İlah sözü azərbaycan dilində

İlah

Yazılış

  • İlah • 61.2903%
  • ilah • 38.7097%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
İlah
İlah (kişi) və ya İlahə (qadın) (ərəb. إله‎) — müqəddəs hesab olunan, fövqəltəbiilik və ya ölümsüzlük xüsusiyyətlərinə malik olan sima. Sitayiş və pərəstiş obyekti. İlahlar müxtəlif obrazlarda və daha çox insan və ya heyvan şəklində təsvir olunurlar. Bəzi dini etiqadlar ilahların hər hansı formada təsvir edilməsini küfr hesab edirlər. İlahlar bir qayda olaraq ölümsüz olurlar, individuallığa və həmçinin insana xas olan şüur, istək və emosiyalar kimi xüsusiyyətlərə malik olurlar. Təbiət hadisələri — ildırım çaxması, sel daşqınları, zəlzələlər, digər "fors-major hallar" və möcüzələr ilahların əməlləri kimi qəbul edilir. Möminlərin hesab edirlər ki, bəzi ilahlar insanın taleyini müəyyən edir, onun doğulması və ölümünü tənzimləyir, dünyanı və kainatı, yaxud onların ayrı-ayrı elementlərini yaradırlar. İlahələrə misal ağıllılıq ilahəsi Afina, səfehlik ilahı Ate, dəniz ilahı Poseydon, alov ilahı Hefest, ov ilahəsi Artemis, torpaq ilahı Artey, çaylar, sular ilahı Axel, evlilik ilahəsi Yuno, hərb ilahı Appolon, müharibə ilahı Mars, kələkbazlıq ilahı Hermes, yeraltı aləmin ilahı Aid'dir.
Yaradıcı ilah
Yaradıcı ilah və ya yaradıcı tanrı — insan dinində və mifologiyasında Yerin, dünyanın və kainatın yaradılmasından məsul olan ilah. Monoteizmdə tək tanrı çox vaxt həm də yaradandır. Bir sıra monolatristik ənənələr ikinci dərəcəli yaradıcını əsas yaradıcı kimi müəyyən edilmiş əsas transsendent varlıqdan ayırır. == monolatizm == Monolatristik ənənələr ikinci dərəcəli yaradıcını əsas yaradıcı kimi müəyyən edilən əsas transsendent varlıqdan ayırır. Qaudiya-vayşnavizmə görə, Brahma ali deyil, ikinci dərəcəli yaradıcıdır, Vişnu isə əsas yaradıcıdır. Vayşnavizm inancına görə, Vişnu əsas universal qabığı yaradır və bütün xammalları təmin edir, həmçinin canlı varlıqları öz müstəqil iradəsini yerinə yetirərək maddi dünya daxilində yerləşdirir. Brahma Puran terminologiyasında planetlər olduğuna inanılanları həqiqətən yaratmaq üçün Vişnunun təqdim etdiyi materiallarla işləyir və onların əhalisinə nəzarət edir. == Monizm == Monizm vahidliyi özünün əsas müddəası kimi qəbul edən fəlsəfədir. Bu, əbədi və varlığın qalan hissəsindən ayrı bir yaradıcı tanrının olması barədə dualizmə əsaslanan teistik müddəa ilə ziddiyyət təşkil edir. İki növ monizm mövcuddur: bütün mənəvi reallığın vahid olduğunu müdafiə edən mənəvi monizm; bütün maddi reallıq da daxil olmaqla hər şeyin bir və eyni şey olduğunu müdafiə edən maddi monizm.
