İlanlı sözü azərbaycan dilində

İlanlı

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • İlanlı • 80.3571%
  • ilanlı • 19.6429%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
İlanlı
İlanlı (Qobustan) — Qobustan rayonunda kənd. İlanlı (Poldəşt) — İlanlı — Qars vilayətinin Qars qəzasında, indi Amasiya rayonunda kənd. İlanlı — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonu ərazisində kənd. İlanlı — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Hamamlı (Spitak) rayonunda dağ. İlanlı — İrəvan quberniyasının Göyçə mahalında, indiki Basarkeçər (Vardenis) rayonunun Daşkənd kəndində dağ. İlanlı — Füzüli rayonu ərazisində dağ.
İlanlı (Ağbaba)
İlanlı, Çaybasar — Qars vilayətinin Qars qəzasında, indi Amasiya rayonunda kənd. Rayon mərkəzindən 17 km şimal-şərqdə, Arpaçayın sağ sahilində yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim ilanlı etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 26.IV.1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Çaybasar, Ermənistan prezidentinin 19.IV. 1991-ci il fərmanı ilə yenidən adı dəyişdirilərək Aravet qoyulmuşdur. Kəndin köklü sakinləri azərbaycanlılar olmuşdur. Erməni mənbələrində kəndin sakinləri kimi qarapapaqlar göstərilir və onlar xalq kimi qeyd edilir. Amasiya rayonunda yaşayan qarapapaqlar azərbaycanlıların bir qrupu olmaqla azərbaycanlı xalqını ifadə etmişdir.
İlanlı (Poldəşt)
İlanlı (fars. ايلانلو‎) — İranın Qərbi Azərbaycan ostanının Poldəşt şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 414 nəfər yaşayır (85 ailə).
İlanlı (Qobustan)
İlanlı — Azərbaycan Respublikasının Qobustan rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 4 dekabr 2001-ci il tarixli, 228-IIQ saylı Qərarı ilə Qobustan rayonunun İlanlı kəndi Dərəkənd kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Şıxzahırlı kəndi mərkəz olmaqla, Şıxzahırlı kənd inzibati ərazi dairəsi yaradılmışdır. Tədqiqatçıların ehtimalına görə, oykonim türkdilli ilanlı tayfasının adı ilə bağlıdır. Türkmənlərin ersarı tayfasının bir qolu da ilanlar adlanır. Belə güman etmək olar ki, həmin tayfanın totemi ilan olduğu üçün bu adı daşımışdır. Eyniadlı yaşayış məntəqələri Cənubi Sibirdə, Səmərqənd vilayətində və Ermənistanda da qeydə alınmışdır. Kənd dağətəyi ərazidə yerləşir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 47 nəfər əhali yaşayır.
İlanlı sütun
İlanlı sütun (yun. Τρικάρηνος Όφις, türk. Yılanlı Sütun) — atik dövrə aid olan, indiki İstanbulun Sultanəhməd meydanında olan bürünc abidə. Yunan-İran müharibələri zamanı, Plateya döyüşündə (B.e.ə 479-cu ildə) vəfat edən farsların silahlarından hazırlanan qurbanlıq üç ayaqlının qorunan hissəsidir. İlk əvvələr abidə Delfidə yerləşirdi. I Konstantin dönəmində Roma İmperiyasının yeni paytaxtı olan İstanbula gətirilmişdir. Başlanğıcda 8 metrlik bir sütun 3 ilan başına sahib idi. 1700-cü ildə abidə qismən məhv dağıdılır. Üç ilan başından biri İstanbul Arxeologiya Muzeyində saxlanılır. Plateya döyüşündən sonra fars ordularını darmadağın edən Ellinlər böyük qənimətlər əldə edirlər.
İlanlı (kənd)
