Veli sözü azərbaycan dilində

Veli

Yazılış

  • Veli • 97.8571%
  • veli • 2.1429%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Veli Sadiki
Veli Sadiki (7 mart 1984) — Makedoniyalı peşəkar velosiped yarışçısı. Veliki 2014 Şosse velosipedi üzrə Dünya Çempionatından iştirak etmişdir.
Bakı Camaatının Həyatı və Velikoknyaz Prospekti ilə Hərəkəti (1900)
Bakı camaatının həyatı və Velikoknyaz prospekti ilə hərəkəti qısametrajlı sənədli filmi rejissor Q. Matye tərəfindən 1900-cü ildə çəkilmişdir. Reportaj xarakterli kinoxronikada Bakı polismeystri, yanğınsöndürən heyət və şəhər əhalisi çəkilmişdir. == Məzmun == Reportaj xarakterli kinoxronikada Bakı polismeystri, yanğınsöndürən heyət və şəhər əhalisi çəkilmişdir.
Bakı camaatının həyatı və Velikoknyaz prospekti ilə hərəkəti (film, 1900)
Bakı camaatının həyatı və Velikoknyaz prospekti ilə hərəkəti qısametrajlı sənədli filmi rejissor Q. Matye tərəfindən 1900-cü ildə çəkilmişdir. Reportaj xarakterli kinoxronikada Bakı polismeystri, yanğınsöndürən heyət və şəhər əhalisi çəkilmişdir. == Məzmun == Reportaj xarakterli kinoxronikada Bakı polismeystri, yanğınsöndürən heyət və şəhər əhalisi çəkilmişdir.
Leonid Velilayev
Leonid Velilayev (15 (28) iyun 1916, Tavriya quberniyası[d] – 27 dekabr 1997) — Krım tatarı əsilli Şöhrət ordeni laureatı. İkinci Dünya müharibəsi zamanı göstərdiyi fəallığa görə 1-ci dərəcəli Şöhrət ordeni ilə təltif olunub. O dövrdə Sovet ordusunda xidmət edən digər krım tatarları kimi slavyan adı olan "Leonid" ləqəbindən istifadə edirdi. == Həyatı == Velilayev 1919-cu ildə Akmonai kəndində Krım tatarı əsilli bir kəndli ailəsində anadan olub. 1928-ci ildə 7-ci sinifi bitirdikdən sonra bir fabrikdə təlimlər almağa başlamışdır. 1937-ci ildə təcrübəsini bitirdikdən sonra Kerç şəhərindəki metallurgiya zavodunda işlədi. 1939-cu ildə Sovet-Fin müharibəsinə aparıldı.27 dekabr 1997-ci ildə 81 yaşında vəfat etmişdir. == Fəaliyyəti == İkinci Dünya müharibəsi illərində 140-cı diviziya piyada alayına təyin edildi. Stalinqrad döyüşündə göstərdiyi fəallıqdan dərhal sonra Şərqi və Mərkəzi Avropadakı gedən döyüşlərdə iştirak etdi. 13 düşmən əsgərinin və 3 nəfərin ölümü ilə nəticələnən düşmənin müdafiə mövqelərinə hücum edərkən yaralandığı Ukraynanın Olşanka kəndində komandirin köməkçisi kimi etdiyi hərəkətlərə görə 1944-cü ildə Şöhrət Ordeninə layiq görülmüşdür.
Mixaela Maevska-Veliçkova
Mixaela Maevska-Veliçkova (d. 4 oktyabr 1990, Sofiya, Bolqarıstan) — Bolqarıstannı təmsil edən bədii gimnast. Mixaela Maevska-Veliçkova 2012 və 2016-cı ildə Bolqarıstanı Olimpiya Oyunlarında təmsil etdi; 2016-cı ilə isə yarışların bürünc medalını Maevska-Veliçkova. Veliçkova həmdə Dünya və Avropa Çempionatlarında ümumi olaraq üç qızıl, iki gümüş və beş bürünc medala sahib çıxıb. == Karyerası == Mixaela Maevska-Veliçkova birinci dəfə Olimpiya Oyunlarına 2012-ci ildə qatıldı. London şəhərində baş tutan yarışlarda o, komanda yoldaşları ilə birgə 54.375 xal topladı və 6-cı yeri tutdu. Mixaela Maevska-Veliçkova 2016-cı ildə Bolqarıstan bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Lyubomira Kazanova, Xristiana Todorova, Reneta Kamberova və Tsvetelina Naydenova ilə birgə final yarışlarında 34.282 xal topladı və bürünc medal qazandı.
