silahı sözü azərbaycan dilində

silahı

Yazılış

  • silahı • 97.6903%
  • Silahı • 2.2657%
  • SİLAHI • 0.0440%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Hücum silahı
Üstünə top və ya haubitsa yerləşdirilmiş bir motorlu nəqliyyat vasitəsinə bağlanmış və ya zirehli şassiyə hücum topu deyilir. Ən vacib vəzifəsi döyüş zamanı birbaşa düşmənlə vuruşaraq qarşıdakı piyada birliklərinə dəstək verməkdir. Tarixdə əsasən, hücum topları tank şassisinə quraşdırılmış top və ya haubitsalardan ibarət olmuşdur. Buradakı ən vacib məqsəd ucuz olmaqla birlikdə daha az mexaniki problemlər yaratması idi. Ümumi zirehinin zəif olmasına görə bu silahların qabaq hissələrinə daha qalın ön müdafiə əlavə edilərək və daha güclü silahlarla təchiz olunmuşdurlar.
Nüvə silahı
Nüvə silahı (atom silahı) — atom nüvəsinin parçalanma reaksiyası nəticəsində nüvədaxili enerjinin (atom enerjisinin) bir hissəsinin ayrılması hesabına çox qüvvətli partlayış yaradan aviasiya bombasıdır. Nüvə reaksiyaları (bölünmə və ya sintez reaksiyaları, yaxud hər ikisi birlikdə) nəticəsində qapalı həcmdə böyük miqdarda ayrılan nüvədaxili enerjidən baş verən partlayış təsirli silahların ümumi adıdır. Bu reaksiyalarda maddənin kütlə vahidindən ayrılan enerji adi partlayıcı maddədəkinə (trotildəkinə) nisbətən 20—80 mln. dəfə artıq olur. Son dərəcə sürətlə və külli miqdarda ayrılan enerji nüvə partlayışı kimi meydana çıxır və öz gücünə və zədələyici amillərinin (zərbə dalğası, işıq şüalanması, nüfuzedici radiasiya, radioaktiv zəhərlənmə və elektromaqnit impulsu) xarakterinə görə adi döyüş sursatlarının partlayışından fərqlənir. == İlk atom bombaları haqqında == İlk atom bombası İkinci dünya müharibəsinin sonunda ABŞ-də hazırlanmışdır. Atom bombası havada (istənilən hündürlükdə, yer səthində və su altında, lazımı dərinlikdə) partladıla bilər; 1945-ci ilin iyulunda ABŞ atom bombasını sınaqdan çıxardıqdan sonra Yaponiyanın Xirosima (avqustun 6-da) və Naqasaki (avqustun 9-da) şəhərlərinə partlayış gücü 20 min ton trotil partlayışına ekvivalent olan 2 bomba atmışdır. Xirosimada 200 minə yaxın adam ölmüş və itkin düşmüş, sonralar şüa xəstəliyindən və yaralanmadan daha 35 min adam ölmüşdür. == Müasir nüvə silahları == Müasir nüvə silahı kompleksi (raket-nüvə silahı) müxtəlif növ nüvə döyüş sursatından, onları hədəfə çatdıran vasitələrdən və idarəetmə vasitələrindən ibarətdir. Nüvə enerjisinin alınması üsuluna görə, ağır kimyəvi elementlərin (235U, 239Pu) atom nüvələrinin zəvcirvari parçalanması reaksiyasına əsaslanan nüvə bombaları (əvvəllər «atom bombası» adlandırılırdı) və yüngül elementlərin (məs., hidrogen izotoplarının) atom nüvələrinin siitez reaksiyasına əsaslanan istilik-nüvə (hidrogen) bombaları var.