İlanlı — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında kənd adı. 1728-ci ildən mə'lumdur 1918-ci ildə əhalisi qovulduqdan sonra kənd dağılmışdır.. Azərbaycanda və Ermənistanda "ilan" komponentli çoxlu coğrafi adlar vardır. Azərbaycanda İlanlıdağ (Füzuli rayonu), İlanlı Güney (Kəlbəcər rayonu), İlanlı təpə (Ağdam rayonu, Aşağı Qərvənd k.), İlanlı dərə (Babək, Qazax, Gədəbəy, Masallı rayonları), İlanlı Qobu (İmişli rayonu), İlandağ (Naxçıvan), İlanqaya (Laçın rayonu) və b. Bu toponimlərdə "ilan" sözünün konkret mə'nalarını ayırd etmək çətindir. XIX əsrdə Qars əyalətinin Qars mahalında üç İlanlı kənd adı ilə mənşəcə eynidir. İlanlı kəndin əsasını qoymuş tayfa adıdır. Bu tayfa qədim türkmənşəli Alan tayfasına bağlıdır. Şimali Qafqazda yaşayan qaraçayların və balqarların özünüadlandırmaları "Alan"dır. Ehtimal ki, alanlar eranın əvvəllərində hunların, ya da balqarların tərkibində gəlmişlər.
İlanlı (Amasiya)
İlanlı, Çaybasar — Qars vilayətinin Qars qəzasında, indi Amasiya rayonunda kənd. Rayon mərkəzindən 17 km şimal-şərqdə, Arpaçayın sağ sahilində yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim ilanlı etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 26.IV.1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Çaybasar, Ermənistan prezidentinin 19.IV. 1991-ci il fərmanı ilə yenidən adı dəyişdirilərək Aravet qoyulmuşdur. Kəndin köklü sakinləri azərbaycanlılar olmuşdur. Erməni mənbələrində kəndin sakinləri kimi qarapapaqlar göstərilir və onlar xalq kimi qeyd edilir. Amasiya rayonunda yaşayan qarapapaqlar azərbaycanlıların bir qrupu olmaqla azərbaycanlı xalqını ifadə etmişdir.
İlanlı (Qars)
İlanlı — Türkiyənin Qars vilayətinin Mərkəz rayonunda kənd. Əhalisi 80 nəfərdir (2022).
İlanlı Təpə (Qoşaçay)
İlanlı Təpə (fars. ايلانلوتپه‎) - İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 326 nəfər yaşayır (63 ailə).
İlanlıtəpə
İlanlıtəpə yaşayış yeri — Ağdam rayonunun Baş Qərvənd kəndində yerləşir. Buradakı maddi-mədəniyyət nümunələri eneolit dövründən başlamış dəmir dövrünədək olan müddəti əhatə edir. 1967–1968-ci illərdə İlanlıtəpədə 220 m² sahədə qazıntı aparılmışdır. Yaşayış yerində yastı-qabarıq və adi düzbucaqlı kərpicdən tikilmiş yaşayış evləri və təsərrüfat tikintilərinin qalıqları aşkar olunmuşdur. Eneolit-dəmir dövrünə aid axelji abidə. Yaşayış binaları dördkünc və yarımdairəvidir. Təsərrüfat tikintiləri onlara birləşikdir. Dairəvi formalı iki kiçik tikintiyə də rastlanmışdır. Binaların divarları və döşəməsi gillə suvanmış, bəzi yerlərdə qırmızı boya izləri qeydə alınmışdır. Yaşayış yerində bəzi sahələr əhənglə doldurularaq parıldayanadək cilalanmışdır.
İlanlıtəpə yaşayış yeri

ilanlı sözünün leksik mənası və izahı

ilanlı sözünün rus dilinə tərcüməsi

ilanlı sözünün ləzgi dilinə tərcüməsi

"ilanlı" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#ilanlı nədir? #ilanlı sözünün mənası #ilanlı nə deməkdir? #ilanlı sözünün izahı #ilanlı sözünün yazılışı #ilanlı necə yazılır? #ilanlı sözünün düzgün yazılışı #ilanlı leksik mənası #ilanlı sözünün sinonimi #ilanlı sözünün yaxın mənalı sözlər #ilanlı sözünün əks mənası #ilanlı sözünün etimologiyası #ilanlı sözünün orfoqrafiyası #ilanlı rusca #ilanlı inglisça #ilanlı fransızca #ilanlı sözünün istifadəsi #sözlük