* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 Adətən feillərlə işlənir: vecə gəlmək – lazım olmaq, gərək olmaq, yararlıq göstərmək, yaramaq. [Bəylərdən birisi:] Həkim tayfasının ehtiramı vacibdir, xalqın vecinə gəlirlər. M.F.Axundzadə. [Bəbir bəy:] Ancaq ki özün yovuşan adam deyilsən, … vecə gələn deyilsən, üzünə deyirəm. Mir Cəlal; // hörməti olmaq, əhəmiyyəti, dəyəri olmaq. Puç olsun qocalıq, gördün ki, necə; Bir pulca xublara gəlməzmiş vecə. M.V.Vidadi; vecinə almaq – saymaq, etina etmək, əhəmiyyət vermək, hesablaşmaq. Bizim Həzi də belə şeyi vecinə alan deyil. S.Rəhimov; vecinə almamaq – saymamaq, etina etməmək; mütəəssir olmamaq. Kəndin uşaqları bu dəhşətli gurultunu heç vecinə də almırdılar. P.Makulu; vecinə gəlməmək – bax vecinə almamaq. Bu hal Rəfizadənin vecinə gəlmirdi. M.S.Ordubadi. Fəqət ofiser görərdi ki, dava yaman qızışıb, bunların heç birinin vecinə gəlmir. Əmr elərdi ki, vuruşanları gülləyə bassınlar. H.Sarabski; nə vecimə (vecinə) – bir şeyə, bir hadisəyə qarşı laqeydliyi ifadə edir – nə işimə (nə işinə), nə borcuma (nə borcuna). [Sona xanım:] A kişi, mənim nə vecimə ki, rus firəng malını qadağan edibdir. M.F.Axundzadə. A qardaşlar, axır bir deyiniz görüm, mənim nə vecimə ki, səhərlər saat altıda kontora gəlib, axşam saat onda azad olursunuz. C.Məmmədquluzadə.
Azərbaycan dilinin izahlı lüğəti / vec2 Şey, mal. (“Koroğlu” dastanının lüğəti) Dəmirçioğlu düşməz gücdən, Qorxmaz müxənnətdən, bicdən, Bac allam nağdıdan, vecdən, Dəmirçioğlu mənəm, mənəm! (“Koroğlunun Ərzurum səfəri”) * Polad şeşpər ilə əzəm başını, Axıdam gözündən qanlı yaşını, Cida ilə ölçsəm al-qumaşını, Nağdın da olmasa, vec alam gedəm. (“Koroğlunun Ərzurum səfəri”) (“Cünun–Əli”) Vecə qoymamaq: vecinə almamaq, saymamaq, etina etməmək. (“Koroğlu” dastanının lüğəti) Bildi ki, tacirdən xeyirli söz çıxmaz, nədisə paxıllığından bir çuğulluq eləyəcək, onu da Koroğlu vecə qoymayacaq. (“Mərcan xanımın Çənlibelə gəlməyi”) (İ.A.,B.A.)
Azərbaycan dastanlarının leksikası / vec1 употребляется обычно с глаголами: vecə gəlmək пригодиться, понадобиться, быть нужным. Bu kağızlar vecə gələr эти бумаги пригодятся; vecinə almaq считаться с ч ем, придавать значение ч ему, обращать внимание на кого, на что; vecinə almamaq kimi, nəyi не обращать внимания на кого, на что; не считаться с кем-л., чём-л. и в ус (себе) не дуть; vecinə gəlməmək см. vecinə almamaq ◊ vecinə deyil и ухом не ведёт, хоть бы хны; nə vecimə мне что, какое мне дело
Azərbaycanca-rusca lüğət / vec1 i. ~ə gəlmək to be* of use, to come* in handy / useful (to smb.); ~inə almaq to take* into consideration (d.), to attach importance (to d.); ~inə almamaq to take* no heed (to), to pay* no attention (to); Vecinə deyil He / She doesn’t care, He / She pays no heed (to)
Azərbaycanca-ingiliscə lüğət / vec1 is. ~ə gəlmək être utile, servir vi ; ~inə almamaq ne pas faire attention, ne pas prendre en considération, n’attacher aucune importance
Azərbaycanca-fransızca lüğət / vec1 vecə gəlmək виже атун а) лазим хьун, герек хьун, бакара атун (акьун); б) гьуьрметлу хьун, къиметлу хьун; vecinə almaq кваз кьун, гьисаба кьун, фикир гун; vecinə almamaq кваз такьун, гьисаба такьун, фикир тагун; vecinə gəlməmək кил. vecinə almamaq.
Azərbaycanca-ləzgicə lüğəti / vec