İmaməli sözü azərbaycan dilində

İmaməli

Yazılış

  • İmaməli • 99.5652%
  • imaməli • 0.4348%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
İmaməli Həbibi
İmam Əli Həbibi Gudərzi (fars. امامعلی حبیبی گودرزی‎, 27 may 1931, Babül, Mazandaran ostanı) — "Mazandaran pələngi" ləqəbi ilə tanınan iranlı güləşçi, sərbəst güləşdə 67 kq çəki dərəcəsində 1956-cı il Yay olimpiya oyunlarının qalibi. 1960-cı il Roma Olimpiadasında ABŞ təmsilçisi Duqlas Blyuboya uduzaraq 4-cü olmuşdur. Həbibi hazırda Mazandaran ostanının Babol şəhərində yaşayır. O, FİLA-nın şərəf zalına daxil edilmişdir. Karyerasını 1961-ci ildə başa vurmuşdur. İdmançı karyerasını bitirdikdən sonra İran parlamentinə seçildi. Bundan əlavə, Həbibi kinoşirkət yaradaraq avtobioqrafik "Mazandaran pələngi" filmində və daha 3 filmdə baş rolda çəkildi.
İmaməli Rəhman
Emomali Rahmon və ya İmaməli Rəhman (tac. Эмомалии Раҳмон, 21 mart 2007-ci ilədək — Emomali Şaripoviç Rahmonov, tac. Эмомалӣ Шарӣпович Раҳмонов; 5 oktyabr 1952) — Tacikistan Respublikasınının 3-cü Prezidenti. Emaməli Rəhman 1992-ci ildə Tacikistan Ali Sovetinin sədri olmuşdur. 1994-cü ilin noyabrından Tacikistan Respublikasının Prezidentidir. Eyni zamanda Tacikistan Demokratik Xalq Partiyasının lideridir. 1971–1974-cü illərdə Sovet Silahlı Qüvvələrində xidmət edib. 1982-ci ildə iqtisadiyyat üzrə bakalavr dərəcəsi ilə dövlət universitetindən məzun olub. 1976–1988 illərdə Kölab rayonu Dənğərə bölgəsində kollektiv təsərrüfat ittifaqı komitəsinin sədri olub. Həmçinin o zamanın hakimiyyət qurumlarında müxtəlif vəzifələrdə çalışmışıb.
İmaməli Rəhmanov
Emomali Rahmon və ya İmaməli Rəhman (tac. Эмомалии Раҳмон, 21 mart 2007-ci ilədək — Emomali Şaripoviç Rahmonov, tac. Эмомалӣ Шарӣпович Раҳмонов; 5 oktyabr 1952) — Tacikistan Respublikasınının 3-cü Prezidenti. Emaməli Rəhman 1992-ci ildə Tacikistan Ali Sovetinin sədri olmuşdur. 1994-cü ilin noyabrından Tacikistan Respublikasının Prezidentidir. Eyni zamanda Tacikistan Demokratik Xalq Partiyasının lideridir. 1971–1974-cü illərdə Sovet Silahlı Qüvvələrində xidmət edib. 1982-ci ildə iqtisadiyyat üzrə bakalavr dərəcəsi ilə dövlət universitetindən məzun olub. 1976–1988 illərdə Kölab rayonu Dənğərə bölgəsində kollektiv təsərrüfat ittifaqı komitəsinin sədri olub. Həmçinin o zamanın hakimiyyət qurumlarında müxtəlif vəzifələrdə çalışmışıb.
İmaməli İbrahimov
İmaməli Əhədzadə
Asif İmaməliyev
Asif İmaməliyev (29 aprel 1969, Qafan) — Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatı; Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatında Siyasi təhlil, maarifləndirmə və seçkilərlə iş şöbəsi müdirinin müavini, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası Dissertasiya Şurası Nəzdində "Siyasi Nəzəriyyə" ixtisası üzrə Elmi Seminarın üzvü, siyasi elmlər üzrə fəlsəfə doktoru. == Həyatı == Asif İmaməliyev 1969-cu il aprelin 29-da Ermənistan SSR Qafan şəhərində müəllim ailəsində anadan olmuşdur.1976–1986-cı illərdə orta təhsilini Sumqayıt şəhər 9 və 10 saylı məktəblərdə almışdır.1987–1989-cu illərdə hərbi xidmətdə olmuşdur.1986-cı ildə qəbul olmuş 1995-ci ildə Azərbaycan İnşaat Mühəndisləri Universitetini, 2000-ci idə daxil olmüş 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirmişdir. Siyasi elmlər üzrə fəlsəfə doktorudur. == Əmək fəaliyyəti == 1986–1987-ci illərdə Sumqayıt şəhər Rabitə Qovşağında çilingər, idman üzrə instruktor – metodist 1987–1989-cu illərdə Sovet ordusu sıralarında taqım komandiri 1989–1992-ci illərdə Sumqayıt şəhər Rabitə Qovşağında mexannik 