İlah (islam)
İlah (ərəb. إله‎) — "tanrı" mənasını verən ərəbcə termin. Ərəb dilində ilah ibadət edilən hər kəsə və ya hər hansı bir şeyə aiddir. Qadın forması olan ilahə "tanrıça" deməkdir. == Etimoligiyası == Yenə "tanrı" mənasını verən "Allah" sözünün təklif olunan "əl-lah" şəklində bu sözdən törədiyi güman edilir, lakin bu, mübahisəlidir. "İlah" sözü şimal-qərbi sami dillərində "el" və akkadca "ilum" sözləri ilə eyniköklüdür. Sami dillərindən olan ivritcədə də tanrı üçün "eloah" və "elohim" sözlərindən istifadə olunur. Bu termin "Quran"da Allahın varlığını və ya qeyri-müsəlmanların başqa tanrılara olan inanclarını müzakirə edən hissələrdə istifadə olunur. Müsəlmanların imanla bağlı etirafları olan kəlmeyi-şəhadətin ilk ifadəsi "Allahdan başqa ilah yoxdur"dur.
La ilahə illəllah
La ilahə illəllah (Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur) – İslamın başlıca ehkamlarından biri olan təkallahlığın qısa ifadəsi kimi bu formulun və onun davamının (və Məhəmməd Rəsulallah) rəsmi şəxs qarşısında üç dəfə tələffüz edilməsi islam dinini qəbul etmək mərasiminin əsasını təşkil edir. Müsəlmanlar bu formulu müxtəlif hallarda təkrar edirlər. Həmin formul demək olar bütün ibadətlərə, azana daxildir, müsəlman ornamentlərində ondan geniş istifadə olunur. == Ən gözəl zikr == Əli ibn Məhəmməd "Ən gözəl zikr hansıdır?" sualına "Dodağın dodağa dəymədiyi zikr" (yəni la ilahə illəllah) deyə cavab vermişdir. == Xarici keçidlər == Deyerler sitesi Dil--aztr Arxivləşdirilib 2011-02-01 at the Wayback Machine Əlşiə sitesi Dil--aztr Arxivləşdirilib 2011-06-13 at the Wayback Machine İrfan dergisi Dil--aztr Arxivləşdirilib 2008-08-19 at the Wayback Machine == Mənbə == İslam (qısa məlumat kitabı). Azərbaycan Sovet Ensiklopediyasının Baş Redaksiyası. Bakı: 1989, səh.77.
Venera (ilahə)
Venera — Qədim Roma mifologiyasında bahar, sevgi və gözəllik ilahəsi. E.ə. 293-cü ilin 18 avqust tarixində ilahə Venera şərəfinə Romada ən qədim məbəd inşa olunmuşdur. Bundan başqa, rəssamların əsərlərində Veneraya tez-tez rast gəlmək olar.
Yupiter (ilahə)
Yupiter (lat. Iuppiter) — Qədim Roma dinində səmavi işığın, yağışın və göy gurultusunun baş tanrısı, Roma dövlətinin mərkəzləşmiş panteonunun rəhbəri. Yupiter bütün dünyanın hakimi və hökmdarı kimi təsəvvür edilirdi. E. ə. VI əsrdə Romada Kapitoli təpəsində Yupiter ibadətgahı tikilmişdir. Onun şərəfinə dövlət bayramları - sentyabrda Roma oyunları, noyabrda plebel və Kapitoli oyunları keçirilirdi. Yupiter Yunan mifologiyasındakı Zevslə eyniləşdirilir. Yupiter sözünün mənşəyi ehtimal ki Zevs + pator birləşməsindən yaranmışdır.
İlahi Komediya
İlahi komediya (it. La Commedia, daha sonra La Divina Commedia) — 1307–1321-ci illər ərzində italyan yazıçısı Dante Aligyeri tərəfindən yazılmış əsərdir. == Tarixi == Üç böyük hissədən ("Cəhənnəm", "Əraf (Təmizlik)" və "Cənnət") ibarət olan bu poemanı Dante doğma şəhəri Florensiyadan sürgün olduğu illərdə yazmış və ölümündən bir müddət əvvəl tamamlamışdır. Əsər orta əsrlər ədəbiyyatı üçün səciyyəvi olan "o biri dünyaya yuxuda səyahət" formasında yazılmışdır. Əsərin adı olan "İlahi komediya" ifadəsindəki "İlahi" sözü digər italyan yazıçısı Covanni Bokkaçço tərəfindən əsərə daxil edilmişdir. Dante isə yazdığı əsərə "Komediya" adı vermişdir. Əsər haqqında Dante 1307–1321 illərdə "axirət dünya"sına etdiyi xəyali səyahətdən danışan "İlahi Komediya" əsərini yazmışdır. Əsər ilk dəfə olaraq latınca yerinə Toksana ləhcəsi ilə işlədilmiş italyan dilində yazılmışdır. Cəhənnəm -İnferno, Araf-Purgatrio və Cənnət-Paradiso hissələrindən ibarətdir. "İlahi komediya" əsəri Dantenin həyat hekayəsinin onun sənətinə yansımış halıdır.
