ila sözü azərbaycan dilində

ila

Yazılış

  • ila • 89.0625%
  • İla • 10.9375%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Konusgövdə ilankölgəsi
Konusgövdə ilankölgəsi (lat. Ferula narthex) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin i̇lankölgəsi cinsinə aid bitki növü.
Kor ilanlar
Kor ilanlar (fəsilə) (lat. Typhlopidae) — İlanlara aid fəsilə. == Görünüşləri == Kiçik ölçüyə malik olaraq (760 mm), yumurlanmış quyruğa malik olurlar. Pulcuqları çox hamar olur. Kiçik ağıza malik olurlar. Kiçik gözə görünməz dişləri vardır. == Müştərək həyat == Bayquşlar bütün ilanlar kimi kor ilanları ovlayaraq yuxasına gətirirlər. Burada bayquşlar korilanlarla bacara bilməyərək müştərək yaşayırlar. Korilanlar yuvaya dazil olan Cücülərlə qidalanaraq quş balaları iıə müştərək yaşayırlar.
Krılov ilankölgəsi
Krılov ilankölgəsi (lat. Ferula krylovii) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin i̇lankölgəsi cinsinə aid bitki növü.
Kəkilli ilanyeyən
Kəkilli ilanyeyən (lat. Spilornis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinə aid heyvan cinsi.
Kərtənkələyəbənzər ilan
Kərtənkələyəbənzər ilan (lat. Malpolon monspessulanus) — Zəhərli ilan növü. == Xüsusiyyətləri == Ümumi uzunluğu 180 sm. Sifəti öndən nisbətən yumrudur. İri ilanlarda qara xətt vardır. Kərtənkələyəbənzər ilan Şimali Afrika, Balkan yarımadasının cənubu, Kiçik Asiya, Cənubi Avropa, Qafqaz, qərbi İran, İsrail, İordaniya və Ərəbistan yarımadasının qərbində yayılmışdışdır. == Həyat tərzi == Arid və quru daşlı yarımsəhralarda yayılır. Onlara daha tez-tez əsasən üzümlüklərdə, pambıq sahələrində və su kanallarının kənarlarında rast gəlinir. Hətta 1100–1500 m yüksəkliyə qədər qalxa bilir. Qışlamadan marın sonu aprelin əvvələri qayıdır.
Kərtənkələyəbənzər ilanlar
Kərtənkələyəbənzər ilanlar (lat. Malpolon) — Lamprophiidae sinfinə aid ilan cinsi. Bədəninin uzunluğu 180 sm təşkil edir. Cins iki növə bölünür: Malpolon insignitus Malpolon monspessulanus — Kərtənkələyəbənzər ilan Malpolon insignitus Şimali Afrika, Yaxın Şərq, Cənubi Qafqaz və Rusiyanın cənub hissəsində yayılmışdır. Malpolon cinsinə əvvəllər Şimali Afrika və Ərəbistan yarımadasında yayılan Ərəb kərtənkələyəbənzər ilanı (Rhagerhis moilensis), Rhagerhis cinsinə daxil edilmişdir.
La ilahə illəllah
La ilahə illəllah (Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur) – İslamın başlıca ehkamlarından biri olan təkallahlığın qısa ifadəsi kimi bu formulun və onun davamının (və Məhəmməd Rəsulallah) rəsmi şəxs qarşısında üç dəfə tələffüz edilməsi islam dinini qəbul etmək mərasiminin əsasını təşkil edir. Müsəlmanlar bu formulu müxtəlif hallarda təkrar edirlər. Həmin formul demək olar bütün ibadətlərə, azana daxildir, müsəlman ornamentlərində ondan geniş istifadə olunur. == Ən gözəl zikr == Əli ibn Məhəmməd "Ən gözəl zikr hansıdır?" sualına "Dodağın dodağa dəymədiyi zikr" (yəni la ilahə illəllah) deyə cavab vermişdir. == Xarici keçidlər == Deyerler sitesi Dil--aztr Arxivləşdirilib 2011-02-01 at the Wayback Machine Əlşiə sitesi Dil--aztr Arxivləşdirilib 2011-06-13 at the Wayback Machine İrfan dergisi Dil--aztr Arxivləşdirilib 2008-08-19 at the Wayback Machine == Mənbə == İslam (qısa məlumat kitabı). Azərbaycan Sovet Ensiklopediyasının Baş Redaksiyası. Bakı: 1989, səh.77.
