* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. 1. Bədəni uzun və qıvrılan ayaqsız, adətən zəhərli dişləri olan sürünən heyvan. Zəhərli ilan. Xallı ilan. – İlanın ağına da lənət, qarasına da lənət. (Məsəl). …Ağabala dərviş gürzə ilanları bazar dalına töküb oynadırdı. Ə.Qəmküsar. [Eyvaz kişi] özünü itirmədi, sağ əli ilə sol qoluna dolanan ilanın boğazından tutub gücü gəldikcə çayın içinə atdı. Ə.Vəliyev. □ İlan çalmaq – ilan vurmaq. Bəziləri də deyirdilər ki, Qara Məliki ilan çalıb öldürüb. M.S.Ordubadi. 2. məc. Məkrli, xain, acıdil, kinli adam haqqında. [Knyaz:] Sən də dəf ol ki, hövsələm bitdi; İkiniz bir ilansınız, nankor! H.Cavid. [Sona:] Məni o qara ilan Kamran aldatdı. H.Nəzərli. [Vaqif:] Basma ayağını bizim torpağa; İlandan, əqrəbdən yar ola bilməz. S.Vurğun. 3. məc. İlan kimi qıvrılan, uzanan şey haqqında. İlan yolu. – [Ələmdar] ilan tatarısını göydə tovlayıb, adam olanın boynuna dolayırdı. S.Rəhimov. ◊ İlan ağzından qurtarmaq – çox təhlükəli, ağır, çətin, çıxılmaz vəziyyətdən qurtarmaq. İlan ağzından qurtulan quş (qurbağa) kimi – çox təhlükəli, ağır, çıxılmaz vəziyyətdən qurtaran adam haqqında. Rübabə qapını bərk itələmiş, ilan ağzından qurtulan quş kimi qaçmışdı. Mir Cəlal. İlan çalmış kimi, elə bil ilan çaldı – bax ilan vurmuş kimi 2-ci mənada. …Qara çadralı qız ilan çalmış kimi yerindən sıçradı. Ə.Məmmədxanlı. İlan dili çıxartmaq, ilan kimi dil çıxartmaq – acizanə yalvarmaq, yazıq-yazıq xahiş etmək, yalvarıb-yaxarmaq. [Güləndam:] Yusif bəy ilan dili çıxardır, elə zarıyır, elə zarıyır, adamın yazığı gəlir. N.Vəzirov. Həmzə … Veysin qabağında gərək ilan kimi dil çıxarda, arvad kimi göz yaşı tökə idi. Ə.Əbülhəsən. İlan əlindən qurtarmaq – birini zülmdən, əziyyətdən, istismardan azad etmək. Bir kimsə tapılmaz yetə savaba; Qurtara fəqiri ilan əlindən. Q.Zakir. İlan gözü kimi – çox az, çox zəif, hissedilməz. [Veys] astaca ora yaxınlaşdıqda ilan gözü kimi işıq süzüldüyünü sezib, qulağını qapıya dayayaraq qulaq asdı. Ə.Əbülhəsən. İlan mələyən – çox isti, quraq və susuz. İlan mələyən çöllər. İlan vuran ala çatıdan qorxar məsəl – başına gəldiyi üçün çox ehtiyatlı, tədbirli hərəkət edən adam haqqında. [Hacı Əhməd:] O səbəbə ki ilan vuran ala çatıdan qorxar. C.Cabbarlı. İlan vurmuş kimi – 1) əziyyətdən, ağrıdan çapalayan, qovrulan adam haqqında. Ala pişik bığlarını eşərək yerin ortasında yatmışdı, çünki bu gecə Kosanın yuxusu ilan vurmuş kimi kəsilmişdi. S.Rəhimov; 2) birdən sıçrayaraq, dik atılaraq, hövlnak. Yasavulbaşı ilan vurmuş kimi yerindən sıçradı. M.Rzaquluzadə. İlana ağı vermək – xəlvəti, əl altından təhrik etmək, gizlindən öyrədib qızışdırmaq. İlanın quyruğunu basmaq – birini qəzəbləndirmək, hirsləndirmək. [Hacı Tağı:] İndi adam vurub öldürmək vaxtı deyil, ilanın quyruğunu niyə basaq? Ə.Əbülhəsən. Dili ilanı yuvadan çıxardır – bax dil1. Elə bil ilan qovub – çox tələsik, təngnəfəs, nəfəsi qaralmış halda. [Əziz] hər gecə səhər alaqaranlığında elə gəlir ki, elə bil uşağı ilan qovub. Ə.Məmmədxanlı.