İlahi məxluq (film, 2011)
İlahi məxluq — rejissor Yavər Rzayevin filmi. == Məzmun == Film Qafqaz dağlarında heyvan saxlayan bir çoban ailəsindən bəhs edir. Payızın qəfil gəlişi, dağlara qar yağması, köç yolunun bağlanması çobanı çətin vəziyyətə salır. O, bütün qarğaşasını birdəfəlik apara bilməyəcəyini dərk edib, 14 yaşlı oğlunu yurd yerində qoyur. Yeniyetmə özünü və heyvanlarını həm qar-borandan, həm də obaya hücum edən canavarlardan qorumaq məcburiyyətindədir. Tək qalan uşağa mənəvi dəstək olan dayısının ona bağışladığı körpə quzu və dağlara səfər edən gənc rəssam qızın verdiyi şəkilli dərgi olur. == Film haqqında == Film 2008-ci ildə "Bizim Kino" Prodüser Mərkəzi tərəfindən çəkilmiş, 2009-cu ildə "Yaddaş" Sənədli Filmlər Studiyasında tamamlanmışdır. Filmdə çəkilmiş canavarların təlimi "Animalfilm" studiyası tərəfindən həyata keçirilmişdir. Film 2008-ci il üçün dövlət sifarişi ilə istehsal olunan 3 tammetrajlı filmdən biridir. Çəkilişlər əsasən Qubanın Xınalıq və Qalaxudat kəndlərində, Yardımlıda aparılıb.
İlahiyyat
Teologiya (yun. θεος, theos, "Tanrı", + yun. λογος, logos, "bilim") — hər hansı bir dinin, xüsusi mənada isə xristianlığın təliminin sistemləşdirilməsi. Bu sahə ilə məşğul olan insanlar teoloq adlanır. == Ümumi məlumat == Bir qayda olaraq Bibliyaya, ümumdünya kilsə məclislərinin qərarlarına və (protestantlardan başqa) "kilsə atalarının" təlimlərinə ("Müqəddəs Yazıya" və "Müqəddəs Ənənəyə") əsaslanan xristian teologiyasının tarixi nisbətən yenidir. XVIII əsrə qədər ilahiyyatçılar adətən Bibliya mətninin tarixi, ədəbi kontekstinə əhəmiyyət vermədən sitat gətirərək təlim vermişlər. Bibliya teologiyası müstəqil bir elm olaraq XVIII əsrdə protestant kilsəsində meydana gəldi. Protestantlar, ümumiyyətlə, Müqəddəs Ənənənin avtoritetini qəbul etmədikləri və yalnız Bibliyanı vəhy saydıqlarına görə, sistematik teologiyanı yaradan protestantların başlıca üsulu "Bibliyanı Bibliya vasitəsilə şərh etmək" qaydasından ibarət idi. Müqəddəs Ənənəyə böyük əhəmiyyət verən pravoslav və katolik teoloqları əvvəllər protestantlığın təsirindən ehtiyatlanaraq belə teologiyaya bir qədər şübhə ilə yanaşmışlar. Lakin sonra elmi üsullara əsaslanan teologiyanın təkcə protestant deyil, pravoslav və katolik təliminə də tətbiq edilməsinin mümkünlüyünü və zərurətini görmüşdürlər.
