* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [fars.] Stol, masa. Sədr məclisi sakit etmək üçün qalxıb qarşısındakı mizi döydü. T.Ş.Simurq. Üstü qırmızı örtüklü mizin ətrafında yeddi nəfər oturdu. H.Nəzərli.
Azərbaycan dilinin izahlı lüğəti / miz2 sif. Şiş, iti, biz. Miz saqqal. – [Şeyx İsa] uzaqdan baxanda 80 yaşında, uzunsaqqal və saqqalının ucu da miz bir insandır. C.Məmmədquluzadə.
Azərbaycan dilinin izahlı lüğəti / miz4 Biz (I şəxs əvəzliyinin cəm forması). (“Kitabi-Dədə Qorqud” leksikası)
Azərbaycan dastanlarının leksikası / miz1 MİZ I is. [ fars. ] Stol. Cavanlar yazı stolunun qabağındakı dəyirmi mizin dalında üzbəüz oturdular (M.Hüseyn). MİZ II is. Pis iy. Evi kəsif miz iyi bürüdü (İ.Şıxlı).
Azərbaycan dilinin omonimlər lüğəti / miz2 1 сущ. стол. Mizin ətrafında вокруг стола, mizin arxasında oturmaq сидеть за столом 2 I прил. острый (суживающийся к концу) II сущ. тычок: 1. удар, толчок кулаком (движением от себя) 2. торчащий предмет, стоящий торчком III нареч. торчком, тычком, торча кверху. Miz durmaq стоять торчком 3 сущ. диал. перегнившая смесь помёта и мочи домашнего скота
Azərbaycanca-rusca lüğət / mizI (Ağdam, Cəbrayıl, Kürdəmir, Qazax, Mingəçevir, Şəki, Tovuz, Zəngilan) 1. torpaq, saman, peyin və sidik qarışığı (Qazax) – Tovlanın mizini təmizdə 2. baramaqurdunun nəcisi (Ağdam, Şəki). – Qurdu yayanda mizi atırıx ə:nə ki, yeri yaxşı olsun (Ağdam); – Yeri qurdun mizi bürüyüb, mizi daşıyıb kümnən çıxart (Zəngilan); – Dirniyə töküllər mizi peyin yerinə (Şəki) 3. sidik 4. iylənmiş su II (Cəbrayıl, Şahbuz, İrəvan) milçək sürfəsi. – Ətin üsdün ört, milçək miz salmasın (Cəbrayıl)
Azərbaycan dilinin dialektoloji lüğəti.