Cəlalabad vilayəti
Cəlal-Abad Vilayəti — Qırğızıstanda vilayət. 1939-cu il, noyabrın 21-də təşkil edilmişdir (1959-cu ildə ləğv edilərək ərazisi Oş vilayətinə birləşdirilmiş, 1990-ci ildə yenidən bərpa olunmuşdur). Sahəsi 33,7 min km2
. Əhalisi 1,1 milyon nəfərdir (2015). 8 rayonu, 5 şəhəri, 5 şəhər tipli qəsəbəsi var. Mərkəzi Cəlalabad şəhəridir. Etnik və iqtisadi baxımdan vilayət Oş və Batken vilayətləri ilə birlikdə Cənubi Qırğızıstana aiddir. Əhalisinə görə respublikada ikinci və sahəsinə görə isə üçüncü vilayətdir.
Vilayətinin ərazisini Fərqanə vadisinin şimal-şərq kənarı və Qərbi Tyanşanın silsilələri (Talas Alatausu, Susamurtau, Pskem, Fərqanə, Çandalaş, Çatkal və s.) tutur. Ən yüksək nöqtəsi Çatkal silsiləsindədir (4503 m).