1992–1997-ci illərdə Azərbaycan Respublikası Tikinti və Yenidənqurma üzrə İstehsalat Birliyinin 4 saylı Təmir-tikinti İdarəsində iş icraçısı, 26 saylı Təmir-tikinti İdarəsində rəis, 2 saylı Təmir-tikinti Trestində baş mühəndis, Birliyin Kommersiya işləri üzrə baş direktorunun müavini, 17 saylı Təmir-tikinti Trestinin baş mühəndisi və müdir əvəzi 1997–2000-ci illərdə Azərbaycan Respublikası Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsində su ehtiyatları üzrə müfəttiş 2000–2003-cü illərdə Sumqayıt şəhər bələdiyyəsində təşkilat işi və daimi komissiyalarla iş şöbəsinin müdiri 2003–2005-ci illərdə Azərbaycan Respublikası Milli Məclisində deputat, regional məsələlər daimi komissiyasının üzvü 2005–2017-ci illərdə Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının sədri 2017–2021-ci illərdə Yeni Azərbaycan Partiyası İcra Katibliyində seçkilər ilə əlaqədar sektor müdiri 2021-ci ildən Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatında Siyasi təhlil, maarifləndirmə və seçkilərlə iş şöbəsi müdirinin müavini vəzifəsində işləyir. == İctimai-siyasi fəaliyyəti == 1988-ci ildə Sverdlovsk vilayətinin Novouralsk şəhər Partiya Komitəsinin qərarı ilə Kommunist partiyasının üzvlüyünə namizəd 1992-ci ildən Yeni Azərbaycan Partiyasının üzvü 1997–2006-cı illərdə YAP Gənclər Birliyinin İdarə Heyətinin üzvü, Sumqayıt şəhər Gənclər Birliyinin sədr 1997–2005-ci illər YAP Sumqayıt şəhər təşkilatının təşkilatı işlər üzrə sədr müavini 2005–2017-ci illər YAP Sumqayıt şəhər təşkilatının sədri 1999–2001-ci illər YAP Siyasi Şurasının üzvü 2001–2021-ci illər YAP Mərkəzi Nəzarət-Təftiş Komissiyasının üzvü == Seçkili orqanlarda iştirakı == Sumqayıt şəhər bələdiyyəsinin I çağırış üzvü Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatı == Ailəsi == Ailəlidir. 4 övladı, 2 nəvəsi var. Atası Ağalar Bəylər oğlu İmaməliyev(10.04.1939–16.05.2022) kimya elmləri namizədi, Sumqayıt Dövlət Universitetinin müəllimi. Anası Elmira Ziyəddin qızı Hacıyeva (20.03.1951–22.12.2021). == Mükafatları == 19.11.2009 — "Tərəqqi" medalı (Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafında göstərdiyi xidmətlərinə görə). 02.02.2024 "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı.
Azər İmaməliyev
Məşədi Azər Hacı Məcid oğlu İmaməliyev (1870, Buzovna, Bakı qəzası – 1951, Buzovna) — Azərbaycan şairi, qəzəlxan. == Həyatı == XX əsrin əvvəllərindən ədəbiyyatımızda qəzəl janrını inkişaf etdirən şairlərdən biri də Məşədi Azər Hacı Məcid oğlu İmaməliyevdir. 1870-ci ildə təsis olunmuş, Bakı ədəbi mühitinin görkəmli şeir ustadlarını öz ətrafında toplayan "Məcməüş-şüəra" ədəbi məclisinin nüfuzlu üzvlərindən olan Məşədi Azərin əsl adı Xosrov olub. 15 yaşında ikən "Azər" təxəllüsü ilə şeirlər yazmağa başlayan Xosrov İmaməliyev elə o vaxtlardan ədəbi dairələrin diqqətini cəlb etməyə başlayıb. Şərq ədəbiyyatı ilə bərabər, Şərq dillərinin də gözəl bilicisi olan A.Buzovnalı ana dili ilə yanaşı, mükəmməl bildiyi fars, özbək dillərində də şeirlər yazıb. Tədqiqatçı Ağarəfi Zeynalov qeyd edir ki, "şair azəri türkcəsindəki qəzəllərində "Azər", farsca qəzəllərində "Rüfət", satiralarında "Azər-Əyyar", mərsiyələrində isə "Xosrov" təxəllüsləri ilə çıxış edib ki, sonuncu təxəllüs özünün adıdır. Bakı şairlərini bir araya gətirən "Məcməüş-şüəra"da tez-tez çıxış edən A.Buzovnalı sonralar onun rəhbəri də olub, bu müddət ərzində bir çox gənc şairin yetişməsində, ədəbi aləmdə tanınmasında böyük rol oynayıb. İlk dəfə Azər Buzovnalını ədəbi aləmə tanıdan məşhur milyonçu Hacı Zeynalabdin Tağıyev olub. Məhz onun göstərişi və maddi köməyi ilə Məhəmməd Əmin Rəsulzadə "Açıq söz" qəzetinin mətbəəsində şairin "Həmvətənlərimə" adlı 800 beytlik mənzuməsini nəşr etdirib. 1970-ci ildə görkəmli Azərbaycan şairi, xalqını, vətənini sevən R.Rza redaktoru olduğu "Azərbaycan Sovet Ensiklopediyası"nın I cildində şairin tərcümeyi-halını dərc etdirməklə onu elmi ədəbiyyata yenidən təqdim edib.