Raket silahı
Raket silahı məhvedici vasitənin lazımı məqsədə çatdırılması üçün tətbiq olunan silah növüdür. Reaktiv mühərriklə işləyən, yönəldici sistemə malik pilotsuz mərmilər, yerdə, göydə, dənizdə hədəfləri vurmaq üçün tətbiq edilən müxtəlif raket komplekslərinin toplusunu buna misal göstərmək olar. Raket silahının tərkib hissələrinə aşağıdakılar daxildir: İdarəetmə sisteminə malik mərmilər üçün raket daşıyıcılar, Buraxma qurğuları, Texniki təchizat vasitələri, nəqletmə və saxlama.Daşıyıcı sistemlərinə görə bölünürlər: “Yer hədəfi əleyhinə” “Yer-yer” “Tank əleyhinə” “Hava hədəvi əleyhinə” “Yer-göy” “Göy-göy” “Raket əleyhinə” “Dəniz hədəfi əleyhinə” “Süni peyk əleyhinə” və s.Kiçik ölçülü raketlər daşıyıcısız olub əsgərlər tərəfindən daşına bilirlər. Məsələn “Stinger” raketini əsgər boynunda oturtmaqla havada uçan təyyarəni vura bilmək imkanına malikdir. Raket silahların hədəfi axtarma sisteminin təsir əhatəsi başqa uçan aparatlara nisbətən məhdud olduğundan, kombinasiya edilmiş sistemlərdən də istifadə edirlər. İlkin olaraq raket təxmini olaraq hədəf istiqamətində buraxılır və sonra havada onunla idarəetmə sistemi arasında informasiya əlaqəsi nəticəsində hərəkət trayektoriyası korreksiya edilir. Sonuncu mərhələdə raketin öz sisteminin köməyi ilə hədəf dəqiq nişanlanır.
Çexovun silahı
Çexovun silahı (rus. Чеховское ружьё) — hekayədəki hər elementin zəruri olması və əlaqəsiz elementlərin çıxarılmasının lazım olduğunu ifadə edən dramatik prinsip. Bu elementlər pyesə "yalan vəddlər" vermək üçün daxil edilməməlidir. Bu prinsip Anton Çexov tərəfindən bir neçə dəfə məktublarında açıqlanmışdır: "Hekayə ilə əlaqəsi olmayan hər şeyi çıxardın. Birinci fəsildə "divarda bir tüfəng asıldığını" deyirsinizsə, ikinci və ya üçüncü fəsildə o mütləq işə düşməlidir. Atəş açılmayacaqsa, orada asılmamalıdır." "Atəş açılmayacaqsa, heç vaxt dolu bir tüfəngi səhnəyə yerləşdirməyin. Yerinə yetirə bilməyəcəyiniz vəddlər vermək səhvdir." Çexovun Aleksandr Semenoviç Lazarevə məktubu (A. S. Gruzinskinin təxəllüsü), 1 noyabr 1889. Burada "silah" Çexovun lazımsız və tamaşanın qalan hissəsi ilə əlaqəsiz hesab etdiyi monoloqdur. "Birinci pərdədə bir tapançanı divardan asmısınızsa, sonrakı pərdədə o tapançadan atəş açılmalıdır. Əks təqdirdə onu oraya asmayın." Qurliyandın Reminiscences of A. P. Chekhov tədqiqatından Teatr i iskusstvo 1904, No.
Kütləvi qırğın silahı
Kütləvi qırğın silahı — Kütləvi qırğın silahlarına nüvə, kimyəvi və bioloji silahlar aiddir. Müasir dövrdə bütün inkişaf etmiş ölkələr öz hərbi potensialını saxlamaq və inkişaf etdirmək üçün kütləvi qırğın silahları ilə təminata mühüm yer ayırırlar. Nüvə silahları, kimyəvi silahlar və bioloji silahlar digər silahlara nisbətən dövrümüzün ən dəhşətli kütləvi qırğın silahları siyahısına aid olmaqla yanaşı daim yeniləşməkdədir. == Nüvə silahı == Nüvə silahı (atom silahı) — atom nüvəsinin parçalanma reaksiyası nəticəsində nüvədaxili enerjinin (atom enerjisinin) bir hissəsinin ayrılması hesabına çox qüvvətli partlayış yaradan aviasiya bombasıdır. Nüvə reaksiyaları (bölünmə və ya sintez reaksiyaları, yaxud hər ikisi birlikdə) nəticəsində qapalı həcmdə böyük miqdarda ayrılan nüvədaxili enerjidən baş verən partlayış təsirli silahların ümumi adıdır. Bu reaksiyalarda maddənin kütlə vahidindən ayrılan enerji adi partlayıcı maddədəkinə (trotildəkinə) nisbətən 20–80 mln. dəfə artıq olur. Son dərəcə sürətlə və külli miqdarda ayrılan enerji nüvə partlayışı kimi meydana çıxır və öz gücünə və zədələyici amillərinin (zərbə dalğası, işıq şüalanması, nüfuzedici radiasiya, radioaktiv zəhərlənmə və elektromaqnit impulsu) xarakterinə görə adi döyüş sursatlarının partlayışından fərqlənir. == Kimyəvi silah == Kimyəvi silah — zəhərləyici təsirə malik maddələrin toksik xassələrinə əsaslanan kütləvi qırğın silahıdır. Tətbiq vasitələri isə – raketlər, mərmilər, minalar, aviasiya bombalarıdır.