Meymə (İlam)
Meymə — İranın İlam ostanının Dehluran şəhristanının Sərab Meymə bəxşində şəhər və onun mərkəzi. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 2,277 nəfər və 437 ailədən ibarət idi.
Moldaviya ilanbaşı
Müxtəlifyarpaq ilanbaşı
Müxtəlifyarpaq ilanbaşı (lat. Dracocephalum heterophyllum) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin i̇lanbaşı cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Ruyschiana heterophylla (Benth.) House == Yarımnövləri == Dracocephalum heterophyllum subsp. heterophyllum Dracocephalum heterophyllum subsp.
Nazikçiçәk ilan soğanı
Ox-ilan
Oxvari qumilanı (lat. Psammophis lineolatus)— suilanıkimilər fəsiləsinin qumluq ilanı cinsinə aid növ. == Qısa təsviri == Bədəni üst tərəfdən zeytuni-boz, qum və ya qonur rəngdədir. Bel sütunun yanları ilə qonur-qəhvəyi və ya boz-qonur rəngli 2 uzununa zolaq keçir. Bədən və başın yanları ilə nisbətən açıq rəngli zolaq uzanır. Bəzi nümayəndələri naxışsız olur. Qarnın ön tərəfi sarımtıl olub, zəif nəzərə çarpan boz, qəhvəyi və ya zeytuni-boz xallara malikdir. Qarnının arxa tərəfi ağdır. Qarın qalxancıqları 168 - 204, quyruqaltı qalxancıqlar isə 71 - 114 ədəddir. == Yayılması == Qazaxıstanın cənub hissəsində və Orta Asiyadan Cənubi Monqolustan, şimaliqərbi Çin, Pakistan, əfqanıstan, İran və qərbdə Cənubi Qafqazda yayılmışdır.
Pisiyli ilankölgəsi
Pisiyli ilankölgəsi (lat. Ferula foetida) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin i̇lankölgəsi cinsinə aid bitki növü.
Pişik ilanlar
Pişik ilanlar (lat. Telescopus) — Suilanıkimilər fəsiləsinə aid ilan cinsi. Bədəninin uzunluğu 80–180 sm-dir. Kiçik sürünənlər və quşlarla, əsasən kərtənkələlərlə qidalanır. Zəhərli ilanlar qrupuna aiddir. Şikarını zəhəri ilə zərərsizləşdirir. Bəzi növlərinin zəhəri insan üçün təhlükəlidir. Əsasən Afrika, Avropa və Asiya ərazilərində yayılmışdır.
Qafqaz ilankölgəsi
Qafqaz ilankölgəsi (lat. Ferula caucasica) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin i̇lankölgəsi cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısna göre növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir, prioritet növüdür. Regional IUCN Statusu: VU D2. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir, gövdənin boyu 50 sm-dir. Kökətrafı yarpaqları enli-rombvaridir, üçərbölümlüdür, son ayaları bölünmüş iti dişciklidir, uzunluğu 2 sm-dir. Ləçəkləri sarı, uzunsov-yumurtavaridir, çılpaqdır, uzunluğu 2,5 mm-ə yaxındır. Kənarları qanadlı olan meyvələri nisbətən nazikdir. Mərkəzi çətir qısasaplaqlı, 4-9 şüalıdır.
Qartal kölgəsində ilan (film, 1978)
Qartal kölgəsində ilan (ing. Snake in the Eagle's Shadow, çincə:蛇形刁手) — 1978-ci ildə çəkilən Ceki Çanın məşhur filmlərindən biridir. == Məzmun == Çin Sin sülaləsi dövrünə. Yetim Çien Fu Kunq Fu ustası və Şaolinin "İlan Zərbəsi" məktəbinin sağ qalan sonuncu nümayəndəsi Pay Çen-Çenyunu xilas edir. "İlan Zərbəsi" məktəbinin bütün nümayəndələri "Pələng caynağı" klanı tərəfindən öldürülürlər. Usta Çienə Kunq Fu öyrətməyə başlayır. Çien bu texnikanı mükəmməl öyrənərək, öz şəxsi stilini yaradır.