İlahiyyatçi İoann
Həvari Yuhənna (q.yun. Ἰωάννης Iōánnēs) — xristianlıqda on iki həvaridən biri, Bibliyadakı Yuhənna incilin, Vəhy kitabı (Apokalipsis) və üç məktubun müəllifi. Xatirə günləri: 27 dekabr (katolik və digər Qərb Kilsələrində), 8 may, 30 iyun və 26 sentyabr (pravoslav Kilsəsində).
İlahiyyatçı (qəzet)
İlahiyyatçı İoann
Həvari Yuhənna (q.yun. Ἰωάννης Iōánnēs) — xristianlıqda on iki həvaridən biri, Bibliyadakı Yuhənna incilin, Vəhy kitabı (Apokalipsis) və üç məktubun müəllifi. Xatirə günləri: 27 dekabr (katolik və digər Qərb Kilsələrində), 8 may, 30 iyun və 26 sentyabr (pravoslav Kilsəsində).
İlahlar
İlah (kişi) və ya İlahə (qadın) (ərəb. إله‎) — müqəddəs hesab olunan, fövqəltəbiilik və ya ölümsüzlük xüsusiyyətlərinə malik olan sima. Sitayiş və pərəstiş obyekti. İlahlar müxtəlif obrazlarda və daha çox insan və ya heyvan şəklində təsvir olunurlar. Bəzi dini etiqadlar ilahların hər hansı formada təsvir edilməsini küfr hesab edirlər. İlahlar bir qayda olaraq ölümsüz olurlar, individuallığa və həmçinin insana xas olan şüur, istək və emosiyalar kimi xüsusiyyətlərə malik olurlar. Təbiət hadisələri — ildırım çaxması, sel daşqınları, zəlzələlər, digər "fors-major hallar" və möcüzələr ilahların əməlləri kimi qəbul edilir. Möminlərin hesab edirlər ki, bəzi ilahlar insanın taleyini müəyyən edir, onun doğulması və ölümünü tənzimləyir, dünyanı və kainatı, yaxud onların ayrı-ayrı elementlərini yaradırlar. İlahələrə misal ağıllılıq ilahəsi Afina, səfehlik ilahı Ate, dəniz ilahı Poseydon, alov ilahı Hefest, ov ilahəsi Artemis, torpaq ilahı Artey, çaylar, sular ilahı Axel, evlilik ilahəsi Yuno, hərb ilahı Appolon, müharibə ilahı Mars, kələkbazlıq ilahı Hermes, yeraltı aləmin ilahı Aid'dir.
İlahə
İlahə və ya daha az mənbələrdə tanrıça — qadın cinsində təsvir edilən ilah. Bir çox məlum mədəniyyətlərdə ilahələr adətən hərfi və ya metaforik hamiləlik, ya da qadın və qızların necə qəbul edildiyi və ya necə davranması gözlənilən qadınlıq rolları ilə əlaqələndirilir. Buraya toxuculuq, gözəllik, sevgi, seksuallıq, analıq, yaradıcılıq və məhsuldarlıq (qədim ilahə ana kultu ilə nümunə verilmişdir) daxildir. Bir çox böyük ilahələr həmçinin sehr, müharibə, strategiya, ovçuluq, əkinçilik, müdriklik, tale, Yer, səma, güc, qanunlar, ədalət və s. ilə əlaqələndirilir. Mədəni kontekstlərində mənfi hesab edilən diskordianizm və ya xəstəlik kimi bəzi mövzular da bəzi ilahələrlə əlaqələndirilir. == İstinadlar == == Əlavə ədəbiyyat == Beavis, Mary Ann and Helen Hye-Sook Hwang (eds). Goddesses in Myth, History and Culture, Mago Books, 2018. ISBN 1976331021ISBN 1976331021 Dexter, Miriam Robbins, and Victor Mair (2010). Sacred Display: Divine and Magical Female Figures of Eurasia.
