Xocahan
Xocahan — Azərbaycan Respublikasının Qubadlı rayonunun Xocahan kənd inzibati ərazi dairəsində kənd.
== Tarixi ==
9 noyabr 2020- ci ildə Azərbaycan Respubliksı Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.
== Toponimikası ==
Xocahan kəndi Həkəri çayının sahilindədir. Oykonim xoca (orta əsrlərdə ticarətlə məşğul olan tacir, habelə məşhur din xadimləri xoca adlanırdı) sözündən və -an (məkan və cəmlik bildirir) şək.-sindən (h iki a səsinin arasına əlavə edilmişdir) ibarət olub "xocalar; xocaların məskunlaşdığı yer" mənasındadır. Yerli əhalinin məlumatına görə, kənd tarixən ticarət yeri olmuşdur. Oykonim Xocaxan variantında daqeydə alınmışdır.