Taktiki nüvə silahı
Taktik nüvə silahları (TNS) və ya qeyri-strateji nüvə silahları (QSNS) — böyük hədəfləri və düşmən qüvvələrinin cəbhədə və birbaşa arxada cəmləşməsini məhv etmək üçün taktiki nüvə sursatlarıdır. Taktiki nüvə silahları (TNS) döyüş meydanında istifadə etmək və ya məhdud nüvə zərbəsi endirmək üçün çatdırılma vasitələri ilə birlikdə kiçik nüvə silahlarıdır. Bu tip silahlar böyük əraziləri çirkləndirmədən, seçilən hədəfi məhv etmək üçün istifadə olunur. Strateji nüvə silahlarından fərqli olaraq, taktiki döyüş başlıqlarının TNS ekvivalenti adətən bir neçə kilotonu keçmir və çox vaxt bir kilotondan az olur. Bununla belə, taktiki nüvə silahlarını strateji silahlardan ayıran birmənalı tərif yoxdur. TNS çox geniş çeşiddə sursat şəklində mövcud ola bilər - aviasiya bombaları, raket döyüş başlıqları (əməliyyat-taktiki və taktiki sinif), artilleriya mərmiləri, minalar, dərinlik bombaları, torpedalar və s. Taktiki nüvə silahları yalnız strateji nüvə silahları qalmış Böyük Britaniyadan başqa bütün nüvə dövlətlərinin xidmətindədir (baxmayaraq ki, keçmişdə onun da taktiki nüvə silahı var idi). == Tarixi == Əvvəlcə nüvə silahları həm müstəsna gücünə, həm də ilk atom silahlarının texniki məhdudiyyətlərinə görə müstəsna olaraq strateji istifadə vasitəsi kimi təqdim edildi. Bununla belə, hələ 1945-ci ildə ABŞ ordusu taktiki problemləri həll etmək üçün nüvə silahının dağıdıcı gücündən istifadə etmək imkanını nəzərdən keçirməyə başladı: məsələn, düşmənin möhkəmləndirilmiş müdafiəsini yarmaq üçün. Belə bir müdafiənin adi döyüş sursatı ilə dağıdılması uzun artilleriya hazırlığı (bəzən uzun günlər) tələb edirdi ki, bu da düşmənə hazırlanan hücumun yerini müəyyən etməyə və ona qarşı mübarizə üçün əvvəlcədən ehtiyatları cəmləşdirməyə imkan verirdi.
Azərbaycan silahı (film, 2010)
Azərbaycan silahı qısametrajlı sənədli televiziya filmi rejissor Bəhruz Qədirov tərəfindən 2010-cu ildə çəkilmişdir. ANS televiziyasında istehsal edilmişdir. Film tamaşaçını Azərbaycan istehsalı olan silahlarla tanış edir. == Məzmun == Film tamaşaçını Azərbaycan istehsalı olan silahlarla tanış edir.