Mixail Velikanov
Mixail Velikanov — Sovet hərbi xadimi, 2-ci dərəcəli komandarm. Aprel işğalında və Gəncə üsyanının yatırılmasında iştirak edib. == Həyatı və fəaliyyəti == === Həyatının ilk dövrləri === 8 yanvar 1893-cü ildə Ryazan quberniyasında ruhani ailəsində anadan olub. Bir müddət müəllim kimi fəaliyyət göstərib. Birinci Dünya Müharibəsinin başlaması ilə Rusiya ordusuna çağırılıb. 1915-ci ildə Pskov Zabitlər məktəbini bitirir. Şimal cəbhəsində döyüşən 12-ci ordunun 436-cı Novoladojskiy piyada alayının tərkibində döyüşlərdə iştirak edib. Bu dövrdə podporuçik rütbəsinə qədər yüksəlir. === Vətəndaş müharibəsi === 1918-ci ilin fevral ayından Qırmızı Orduya daxil olur və Şərq cəbhəsindəki Kozlovskiy dəstəsinin batalyon komadiri təyin edilir, iyul ayından həmin dəstənin komandir köməkçisi olur. 1918-ci ilin iyul ayından Şərq cəbhəsindəki 2-ci Simbir alayının komandiri olur.
Stefana Velizar Teodoryanu
Stefana Velizar Teodoryanu (17 oktyabr 1897, Sankt-Morits, Qraubünden kantonu – 31 may 1995 və ya 30 may 1995, Rumıniya) — Rumıniyalı roman yazar, şair və tərcüməçi, yazıçı Yonel Teodorun həyat yoldaşı. Həyat yoldaşının təşviqi ilə ədəbiyyata gəlmiş, o, Rumıniya Ortodoksluğu ilə əlaqəli "mənəvi mövzular" ı ilə poporan ənənəsinin nümayəndəsi idi. İkinci Dünya Müharibəsi dövründə yaradılmış ilk əsərləri əsasən daxili münaqişələrə həsr olunmuş, rumınlardan və özü kimi əyalət qadınlarının "mənəvi zəfərlərindən" ibarətdir.Bir çox hallarda əsərlərini, ərinin işi ilə tamamlayırdı ki, bu bir zamanlar Stefan Teodoryanın tənqidçilər tərəfindən tərif qazanmasına səbəb olsa da, lakin sonradan " idiliya " və "didaktik" kitablar üçün onların mənfi rəylərinə məruz qaldı. Velizar, onun anti kommunist həyat yoldaşı kimi, Rumıniyada kommunist rejim tərəfindən təqib olunan yazıçılara və siyasətçilərə kömək etdi. Daha sonra, 1960-cı illərin sonuna qədər ümumi tərcümə işinə başlamış və xüsusən rus ədəbiyyatını rumın dilinə tərcümə etməsi ilə tanınmışdır."Kommunist təzyiqi" dövründə ərini vəfat etdi, qayınanası Pastorell, dostu Dinu Pilla həbs edildi və bir çox tanışı Rumıniyadan qaçdı. Daha sonra vəziyyət daha əlverişli hala gəldikdə, Velizar sakit və dinc həyat yaşamış və nəticədə Văratec monastırına getmişdir. Sonrakı fəaliyyəti, Teodor ilə xatirələrindən, habelə Pilla ailəsinə göndərdiyi məktubların dərcindən ibarət idi. == Bioqrafiya == Stefana İsveçrənin Sankt-Morits şəhərində anadan olub, valideynləri diplomat Stefana Lupaşcu (1872–1946) və Fransa vətəndaşı Maria Mazurye idi. Stefananın atası, Mason lojası yüksək rütbəli üzvü olub, Moldova zadəgan nəslindən idi. Atasının tez-tez diplomatik və işgüzar səfərlərdə olması səbəbi ikə Stefana əsasən Rumıniyada qohumları tərəfindən yetişdirilirdi.
