qiz sözü azərbaycan dilində

qiz

Yazılış

  • qiz • 61.2903%
  • Qiz • 32.2581%
  • qiZ • 6.4516%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Mip Qiz
Mip Qiz (15 fevral 1909, Vyana – 11 yanvar 2010[…]) – Avstriya mənşəli holland yazıçı. 1909-cu ildə Vyanada doğulmuş Hermine Miep Santruschitz 11 yaşında olarkən Hollandiyaya köç edir. Dünyanı səyahət edir və antisemitizm mövzusunda konfranslarda çıxış edirdi. 1933-cü ildə Otto Frankın "Opekta" adlı şirkətində işləməyə başladı. 1941-ci ildə nasist quruluşlarına qoşulmağı rədd edərkən, hollandiyalı dostu Jan Qiz ilə evlənərək Avstriyaya göndərilməkdən xilas oldu. Almanlar Hollandiya yəhudilərini tutub, düşərgələrə göndərməyə başlayanda, Otto Frank Miepdən ailəni gizlətməsini və savaşın sonuna qədər ehtiyaclarını qarşılamağını istədi. Mip Qiz heç tərəddüt etmədi. Qiz ailəsi və köməkçisi olan 4 nəfər Frank ailəsini almanlardan qorumaq üçün çalışdı. Mip Qiz öz həyatını təhlükəyə atan digər 4 nəfər ilə birlikdə 2 il müddətində Frank ailəsinə kömək etdi. Almanlar ailəni ilk dəfə polis bölməsinə aparanda,Mip Qiz yenə bir cəsarət örnəyi göstərərək, ailəni sərbəst buraxmaq üçün polis bölməsinə gedərək rüşvət verməyə cəhd etdi.
Bavariyalı Qizela
Bavariyalı Qizela (mac. Bajor Gizella) və ya Müqəddəs Qizela (mac. Boldog Gizella; 980 və ya 985 – 7 may 1065 və ya 1033) — ilk Macarıstan kraliçası, I Stefanın həyat yoldaşı,Müqəddəs Roma imperatoru II Henrixin bacısı. Roma-Katolik kilsəsi tərəfindən beatifikasiya (şərəfləndirmə) olunmuşdur. == Həyatı == Qizela Bavariya hersoqu II Henrix ilə Burqundiyalı Qizelanın qızı idi. Qizela dindar bir insan kimi yetişdirilmişdi. 996-cı ildə I Stefan ilə ailə həyat quran Qizela Macarıstanın qərb siyasətində önəmli rol oynamışdır. Stefan və Qizelanın toyu Macarıstan tarixində dönüş nöqtəsi olmuşdur. Kraliça Qizela Macarıstanda xristian dinin və Qərb mədəniyyətinin yayılmasında da pay sahibi olmuşdur. 1038-ci ildə kral I Stefanın vəfat edir.
Qizela Yanuşevska
Qizela Yanuşevska (alm. Gisela Januszewska‎, qızlıq soyadı Rosenfeld, həmçinin Kuhn və Roda kimi tanınmışdır) Avstriyalı həkim. 22 yanvar 1867-ci ildə Moraviya rayonunun Drnovice (Avstriya-Macarıstan, hazırda Çexiya) kəndində, polis və yəhudi kökənli torpaq sahibi Leopold Rosenfeldin ailəsində anadan olub. Beş uşaqdan biri olmuş, Avstriyalı yazıçı və dramaturq Aleksandr Roda Rodanın bacısıdır. Brnoda xüsusi bir məktəbdən məzun olduqdan sonra, tezliklə özündən yaşca böyük olan Yoaxim Kuhnla evləndi. Tezliklə boşanma üçün müraciət etmiş və bir neçə il ərzində nikahı ləğv etmişdir. İsveçrəyə köçdükdən sonra, Sürix Universitetində təhsil almağa başladı və 12 aprel 1898-ci ildə Qizela Kun kimi tibb diplomu sahibi oldu. Sürix Qadın Xəstəxanasında doğuşda ilk təcrübəsini alan Qizela, 1898-ci ilin iyununda Almaniya imperiyasının Remşayd şəhərinə köçdü və Allgemeine Ortskrankenkasse'nin sığorta doktoru oldu. 1899-cu ilin mart ayında Bosniyanın şəhəri Banya Luka şəhərində rəsmi həkim olmuş. O burada ilk qadın həkim olmuşdur.Banya Luka karyerası zamanı o, Bosniyalı müsəlman qadınlara tibbi yardım etmək istəyən bir neçə həkimdən biridir.
