Viləş çayı
Viləşçay — Yardımlı və Masallı rayonlarından axıb Qızılağac körfəzinə tökülür. İranın Mazandaran vilayətinin Kelar- dəşt mahalinda oxşar adlı Velaşt gölü var.
== Ümumi məlumat ==
Talışın ərazisindən axan ən uzun çaydır. Uzunluğu 115 km, hövzəsinin sahəsi 935 km²-dir. Başlanğıcını Talış silsiləsinin Quludaş zirvəsindən (2203 m) alır. Yuxarı axımında Peştəsər, orta axımında isə Alaşar-Burovarsilsilələrini çəpinə keçir və çox dərin və dar dərələr əmələ gətirir. Axırıncı 25 km məsafədə Lənkəran düzənliyindən axır. Başlıca qolları, sağdan Şərətük (uzunluğu 29 km), soldan Mətəli (uzuluğu 21 km) çaylarıdır. Bilavasitə Xəzər dənizinə tökülən çaydır.
Suyun çox hissəsini yağış (70%), qismən də yeraltı (20%), qar (10%) sulardan alır.