İlahə Ağayeva
İlahə Ağayeva (1984) — Azərbaycanı təmsil edən voleybolçu. İlahə Ağayeva, Azərbaycan yığmasının heyətində 2005-ci ildə baş tutan Avropa Çempionatına qatılıb və 4-cü yeri tutub. == Karyerası == İlahə Ağayeva, 2005-ci ildə Azərbaycan yığması ilə birgə Xorvatiyada baş tutan Avropa Çempionatına qatıldı. Yarışların bürünc medal uğrunda görüşündə Azərbaycan yığması, Rusiya yığmasına 0:3 hesabı ilə məğlub oldu və Avropa Çempionatını 4-cü yerdə başa vurdu.
İlahə Qasımova
İlahə Qasımova (d. 14 oktyabr 1992; Bakı, Azərbaycan) — Azərbaycanlı karateçi. İlahə Qasımova, 2015-ci ildə baş tutan I Avropa Oyunlarında bürünc medal, 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarında isə gümüş medal qazanıb. == Həyatı == İlahə Qasımova 14 oktyabr 1992-ci ildə Bakı şəhərində anadan olub. O, ali təhsilini Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında alıb. == Karyerası == İlahə Qasımova, 2015-ci ildə Azərbaycan bayrağı altında I Avropa Oyunlarına qatıldı. -55 kiloqram çəki dərəcəsində çıxış edən İlahə Qasımova, bürünc medal uğrunda görüşdə, İspaniya nümayəndəsi Kristina Ferrer Qarsiyanı 5:2 hesabı ilə məğlub etdi və I Avropa Oyunlarının bürünc medalına sahib oldu. Bu uğuruna görə İlahə Qasımova, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən "Tərəqqi" medalı ilə təltif edildi. İlahə Qasımova, 2017-ci ildə Azərbaycan bayrağı altında IV İslam Həmrəyliyi Oyunlarına qatıldı. -55 kiloqram çəki dərəcəsində çıxış edən İlahə Qasımova, finalda görüşündə, Misir nümayəndəsi Yassmin Attiaya 2:3 hesabı ilə məğlub oldu və IV İslam Həmrəyliyi Oyunlarının gümüş medalına sahib oldu.
İlahə Qədimova
İlahə Akif qızı Qədimova (doğ. 5 noyabr 1975, Gəncə, Azərbaycan SSR, SSRİ) — azərbaycanlı şahmatçı, qadınlar arasında qrosmeyster (1994), FİDE hakimi (2016). SSRİ çempionu (1991) və 18 yaşa qədər qızlar arasında ikiqat dünya çempionu (1992, 1993). Azərbaycanın qadınlardan ibarət yığma komandasının heyətində milli komandalar arası Avropa çempionatının bürünc mükafatçısı (1992). 2008-ci ildən sonra aktiv şahmat fəaliyyətindən uzaqlaşıb. == Şahmat karyerası == Qədimova 1975-ci ildə Gəncə şəhərində anadan olub. 1992-ci ildə 18 yaşa qədər qızlar arasında şahmat üzrə dünya çempionatında qalib olub, 1993-cü ildə 18 yaşlı qızlar kateqoriyasında ikinci dəfə dünya çempionu olub. 1994-cü ildə İlahəyə qadınlar arasında beynəlxalq qrosmeyster adı verilib 1995-ci ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən Azərbaycan Respublikasında bədən tərbiyəsi və idmanın inkişafındakı xidmətlərinə görə "Tərəqqi medalı" ilə təltif olunub. Azərbaycanın qadınlardan ibarət yığma komandasının heyətində iki Şahmat Olimpiadasının (1992, 1994) və üç milli komandalar arası Avropa çempionatının (1992, 1997, 2007) iştirakçısı olub. 2006-cı ildə Belçikanın Eypen şəhərində dairəvi sistemlə keçirilmiş beynəlxalq turnirin bürünc mükafatını qazanıb.
