* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2002 | •••••••••••••••••••• | 17.13 |
2003 | ••••••••••••• | 10.63 |
2004 | ••••••••••••• | 11.12 |
2005 | ••••••••••••••••• | 14.17 |
2006 | ••••••••••••• | 11.04 |
2007 | •••••••••••• | 9.73 |
2008 | •••••••••• | 8.28 |
2009 | ••••••• | 5.60 |
2010 | ••••••••••• | 9.08 |
2011 | ••••••• | 5.23 |
2012 | ••••••• | 5.68 |
2013 | •••• | 2.77 |
2014 | •••• | 3.26 |
2015 | ••• | 2.04 |
2016 | ••• | 1.91 |
2017 | ••• | 1.79 |
2018 | ••••• | 3.90 |
2019 | •••• | 2.78 |
2020 | •••• | 3.18 |
1 sif. 1. Yaşlı, çox yaşayıb yaratmış, təcrübə qazanmış; uzunmüddətli xidmət və fəaliyyətinə görə hamının hörmətini qazanmış; əməkdar. Qocaman alim. Qocaman ədib. Qocaman artist. – Qoca ayrı, qocaman ayrı. (Ata. sözü). Qocaman sənət xadimini dinləməyi arzu edən çox idi. Mir Cəlal. // Qoca, yaşa dolmuş. Bu gün neçə gündür qocaman Zakir; Tazə-təri sevmiş, tazə-tər olmuş. Q.Zakir. 2. məc. Əzəmətli, iri, böyük, cəsamətli. Qocaman dağlarda qucaqlaşmış olan bu gözəl kənd bahar zamanı hər tərəfdən çiçəkli, geniş və sərin qanadları altına bir çox müsafir alırdı. A.Şaiq. Geniş və qocaman meşənin ən yaxşı vaxtı idi. Hər tərəfə ətir səpilmişdi. Mir Cəlal. Onlar yerli-yataqlı, şax-budaqlı qocaman bir çinarın dibində doyunca yeyib, al şərabdan içmiş, yatıb xumarlanırdılar. M.Rzaquluzadə.
Azərbaycan dilinin izahlı lüğəti / qocaman1 QOCAMAN – BALACA Geniş və qocaman meşənin ən yaxşı vaxtı idi (Mir Cəlal); Bu balaca qızın barəsində nə qədər yazsanız ləyaqəti var (S.Qədirzadə). QOCAMAN – GƏNC Qocaman sənət xadimini dinləməyi arzu edən çox idi (Mir Cəlal); Qarı gəncə yer göstərdi (S.Qədirzadə).
Azərbaycan dilinin antonimlər lüğəti / qocaman2 прил. 1. старейший. Qocaman bəstəkar старейший композитор, qocaman müəllim старейший педагог, qocaman yazıçı старейший писатель, qocaman müəssisə старейшее предприятие 2. старший (по возрасту). Qocaman nəsil старшее поколение 3. маститый (признанный), почтенный. Qocaman alim маститый учёный
Azərbaycanca-rusca lüğət / qocaman1 s. venerable, veteran; ~ alim venerable scholar, (dəqiq elmlər sahəsində) venerable scientist; ~ müəllim veteran teacher
Azərbaycanca-ingiliscə lüğət / qocaman1 sif. vieux (f vieille), ancien, -ne ; ~ alim savant m éminent, un savant vénérable
Azərbaycanca-fransızca lüğət / qocaman1 прил. 1. чӀехи, яшлу, гзаф яшамиш хьана тежриба кӀватӀнавай; вичин зегьметдалди виридан гьуьрмет къазанмишнавай (алим, артист ва мс.); // кьуьзуь; 2. пер. зурба, чӀехи, гьайбатлу (мес. дагълар, ттам).
Azərbaycanca-ləzgicə lüğəti / qocamanyaşlı adam; təcrübəli, öz işinin ustası olan sənətkar.
Azərbaycan kişi adlarının izahlı lüğəti