Vilyam Vel
Vilyam Vel (24 may 1794[…], Lankaster[d] – 6 mart 1866[…], Kembric) – ingilis alimi, filosofu, dinşünas, keşiş və tarixçi.
== Tərcümeyi-halı ==
Vilyam Vel Lankaşir şəhərində, dülgər ailəsində anadan olub. O oxuduğu gimnaziyada riyaziyyatdan yüksək göstəricilər göstərib və xüsusi 1812-ci ildə təqaüdə layiq görülüb.1814-cü ildə isə poeziyaya görə ona Qızıl kansler medalı verilib. O 1817-ci ildə Kembric ittifaqının prezidenti, 1841-ci ildə kollecin sahibi olur. O 1828-ci ildən 1832-ci ilədək minerologiya , 1838-ci ildə 1855-ci ilədək fəlsəfə professoru olub. Vel 1866-cı ildə Kembricdə atdan yıxılaraq dünyasını dəyişib .
== Fəaliyyəti ==
Vilyam Vel elmin müxtəlif sahələri ilə məşgul olaraq uğur qazanan insan olub. O dünya Okeanındakı qabarıb-çəkilmə üzrə tədqiqat aparıb və buna görə Kral medalı alıb. onun mexanika, fizika, geologiya, astronomiya və iqtisadiyyat üzrə məqalələri çap edilib. Bundan başqa o şeir yazır, traktat hazırlayır, Heteni tərcümə edir və eyni zamanda moizələr yazır və teologiya üzrə materiallar hazırlayırdı.