İlahə Səfərova
İlahə Qiyas qızı Səfərova — Azərbaycan aktrisası, Azərbaycanın əməkdar artisti (2014). == Həyatı == İlahə Qiyas qızı Səfərova 1995-ci ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin "Dram və kino aktyoru" fakültəsini bitirib və həmin ilin sentyabr ayından H.Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram teatrında aktrisa işləyir. Teatrda işlədiyi müddətdə o, Sumqayıt teatrının səhnəsində onlarca müxtəlif xarakterli obrazlar yarada bilib. Onlardan: Şərəfnisə (M.F.Axundov "Müsyo Cordan və Dərviş Məstəli şah"), Jahan (Ə.M.Lələdağ "Qorxaq"), Qurbağa (L.Ustinov "Cəsur qurbağa"), Saray müğənnisi (F.Məhərrəmov "Oğuzlar"), Mariya (A.Kamyu "Ağlasığmaz faciə"), Minayə (İ.Məlikzadə "Gəl qohum olaq"), Olya (A.İvaşenko "Uşağa bir üç yazın"), Eldar ( K.Həsənov "Sehrli yaylıq"), Sərvinaz (M.İbrahimov "Yaxşı adam"), Fərhad (F.Məmmədov "Anasının gül balası"), Ağacdələn (O.Kolçinskaya "Tramvayı kim oğurlayıb"), Dilbər və Rəhimə (Ç.Məmmədov "Kişi"), Səidə (T.Vəliyeva "Mənim ağ göyərçinim"), Padşahın arvadı (Anar "Yaxşı padşahın nağılı"), Qadın (F.Mustafa "Əqrəb bürcü"), Ana (Ç.Aytmatov "Ümid sahili"), Nazilə (M.Haqverdiyev "Fədakarlıq"), Nazlı (Ə.Qiyas "Qarışqa yuvası"), Şadxəbər (Renportyor) Ə.Əmirli ("Varlıq qadın ) vəs. göstərmək olar. İ.Səfərova 1997-ci ildə Qazax rayon Dövlət teatrını dirçəltmək məqsədi ilə Mədəniyyət Nazirliyinin göstərişi ilə həmin teatra ezam olunmuş və orada Gülbalayeva (M.İbrahimov "Alov"). Yetər (N.B.Vəzirov "Yağışdan çıxdıq, yağmura düşdük"), Nonna (R.Muxtar "Şəhərli kürəkən") obrazlarını yaratmışdır. İ.Səfərova İ.Məlikzadənin "Gəl qohum olaq" və M.Quliyevin "Qeybdən gələn səs" əsərlərinin telefilmlərində Minayə və Dilbər obrazlarını özünəməxsus ştrixlərlə yaratmışdır. == Mükafatları == 2004-cü ildə İ.Səfərova "Tərəqqi" medalına layiq görülmüşdür. 2014-cü ildə əməktar artist adına layiq görülmüşdür.
İlahə Əfəndiyeva
İlahə Əhsan qızı Əfəndiyeva-Xəlilova — Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının soprano. 2005-ci ildən teatrın solistidir. Bir sıra beynəlxalq vokal müsabiqələri və festivalların iştirakçısı olub. Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə Moskvada Qalina Vişnevskaya adına Opera mərkəzində ixtisasartırma kurslarını bitirib. Üzeyir Hacıbəyovun “Koroğlu” operasında Nigar, Müslüm Maqomayevin “Şah İsmayıl” operasında Gülzar, Cüzeppe Verdinin “Traviata” operasında Violetta və başqaları partiyaları böyük uğurla ifa edir. İlahə Əfəndiyeva 6 may 2015-ci ildə, 6 may 2016-cı ildə, 1 may 2017-ci ildə, 9 may 2018-ci ildə, 10 may 2022-ci ildə, 6 may 2023-cü ildə və 9 may 2024-cü ildə Prezident Mükafatına layiq görülmüşdür.