Nüvə silahı saxlanılmayan zona
Nüvə silahı saxlanılmayan zona (NSSZ; daha çox NWFZ; ing. Nuclear-weapon-free zone) — beynəlxalq hüquqda atom və nüvə silahı saxlanılmayan ərazi. Nüvə silahlı saxlanılmayan zona beynəlxalq sülh və təhlükəsizliyi müdafiə formalarından biridir. Bu, BMT Nizamnaməsinin prinsip və tələblərinə uyğundur. Təcrübədə nüvə silahı saxlanılmayan zona ideyası ilk dəfə Antarktika haqqında beynəlxalq müqavilədə (1959-cu il) həyata keçirilmişdir. Aland adaları, Şpitsbergen arxipelaqı, Aralıq dənizində bəzi adalar və kosmik fəza nüvə silahı saxlanılmayan zona hesab edilməsi haqqında qətnamə (1961-ci il), Latın Amerikasının nüvə silahı saxlanılmayan zona elan edilməsi haqqında qətnamə (1967), dəniz və okeanların divində nüvə silahlarının yerləşdirilməsinin qadağan olunması haqqında qətnamə (1971) qəbul edilmişdir. 1978-ci ildə SSRİ Latın Amerikasının nüvə silahı saxlanılmayan zonaya çevirməsi haqqında Tlatelolko müqaviləsinin zamini olmuşdur.2009-cu il üçün nüvə silahı saxlanılmayan zona elan edilən ərazilər: Antarktida (1959-cu il müqaviləsi); Latın Amerikası (Tlatelolko müqaviləsi 1967); Cənubi Sakit okean (1985 Rarotonqa müqaviləsi); Cənub-Şərqi Asiya (Banqkok müqaviləsi 1995); Afrika (1996 Pelindaba müqaviləsi); Mərkəzi Asiya (2007 Semipalatinsk müqaviləsi).1984-cü ildən Yeni Zelandiya özünü nüvə silahı saxlanılmayan dövlət elan etdi. Monqolustan və Belarus nüvə silahı saxlanılmayan dövlət statusuna malikdir. == İstinadlar == == Xarici keçidlər == Nuclear-Weapon-Free Zones Around the World site about NWFZs run by OPANAL, the organization which monitors the Treaty of Tlatelolco Oceans in the Nuclear Age:Nuclear-Free Zones from the Law of the Sea Institute at Boalt School of Law (University of California, Berkeley). Includes treaty texts.
Yaponiyanın nüvə silahı proqramı
Yaponiyanın nüvə silahı proqramı (日本の原子爆弾開発, Nihon no genshibakudan kaihatsu) — ilk dəfə İkinci dünya müharibəsi zamanı Yaponiya imperiyası tərəfindən həyata keçirilmiş nüvə silahı proqramına verilən ad. Almaniya nüvə silahı proqramı kimi Yaponiyanın da nüvə silahı proqramı müxtəlif problemlərlə üzləşmiş və Hiroşima ilə Naqasakinin 1945-ci ilin avqustunda ABŞ tərəfindən atom bombardmanına məruz qalmasından öncə laboratoriya mərhələsindən o tərəfə keçə bilməmişdir. Hal-hazırda Yaponiyanın nüvə enerjisi infrastrukturu Yaponiyaya nüvə silahları hazırlamağa imkan verir. Yaponiyanın qeyri-hərbiləşdirilməsi və ABŞ-nin nüvə qalxanı Yaponiyada nüvə silahlarının istehsalı ilə bağlı ciddi məhdudiyyətlər qoysa da, Şimali Koreyanın nüvə silahı sınaqları keçirməsi Yaponiyada bəzi siyasətçilərin və hərbçilərin bu siyasətdən imtina edilməsinə dəstək vermələrinə səbəb olmuşdur.1934-cü ildə Tokio Universitetinin professoru Hikoasaka Tadayoşi "atom fizikası nəzəriyyəsi"ni yayımlamışdır. Hikosaka bildirmişdi ki, atomun nüvəsi özündə böyük enerji saxlayır və bu enerjinin ayrılması məişətdə və silahların alınmasında istifadə oluna bilər. 1938-ci ilin dekabrından alman kimyaçılar Otto Han və Frits Ştrassman "Naturwissenschaften" jurnalına göndərdikləri əlyazmada uran elementinin neytronlarla bombardmanı zamanı barium elementinin müşahidə olunduğunu qeyd etmişdirlər. Onlar bu məlumatı Liza Meytnerə və xalası oğlu Otto Robert Frişə çatdırmışdırlar. Onlar bu hadisənin nüvə parçalanması olduğunu güman etmiştirler və 13 yanvar 1939-cu ildə Friş bunu təcrübi yolla təsdiqləmişdir. Bütün dünyadakı fizikaçıları dərhal zəncirvari nüvə reaksiyalarının həyata keçirilə biləcəyini anlamış və hökumətlərini nüvə silahlarının istehsalının mümkünlüyü barədə məlumatlandırmışdırlar. == Arxa plan == Yaponiyanın atom proqramında aparıcı şəxs Nils Borun yaxın həmkarı, Albert Eynşteynin müasiri Yoşio Nişina olmuşdur.
