vaqe sözü azərbaycan dilində

vaqe

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • vaqe • 59.5745%
  • Vaqe • 38.2979%
  • VAQE • 2.1277%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Qotfrid Vaqener
Qotfrid Vaqener (alm. Gottfried Wagener‎; 5 iyul 1831, Hannover – 8 noyabr 1892, Tokio) və ya Qotfrid Vaqner – Almaniya texniki konsultantı və müəllimi. Meyci dövründə Yaponiyada incəsənət, sənaye, keramika və parçaçılıq sahələrinin inkişafına töhfələr vermişdir. Vaqener hökumət və istehsalçılar üçün məsləhətçilik etmiş, Qərb üslublarını tətbiq etmək, istehsalı artırmaq, xarici ticarət üçün məhsullar hazırlamaq, yapon dulusçuluq məmulatlarını xaricdə populyarlaşdırmaq üçün yollar göstərmişdir. Vaqener ənənəvi yapon incəsənət məmulatlarının öyrənilməsinin, saxlanılmasının və tətbiqinin vacib olduğunu vurğulamışdır. Qotfrid Vaqener 1831-ci ildə Hannover şəhərində anadan olub və Göttingen şəhərində yerləşən Qeorq-Avqust Universitetindən məzun olub. 1868-ci ildə fabrik tikintisinə kömək etmək məqsədilə Yaponiyanın Naqasaki şəhərinə gedib. Növbəti il səlahiyyətli şəxslərə kömək edərək Arita dulusçuluq məmulatları üçün peçin inkişaf etdirilməsində iştirak edib. 1871-ci ildə Tokioya gedərək müəllim kimi dövlət xidmətinə daxil olub. Uzun müddət Nanko Universitetində və Tokio Universitetində fizika və tətbiqi kimya mövzularında dərslər verib.

vaqe sözünün leksik mənası və izahı

  • 1 [ər.] : vaqe olmaq – 1) üz vermək, əmələ gəlmək, baş vermək, meydana çıxmaq. Bu gün küçədə bir hadisə vaqe oldu. – Bəli, keçmişdə vaqe olan bir iş gələcək üçün dəsturüləməldir… A.Bakıxanov. Əhvalat vaqe olur İrəvan yaxınlığındakı şəhərlərdən birində. C.Məmmədquluzadə; 2) yerləşmək, olmaq. Yusif Sərracın dükanı şah məclisinin … məşriq səmtində vaqe idi. M.F.Axundzadə. Vaqe olan – baş verən hadisə. Vaqe olanları düşünmək istədim, bacara bilmədim. Çəmənzəminli.

    Azərbaycan dilinin izahlı lüğəti / vaqe
  • 2 VAQE’ ə. 1) olan, baş verən, əmələ gələn; 2) var olan, mövcud olan; 3) yerləşən, mövqe tutan.

    Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / vaqe

vaqe sözünün rus dilinə tərcüməsi

  • 1 устар. в сочет. vaqe olmaq: 1. происходить, произойти, совершаться, совершиться. Əhvalat necə vaqe olubdur? как произошло это событие?; 2. располагаться, расположиться, находиться. Məktəb park səmtində vaqe idi школа находилась в той стороне, где парк

    Azərbaycanca-rusca lüğət / vaqe

vaqe sözünün inglis dilinə tərcüməsi

  • 1 i.: ~ olmaq to happen, to take* place, to come* about; Dünən gülməli bir şey vaqe oldu A funny thing happened yesterday; Əhvalat Təbrizdə vaqe olur The scene is laid in Tabriz

    Azərbaycanca-ingiliscə lüğət / vaqe

vaqe sözünün fransız dilinə tərcüməsi

  • 1 is. ~ olmaq avoir lieu ; passer (se), opérer (s’) ; nə baş verib? qu’est-ce qui est arrivé? que s’est-il passé? qu’est-ce qu’il y a? qu’est-ce qui s’est passé?

    Azərbaycanca-fransızca lüğət / vaqe

vaqe sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.]: vaqe olmaq а) арадал атун, хьун (са кар, вакъиа); б) алаз хьун, хьун; vaqe olan хьайи вакъиа (кар).

    Azərbaycanca-ləzgicə lüğəti / vaqe

"vaqe" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#vaqe nədir? #vaqe sözünün mənası #vaqe nə deməkdir? #vaqe sözünün izahı #vaqe sözünün yazılışı #vaqe necə yazılır? #vaqe sözünün düzgün yazılışı #vaqe leksik mənası #vaqe sözünün sinonimi #vaqe sözünün yaxın mənalı sözlər #vaqe sözünün əks mənası #vaqe sözünün etimologiyası #vaqe sözünün orfoqrafiyası #vaqe rusca #vaqe inglisça #vaqe fransızca #vaqe sözünün istifadəsi #sözlük