İlahəddin Mamedov
İsgəndəriyyə ilahiyyat məktəbi
İsgəndəriyyə ilahiyyat məktəbi — II yüzillikdə formalaşan Xristian ehkamlarını və fəlsəfəsini sistemləşdirən, onları vahid təlim şəklində ortalığa çıxardan, antik fəlsəfi irsi ilə Xristianğı uyğunlaşdıran məktəb idi. Xristianlığın formalaşmasında apologetlər (əqli və məntiqi üsullarla xristian ehkamlarını tənqidçilər qarşısında müdafiə edən ilahiyyatçılardır) çox əhəmiyyətli fəaliyyət göstərmişdirlər. Ancaq o dövrdə Xristianlıq hələ sistemləşmiş bir təlim halına gəlməmişdi. Antik fəlsəfi təlimlərlə mübarizə aparmaq üçün isə fundamental, sistemləşmiş və hərtərəfli bir nəzəriyyə yaratmaq lazım idi. Ona görə də, bir neçə Xristian düşünürü bu çətin işlə məşğul olmuşdur. Bu işdə ən böyük nailiyyətləri İsgəndəriyyədə II yüzillikdə təsis edilən ilahiyyat məktəbinin nümayəndələri əldə etmişdirlər. Bu məktəb Xristianlığın əsasları ilə tanış olmaq və onu qəbul etmək istəyənlər üçün açılmışdır. Eyni zamanda bu məktəb qarşısına ən savadlı təbəqələrin nümayəndələrində xristian təliminə marağını oyatmaq məqsədini güdürdü. Ancaq bunun üçün təkcə dini ehkamların tədrisi kifayət etməzdi. Ona görə də burada fəlsəfi fənlərə də böyük önəm verilirdi.
İlahiyyatçı Yəhyanın Vəhyi
İlahiyyatçı Yəhyanın Vəhyi (q.yun. Ἀποκάλυψις Ἰωάννου, lat. Apocalypsis Ioannis), həmçinin sadəcə Vəhy Kitabı — Əhdi-cədid kanonunun son kitabı. Bu əsər Neronun kilsəni təqib etməsindən tutmuş dünyanın sonuna qədər dünya və kilsə tarixinin peyğəmbərlik toplusudur. Bu, Əhdi-cədidin didaktik və ya tarixi deyil, apokaliptik ədəbiyyat kimi təsnif edilən yeganə kitabıdır. Brokhauz və Efronun ensiklopedik lüğətinə görə, kitabın məqsədi "xristianlara imanda möhkəmlik aşılamaq, onları qarşıdan gələn əzabkeşliyə hazırlamaqdır". == İstinadlar == == Əlavə ədəbiyyat == == Xarici keçidlər == Early Christian Writings: Apocalypse of John: text, introduction, context "Revelation to John." Encyclopædia Britannica Online. Apocalypse, Book of – Article from the Catholic Encyclopedia Understanding the Book of Revelation – Article by L. Michael White from PBS Frontline program "Apocalypse!" The Marvelous Address: The Revelation of the Beloved (Disciple) is an 18th-century manuscript about the book of Revelation written in Garshuni (Arabic written in Syriac script).
Mən burdayam, İlahi!
Mən burdayam, İlahi! — Tammetrajlı bədii müharibə filmi. Rejissor Qulu Əsgərov tərəfindən 2023-ci ildə ekranlaşdırılmışdır. Film Vətən müharibəsi mövzusunda çəkilib. == Məzmun == Müharibədə yaralanan qazinin (Rasim Cəfərov) Üç aylıq komadan ayılır anasının rəhmətə getdiyini və qızının internata himayəyə verildiyini öyrənir. Daha sonra həyatını qaydasına salmağa çalışır ki, övladına sahib çıxa bilsin. Öz qızını geri qaytarmaq uğrunda apardığı mübarizədən bəhs edən filmdə ağır döyüş səhnələrindən daha çox, müharibənin insan psixologiyasında buraxdığı izlər və müharibədən çıxmış insanların yaşamaq üçün mübarizəsi ön plana çəkilib. == Film haqqında == Filmin ilk premyerası 27 sentyabr 2023 Alov qüllələrində yerləşən “Park Cinema” kinoteatrlar şəbəkəsində baş tutub. Filmin ikinci premyerası 9 Noyabr 2023-cü ildə Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda yeni yaradılmış kinoteatr binasında baş tutub.
