GİZ sözü azərbaycan dilində

GİZ

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • GİZ • 94.8195%
  • giz • 4.2386%
  • Giz • 0.6279%
  • GiZ • 0.3140%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Abşeron gizlinləri (film, 2008)
Abşeron gizlinləri filmi rejissor Ömür Nağıyev tərəfindən 2008-ci ildə çəkilmişdir. Film Azərbaycantelefilmdə istehsal edilmişdir. Film Abşeron yarımadasında yerləşən qədim daş abidələrimiz, qayaüstü təsvir, yazılar və kurqanlardan bəhs edir. == Məzmun == Film Abşeron yarımadasında yerləşən qədim daş abidələrimiz, qayaüstü təsvir, yazılar və kurqanlardan bəhs edir. Filmdə Abşeron yarımadasının Mərdəkan, Türkan, Binə, Qala, Şüvəlan, Dübəndi, Bəndüstü Xaşaxuna kimi qədim yaşayış yerlərindəki bizim eradan əvvəl III–II minilliklərdən qalma yerüstü, yeraltı abidələri, kurqanları, petroqlifləri-şəkil yazıları, onların tarixindən bəhs olunur. Azərbaycan tarixinin qədimliyini sübut edən bu abidələrdəki yazılar Qobustandakı, Gəmiqayadakı rəsmlərlə çox oxşardır. Tarixə qısa səyahət etməklə Azərbaycanın qədim yaşayış yeri kimi bəşər tarixinin təşəkkül tapdığı məskənlərdən biri olduğu aydın görünür.
Aleks Makın gizli dünyası (teleserial, 1994)
Aleks Makın gizli dünyası (Orijinal adı: The Secret World of Alex Mack) — 8 oktyabr 1994-cü ildən 15 yanvar 1998-ci ilə kimi Nickelodeon kanalında nümayiş olunmuş ABŞ uşaq teleserialı. Teleserial Azərbaycanda Lider TV-də Aleks Makın sirli aləmi adı ilə yayımlanmışdır. == Məzmun == Aleks Mak Cənnət Vadisi (ing. Paradise Valley) adlı şəhərciydə böyük bacısı və valideynləri ilə yaşayan 13 yaşlı adi qızdır. Yeni məktəbdə birinci gündən sonra evə qayıdarkən Aleksi az qala GC-161 adlı yüksək dərəcədə məxfi kimyəvi preparat daşıyan yük maşını vuracaqdı. Bu zaman həmin kimyəvi maddələrin bir hissəsi Aleksin üstünə tökülür, nəticədə o, qeyri-adi qabiliyyətlər qazanır. İndi o, heç bir əlaqə olmadan uzaqdan-uzağa əşyalara təsir göstərir, barmaqları ilə elektrikli atəş açır, mayeyə çevrilir və hirsləndiyi zaman qızmağa başlayır. Bu barədə yalnız onun bacısı Enn və ən yaxşı dostu Rey bilir. Bu arada kimyəvi zavodun alimləri Aleksi oğurlayıb və öz eksperimentlərində istifadə etmək üçün onu tutmağa çalışırlar.
Amin Novruzov (kiçik gizir)
Amin Taciddin oğlu Novruzov (16 avqust 1996, Qullar, Balakən rayonu – 2 noyabr 2020, Zəngilan rayonu) — Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının kiçik giziri, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı. == Həyatı == Amin Novruzov 1996-cı il avqustun 16-da Balakən rayonunun Qullar kəndində anadan olub. 2002–2013-cü illərdə Qullar kənd tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Amin Novruzov 2014–2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı ilin 2–5 aprelində baş verən Aprel döyüşlərində savaşıb. 2017-ci ildən isə Dövlət Sərhəd Xidmətinin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının kiçik giziri olan Amin Novruzov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Amin Novruzov noyabrın 2-də Zəngilanın azad edilməsi zamanı şəhid olub. Balakən şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Anar Məmmədov (kiçik gizir)
Anar Zəhəddin oğlu Məmmədov (25 oktyabr 1992, Saatlı rayonu – 17 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının kiçik giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Anar Məmmədov 1992-ci il oktyabrın 25-də Saatlı rayonunun Azad kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının kiçik giziri olan Anar Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Anar Məmmədov oktyabrın 17-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Anar Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Anar Məmmədov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Anar Nağıyev (gizir)
Anar Sahib oğlu Nağıyev (30 oktyabr 1989; Gəncə, Azərbaycan SSR – 8 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsinin iştirakçısı və şəhidi. == Həyatı == Anar Nağıyev 1989-cu il oktyabrın 30-da Gəncə şəhərində anadan olub. 1996-2000-ci illərdə Samux rayonunda Alıuşağı kənd tam orta məktəbində, 2000-2007-ci illərdə isə Qazax rayonunda S. Nəsirov adına Ürkməzli kənd tam orta məktəbində təhsil alıb. Ailəli idi. 1-ci nigahdan bir qızı və bir oğlu, 2-ci nigahdan isə 25.01.2021-ci il təvəllüdlü Anara adında bir qızı yadigar qaldı. == Hərbi xidməti == Anar Nağıyev 2008-2009-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2009-cu ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycan Ordusunun giziri olan Anar Nağıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Anar Nağıyev noyabrın 8-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Qazax rayonunun Ürkməzli kəndində dəfn olunub.