Qonur ilan
Qonur ilan (lat. Coronella) — Suilanıkimilər fəsiləsinə aid cins. Bu cinsə cəmi üç növ daxildir. Onlara Avropa, şimal-qərbi Afrika, cənubi Asiya ərazilərdə rast gəlinir. == Görünüşü == Qonur ilan iri olmayan ilanlar qrupuna daxildir. Ən kiçiyi 1 metr olur. == Həyat tərzi == Əsasən kiçik onurğasızlarla qidalanır. Kərtənkələlərlə qudalanırlar.
Qumluq ilanı
Qumluq ilanı (lat. Psammophis) — Suilanıkimilər fəsiləsindən ilan cinsi.
Qəşəng ilansoğanı
Erməni ilansoğanı (lat. Muscari armeniacum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinin i̇lansoğanı cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir – NT. Azərbaycanın nadir, prioritet endemik növüdür. Regional İUCN Statusu-NT. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Soğanaqları xırda, 1 sm diametrində, tutqun pulcuqlu, yumurtavaridir. Gövdə tək, 10 sm hündürlükdə, yarpaqlar 2-3, bəzən 4, xətvari, 3-5 mm enindədir. Salxım qısa, orta uzunluqda (1,5) sm, yumurtavari, çox və az dərəcədə sıxdır. Meyvəverən çiçəklərin saplağı qısa, 2 dəfə çiçəkyanlığından qısadır. Çiçəkyanlığı 3-4 mm uzunluğunda, parlaq-mavi və ya tünd-göy rənglidir. Erkəkcik aydın olmayan ikisıralıdır, qısa, uzunsov-oval tozcuqludur.
Ruyş ilanbaşı
Ruyş ilanbaşı — (lat. Dracocephalum ruyschiana) == Qısa morfoloji təsviri == Çoxillik bitkidir. Gövdəsi bir və ya bir neçə, nazik, sadə və ya budaqlı, hündürlüyü 20–45 sm, qısatüklü və ya demək olar ki çılpaqdır. Yarpaqları oturaq, xətti-lansetvari və ya xəttvari, üstdən tünd yaşıl, altdan daha açıq rəngdədir. Köbələri azçiçəklidir, gövdənin təpəsində uzunsov başcıqlı çiçəkbirliyi şəklində yığılmışdır, çiçəkləri demək olar ki, oturaqdır. Kasacıqları 7–12 mm, qısatüklü, çox vaxt bənövşəyidir. Tacı 2–2,5 sm, əlvan bənövşəyi və ya bənövşəyi-göy rəngdə, xaricdən qısa tüklüdür. Toxumcaları 3 mm uzunluqda, hamar yumurtavari, küt üçtinli, demək olar ki, qara rəngdədir. == Yayılması == BQ Quba sahəsinin rayonlarında orta dağ qurşağından yuxarı dağ qurşağına kimi yayılmışdır. Dağ çəmənlərində bitir.
Soviç ilankölgəsi
Soviç ilankölgəsi (lat. Ferula szowitziana) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin i̇lankölgəsi cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir – EN B1abc (ii,iii,iv). Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Çoxillik bitkidir.Bitkinin hündürlüyü 50 sm-dir. Kökətrafı yarpaqları üçküncdür, üçər bölümlüdür, son ayları lansetvari və ya ovalvaridir, 15 mm uzunluğundadır. Ləçəkləri uzunsovdur, kənardakılar tükcüklüdür, uzunluğu 1,5 mm-dir. Meyvələrinin kənarları enli qanadlıdır, diametri yarımmeyvə ilə bərabərdir. == Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri == Çiçəkləmə may-iyun, meyvəvermə iyul ayına təsadüf edir. Aşağı dağ qurşaqlarında, gilli-gipisli və quru, daşlı dərələrdə rast gəlinir.
