* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 sif. din. [ər.] 1. Allaha mütəəlliq, Allaha məxsus, Allaha aid, Allah tərəfindən verilmiş; qeyri-bəşəri. İlahi hikmətlər xəzinəsi. – [Şeyx Sənan:] Bu ilahi sükuta qarşı, Xumar; Həp mələklər olur pərəstişkar. H.Cavid. 2. is. Allah. Bu dağlar ahı neylər; Başım külahı neylər; Sən ordan bax, mən burdan; Görək ilahi neylər. (Bayatı). O gözəllik ilahidən verilmiş; Əvvəldəndi gözlərinin qarası. Aşıq Əmrah. // məc. Qeyri-maddi, qeyricismani, ruhani, mənəvi. İlahi məhəbbət. İlahi eşqin tərənnümü. – Budur! “Leyli Məcnun” – böyük sənətdir! Nə qədər ilahi bir məhəbbətdir! S.Vurğun. // məc. Təmiz, pak. Nə qədər ilahi bir insansınız; Mənə qardaşdan da mehribansınız. S.Vurğun. 3. məc. Xariqüladə, misilsiz, tayı-bərabəri olmayan, məftunedici. İlahi gözəllik. İlahi səs. – [Nizami:] Dostlar, hamınızı inandıra bilərəm ki, Bərdənin bu ilahi gözəlliyi məni heyran etmişdir. M.Hüseyn. Bu, əfsanə və nağıllarda söylənən cənnət bağından, ilahi məxluqlardan gələn səs kimi bakir, gözəl və xoş idi. Mir Cəlal.
Azərbaycan dilinin izahlı lüğəti / ilahi2 nida. Ey Allah, ay Allah (Allaha xitab, yalvarış). İlahi, bülbülə olsun həmişə gül həmdəm; Müdam o xəstə dilin gülşəni, baharı ola. S.Ə.Şirvani. Daşqəlbli insanları neylərdin, ilahi? M.Ə.Sabir. Qəmin əlində, ilahi, dönüb ürək qanə. M.Hadi. [Ana:] İlahi, üç nəfər yetim balamı sənə tapşırıb gedirəm. C.Cabbarlı.
Azərbaycan dilinin izahlı lüğəti / ilahi3 İLAHİ1 ə. 1) Allaha aid, Tanrıya dair; 2) m. yerdə olmayan, yerdə tapılmayan. İLAHİ2 ə. 1) Allah, Tanrı; gözəgörünməz fövqəladə qüvvə; 2) ay Allah! ay Tanrı! Allah(ım)!
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / ilahi2 1 I прил. 1. божественный: 1) относящийся к божеству 2) прекрасный, дивный. İlahi gözlər божественные глаза, ilahi məxluq божественное создание 2. платонический. İlahi məhəbbət платоническая любовь II сущ. Аллах; Бог 2 межд. о Боже! Боже мой!
Azərbaycanca-rusca lüğət / ilahi1 I. i. bax Allah II. s. divine; ~ gözəllik divine beauty; ~ məhəbbət Platonic love III. nid. My God! Good God! Good Lord! Goodness me!
Azərbaycanca-ingiliscə lüğət / ilahi1 [ər.] прил. дин. 1. Аллагьдиз махсус, Аллагьдиз талукь; Аллагь патай ганвай; 2. сущ. Аллагь; 3. пер. бедендин тушир, руьгьдин; 4. пер. михьи, пак; 5. пер. вичел кьару ийидай, тешпигь авачир, тай-барабар авачир, тахьай хьтин, такур хьтин (мес. ван, гуьзелвал).
Azərbaycanca-ləzgicə lüğəti / ilahi