Aqşin Quliyev (gizir)
Aqşin Mehdi oğlu Quliyev (9 iyun 1992, Goranboy – 30 sentyabr 2020, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Aqşin Quliyev 1992-ci il iyunun 9-da Goranboy şəhərində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun giziri olan Aqşin Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Aqşin Quliyev sentyabrın 30-da Madagizin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Aqşin Quliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Aqşin Quliyev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Aqşin Quliyev (kiçik gizir)
Aqşin Dilavər oğlu Quliyev (12 dekabr 1996, Çiçəkli, Sabirabad rayonu – 16 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Aqşin Quliyev 1996-cı il dekabrın 12-də Sabirabad rayonunun Çiçəkli kəndində anadan olub. 2002-2013-cü illərdə Ə. Şərbətov adına Çiçəkli kənd tam orta məktəbində təhsil alıb. == Hərbi xidməti == Azərbaycan Ordusunun kiçik giziri olan Aqşin Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Aqşin Quliyev oktyabrın 16-da Füzulinin azad edilməsi zamanı şəhid olub. Sabirabad rayonunun Çiçəkli kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Aqşin Quliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Aqşin Quliyev ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Aqşin Quliyev ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Aqşin Quliyev ​ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.
Armagedon (Türkiyə-İsrail Gizli Müharibəsi)
Armagedon / Türkiyə-İsrail Gizli Müharibəsi (türk. Armagedon / Türkiye-İsrail Gizli Savaşı) — Aydoğan Vətəndaşın 1996-cı ildə yazdığı tədqiqat əsəri. Kitab nəşr olunduqdan sonra 5 dəfə məhkəməyə verilmiş, əvvəlcə satışı qadağan olunmuş, daha sonra isə bəraət almışdır. == Haqqında == Beş ayrı məhkəmədə mühakimə olunaraq yığışdırılan və sonda bəraət alan bu kitab Türkiyənin gizli, lakin gerçək tarixidir. Körfəz müharibəsindən Rahatlığı Təmin Əməliyyatı (ing. Operation Provide Comfort), Kürd Dövləti layihəsindən Susurluğa, Uğur Mumcu sui-qəsdindən Əşrəf Bitlis cinayətinə, "Muavenet" hadisəsindən ordu içərisindəki təşkilatlanmaya qədər gizli qalmış bir çox hadisə, tam fərqli bir üslubla, bütün sənədləriylə birlikdə yenidən araşdırılıb. == Həmçinin bax == Apokrifal == İstinadlar == == Mənbə == "Armagedon" (türk). 2015-05-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-05-15.
Aslan Hüseynov (gizir)
Aslan Malik oğlu Hüseynov (6 oktyabr 1985, Mirbəşir rayonu – 30 sentyabr 2020, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Aslan Hüseynov 1985-ci il oktyabrın 6-da Tərtər rayonunun Qaradağlı kəndində anadan olub. Ailəli idi. Bir oğlu və bir qızı yadigar qaldı. == Hərbi xidməti == Azərbaycan Ordusunun giziri olan Aslan Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Aslan Hüseynov sentyabrın 30-da Madagizin azad edilməsi zamanı şəhid olub. Tərtər rayonunun Qaradağlı kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Aslan Hüseynov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Aslan Hüseynov ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Aslan Hüseynov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azad Kərimov (gizir)
Azad Zakir oğlu Kərimov (27 may 1994; Qazax rayonu, Azərbaycan — 12 sentyabr 2022; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, Vətən müharibəsi veteranı. == Həyatı == Azad Kərimov 1994-cü il mayın 27-də Qazax rayonunun Daş Salahlı kəndində anadan olub. == Hərbi xidməti == Azad Kərimov 2020-ci ilin sentyabrın-noyabr aylarında Vətən müharibəsi zamanı Murovdağ, Xocavənd və Şuşa istiqamətində gedən döyüşlərdə savaşıb. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən "İgidliyə görə" medalı, "Döyüşdə fərqlənməyə görə" medalı, "Xocavəndin azad olunmasına görə" medalı, "Şuşanın azad olunmasına görə" medalı və "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilib. Azad Kərimov 2022-ci il sentyabrın 12-də Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olub.
