vəch sözü azərbaycan dilində

vəch

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • vəch • 92.0000%
  • VƏCH • 8.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Mənaqibi-Əmirəlmöminin Əli kərrəmallahü vəchəhu
Mənaqibi-Əmirəlmöminin Əli kərrəmallahü vəchəhu – Seyid Yəhya Bakuvinin yazdığı əsər. Seyid Yəhya Bakuvi bu əsərində Əlinin (as) fəzilətlərindən söz açır. Seyid Yəhya Əliyə olan məhəbbətini böyük bir səmimiyyətlə bəyan edərək, ona inanmayanın kafir olduğunu, onu sevənlərin isə xilas olacağını bildirir. 86 beytdən ibarət olan bu əsər mənzum olaraq, qəsidə şəklində tərtib edilmişdir. Əsərin yeganə nüsxəsi Manisa Muradiyyə,2906/1 də saxlanılır.

vəch sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] 1. klas. Üz, sifət, çöhrə, surət. Leyk hanı səndə bəsirət gözü; Ta görəsən vəchi-dilarasını. M.Ə.Sabir. 2. Yol, üsul, vasitə, tərz, qayda (adətən “ilə” qoşması, yaxud “lə” şəkilçisi ilə işlənir). Əvvəl zaman kürreyi-ərzin qabığı qayət nazik olub, ona görə bu vəchlə vücuda gələn çatlaqların da ədədi artıq olmuşdur. H.Zərdabi. Elə asan vəchlə başa düşdülər ki, dəxi bu dildən başqa qeyri bir dil axtarmağa hacət qalmadı. C.Məmmədquluzadə. □ Heç (bir) vəchlə – heç bir surətlə, heç bir yolla, qətiyyən, əsla. Uşaq heç vəchlə bədbəxt anası Zeynəbin səfərə getməsinə inanmayırdı. M.S.Ordubadi. Qaraca qız bu zülmdən xilas olmaq üçün neçə dəfə qaçmaq fikrinə düşmüşdüsə də, lakin qaçmağa heç bir vəchlə imkan tapa bilməmişdi. S.S.Axundov. [Səriyyə xala] alt köynəyinin yaxasında gizlətdiyi 30 tümən pulu heç bir vəchlə xərcləmək istəmir(di)… M.İbrahimov. Hər vəchlə – hər bir vasitə ilə, hər necə olur olsun. Axır günlər tez-tez Gülüşlə görüşməyə can atan Günəş hər vəchlə Gülüşdən söz almaq istəmişdisə də, müvəffəq ola bilməmişdi. Ə.Vəliyev. 3. klas. Səbəb, vəsilə, cəhət, münasibət. Dəmbədəm gər düşsə gözdən dürri-əşkim vəchi var. Füzuli. Göstərsə yarə könlünü var vəchi Seyyidin; Öz xaneyi-xərabını memara göstərir. S.Ə.Şirvani. Kəndli dedi: – Vəchi budur, müxtəsər; Səndə o şeydən əbədən yox əsər. A.Səhhət. □ Nə vəch ilə – nə səbəbə, nə üçün, niyə. Nə vəch ilə tutub xət səfheyirüxsarın ol şuxun? Q.Zakir.

    Azərbaycan dilinin izahlı lüğəti / vəch

vəch sözünün etimologiyası

vəch sözünün sinonimləri (yaxın mənalı sözlər)

vəch sözünün rus dilinə tərcüməsi

  • 1 сущ. устар. 1. лицо. Görürəm vəchini вижу твоё лицо 2. метод, способ, средство 3. причина, повод, мотив

    Azərbaycanca-rusca lüğət / vəch

vəch sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] сущ. 1. клас. ччин, сумра; 2. рехъ, къайда, тегьер; heç bir vəchlə гьич са рекьелдини, сакӀани, эсиллагь; 3. клас. себеб, жигьет; nə fəch ilə вуч себебдалди, вучиз.

    Azərbaycanca-ləzgicə lüğəti / vəch

vəch sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

ə. 1) üz, çöhrə; 2) üst, üz, üzəri; 3) alın; 4) üslub, qayda; 5) bax vəchə; 6) vasitə, yol; 7) ad, şöhrət; 8) üstünlük, imtiyaz. Vəchi-məaş dolanacaq vəsaiti.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

"vəch" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#vəch nədir? #vəch sözünün mənası #vəch nə deməkdir? #vəch sözünün izahı #vəch sözünün yazılışı #vəch necə yazılır? #vəch sözünün düzgün yazılışı #vəch leksik mənası #vəch sözünün sinonimi #vəch sözünün yaxın mənalı sözlər #vəch sözünün əks mənası #vəch sözünün etimologiyası #vəch sözünün orfoqrafiyası #vəch rusca #vəch inglisça #vəch fransızca #vəch sözünün istifadəsi #sözlük