* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2002 | •••••••••••••••••••• | 20.56 |
2003 | • | 0.39 |
2004 | •••••• | 5.39 |
2005 | •••••••• | 8.10 |
2006 | •••••••••• | 9.91 |
2007 | •••••• | 5.29 |
2008 | ••••••••••••• | 13.16 |
2009 | ••••••• | 6.56 |
2010 | ••••••••• | 9.17 |
2011 | •••••• | 5.83 |
2012 | •••••• | 5.68 |
2013 | •••••••••• | 10.07 |
2014 | ••••••• | 6.69 |
2015 | ••• | 2.72 |
2016 | ••••• | 4.69 |
2017 | ••••••• | 6.99 |
2018 | •••••••••• | 9.44 |
2019 | ••••••••• | 8.48 |
2020 | ••••••••••• | 11.27 |
1 [ing. mile] Müxtəlif ölkələrdə müxtəlif uzunluğa bərabər məsafə ölçüsü. □ Coğrafi mil – 7420 metr uzunluqda məsafə ölçüsü. Dəniz mili – 1852 metr uzunluğunda məsafə ölçüsü.
Azərbaycan dilinin izahlı lüğəti / mil2 is. [ər.] 1. Bəzi alətlərdə, mexanizmlərdə, maşınlarda ox, qol; ümumiyyətlə, müxtəlif işlərdə istifadə edilən nazik metal çubuq. Çarx mili. Dəyirman mili. – Hesabdar çotka dənələrini tərpətdi, dənələr millərdə fırlanaraq şıq-şıq şıqqıldadı. S.Rəhimov. // Saat və s. mexanizmlərdə əqrəb. Mina darıxdığından saatın milləri heç irəli getməyirdi. İ.Musayev. 2. Corab və s. toxumaq üçün ucu küt, uzun iynə. Səkinə … milləri götürüb corab toxumaqla məşğul oldu. M.İbrahimov. 3. Parçada zolaq, zol, xətt. 4. Evlərin üstündə qurulan taxtapuşların ən yuxarısında başdan-başa qoyulan uzun ağac, tir. Damın mili. 5. Əldə oynadılan bir ucu nazik, o biri ucu yoğun idman aləti. [Bir ayrısı:] Paltarlarımızı tamam çıxardıb, sonra on-on beş girvənkə gələn milləri atıb-tutar, oynadardıq. Çəmənzəminli. 6. Gözə sürmə çəkmək üçün sümükdən və s.-dən nazik alət; milçə. Yar məni dindirir şirin dil ilə; Gözə sürmə çəkir gümüş mil ilə. “Aşıq Qərib”. ◊ Mil qalmaq (durmaq, dayanmaq) – düz durub əmr gözləmək. Mil qalxmaq – dik qalxmaq, dik durmaq.
Azərbaycan dilinin izahlı lüğəti / mil1 1. Qədim zamanlarda, eləcə də orta əsrlərdə böyük imperiyanın uzun müddət vahid dövlət kimi mövcudluğunu qoruyub saxlaya bilməsi üçün ordunu ərazisinin istənilən nöqtəsinə tez bir zamanda göndərə bilməsi vacib idi. Əks halda ucqar bir əyalətin hakimi asanlıqla mərkəzin nəzarətindən çıxar və beləliklə, imperiya dağıla bilərdi. Qədim imperiyaların ən uğurlusu Roma imperiyası idi. O, Aralıq dənizinin ətrafında yerləşdiyindən bütün bölgələri dənizin bu başından o başına asanlıqla üzüb keçə bilən gəmilər vasitəsilə bir-birinə bağlı idi. Quru yolu ilə hərəkəti isə əla yollar şəbəkəsi olduqca asanlaşdırırdı. Bu yollar sanki hər yerə çatan hörümçək qolları kimi Romadan imperiyanın ən uzaq guşələrinə qədər uzanırdı. “Bütün yollar Romaya aparır” kəlamı da məhz buradan qaynaqlanır. Sərhədləri qoruyan və üsyanları yatıran legionlar bu yollarla irəliləyirdi. Burada legioner dəstəsinin atdığı min addımla ölçülən məsafə böyük rol oynayırdı. Latın dilində min addım “milia passum” kimi səslənir. Tədricən bu söz birləşməsi bir sözə qədər qısalaraq mil oldu. Müasir mil Roma milindən bir balaca uzundur və təxminən 1050 addım, yaxud 1760 yarddan ibarətdir. Milin uzadılmasının səbəbi isə onu ingilislərin keçmiş ölçü vahidi olan 8 farlonqla eyni ölçüyə gətirmək məqsədi daşıyırdı. (Ayzek Azimov. Sözlərin tarixi) 2. İngilis sözüdür, bir dəniz mili 1852,2 metrə bərabərdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / mil1 MİL I is. [ ər. ] İynə. Qayda budur: mil salınar əyri baxan gözlərə (S.Vurğun). MİL II is. [ ər. ] Xətlər, cizgilər. Alnını buz bağlamış millərə dayayaraq baxır, diqqətlə baxır (B.Azəroğlu). MİL III is. [ ing. ] coğr. Müxtəlif ölkələrdə müxtəlif uzunluğa bərabər məsafə ölçüsü. Coğrafi mil 7420, dəniz mili isə 1852 metrdir.