Azər Məmmədov (baş gizir)
Azər Mustafa oğlu Məmmədov (4 mart 1993; Kəmərli, Qazax rayonu, Azərbaycan — 12 sentyabr 2022; Zəngilan rayonu, Azərbaycan) — Azərbaycan Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının baş giziri, Vətən müharibəsi iştirakçısı. 2022-ci il sentyabr 12-dən 13-nə keçən gecə Ermənistan Silahlı Qüvvələrinin Zəngilan istiqamətində Azərbaycan Ordusuna qarşı törətdiyi təxribat nəticəsində şəhid olmuşdur. == Həyatı == Azər Məmmədov 4 mart 1993-cü ildə Qazax rayonunun Kəmərli kəndində anadan olmuşdur. 1999–2010-cu illərdə Akif Bəbirov adına Qazax rayon Xanbağı kənd tam orta məktəbində orta təhsil almışdır. Ailəli idi, şəhid olmasından 44 gün əvvəl ailə həyatı qurmuşdu. 2023-cü ilin may {23.05.2023} ayında Azay adlı övladı dünyaya gəlib. == Hərbi xidməti == Azər Məmmədov 2011-ci ilin aprel ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon üzrə Hərbi Şöbəsi tərəfindən hərbi xidmətə çağırılmışdır. Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının sıralarında, Lənkəran rayonunda yerləşən "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət etmişdir. 2012-ci ilin oktyabr ayında hərbi xidmətini başa vuraraq mülki fəaliyyətinə davam etmişdir. 2019-cu ilin oktyabr ayından Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Xaçmaz rayonunda yerləşən "N" saylı hərbi hissəsinin snayper bölməsinin qruplarından birində müddətdən artıq həqiqi hərbi xidmət etmişdir.
Babək Aslanov (gizir)
Babək Sakit oğlu Aslanov (15 noyabr 1994, Tovuz rayonu – 3 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Babək Aslanov 1994-cü il noyabrın 15-də Tovuz rayonunun Yanıqlı kəndində anadan olub. 2001-2012-ci illərdə A. Hüseynov adına Yanıqlı kənd tam orta məktəbində təhsil alıb. == Hərbi xidməti == Babək Aslanov 2013-2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Azərbaycan Ordusunun giziri olan Babək Aslanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Babək Aslanov oktyabrın 3-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Tovuz rayonunun Yanıqlı kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Babək Aslanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Babək Aslanov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Baş gizir
Baş gizir — Azərbaycan Silahlı Qüvvələrində kiçik komandir rütbəsi. Azərbaycan Hərbi Dəniz Qüvvələrindəki ekvivalent rütbə baş miçman rütbəsidir.
Cavanşir Əhmədov (gizir)
Cavanşir Xeyrulla oğlu Əhmədov (12 noyabr 1999, Bakı – 15 oktyabr 2020, Xocavənd) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Əhmədov Cavanşir Xeyrulla oğlu 12 noyabr 1999-cu ildə Qaradağ rayonu Ələt qəsəbəsində anadan olub. 2005-ci ildə həmin qəsəbədə yerləşən orta məktəbin 1-ci sinifinə daxil olur. 2016-cı ildə orta məktəbi bitirərək, Bakı İnşaat Kollecində təhsilini davam etdirir. Hərbiyə olan marağı onu atıcılıq kurslarına da yazılmağa sövq edir. Cavanşir orada snayper bacarıqlarına yiyələnir və kursda eyni zamanda özü də təlim keçməyə başlayır. 2020-ci ilin iyul ayında isə kolleci mühəndislik ixtisası üzrə bitirərək, hərbi xidmətə yollanır. == Hərbi xidməti == Müharibə başlayan ilk gündən O, yoldaşları ilə bir yerdə ön cəbhədə vuruşur. Cavanşir ilk öncə Murovdağ zirvəsinin, Cəbrayıl, Zəngilan rayonlarının və Hadrut qəsəbəsinin düşməndən azad olunmasında fəal iştirak edib. Hadrutun azad edilməsində də iştirak edən Cavanşir, 15 oktyabr tarixində həlak olmuşdur.