Sahibcamal Qizzatullina-Voljskaya
Sahibcamal Qizzatullina-Voljskaya (tatar. Сәхибҗамал Гыйззәтулла кызы Гыйззәтуллина-Волжская 15 may 1892, Kazan – 6 aprel 1974, Çistopol, Tatarıstan MSSR) — Tatar əsilli Rusiya, Sovet aktrisası və rejissoru. Tatarıstan Muxtar Sovet Sosialist Respublikasının əməkdar artisti. Sahibcamal Qizzatullina-Voljskaya 1892-ci ildə Qazanda anadan olmuşdur. 1907-ci ildə İlyasbek Aşkazarskinin truppasının üzvü olur. 1912-ci ildə müasir "Nur" teatrının davamçısı olduğu ilk "Nur" teatrının tatar truppasını təşkil edir. Bu truppa Rusiya vətəndaş müharibəsinin çətin illərində dağılır. Sahibcamal Qırmızı Ordunun Şərq Cəbhəsinin 2-ci ordusunda 6-cı Cəbhə qrupunun lideri olur. Vətəndaş müharibəsinin sonunda Sahibcamal İjevsk və Kazanda dram teatrları qruplarında çalışır. 1923-cü ildə Başqırdıstan Dram Teatrıında çıxış edir.
Tazi Qizzat
Tazi Qizzat (tatar. Таҗи́ Гыйззә́т, tam adı Тази́ Калиму́ллович Гизза́т (Гиззату́ллин) (tatar. Таҗи́ Калимулла́ улы Гыйззәту́ллин); (15 aprel 1895 — 7 may 1955) - tatar dramaturq. Tatarıstan MSSR-nın (1939) və Rusiya SFSR-nın əməkdar incəsənət xadimi. Ümumilikdə, T. Qizzat 37 pyes yaratmışdır. Onlardan bəziləri aşağıdakılardır: "Qığılcım" (1934) "Bişbulek" (1938) "Müqəddəs tapşırıq" (1946) "Eqoizm qurbanı" (1950) və digərləri. Tazi Qizzat, həmçinin Sergey Mixalkov və Aleksandr Korneyçukun əsərlərini tatar dilinə tərcümə etmişdir. Dramaturq-klassik Tazi Qizzatın əsərləri tatar dramaturgiyasının inkişafına mühüm töhfə vermişdir.
Tigujiqo Qizbec
Hacı Tığujıqo Qızbeç Şeretlıqo (Qərbi Çərkəz: ШэрэлIыкъо Тыгъужъыкъо Къызбэч, romanlaşdırılmış: Kazbek, Ğezil Bek və ya Guzbek kimi də yazılmışdır), Çərkəz (Adıq) əsgər və komandir. O, Rus-Çərkəz müharibəsi zamanı ən nüfuzlu çərkəz liderlərindən biri olub. O, ailəsinin rus ordusu tərəfindən öldürülməsinə şəxsən şahid olub və Çərkəz ordusunda sürətlə yüksəlib. Ömrünün sonrakı dövrlərində övladlarının müharibədə həlak olmasına şahid olub. Qızbəc süvari komandiri idi və düşmən arxasına basqın etməkdə uğurları ilə məşhur idi. O, Rusiya imperiyasından tərəfini dəyişmək və imperiya tərəfinə qoşulmaq üçün çoxlu təkliflər alsa da, hamısını rədd etdi. Onu şəxsən tanıyan Ceyms Bell onun "Çərkəz Aslanı" adlandırıldığını qeyd edib. Qızbeç adı Qızılbek adının qısa formasıdır və müxtəlif mənbələrdə Ğuz Bek, Ğezil Bek və Kazbek kimi də yazılır. O, Osmanlı sənədlərində Qızıl bəy kimi xatırlanır. Qızbəçin əsl soyadı Şeretlıqodur, Tığujıqo isə "Tığuc oğlu" deməkdir.

"qiz" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#qiz nədir? #qiz sözünün mənası #qiz nə deməkdir? #qiz sözünün izahı #qiz sözünün yazılışı #qiz necə yazılır? #qiz sözünün düzgün yazılışı #qiz leksik mənası #qiz sözünün sinonimi #qiz sözünün yaxın mənalı sözlər #qiz sözünün əks mənası #qiz sözünün etimologiyası #qiz sözünün orfoqrafiyası #qiz rusca #qiz inglisça #qiz fransızca #qiz sözünün istifadəsi #sözlük