Tamil İlamin Azadlıq Pələngləri
Tamil İlamin Azadlıq Pələngləri — Şri-Lankanın ən təhlükəli terror təşkilatı olmuşdur. Təşkilat 1976-cı ildə ölkədə əksəriyyət təşkil edən sinhal cəmiyyətinin diskriminasiya siyasətinin güclənməsinə etiraz əlaməti olaraq yaranmışdır. Təşkilatın əsas məqsədi müstəqil Tamil dövlətinin yaradılması idi. Təşkilatın lideri Velupillayi Prabxakaran ideoloqu isə Balasinqam idilər. 1983-cü ildən Tamil İlamin Azadlıq Pələngləri hökumətə qarşı partizan müharibəsi başlatmışdır. Onlar əsasən kənd yerlərindəki məmurlara siyasi və hərbi liderlərə qarşı terror aktları törədirdilər. 1990-1993-cü illər ərzində təşkilat yüksək vəzifəli məmurlara qarşı silsilə terror aktları həyata keçirmişdir. Belə ki 1990-cı ildə tamil siyasətçisi Amer Talinqam nazir Rəncan Viceratın 1991-ci ildə Hindistanın baş naziri Raciv Qandi 1992-ci ildə ordu generalı Denzil Kobbakadova baş vitse-admiral Klansi Fernando 1993-cü ildə isə Şri Lanka prezidenti Ranasinqh Premadasa qətlə yetirilmişdir. Tamil İlamin Azadlıq Pələngləri həmçinin əhalinin daha çox toplaşdığı yerlərdə məbədlərdə banklarda nəqliyyat vasitələrində terror aktları törədir. Təşkilatın döyüşçü qüvvələrinin sayı on min nəfərdən çoxdur.
Uçan ilan
Uçan ilan (lat. Chrysopelea paradisi) — Asiya torpaqlarında yaşayan Chrysopelea paradisi növünə aid olan ilanlar uçuş prosesi reallaşdırırlar. 20 ilə 40 metrlik bir məsafəni havada qət edirlər. Çikaqo Universitetinin bioloqlarından Jake Sohca Sinqapurdakı bir zooparkda bu cür ilanlar üzərində 6 il davam edən tədqiqat aparıb. Yetkinlərinin uzunluğu 1 metrə çatan bu uçan ilanların havada uça bilmək qabiliyyətlərinin aerodinamikası haqqında əvvəllər heç bir şey bilinmirdi. Quşlardan başqa, sincab siçovul və kərtənkələ kimi bəzi quru canlıların və bəzi balıqların qısa da olsa müəyyən məsafələri uçaraq, yəni havada süzərək yol qət etdikləri bilinir. Bu canlıların uçuşları həqiqətən çox heyrətləndiricidir. Ancaq Chrysopelea ilanının uçuşu daha fərqlidir. Bu uçuşu digər bütün uçuşlardan üstün edən cəhət bu akrobatik ilanın havada süzərkən istifadə edəcəyi qanad, pərdəli pəncə və s. kimi heç bir uzantısının olmamasıdır.
Venera (ilahə)
Venera — Qədim Roma mifologiyasında bahar, sevgi və gözəllik ilahəsi. E.ə. 293-cü ilin 18 avqust tarixində ilahə Venera şərəfinə Romada ən qədim məbəd inşa olunmuşdur. Bundan başqa, rəssamların əsərlərində Veneraya tez-tez rast gəlmək olar.
Xəzər ilanbalığı
Xəzər minoqası (lat. Caspiomyzon wagneri) — ən qədim balıq növlərindən biri hesab olunur. Çoxları onu suilanı ilə qarışdırırlar. Lakin diqqətlə baxdıqda onda bel və quyruq üzgəclərinin olduğunu görmək olar. == Morfoloji əlamətləri == Bədəni uzunsov, girdə və pulcuqsuzdur.Başının geri hissəsində, bədənin yanlarında 7 ədəd qəlsəmə dəlikləri var. Cüt döş, qarın və anal üzgəclər yoxdur. Ancaq iki ədəd bel və bir quyruq üzgəcləri vardır. Ağzı girdə, sorucu qıf şəklindədir, kənarlarında nazik dəri bığcıqları olur. Ağızın içində, dodaqların və dilin üzərində çoxlu miqdarda xırda qərni dişlər yerləşmişdir. Üst çənə lövhəciyində 1, alt çənə lövhəciyində 5, bəzən 4-6 küt diş olur.

"ila" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#ila nədir? #ila sözünün mənası #ila nə deməkdir? #ila sözünün izahı #ila sözünün yazılışı #ila necə yazılır? #ila sözünün düzgün yazılışı #ila leksik mənası #ila sözünün sinonimi #ila sözünün yaxın mənalı sözlər #ila sözünün əks mənası #ila sözünün etimologiyası #ila sözünün orfoqrafiyası #ila rusca #ila inglisça #ila fransızca #ila sözünün istifadəsi #sözlük