Cavanşir Əhmədov (gizir, 1999)
Cavanşir Xeyrulla oğlu Əhmədov (12 noyabr 1999, Bakı – 15 oktyabr 2020, Xocavənd) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Əhmədov Cavanşir Xeyrulla oğlu 12 noyabr 1999-cu ildə Qaradağ rayonu Ələt qəsəbəsində anadan olub. 2005-ci ildə həmin qəsəbədə yerləşən orta məktəbin 1-ci sinifinə daxil olur. 2016-cı ildə orta məktəbi bitirərək, Bakı İnşaat Kollecində təhsilini davam etdirir. Hərbiyə olan marağı onu atıcılıq kurslarına da yazılmağa sövq edir. Cavanşir orada snayper bacarıqlarına yiyələnir və kursda eyni zamanda özü də təlim keçməyə başlayır. 2020-ci ilin iyul ayında isə kolleci mühəndislik ixtisası üzrə bitirərək, hərbi xidmətə yollanır. == Hərbi xidməti == Müharibə başlayan ilk gündən O, yoldaşları ilə bir yerdə ön cəbhədə vuruşur. Cavanşir ilk öncə Murovdağ zirvəsinin, Cəbrayıl, Zəngilan rayonlarının və Hadrut qəsəbəsinin düşməndən azad olunmasında fəal iştirak edib. Hadrutun azad edilməsində də iştirak edən Cavanşir, 15 oktyabr tarixində həlak olmuşdur.
Cavid Məmmədov (gizir)
Cavid İlham oğlu Məmmədov (18 oktyabr 1990, Yeniabad, Şamxor rayonu – 28 sentyabr 2020, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Cavid Məmmədov 1990-cı il oktyabrın 18-də Şəmkir rayonunun Yeniabad kəndində anadan olub. Onun qardaşı — Çingiz Məmmədov da, İkinci Qarabağ müharibəsində şəhid olub. Ailəli idi. Elcan adında oğlu və Damla adında qızı yadigar qaldı. == Hərbi xidməti == Cavid Məmmədov 2008-2010-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2015-ci ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycan Ordusunun giziri olan Cavid Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Cavid Məmmədov sentyabrın 28-də Madagizin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavid Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavid Məmmədov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavid Məmmədov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavid Məmmədov ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.
Ceyhun Abbasov (gizir)
Ceyhun Natiq oğlu Abbasov (8 fevral 1986, Bakı – 28 sentyabr 2020, Kəlbəcər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ceyhun Abbasov 1986-cı il fevralın 8-də Bakı şəhərində anadan olub. Orta təhsilini Xətai rayonunda Elşad Yəhyayev adına 56 nömrəli tam orta məktəbdə alıb. Ailəli idi. Bir oğlu və bir qızı yadigar qaldı. == Hərbi xidməti == Ceyhun Abbasov 2012-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmət edirdi. Snayper Taborunun Komandiri idi. Ceyhun Abbasov 2016-cı il aprelin 1-dən 2-nə ötən gecə başlanan və Azərbaycan-Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində baş verən Aprel döyüşlərində savaşıb. Döyüşlər zamanı fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 19 aprel 2016-cı il tarixli 1967 nömrəli Sərəncamına əsasən isə "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib.Ceyhun Abbasov 2020-ci ilin 12-16 iyulunda Azərbaycan və Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində baş verən Tovuz döyüşlərində savaşıb. Azərbaycan Ordusunun giziri olan Ceyhun Abbasov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb.