Elvin İmaməliyev
Emin İmaməliyev
Emin İmaməliyev — Azərbaycan futbolçusu.
Gülzar İmaməliyeva
Gülzar İmaməliyeva (d. 5 dekabr 1907, Qroznı-ö.1997) – həkim-infeksionist, Cənubi Qafqazda bruselyoz xəstəliyini öyrənən ilk azərbaycanlı qadın alim, tibb elmləri doktoru, professor. == Həyatı == İmaməliyeva Gülzar Manaf qızı 5 dekabr 1907-ci ildə Çeçenistanın Qroznı şəhərində anadan olmuşdur. O, 1963-cü ildə tibb elmləri doktoru, 1967-ci ildə isə professor adını qazanmışdır. Gülzar İmaməliyeva 1997-ci ildə vəfat etmişdir. == Fəaliyyəti == Gülzar İmaməliyeva Cənubi Qafqazda bruselyoz xəstəliyini öyrənən ilk azərbaycanlı qadın alim olaraq bilinir. O. 1973-cü ildən Azərbaycan Dövlət Tibb İnstutunun infeksion xəstəliklər kafedrasının müdiri vəzifəsində çalışmışdır. Tədqiqatı, əsasən, brusellyoz xəstəliyinin və endemik qayıdan yatalağın müalicəsi və profilaktikasına həsr olunmuşdur. Alim 113-dən çox elmi işin, o cümlədən 2 monoqrafiyanın müəllifidir.
Sərraf İmaməliyev
Rəhimağa İmaməliyev
Rəhimağa Əmir oğlu İmaməliyev (24.01.1937, Buzovna — 23.05.2002, Buzovna) — Azərbaycan jurnalisti, ensiklopedist, lüğətşünas, naşir, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1980), Həsən bəy Zərdabi mükafatı laureatı (1999). Rəhimağa İmaməliyev 1937-ci ildə Bakı şəhərinin Buzovna kəndində balıqçı ailəsində anadan olmuşdur. O, 1944–1955-ci illərdə Buzovna kəndində 206 və 125 saylı məktəblərdə təhsil almışdır. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin kitabxanaçılıq şöbəsinə daxil olmuşdur. 1962-ci ildə təhsilini başa vurduqdan sonra əmək fəaliyyətinə fəhləlikdən başlamışdır. Yüksəkixtisaslı kitabxanaçı-biblioqraf ixtisasına yiyələnmək üçün o, rəhbər kadrlar hazırlayan ali jurnalist və nəşriyyat sənətkarlığı kurslarında təhsilini mükəmməlləşdirmişdir. Rəhimağa İmaməliyev 23 may 2002-ci ildə uzun sürən xəstəlikdən vəfat etmişdir. Bakı şəhərinin Buzovna kəndində dəfn edilmişdir. Mərhum Rəhimağa İmaməliyev 1980-ci ildə başladığı "Buzovna ensiklopediyası. Vətənnamə" adlı kitabını 2000-ci ildə bitirməsinə baxmayaraq, kitab nəşr edilməmişdir.
Ələkbər İmaməliyev
Ələkbər İmaməliyev (3 dekabr 1966) — Azərbaycanı təmsil edən taekvondoçu və məşqçi. Ələkbər İmaməliyev 1996-cı ildə Finlandiyada baş tutan Avropa Çempionatının bürünc medalına sahib oldu. Bununla da o, bu idman növü üzrə Avropa Çempionatının medalına sahib olan birinci azərbaycanlı idmançı oldu. Karyerasını başa vurandan sonra məşqçi olaraq çalışan Ələkbər İmaməliyev 2015-ci ildə Azərbaycan Prezidentinin fəxri diplomu ilə, 2016-cı ildə isə "Tərəqqi" medalı ilə təltif edildi.

imaməli sözünün leksik mənası və izahı

"imaməli" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#imaməli nədir? #imaməli sözünün mənası #imaməli nə deməkdir? #imaməli sözünün izahı #imaməli sözünün yazılışı #imaməli necə yazılır? #imaməli sözünün düzgün yazılışı #imaməli leksik mənası #imaməli sözünün sinonimi #imaməli sözünün yaxın mənalı sözlər #imaməli sözünün əks mənası #imaməli sözünün etimologiyası #imaməli sözünün orfoqrafiyası #imaməli rusca #imaməli inglisça #imaməli fransızca #imaməli sözünün istifadəsi #sözlük