Vasili Veliçko
Vasili Lvoviç Veliçko (2 (14) iyul 1860, Priluki[d], Poltava quberniyası[d] – 31 dekabr 1903 (13 yanvar 1904), Sankt-Peterburq) — Rus şairi, publisist və son dərəcə millətçi cərəyanın ictimai xadimi, Qarayüzlərin ən erkən nümayəndələrindən biri. == Həyatı == Vasili Veliçko Poltava vilayətinin Priluki şəhərində zadəgan ailəsində anadan olub. Uşaqlığını ailə mülkü olan Verniqorovşçina malikanəsində keçirib. 1870-ci ildən Kiyevdə Daniel pansionatında təhsil alıb. O, 1883-cü ildə Sankt-Peterburqda imperator hüquq məktəbini bitirmiş, Ədliyyə Nazirliyində və Dövlət Əmlak Nazirliyində xidmət etmişdir. == Yaradıcılığı == Gənclik illərində liberal ədəbi-bədii dairələrə yaxın olub. 1880-ci ildən o, şeirlərini (bəzən V. Voronetski təxəllüsü ilə) ilk olaraq “Jivopisnoe obozreniye”, “Trud”, “Sveta”, “Novoe vremya”, “Niva”da, “Nedelya”, “Həftənin kitabı”, “Rus düşüncəsi”, “Şimal” liberal nəşrlərində, "Herald”, “Avropa bülleteni”, sonra isə toplular şəklində - “Şərq motivləri” (1890), “Uşaqlar üçün şeirlər” (1894), “Qafqaz nəğmələrindən” (1895) çap etdirməyə başlayır. "Şərq motivləri" toplusu Vasili Veliçkoya şair kimi şöhrət gətirmişdir. Tənqidçilər bu əsərdən sonra "müəllifin şübhəsiz və böyük poetik istedadını" qeyd etməyə başladılar. 1895-ci ildə onun şeirləri P.P.Pertsovun "Gənc poeziya" antologiyasına daxil edilmişdir.
Velij
Velij — Rusiya Federasiyasında yerləşən şəhər. Smolensk vilayətinə daxildir.
Velika Planina
Velika Planina (sloven. Velika planina) ― Sloveniyada, paytaxt Lyublyana şəhərindən 50 km şimal-şərqdə yerləşən dağlıq karst yaylası. Yayla 5,8 kvadrat kilometr ərazini əhatə edir və dəniz səviyyəsindən orta hesabla 1,500 metr (4,900 ft) yüksəkdə yerləşir. Ən yüksək nöqtəsi 1,666 metr (5,466 ft) hündürlüyündəki Qradişçe dağıdır. Velika Planina yaylası qışda xizək kurortu, yayda isə istirahət yeri kimi turizm mərkəzidir. Velika Planina hərfi mənada "dağ otlağı" deməkdir. Ərazidə 300 baş mal-qara otlaya bilər. Bu gün Velika planina seyrək küknar meşələri və cırtdan şam ilə əhatə olunmuş və tipik karst çuxurları ilə səciyyələnir. == Tarix == İnsanın Velika Planinada erkən tarixlərdən bəri mövcud olduğuna dair dəlillər mövcuddur. Yayla orta əsrlərdə otlaq kimi istifadə edilmişdir.
Velikan burnu
Velikan burnu — Saxalin adasınin cənub-şərqində, Tonino-Aniv yarımadasının şərq sahillərində yerləşir. Saxalin vilayətinin yerli əhəmiyyətli təbiət abidəsi olaraq qorunur. Əsas təbiət cizgiləri onun əsrarəngiz dəniz terrasına sahib olmasıdır. Burada dəniz terrası üzərində olan iynəyarpaqlı ağaclar, qaya bitkiləri qorunur. Dənizə doğru çıxan qayalar üzərində suiti sürülərini və quş koloniyalarını müşahidə etmək olur.