Ceyhun İsmayılov (gizir)
Ceyhun Abbas oğlu İsmayılov (30 dekabr 1985, Kirovabad – 1 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ceyhun İsmayılov 1985-ci il dekabrın 30-da Gəncə şəhərində anadan olub. 1993-2004-cü illərdə Gəncə şəhərində 44 nömrəli tam orta məktəbdə təhsil alıb. Ailəli idi. Üç övladı yadigar qaldı. == Hərbi xidməti == Ceyhun İsmayılov 2004-2006-cı illərdə Dövlət Sərhəd Xidmətinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2013-cü ildən "gizir" hərbi rütbəsində Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycan Ordusunun giziri olan Ceyhun İsmayılov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ceyhun İsmayılov oktyabrın 1-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Gəncə şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Daşqın Rzalı (kiçik gizir)
Daşqın Elşad oğlu Rzalı (27 may 1993, Yaycı, Naxçıvan Muxtar Respublikası – 21 oktyabr 2020, Zəngilan rayonu) — Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının kiçik giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Daşqın Rzalı 1993-cü il mayın 27-də Culfa rayonunun Yaycı kəndində anadan olub. 2000-2011-ci illərdə Yaycı kənd tam orta məktəbində təhsil alıb. Ailəli idi. == Hərbi xidməti == Daşqın Rzalı 2011-2012-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2017-ci ilin fevral ayından isə əvvəlcə Lənkəran şəhərində yerləşən "N" saylı hərbi hissədə, sonra isə Xızı şəhərində yerləşən "N" saylı hərbi hissədə xidmət edib. Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının kiçik giziri olan Daşqın Rzalı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Daşqın Rzalı oktyabrın 21-də Zəngilanın azad edilməsi zamanı şəhid olub. Culfa rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Daşqın Rzalı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Daşqın Rzalı ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.Azərbaycanın Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Daşqın Rzalı ölümündən sonra "Zəngilanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Elmir Məmmədov (baş gizir)
Elmir Nadir oğlu Məmmədov (5 oktyabr 1988; Göytəpə, Azərbaycan SSR — 27 sentyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elmir Məmmədov 1988-ci il oktyabrın 5-də Cəlilabad rayonunun Göytəpə şəhərində anadan olub. == Hərbi xidməti == Elmir Məmmədov 2016-cı ilin 2-5 aprelində baş verən Aprel döyüşlərində savaşıb. Azərbaycan Ordusunun baş giziri olan Elmir Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elmir Məmmədov sentyabrın 27-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Cəlilabad rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elmir Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Elmir Məmmədov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Elməddin Cəfərov (gizir)
Elməddin Hümbət oğlu Cəfərov (21 sentyabr 1987, Şorabad, Xızı rayonu – 8 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Əslən Qərbi Azərbaycanın Dərələyəz mahalının Ağkənd kəndindən olan Elməddin Cəfərov 21 sentyabr 1987-ci ildə Xızı rayonunun Şorabad qəsəbəsində dünyaya gəlmişdir. Orta təhsilini Şorabad qəsəbəsində Məmməd Arif Dadaşzadə adına tam orta məktəbdə alıb. === Ailəsi === Ailəli idi, 2 övladı var: Cəfərzadə Sevgi Elməddin qızı (29.09.2013); Cəfərzadə Hümbət Elməddin oğlu (26.09.2015); == Hərbi xidməti == 2005-ci ilin payızında milli ordumuzun sıralarına müddətli həqiqi hərbi xidmətə çağırılmış və Gəncə şəhəri “N” saylı hərbi hissədə xidmət etmişdir. 2010-cu ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nəzdində təhsil alaraq "Gizir" hərbi rütbəsi alıb və həmin ildən xidmətini davam etdirmişdir. 2016-cı il Aprel döyüşlərində fəal iştirak etmişdir. 2017-ci ildə təyinatı Müşfiq qəsəbəsində yerləşən "N" saylı hərbi hissəyə verilmişdir və həmin hərbi hissədən 27.09.2020-ci ildə Ali Baş Komandanın əmri ilə torpaqlarımızın işğaldan azad olunması uğrunda başladılan “Vətən Müharibəsi”ndə iştirak etmişdir. == Şəhidlik zirvəsi == Elməddin 27 sentyabr döyüşlər başlayan ilk gündən ön cəbhədə vuruşub. Onların dəstəsi ilk dəfə 4 oktyabr tarixində pusquya düşürülür, lakin Elməddin və silahdaşları bu pusqudan sağ salamat çıxa bilirlər. O, yaralı komandirini 12 km məsafədə mərmi yağışı altında, heç bir qorxu bilmədən, öz çiyinlərində təhlükəsiz əraziyə çıxartmışdır.