Azərbaycan dilinin omonimlər lüğəti / mil2 1 I сущ. 1. спица: 1) один из стержней, соединяющих втулку колеса с ободом. Çarx mili спица колеса 2) один из тонких металлических стержней, составляющих каркас зонта. Çətirin milləri спицы зонта 3) длинная неострая игла для вязания 4) заострённый деревянный или металлический стержень 5) остроконечный стержень, которым заканчивается крыша дома. Damın hündür mili высокая спица крыши 2. шпиль (узкая высокая надстройка, завершающая здание) 3. цевьё (стержень, стержневая часть чего-л.). Lövbərin mili цевьё якоря, tərəzinin mili цевьё весов 4. техн. штырь (цилиндрический стержень с коническим концом) 5. булава (ручной гимнастический снаряд бутылкообразной формы с утолщением на узком конце) 6. веретено (стержень, служащий осью вращения в различных механизмах) 7. мед. буж (металлический стержень или резиновая трубка, применяемые для исследования трубчатых органов) II прил. 1. спицевой. Mil məftili спицевая проволока 2. шпилевой. Binanın mil hissəsi архит. шпилевая часть здания; mil sümüyü анат. лучевая кость ◊ mil durmaq вытянуться в струнку, стоять как по команде “смирно!” 2 сущ. миля (путевая мера длины, различная в разных государствах). Dəniz mili морская миля (1852 метра), coğrafi mil географическая миля (7420 метров) 3 сущ. 1. полоска 2. линия (узкая черта, проведённая на поверхности от одной точки к другой)
Azərbaycanca-rusca lüğət / mil1 I. i. 1. knitting needle; 2. billow, roller; 3. master-key, skeleton-key; 4. pivot; tib. core II. i. mile; ingilis ~i statute mile, British mile; dəniz ~i geographical / nautical / sea mile
Azərbaycanca-ingiliscə lüğət / mil1 is. aiguille f à tricoter (toxumaq üçün) ; rayon m (çarx üçün) ; pointe f (memarlıqda) ; tex. pivot m ; tib. bourbillon m ; dəniz ~i mille m marin (və ya nautique)
Azərbaycanca-fransızca lüğət / mil1 [ər.] сущ. 1. гиг, хьел (мес. чархунин); ракьун тӀвал (мес. чурткадин); 2. акьраб (сятдин ва мс.); 3. акьван, мил (гуьлуьт ва мс. храдай); 4. зул, дамар, цӀар, маргъв (парчада); 5. сижиф (кӀвалин къав кӀевдамаз лап виняй кьиляй-кьилиз вегьидай яргъи кӀарас, чӀул); 6. спорт. гъиле къугъурардай са кьил шуькӀуь, муькуь кьил яцӀу алат; 7. вилериз суьрме чӀугун патал кӀарабдикай ва мс. авунвай шуькӀуь алат; ** mil qalmaq (durmaq, dayanmaq) хак хьиз тик акъвазун, дуьз акъвазна буйругъ вилив хьун; mil qalxmaq тик къарагъун, тик акъвазун.
Azərbaycanca-ləzgicə lüğəti / mil2 [ing. mile] сущ. миля, мил (яргъивилин алцумаг); // coğrafi mil географиядин мил (7420м.); dəniz mili гьуьлуьн мил (1852м.).
Azərbaycanca-ləzgicə lüğəti / milDağın beli. (“Kitabi-Dədə Qorqud” leksikası)
Azərbaycan dastanlarının leksikasıə. 1) iynə // gözə sürmə çəkmək üçün iynəvari alət // cəza kimi gözü kor etmək üçün odda qızdırılaraq gözə çəkilən iynəvari alət; 2) sütun; 3) mərzlərdə dikinə qoyulan daş.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti(İmişli) biz (tüfəngdə) Mil getməx’ (İsmayıllı) – düz getmək. – Kişiyə söz lap kar elədi, mil getdi
Azərbaycan dilinin dialektoloji lüğəti.