Azərbaycan dilinin izahlı lüğəti / ilan1 Qıvrılmaq feilindən əmələ gəlib. İlanın qıvrılması (yığılıb-açılması) onun mühüm əlamətlərindən biridir. Söz qıvrılan-yığılan-yılan-ilan ardıcıllığı üzrə inkişaf edib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / ilan1 1. İLAN ..Qıvrılıb özünü günəşə verən zəhərli bir ilan atılıb Ağca xanımın çılpaq qolundan sancdı (S.S.Axundov); MAR (kl.əd.) Kələz ilən, əqrəb ilən, mar ilən; Ağzınadək qəbrin dolar, ağlarsan (M.P.Vaqif). 2. ilan bax xain 1
Azərbaycan dilinin sinonimlər lüğəti / ilan2 I сущ. змея: 1. пресмыкающееся, обычно с ядовитыми зубами. Zəhərli ilan ядовитая змея, gözlüklü ilan очковая змея, zınqırovlu ilan гремучая змея 2. перен. о злом, хитром, коварном человеке. Adam deyil, ilandır он не человек, а змея; ilana dönüb стал змеей II прил. змеиный: 1. относящийся к змее. İlan zəhəri змеиный яд 2. перен. коварный, злобный. İlan baxışı kimin змеиный взгляд чей, ilan baxışlı со змеиным взглядом ◊ ilan kimi fışıldamaq шипеть как змея; ilan kimi sancmaq жалить как змея; ilan ağzından qurtarmaq выбраться из пасти смерти; ilan vuran ala çatıdan qorxar пуганая ворона куста боится; ilan ağzından qaçıb qurtaran qurbağa (quş) kimi, ilan ağzından (boğazından) çıxan kimi о человеке, вышедшем из опасного, рискованного положения; ilan vuran (vurmuş) kimi словно, точно ужаленный; ilan dili çıxarmaq (tökmək), ilan dili çıxarıb yalvarmaq слезно просить, жалобно умолять; ilan kimi qabıq qoymaq из кожи (шкуры) лезть; изо всех сил стараться, работать; ilan kimi qıvrılmaq корчиться (от боли, злобы); ilan əlindən qurtarmaq см. ilan ağzından qurtarmaq; ilan kimi dil çıxarmaq см. ilan dili çıxarmaq, tökmək; ilan gözü kimi об очень слабом свете; ilan mələyən çöllər о засушливых землях, жарком крае, безводной местности; ilan sancan (çalmış) kimi см. ilan vuran (vurmuş) kimi; ilana ağı (zəhər) verən kərtənkələ подстрекатель; ilanı boğazıma (boğazına) salsan (salsalar) да хоть повесь(те), хоть убей(те), ни за что на свете; ilanı özgə əli ilə tutmaq чужими руками жар загребать; ilanı öldürüb balasını (yavrusunu) buraxmaq проявлять непростительное великодушие; ilanın ağına da (böyüyünə də) lənət, qarasına da (kiçiyinə də) все (змеи) одинаково опасны; ilanın quyruğunu basmaq наступить на хвост; ilanın dişini çıxarmaq вырвать жало у змеи; elə bil ilan qovub kimi убежал будто от змеи
Azərbaycanca-rusca lüğət / ilan1 I. i. (müst. və məc.) snake, viper; (böyük) serpent; eynəkli ~ cobra; zəhərli ~ poisonous / venomous snake; İlan vuran ala çatıdan qorxar at. söz. ≅ The scalded dog fears cold water II. s. snake (attr.), snake’s; ~ zəhəri snake-venom; ~ dərisi / qabığı snakeskin; ~ dişləyi snake bite; ~ yuvası / deşiyi snake pit
Azərbaycanca-ingiliscə lüğət / ilan1 is. serpent m ; vipère f ; gözlüldü ~ cobra m, naja m ; zəhərli ~ serpent vénimeux
Azərbaycanca-fransızca lüğət / ilan1 сущ. 1. гъуьлягъ, мурдар; // гъуьлягъин (мес. агъу); 2. пер. рикӀе кин авай, хаин, мецел агъу алай, мез туькьуьл кас; 3. пер. гъуьлягъ хьтин затӀунин гьакъинда; ** ilan ağzından qurtarmaq гъуьлягъдин сивяй акъудун, гзаф хаталу, залан, четин везиятдай акъудун; ilan ağzından qurtulan quş (qurbağa) kimi гъуьлягъдин сивяй акъатай къиб хьтин (хьиз), гзаф хаталу, четин везиятдай акъатай касдин гьакъинда; ilan dili çıxartmaq, ilan kimi dil çıxartmaq гъуьлягъдин мез акъудун, гъулягьди хьиз мез акъудун, минетун, тӀува къведайвал хагьишун, минет-суьнетун; ilan gözü kimi гъуьлягъдин вил хьтин (хьиз), лап тӀимил, лап зайиф; ilan mələyən гъуьлягъар къекъведай, гзаф чими, кьурагь, яд авачир (мес. чуьл); ilan vuran ala çatıdan qorxar Ata. sözü гъуьлягъди ягъайдаз кашудикай кичlе жеда; ilan vurmuş kimi гъуьлягъди ягъайди хьиз а) азиятдикай, тӀалдикай акӀаж хьанвай касдин гьакъинда; б) садлагьана, хкадарна; ilana ağı vermək гъуьлягъдиз агъу гун, хелветдаказ, гъилин кӀаникай худугун, чинеба гьалдарун; dili ilanı yuvadan çıxardar кил. dil¹.
Azərbaycanca-ləzgicə lüğəti / ilan