Velikanovnanın villası (Rostov-na-Donu)
Velikanovnanın villası - Rostov vilayəti Rostov-na-Donu şəhərinin ərazisində yerləşən tarixi bina. Tikili Rostov-na-Donu şəhəri, Serafimoviç küçəsi, ev 15 ünvanında yerləşir. Binanın inşasına 1884-cü ildə başlanılmışdır. 1890-cı ildə inşa işləri sonlandılmışdır. Bina regional əhəmiyyətli tarixi, arxitektur abidələri siyahısına daxil edilmişdir. Binanın layihəsinin müəllifləri mühəndislər Nikolay Aleksandroviç Doroşenko, N. M. Solokov olmuşdur. == Tarixi == 1884—1890-cü illərdə rostovlu tacir Semyon İvanoviç Velikanov öz qızı Pelaqey üçün Kazan küçəsində villa inşa etdirmişdir. O, burada əri Matveey Kirilloviç Kozlovla birgə yaşamışdır. Matveey Kirilloviç Kozlovla dağ mühəndisi, şəhər dumasının üzvü olmuşdur. Villada ümumilikdə 28 otaq vardı.
Veliki Novqorod
Veliki Novqorod (rus. Великий Новгород) — Rusiya Federasiyasında yerləşən şəhər, Novqorod vilayətinə daxildir. 1999-ci ilə qədər rəsmi adı Novqorod olub.
Veliki adası (Kandalakşski körfəzi)
Veliki adası — Ağ dənizə daxil olan Kandalaşski körfəzində yerləşən iri ada. İnzibati cəhətdən Murmansk vilayəti, Kandalakşski rayonu ərazisində yerləşir. Ada Şimal Qütb dairəsi enliyində yerləşir. Adanın uzunluğu 21 km, eni 8 km, hündürlüyü 79 metr təşkil edir. Ada meşə ilə örtülü olsa da, sahilləri bitki örtüyündən məhrumdur. Şimal və hissələri təpəlidir. Cənubn-şərqində qayalı korojnı burnu vardır. adanın mərkəzində Kumyajı gölü yerləşir. Ada materikdən Velikaya Saalma boğazı (eni 3 km) və Babe More körfəzi ilə ayrılır. Materikin adaya baxan hissəsində bioloji stansiya yerləşir.
Velikiy Novqorod
Veliki Novqorod (rus. Великий Новгород) — Rusiya Federasiyasında yerləşən şəhər, Novqorod vilayətinə daxildir. 1999-ci ilə qədər rəsmi adı Novqorod olub.
Velikiye Luki
Velikiye Luki — Rusiya Federasiyasında yerləşən şəhər Pskov vilayətinə daxildir
Veliko Tırnovo
Veliko Tırnovo ( bolqar. Велико Търново,Veliko Tırnovo "Böyük Tırnovo") — Bolqarıstanda şəhər. 1187-1393-cü illər arasında İkinci Bolqarıstan İmperatorluğunun paytaxtı olduğu üçün Bolqarıstan tarixində əhəmiyyətli bir şəhər olan Tarnovaya 1965-ci ildə böyük və uca mənasını verən veliko adı verilmişdir. 2022-ci ildən etibarən Şuşa şəhərimizlə qardaşlaşmışdır.
Veliky Novqorod
Veliki Novqorod (rus. Великий Новгород) — Rusiya Federasiyasında yerləşən şəhər, Novqorod vilayətinə daxildir. 1999-ci ilə qədər rəsmi adı Novqorod olub.
Velimir Jivoinoviç
Velimir Bata Jivoinoviç (serb. Велимир Бата Живојиновић; 5 iyun 1933 – 22 may 2016[…], Belqrad) — Serb aktyoru. Film karyerası boyunca təxminən 300 film və televiziya seriallarında rol almışdır. Bu filmlərdən 35-dən çoxu partizanlar haqqındadır. Böyük ekranda ilk dəfə "Pesma sa Kumbare" (1955) filmində yer almışdır. == Tərcümeyi-halı == Novi Sad şəhərində aktyorluq məktəbini və Belqrad Teatr, Film və Musiqi Akademiyasını bitirmişdir. 1955-ci ildən bəri bir müddət teatr səhnəsində çalışmış, 1955-ci ildə "Pesma sa Kumbare" filmində debüt etmişdir. Bata Jivoinoviç kimi tanınmışdır. İkinci Dünya Müharibəsi illərində faşizmə qarşı mübarizə aparanlara həsr olunmuş "partizan" müharibə filmləri ona uğur qazandırmışdır. O, kütləvi partizan rolunu oynamış və partizanların, qəhrəmanların, vətən müdafiəçilərinin obrazlarında film üçün bir tapıntı olmuşdur.
