* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 1. sif. Yaşlı, qocalmış (cavan ziddi). Qoca kişi. Qoca kəndli. Qoca alim. Qoca at. – Bahadır hələ üzünü yumamış, ev yiyəsi qoca arvad Bahadırı çay içməyə çağırdı. N.Nərimanov. Bu anda qoca usta başını dik qaldırıb, dəmir qüllənin zirvəsində durmuş fəhləni səslədi. M.Hüseyn. 2. is. Qocalmış, yaşı ötmüş, qocalıq yaşına çatmış kişi. Qocalara hörmət. Qocalar və cavanlar. – Qocanın biliyi, cavanın biləyi. (Ata. sözü). Qoca hələ sözünü tamamlamamışdı ki, birdən təbil-davul vuruldu. “Koroğlu”. Kərim baba qısaboylu, geniş kökslü bir qoca idi. A.Şaiq. // Evin ən yaşlı, ən böyük, təcrübəli üzvü, ağsaqqalı. Qoca evin sütunudur. (Ata. sözü). 3. sif. məc. Qədim, köhnə. Qoca dünya. – Qoy məndən dərs alsın qoca təbiət; O da könlüm kimi gülsün həmişə. S.Vurğun. Lakin qoca tarix bilir bu yerlərin yaşını. R.Rza. 4. is. Kişi, ər. [Xanpəri:] Onun cadusunda mən bir hikmət görmüşəm ki, əgər istəsə bu saatda məni qocamdan boşadar. M.F.Axundzadə.
Azərbaycan dilinin izahlı lüğəti / qoca2 yaşlı, ağsaqqal; müdrik, bilici (Fars mənşəli hesab edilən "xacə, xoca" sözləri də "qoca"dan törəmiş və islamdan əvvəl yaranmışdır).
Azərbaycan kişi adlarının izahlı lüğəti / qoca1 Xoca sözünün təhrifidir. Xoca isə “müəllim, oxumuş, ağıllı” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / qoca4 1. QOCA (Çox yaşlı) O çox təəccüb elədi ki, həmin gördüyü qoca kişi əyləşib yuxarı başda döşəyin üstə (C.Məmmədquluzadə); AĞSAQQAL ..mən də orların ancaq ağsaqqal yoldaşıyam (C.Məmmədquluzadə); AHIL [Vaqif:] ..bir cahil, bir də mənim kimi ahıl yazıçı yazır.. (Çəmənzəminli); BİR AYAĞI BURDA, BİR AYAĞI QƏBİRDƏ (fr.v.) (çox qoca) Əhmədin arvadı Nabat xalanın qoca, bir ayağı burda, bir ayağı qəbirdə olduğu üçün Əhmədi varislər arasına daxil etmirdi (B.Talıblı); İXTİYAR İxtiyar qadın iki kərə gəlib naharın hazır olduğunu söylədi (M.S.Ordubadi); QART ..topa bığlı bir qart kişi ləngər vura-vura meydançaya çıxdı.. (H.Abbaszadə); MÜSİNN (köhn.) Hacı Xəlil, müsinn şəxs, həştad beş il dünyada ömür edəndən sonra, xudavəndi-aləmin əmrini yerinə yetirməkdə idi (Ə.Haqverdiyev); PİR Pirə ata dedim, cavana qardaş; Ana-bacı bildim qızı, gəlini (Aşıq Ələsgər); SİNLİ Sinli bir kişi dedi: – Belə çıxır ki, paraya dəymə, bütövü kəsmə, doğra, doyunca ye.. (Ə.Vəliyev); YAŞLI Mənim yaşıdlarım bilmirəm nədən; Çox yaşlı görünür məndən... (B.Vahabzadə). 2. qoca baxar 1 3. qoca bax köhnə, qədim 1 4. qoca bax nurani 1 5. qoca bax ağbirçək 1
Azərbaycan dilinin sinonimlər lüğəti / qoca1 QOCA – CAVAN Qocanın biliyi, cavanın biləyi (Ata. sözü).
Azərbaycan dilinin antonimlər lüğəti / qoca2 I сущ. старик, старец II прил. 1. старый (достигший старости) 2. престарелый. Qoca alim престарелый учёный 3. старческий. Qoca psixozu старческий психоз, qoca gücsüzlüyü старческая немощь, qoca xəstəliyi старческая болезнь 4. стариковский; qoca vaxtında (yaşında) на старости лет
Azərbaycanca-rusca lüğət / qoca1 I. i. an old man*; ~lar the old, the aged, old people; Qocaların bizim köməyimizə ehtiyacı var The aged need our help II. s. old; aged; advanced in age; ~ alim aged scientist
Azərbaycanca-ingiliscə lüğət / qoca1 is. vieillard m, vieux m ; ~lar les vieux, les vieillards ; ~ alim savant m âgé
Azərbaycanca-fransızca lüğət / qoca1 1. прил. кьуьзуь; qoca arvad кьуьзуь паб; qoca öküz кьуьзуь яц; qoca ağac кьуьзуь ттар; 2. сущ. кьуьзуь кас, кьуьзуьди; кьуьзуьд, кьуьзек, кӀвалин чӀехиди (яшдиз), ччуру рехиди; qocalar və cavanlar кьуьзуьбур ва жегьилар; 3. прил. пер. къадим, куьгьне; qoca dünya кьуьзуь дуьнья; 4. сущ. кьуьзуьд, итим, гъуьл.
Azərbaycanca-ləzgicə lüğəti / qoca(Biləsuvar) bax qoja. – Dünən qocamgilə getmişdim ◊ Qoca baba (Balakən) – nənə. – Qoca babam bizə gəlmişdi. Qoca dədə (Balakən) – baba. – Qoca dədəm bağda gəzir
Azərbaycan dilinin dialektoloji lüğəti.