Elnur Rüstəmov (baş gizir)
Elnur Faid oğlu Rüstəmov (5 noyabr 1989; Xaçmaz rayonu, Azərbaycan SSR — 12 sentyabr 2022; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş giziri, Vətən müharibəsi veteranı. == Həyatı == Elnur Rüstəmov 1989-cu il noyabrın 5-də Xaçmaz rayonunun Əbilyataq kəndində anadan olub. == Hərbi xidməti == Elnur Rüstəmov 2020-ci ilin sentyabrın-noyabr aylarında Vətən müharibəsi zamanı Murovdağ, Cəbrayıl və Xocavənd istiqamətində gedən döyüşlərdə savaşıb. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən "Cəsur döyüşçü" medalı, "Cəbrayılın azad olunmasına görə" medalı, "Xocavəndin azad olunmasına görə" medalı və "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilib. Elnur Rüstəmov 2022-ci il sentyabrın 12-də Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olub.
Elnur Rüstəmov (gizir)
Elnur Faid oğlu Rüstəmov (5 noyabr 1989; Xaçmaz rayonu, Azərbaycan SSR — 12 sentyabr 2022; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş giziri, Vətən müharibəsi veteranı. == Həyatı == Elnur Rüstəmov 1989-cu il noyabrın 5-də Xaçmaz rayonunun Əbilyataq kəndində anadan olub. == Hərbi xidməti == Elnur Rüstəmov 2020-ci ilin sentyabrın-noyabr aylarında Vətən müharibəsi zamanı Murovdağ, Cəbrayıl və Xocavənd istiqamətində gedən döyüşlərdə savaşıb. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən "Cəsur döyüşçü" medalı, "Cəbrayılın azad olunmasına görə" medalı, "Xocavəndin azad olunmasına görə" medalı və "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilib. Elnur Rüstəmov 2022-ci il sentyabrın 12-də Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olub.
Elnur İbrahimov (kiçik gizir)
Elnur Dönməz oğlu İbrahimov (29 avqust 1998; Qaradağ rayonu, Azərbaycan — 21 oktyabr 2020; Zəngilan rayonu, Azərbaycan) — Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının kiçik giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elnur İbrahimov 1998-ci il avqustun 29-da Qaradağ rayonunun Ələt qəsəbəsində anadan olub. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının kiçik giziri olan Elnur İbrahimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağın, Cəbrayılın və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elnur İbrahimov oktyabrın 21-də Zəngilanın azad edilməsi zamanı şəhid olub. Hacıqabul rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elnur İbrahimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət göstərdiyinə, habelə qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Elnur İbrahimov ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Elnur İbrahimov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Embrion gizli ov edir (film, 1966)
Embrion gizli ov edir (yap. 胎児が密猟する時 Taiji ga mitsuryô suru toki, ing. The Embryo Hunts in Secret)- 1966-cı ildə istehsal olunmuş Yaponiyanın Erotik filmidir. == Məzmun == Film boyu ər öz həyat yoldaşını vəhşivəsinə döyür və onunla çox aşağı səviyyədə rəftar edir. Ər arvadını döyərək ona keçmiş arvadını çox bənzədiyini bildirir. Keçmiş arvadı isə onun döyülməsindən qaçaraq başqa bir yerdə uşaq dünyaya gətirməyə getmişdir. Lakin sonradan süjetdən məlum olur ki, ərinin arvadını döyməsinə əsas səbəb hamiləliyi bitirən zaman özünü asaraq öldürən anası səbəb olur... == Rollarda == == İstinadlar == == Xarici keçidlər == Embrion gizli ov edir — Internet Movie Database saytında.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 2.12 dəfə / 1 mln.
2007 •• 0.63
2009 0.16
2010 0.18
2011 •••••••••••••••• 4.80
2012 •••••••••••••••••••• 6.37
2013 •••• 1.17
2014 ••••••• 2.06
2015 ••••••• 2.04
2016 •••••••••• 3.12
2017 •••• 1.14
2018 •••••••• 2.25
2019 •••••••••••• 3.62
2020 ••• 0.80

"giz" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#giz nədir? #giz sözünün mənası #giz nə deməkdir? #giz sözünün izahı #giz sözünün yazılışı #giz necə yazılır? #giz sözünün düzgün yazılışı #giz leksik mənası #giz sözünün sinonimi #giz sözünün yaxın mənalı sözlər #giz sözünün əks mənası #giz sözünün etimologiyası #giz sözünün orfoqrafiyası #giz rusca #giz inglisça #giz fransızca #giz sözünün istifadəsi #sözlük