İlahi ordasan? Mənəm, Marqaret
İlahi ordasan? Mənəm, Marqaret (ing. Are You There God? It's Me, Margaret.) — Kelli Fremon Kreyqin 2023-cü ildə ekranlaşdırdığı amerikan komediya-dram filmi. Film Cudi Blumun 1970-ci ildə yazdığı eyniadlı roman əsasında çəkilib. Filmin baş qəhrəmanı 12 yaşlı qız olan Marqaretdir. Film onun dini inancına və yeniyetməlik dövründə həyatında baş verən dəyişikliklərə nəzər salır. == Rollarda == Abby Ryder Fortson — Margaret Simon Reyçel Makadams — Barbara Simon Keti Beyts — Sylvia Simon Benny Safdie — Herb Simon Elle Graham — Nancy Wheeler Amari Alexis Price — Janie Loomis Katherine Kupferer — Gretchen Potter Kate MacCluggage — Mrs. Jan Wheeler Aidan Wojtak-Hissong — Moose Freed Landon S. Baxter — Evan Wheeler Echo Kellum — Mr. Benedict Zackary Brooks — Philip Leroy Isol Young — Laura Danker Simms May — Norman Fisher Mia Dillon — Mary Hutchins Gary Houston — Paul Hutchins == İstinadlar == == Xarici keçidlər == itsmemargaret.movie — Rəsmi saytı İlahi ordasan?
İlahiyat
Teologiya (yun. θεος, theos, "Tanrı", + yun. λογος, logos, "bilim") — hər hansı bir dinin, xüsusi mənada isə xristianlığın təliminin sistemləşdirilməsi. Bu sahə ilə məşğul olan insanlar teoloq adlanır. == Ümumi məlumat == Bir qayda olaraq Bibliyaya, ümumdünya kilsə məclislərinin qərarlarına və (protestantlardan başqa) "kilsə atalarının" təlimlərinə ("Müqəddəs Yazıya" və "Müqəddəs Ənənəyə") əsaslanan xristian teologiyasının tarixi nisbətən yenidir. XVIII əsrə qədər ilahiyyatçılar adətən Bibliya mətninin tarixi, ədəbi kontekstinə əhəmiyyət vermədən sitat gətirərək təlim vermişlər. Bibliya teologiyası müstəqil bir elm olaraq XVIII əsrdə protestant kilsəsində meydana gəldi. Protestantlar, ümumiyyətlə, Müqəddəs Ənənənin avtoritetini qəbul etmədikləri və yalnız Bibliyanı vəhy saydıqlarına görə, sistematik teologiyanı yaradan protestantların başlıca üsulu "Bibliyanı Bibliya vasitəsilə şərh etmək" qaydasından ibarət idi. Müqəddəs Ənənəyə böyük əhəmiyyət verən pravoslav və katolik teoloqları əvvəllər protestantlığın təsirindən ehtiyatlanaraq belə teologiyaya bir qədər şübhə ilə yanaşmışlar. Lakin sonra elmi üsullara əsaslanan teologiyanın təkcə protestant deyil, pravoslav və katolik təliminə də tətbiq edilməsinin mümkünlüyünü və zərurətini görmüşdürlər.

ilah sözünün leksik mənası və izahı

"ilah" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#ilah nədir? #ilah sözünün mənası #ilah nə deməkdir? #ilah sözünün izahı #ilah sözünün yazılışı #ilah necə yazılır? #ilah sözünün düzgün yazılışı #ilah leksik mənası #ilah sözünün sinonimi #ilah sözünün yaxın mənalı sözlər #ilah sözünün əks mənası #ilah sözünün etimologiyası #ilah sözünün orfoqrafiyası #ilah rusca #ilah inglisça #ilah fransızca #ilah sözünün istifadəsi #sözlük