Velimir Neidhardt
Velimir Neidhardt (d. 7 oktyabr, 1943, Zaqreb, Xorvatiya) — memar, professor, Xorvatiya Elmlər və İncəsənət Akademiyasının həqiqi üzvü, Sloveniya Elmlər və İncəsənət Akademiyasının müxbir üzvü. == Haqqında == Velimir Neidhardt 7 oktyabr, 1943-cü ildə Xorvatiyanın paytaxtı Zaqrebdə anadan olub. Neidhart Zaqreb Universitetinin Memarlıq Fakültəsinin professorudur. 1995–1999-cu illərdə Xorvatiya Memarlar Assosiasiyanın prezidenti olub. 1991-ci ildən bəri Xorvatiya Elmlər və İncəsənət Akademiyasının həqiqi üzvüdür. 2015-ci ilin iyun ayından bəri o həm də, Sloveniya Elmlər və İncəsənət Akademiyasının müxbir üzvüdür. Neidhardtın ən mühüm işi Zaqrebdə Milli və Universitet Kitabxanasının binasıdır. == Mühüm layihələri == Hotel Lapad (I. Kolbax və B. Şavora ilə birgə; Dubrovnik, 1969) Hotel Begova Ledina (Makarska, 1969) Bit Pazar Alış-Veriş Mərkəzi (I. Franić ilə birgə; Skopye, 1970) Alış-Veriş Mərkəzi (Mrkonjiç Grad, 1972) Siti Sentr layihəsi (Lj. Luliç və J. Nosso ilə birgə; Banja Luka, 1973–79) Nyu Zaqreb Siti Sentr layihəsi (L. Şverer və B. Velniç ilə birgə; 1971) Fransa Respublikası Meydanı (I. Franiç ilə birgə; Zaqreb, 1977) Hamma Sentr (Z. Krznariç ilə birgə; Əlcəzair, 1984) Telekommunikasiya Binası (Şibenik, 1980) Milli və Universitet Kitabxanası (M. Hržiç, Z. Krznariç və D. Mans ilə birgə; Zaqreb, 1978–95) Zaqreb urban aksis (1981–85) Ina Trgovina binası (Zaqreb, 1985–89) Exportdrvo Offis binası (Zaqreb, 1985) Adriatik Boru Kəməri Qərargahı (Zaqreb, 1989–91) Dünya Ticarət Mərkəzi (Z. Krznariç və D. Mans ilə birgə; Zaqreb, 1991) Metropolitan aksis(Z. Krznariç və D. Mans ilə birgə; Zaqreb, 1992) M. Con Yevangelist Kilsəsi (Zaqreb, 1991) Parish kilsəsi (Zagreb, 1994) Badel Şəhər Bloku (M. Beqoviç və D. Mans ilə birgə; Zaqreb, 1992–96) Xorvatiya Hökumət Mərkəzi (Zaqreb, 1996) == Xatirəsi == 2001-ci ildə Vukiç Fedya memarın fəaliyyəti ilə bağlı əsər yazıb.
Velisson Silva
Velisson Rosa da Silva (22 noyabr 1983 Viçosa) — Braziliyalı kişi ağır atlet. 85 kq çəki dərəcəsində yarışır və beynəlxalq yarışlarda Braziliyanı təmsil edir. O, 2008 Yay Olimpiya Oyunlarında 69 kq çəki dərəcəsində çıxış etmişdir. Birdən qaldırmada 135 kq, təkanla qaldırmada 155 kq, ümumilikdə isə 290 kq qaldıraraq ümumilikdə 8-ci olmuşdur. Velisson Silva dünya çempionatlarında iştirak etmişdir. Son dəfə 2015 Ağır atletika üzrə Dünya Çempionatında mübarizə aparmışdır.
