vəcd sözü azərbaycan dilində

vəcd

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • vəcd • 78.0000%
  • Vəcd • 16.0000%
  • VƏCD • 6.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

vəcd sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] Həddən artıq sevinc, şadlıq, ruh yüksəkliyi; hədsiz şövq və həvəs. Sevincimin, vəcdimin çoxluğundan durub oynamaq istəyirdim. M.F.Axundzadə. Salman “Kapital”ı əlinə alıb vəcdlə (z.): – Bu kitab köhnə aləmi tamamilə yıxacaq, – dedi, – daşı daş üstə qoymayacaq. Çəmənzəminli. // Özünü itirmək dərəcəsində dalğınlıq. Şair bu sözləri vəcd halında söyləyərək, bihuşanə yıxılıb hərəkətsiz qalır. A.Səhhət. □ Vəcd etmək – bax vəcdə gəlmək. [Xacə Mübarək:] Şahın övrəti və qızları göndərilən töhfələrdən qayətdə vəcd etdilər. M.F.Axundzadə. Vəcdə gəlmək – son dərəcə sevinmək, şadlanmaq, şövqə gəlmək, ruhlanmaq. Bağladım vəcdə gəlib hüsnünə şerimlə kitab. S.Rüstəm. Hamı vəcdə gəlir … bu məsləhəti; Bəyənib dəyişir aşıq söhbəti. O.Sarıvəlli. Vəcdə gətirmək – cuşa gətirmək, ruhlandırmaq. Bu sözlər qocanı vəcdə gətirdi. İ.Əfəndiyev. Tapdığın iri, qüvvətli görkəmi isə topçuları vəcdə gətirdi. Ə.Əbülhəsən.

    Azərbaycan dilinin izahlı lüğəti / vəcd
  • 2 ə. 1) cuşa gəlmə; coşma; 2) şadlıq, sevinc; 3) sufilərdə: özünü unutmaq dərəcəsində ilahi eşqə dalma. Vəcdi-şəəf ruh yüksəkliyi.

    Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / vəcd
  • 3 \ – Cezbe-İstiğrak-Kendinden geçme: Allahla birləşmə duyğusu içində özündən keçmək. Vəcd – sufilərə məxsus haldır. Bu halda sufi Allahla ―birləşdiyini‖ iddia edər. Bu halda sufi hiss və duyğu orqanlarını fəaliyyətini sanki hiss etmir. Bu vəziyyət onda uzun müddətli deyil, təkrar olunandır və şəxsidir. İrrasionalistlər vəcdi ilahi mənşəli ezoterik bilik növlərinə aid edirlər. Vəcd ruhi, mənəvi bir haldır. Ancaq təsvir ilə izah edilə bilər. Vəcd halında insanın mənliyi yoxdur. Hisslər aləmindən ayırlır. Hisslər, duyğu orqanları, nəzəri ağıl ortadan qalxmışdır. Xatirələr və iradə yox olar. Vəcd halında insan öz özünə sahib olar və onunla birlik qurar. Vəcd sırf eşqdən ibarətdir. Hər cür diqqət, nəfsə aid hər cür şüur müvəqqəti olaraq yox olur deyilə bilər.

    Fəlsəfə terminlərinin izahlı lüğəti / vəcd

vəcd sözünün sinonimləri (yaxın mənalı sözlər)

vəcd sözünün antonimləri (əks mənalı sözlər)

vəcd sözünün rus dilinə tərcüməsi

  • 1 хорошее приятное настроение, восторг, экстаз

    Azərbaycanca-rusca lüğət / vəcd
  • 2 сущ. 1. вдохновение, хорошее, приятное настроение 2. восторг, восхищение. O, vəcdlə ələvə etdi он с восхищением добавил; vəcdə gəlmək: 1. воодушевляться, воодушевиться; восторгаться, восхищаться, восхититься, впадать, впасть в экстаз. Onu dinləyəndə hamı vəcdə gəlir слушая его, все восторгаются, vəcdə gəlmiş экстатический, упоённый, восторженный; vəcdə gətirmək kimi приводить, привести в восторг (восхищение); восхищать, восхитить, восторгать; приводить, привести в экстаз

    Azərbaycanca-rusca lüğət / vəcd

vəcd sözünün inglis dilinə tərcüməsi

vəcd sözünün fransız dilinə tərcüməsi

  • 1 is. transport m, enthousiasme m, ravissement m ; extase f ; jouissance f, délice m, délectation f ; plaisir m (həzz, məmnuniyyət) ; ~ə gəlmək extasier (s’), tomber vi (ê) en extase ; être ravi, -e ; être enthousiasmé, -e

    Azərbaycanca-fransızca lüğət / vəcd

vəcd sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] сущ. кьадардилай артух хвешивал, шадвал; кьадарсуз гьевес, ашкъи; vəcd etmək кил. vəcdə gəlmək; vəcdə gəlmək гзаф хвеши хьун, шад хьун, руьгь акатун; vəcdə gətirmək руьгь кутун, вини кӀарариз акъудун, руьгь хкажун.

    Azərbaycanca-ləzgicə lüğəti / vəcd

"vəcd" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#vəcd nədir? #vəcd sözünün mənası #vəcd nə deməkdir? #vəcd sözünün izahı #vəcd sözünün yazılışı #vəcd necə yazılır? #vəcd sözünün düzgün yazılışı #vəcd leksik mənası #vəcd sözünün sinonimi #vəcd sözünün yaxın mənalı sözlər #vəcd sözünün əks mənası #vəcd sözünün etimologiyası #vəcd sözünün orfoqrafiyası #vəcd rusca #vəcd inglisça #vəcd fransızca #vəcd sözünün istifadəsi #sözlük