayonunun Yenikənd kənd Sovetinin Qozağacı kəndi Məşrif kənd Sovetinin tərkibinə verilmişdir. Kəndin adı onun ərazisində qoz ağaclarının çoxluğu ilə əlaqədar meydana gəlmişdir. Kənd dağətəyi düzən­likdə yerləşir. Əhalisinin sayı 400 nəfərdir. Azərbaycan Respublikası Prezidentinin 2 fevral 2018-ci il tarixli Sərəncamı ilə Siyəzən rayonu Qozağacı kənd 56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması üçün 262 000 manat vəsait ayrılmışdır.
Qədim qozalı metasekvoya
Qozaburunlu acılıqotu
Qozaburunlu acılıqotu (lat. Ephedra strobilacea) — bitkilər aləminin qnetokimilər şöbəsinin gnetopsida sinfinin acılıqotukimilər dəstəsinin acılıqotukimilər fəsiləsinin acılıqotu cinsinə aid bitki növü. İranda, Orta Asiyada geniş yayılmışdır. Qumlu səhralara uyğunlaşmış İran-Turan növüdür. Hündürlüyü 2 m-ə qədər olan, bozqabıqlı, budaqların diametri 4 mm, boz-yaşıl, hamar və ya zəif çıxıntılı, düzdayanan koldur. Yarpaqları 2-3 ədəddir, yarısı və ya 1/3 hissəsi bitişikdir. Erkəkcik sünbüllərinin uzunluğu 5 mm-ə qədər olan başcıq çiçək qrupuna yığılmışdır, erkəkcik sütuncuğu çiçəkaltlıqlarının üzərinə az çıxır, erkəkcikləri 5-6 ədəddir. Yumurtacıq sünbülləri başcıq çiçək qrupuna yığılmışdır; çiçəkaltlıqları cüt və ya üç hissəli, 5-6 ədəd çiçək köbələrində yerləşmiş, sərbəstdir, kənarları enli, dişiciklidir; çiçəkləri 2-3 ədəddir, borucuğunun uzunluğu 33 mm-ə qədərdir. Qozagiləmeyvələrin uzunluğu 6-7 mm, çiçəkaltlığı qabıqların ucları əyilmişdir. Toxumları tünd-boz və ya yaşımtıl, uzunluğu 5-6 mm, oval və ya elipsvarıdır.

qoza sözünün leksik mənası və izahı

  • 1 is. 1. Palıd, şam və qayın ağaclarının qoza oxşayan yeyilməyən meyvəsi. Səndə bitər bir neçə vecsiz qoza; Ancaq o da qismət olar donquza. M.Ə.Sabir. 2. Pambıq kolunun hələ açılmamış, yuvarlaq şəkilli və içində pambıq olan qönçəsi. Pambıq qozası. – Vıyıldayan şiddətli külək pambıq kollarını dalğalandırır, qurumuş qozaları xəzəl kimi xışıldadırdı. M.Hüseyn. 3. Keçmişdə qadın paltarının qollarında gümüş, ya qızıldan yuvarlaq bəzək.

    Azərbaycan dilinin izahlı lüğəti / qoza
  • 2 Qadın paltarında gümüş və ya qızıldan yuvarlaq bəzək. Özü yan otağa keçib paltarını dəyişir, qoza düyməli təzə paltarını geyib sallana-sallana oğlanın qabağına gəlir. (“Baxış-Leyla”)

    Azərbaycan dastanlarının leksikası / qoza

qoza sözünün etimologiyası

  • 1 Mənbələrdə kayza feili var, “qabığı təmizləmək” mənasında işlədilir. Kayzırıq sözü var və ruscaya “скорлупа” kimi tərcümə olunub. Qoza “qabıq”dır, amma hər qabığa “qoza” deyilmir. Bu söz barama qozası, pambıq qozası ifadələrində işlədilir. Görünür, qoz və gəzəl sözləri ilə qohumluğu var. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / qoza

qoza sözünün sinonimləri (yaxın mənalı sözlər)

qoza sözünün rus dilinə tərcüməsi

  • 1 1. бот. древесная шишка; 2. хлопковая коробочка;

    Azərbaycanca-rusca lüğət / qoza
  • 2 сущ. 1. шишка. Şam qozası сосновая шишка, küknar qozası еловая шишка 2. коробочка. Pambıq qozası хлопковая коробочка 3. диал. горелка (головка керосиновой лампы); palıd qozası жёлудь

    Azərbaycanca-rusca lüğət / qoza

qoza sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. 1. мегъуьн, наратдин, муьтквер ва мс. гьахьтин ттарарин кӀеребичдиз ухшар емиш, зигил; palıd qozası мегъв; 2. памбагдин гьеле ахъа тахьанвай, къене памбаг авай кьил; 3. виликра дишегьлийрин пекерин хилерик жедай гимишдин ва я къизилдин куркур хьтин безег.

    Azərbaycanca-ləzgicə lüğəti / qoza

qoza sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dilinin dialektoloji lüğəti.

(Culfa, Daşkəsən, Ordubad, Şərur) neft lampasının odluğu. – Ləmpənin qozası xarav oluf (Daşkəsən); – Qoza yumru olur, ortası da dəlik (Ordubad); – O ləmpənin qozasın sil təmizdə (Culfa)

Azərbaycan dilinin dialektoloji lüğəti.

"qoza" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#qoza nədir? #qoza sözünün mənası #qoza nə deməkdir? #qoza sözünün izahı #qoza sözünün yazılışı #qoza necə yazılır? #qoza sözünün düzgün yazılışı #qoza leksik mənası #qoza sözünün sinonimi #qoza sözünün yaxın mənalı sözlər #qoza sözünün əks mənası #qoza sözünün etimologiyası #qoza sözünün orfoqrafiyası #qoza rusca #qoza inglisça #qoza fransızca #qoza sözünün istifadəsi #sözlük