* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [ər.] 1. Bir iş üçün qabaqcadan təyin olunan vaxt, müddət. Vədəsi çatmaq. Vədəsi qurtarmaq. – Şəbanın vədəsi tamam oldu. Amma qayıtmağı üçün gərək şəhər əhlindən rizaməndlik alına idi. Ə.Haqverdiyev. □ Vədə olunmaq – qabaqcadan müəyyən edilmək, şərtləşdirilmək. // Bir işi təxir etmək üçün təyin olunan vaxt, möhlət. 6 ay vədə verdi. // Ümumiyyətlə, vaxt, zaman, çağ. Könül həsrət, can müntəzir, göz yolda; Ömr azaldı, vədə keçdi san ilə. M.V.Vidadi. O vədə belə işləri başa düşürdüm, çünki on yeddi yaşında idim. C.Məmmədquluzadə. Mən cəhənnəmi həmişə Bakının mədənlərinə oxşar bir şey hesab edirdim və çox vədə də deyirdim ki, cəhənnəm yəqin Bakıda olacaq. Ə.Haqverdiyev. Heç vədə – heç vaxt, qətiyyən. Bu necə məleykə-önümdə belə; Axı mən heç vədə sevilməmişdim. M.Araz. 2. bax vəd. Hər zaman Zeynal onu [Mehribanı] … quru və boş vədələr ilə dolandırırdı. S.Hüseyn. □ Vədə vermək – 1) səs vermək. Yarım mənə vədə verdi; Dedi, gəl gəz buralarda. Aşıq Abbas. Keçən gün Zeynal səhər evdən çıxarkən vədə vermişdi ki, bu gün o, ən aşağısı üç yüz manat para alacaqdır. S.Hüseyn; 2) qabaqcadan söyləmək, demək. Bəli, anam vədə verdiyi günlər gəlib çatdı. S.S.Axundov. Vədəsinə əməl etmək – verdiyi sözü yerinə yetirmək. Vədəsinə xilaf çıxmaq – verdiyi sözü yerinə yetirməmək. Vədə(sini) almaq – birinin müəyyən vaxtda qonaqlığa və s.-yə gəlməsi haqqında ondan söz almaq; dəvət etmək, çağırmaq. [Hatəmxan ağa] israğagün aşnası zərdablı Qurban bəyə kağız yazırdı ki, Şamaxı cəngilərinin vədəsini alsın, toya göndərsin. M.F.Axundzadə. İranda Məhəmmədəli şahın tərəfdarı məhz bir neçə adamdır ki, öz şəxsi mənfəəti üçün, yəni kimi rüşvət alıb və kimi vədə alıb şaha kömək eləyirlər. C.Məmmədquluzadə.
Azərbaycan dilinin izahlı lüğəti / vədə2 VƏ’DƏ ə. 1) bir iş üçün müəyyən olunan vaxt; təyin olunan vaxt; 2) söz vermə, təəhhüd götürmə.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / vədə1 Ərəbcə vaxt sözünün sinonimidir. Vəd isə “sözvermə” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / vədə2 сущ. 1. назначенный срок, назначенное время. Vədəsi çatdı наступил назначенный срок 2. свидание. Vədə vermək назначить свидание 3. разг. обещание. Boş (quru) vədələr пустые обещания 4. отстрочка. Ona 6 ay vədə verdilər ему дали отстрочку на 6 месяцев 5. время. Bu vədə в это время; vədə olunmaq обусловливаться, быть обусловленным; vədəsinə əməl etmək выполнить, сдержать обещание ◊ vədəsinə xilaf çıxmaq не сдержать данного слова; vədəsini almaq условиться на определённое время; vədə vermək: 1. назначить время; 2. дать срок; heç vədə никогда, çox vədə часто, обычно
Azərbaycanca-rusca lüğət / vədə1 i. appointment, promise; ~ vermək to make* an appointment; to promise; ~yə düz çıxmaq to keep* one’s appointment / promise; ~yə xilaf çıxmaq to break* one’s appointment / promise; Heç vədə! At no time! Never!
Azərbaycanca-ingiliscə lüğət / vədə1 is. délai m ; promesse f ; ~ vermək promettre vt ; faire (və ya prêter) le serment ; accorder un délai, reporter vt ; ~yə düz çıxmaq tenir sa promesse (və ya sa parole) ; ~yə xilaf çıxmaq enfreindre (və ya trahir, və ya violer) sa promesse ; Heç ~! Jamais!
Azərbaycanca-fransızca lüğət / vədə1 [ər.] сущ. вяде (1. вахт, чӀав; муьгьлет; vədəsi çatmaq вяде агакьун; heç vədə гьич са чӀавузни, са вахтундани, эсиллагь; 2. кил. vəd; vədəsinə əməl etmək гайи гаф кьилиз акъудун, гаф кьун; vədəsinə xilaf çıxmaq гайи гаф кьилиз акъуд тавун, гафунал акъваз тавун).
Azərbaycanca-ləzgicə lüğəti / vədə