Nüvə silahına sahib olan ölkələrin siyahısı
Nüvə silahından uğurla istifadə edən səkkiz suveren dövlət var. Onlardan beşi nüvə silahının qarşısının alınması müqavilənin şərtlərinə uyğun olaraq nüvə silahına malik dövlətlər hesab edilir. Nüvə silahının alınması qaydası belədir: ABŞ, Rusiya (Sovet İttifaqının varisi), Böyük Britaniya, Fransa, Çin. == Nüvə dövlətləri == Mövcud rəsmi məlumatlara görə, aşağıdakı dövlətlər nüvə silahına malikdir və ya malik idi (ilk nüvə sınağının keçirildiyi il və ya silaha malik olma müddətinə görə): Bundan əlavə, NATO -ya üzv olan bir neçə dövlətin ( Almaniya, İtaliya, Türkiyə, Belçika, Hollandiya, Kanada ) və digər müttəfiqlərin (ehtimala görə, rəsmi olaraq inkar edilir - Yaponiya, Cənubi Koreya ) ərazisində ABŞ-nin nüvə silahı var. Bəzi ekspertlər hesab edirlər ki, müəyyən şəraitdə bu dövlətlər ondan istifadə edə bilər . 1994 -cü ildə Qazaxıstan, 1996 -cı ildə isə SSRİ dağılandan sonra ərazilərində SSRİ -nin nüvə silahlarının bir hissəsi olan Ukrayna və Belarus 1992 -ci ildə imzalanmış Lissabon protokoluna əsasən onu Rusiyaya verdilər. Cənubi Afrikanın özünün nüvə silahları var idi, lakin aparteid rejiminin sökülməsi səbəbindən 1990-cı illərin əvvəllərində könüllü olaraq ondan imtina etdi. “Köhnə” nüvə dövlətlərinin (ABŞ, Böyük Britaniya, Fransa, Çin və Rusiya) Nüvə Klubunun yeganə “qanuni” üzvləri kimi beynəlxalq hüquqi müstəvidə statusu “ Qeyri-müqavilə” nin müddəalarından irəli gəlir. 1968-ci il Nüvə Silahlarının Yayılması - bu sənədin IX maddəsinin 3-cü bəndində deyilir: “Bu Müqavilənin məqsədləri üçün nüvə silahına malik dövlət yanvar ayına qədər nüvə silahını və ya digər nüvə partlayıcı qurğusunu istehsal etmiş və işə salmış dövlətdir. 1, 1967." Bu baxımdan, BMT və bu beş "köhnə" nüvə dövləti (onlar həm də BMT Təhlükəsizlik Şurasının daimi üzvləri kimi böyük güclərdir ) Nüvə Klubunun son dörd "gənc" (və bütün mümkün gələcək) üzvlərinin görünüşünü nəzərə alırlar.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 16.55 dəfə / 1 mln.
2002 ••• 3.43
2003 •••••••••• 13.39
2004 ••••••••••••••• 20.89
2005 ••••••••••• 15.52
2006 •••••••••••••••••• 25.68
2007 ••••••••• 12.26
2008 •••••• 7.55
2009 ••••••••••••• 17.44
2010 •••••••••••• 16.61
2011 •••••••••••••• 18.87
2012 •••••••••••• 16.09
2013 •••••••••••••••••••• 28.59
2014 •••••••••••••• 18.88
2015 •••••••••• 13.44
2016 •••••••••••••••• 21.87
2017 ••••••••••••••• 20.97
2018 ••••••••• 12.59
2019 ••••••• 9.46
2020 •••••• 7.43

"silahı" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#silahı nədir? #silahı sözünün mənası #silahı nə deməkdir? #silahı sözünün izahı #silahı sözünün yazılışı #silahı necə yazılır? #silahı sözünün düzgün yazılışı #silahı leksik mənası #silahı sözünün sinonimi #silahı sözünün yaxın mənalı sözlər #silahı sözünün əks mənası #silahı sözünün etimologiyası #silahı sözünün orfoqrafiyası #silahı rusca #silahı inglisça #silahı fransızca #silahı sözünün istifadəsi #sözlük