Əlahəzrət Buxara əmirinin "Veliki knyaz Aleksey" paroxodunda yolasalma mərasimi (film, 1898)
Əlahəzrət Buxara əmirinin "Veliki knyaz Aleksey" paroxodunda yolasalma mərasimi — 1898-ci ildə çəkilmiş qısametrajlı sənədli film. == Məzmun == İyulun 24-də əlahəzrət Buxara əmiri Seyid Mir Əbdül Əhəd xan sürət qatarı ilə Bakıya gəlir və milyonçu Hacı Zeynalabdin Tağıyevin qonağı olur. O, iyulun 27-də paroxodda Krasnovodska gedir. Hörmətli qonağı yola salmaq üçün "Qafqaz və Merkuri" limanına çoxlu adam, o cümlədən şəhərin müxtəlif idarələrinin başçıları toplaşmışdı. Limanda qonağın şərəfinə orkestr çalırdı.Kinosüjet təntənəli yolasalma mərasiminə həsr olunmuşdur. Xronikal film protokol informasiyanın xəbər janrında çəkilmişdir. == Film haqqında == Kinosüjet Bakıda V.İ. Vasilyev-Vyatskinin teatr-sirkində avqustun 2-də axşam saat 21.00-da ayrıca proqramla nümayiş etdirilmişdir.Kinosüjet "Canlı fotoşəkillər" kolleksiyası adı altında 1900-cü ildə Parisdə Ümumdünya sərgisində böyük uğurla nümayiş etdirilmişdir. Nümayiş etdirilən süjetlər arasında "Qafqaz rəqsi", "İlişdin", "1898-ci il avqustun 4-də Balaxanıda neft fontanı" kinosüjetləri də var idi. Bunları izləyən Lümyer qardaşları onlardan bir neçəsini almış və öz kolleksiyalarına daxil etmişlər. Sonradan həmin kinosüjetlər Paris kinoarxivinə təhvil verilmiş və bu günə kimi orada qorunub saxlanılır.
Marta Veliçko
Marta Veliçko (pol. Marta Wieliczko; 1 oktyabr 1994, Qdansk) — Polşalı avarçəkən, 2020-ci ildə Tokioda keçirilən Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı, dünya və Avropa çempionu. "KW Wisła Grudziądz" klubunu təmsil edir. == Karyera == Marta Veliçko avarçəkməyə 2010-cu ildə başlayıb. 2012-ci ildə Bolqarıstanın Plovdiv şəhərində keçirilən yeniyetmələr arasında dünya çempionatında qoşa qayıqla qayıqda B finalında 2-ci yeri tutmuşdur. Dördüncü cütlükdə o, 2013 və 2014-cü illərdə vitse-çempion, 2015 və 2016-cı illərdə gənclər arasında dünya çempionu, 2017-ci ildə Avropa çempionatında bu yarışda 4-cü yeri tutmuş, sonra isə dünyanın vitse-çempionu olmuşdur (birlikdə) Agnieszka Kobus, Maria Springvald və Katarzyna Zilman ilə), 2018-ci ildə Avropa Çempionatını və Dünya Çempionatını qazandı (hər ikisində Agnieszka Kobus, Maria Springwald və Katarzyna Zilman ilə başlayır), 2019-cu ildə vitse-dünya çempionu oldu (yenə Agnieszka Kobus ilə birlikdə), Maria Springvald və Katarzyna Silman). 2021-ci ildə Tokioda keçirilən Yay Olimpiya Oyunlarında o, dörd qayıq arasında avarçəkmə üzrə gümüş medal qazandı (Agnieszka Kobus-Zawojska, Maria Sajdak və Katarzyna Zilman ilə birlikdə). 2021-ci ilin avqustunda Vieliczko Polşanın Dirçəliş Ordeninin Cəngavər Xaçı ilə təltif edildi. Komanda yoldaşları ilə birlikdə o, Przegląd Sportowy-nin İlin İdmançısı üçün 87-ci səsvermədə 8-ci yeri tutdu. Moskvada keçirilən Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı, avarçəkən Malqorzata Dlujevskayanın qızıdır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.54 dəfə / 1 mln.
2007 •••••• 1.06
2008 •••••• 0.97
2009 •••••••••••••••••••• 3.84
2010 ••• 0.45
2011 ••••• 0.86
2012 •••• 0.69
2013 0.15
2014 •• 0.34
2015 0.17
2019 0.14

"veli" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#veli nədir? #veli sözünün mənası #veli nə deməkdir? #veli sözünün izahı #veli sözünün yazılışı #veli necə yazılır? #veli sözünün düzgün yazılışı #veli leksik mənası #veli sözünün sinonimi #veli sözünün yaxın mənalı sözlər #veli sözünün əks mənası #veli sözünün etimologiyası #veli sözünün orfoqrafiyası #veli rusca #veli inglisça #veli fransızca #veli sözünün istifadəsi #sözlük