tərcüməsi sözü azərbaycan dilində

tərcüməsi

Yazılış

  • tərcüməsi • 86.7690%
  • Tərcüməsi • 13.1481%
  • TƏRCÜMƏSİ • 0.0830%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Maşın tərcüməsi
Maşın tərcüməsi (ing. machine translation, rus. машинный перевод) — lüğətlər və tərcümə qaydaları toplusu əsasında mətnin bir dildən başqa bir dilə avtomatik çevrilməsi texnologiyası. Kompüterlərdən tərcümə üçün istifadə olunması ideyası 1947-ci ildə, ilk kompüterlərin yaranmasından dərhal sonra ABŞ-də irəli sürülüb. Maşın tərcüməsinin (Corctaun eksperimenti) ilk ictimai nümayişi isə 1954-cü ildə olub. Həmin sistem nə qədər primitiv olsa da (250 sözdən ibarət lüğət, 6 qaydadan ibarət qrammatika, bir neçə cümlənin tərcüməsi), eksperiment geniş resonans yaratdı: ADR-də, AFR-də, Bolqarıstanda, Çində, Fransada, İngiltərədə, İtaliyada, SSRİ-də, Yaponiyada bu istiqamətdə tədqiqatlara başlanıldı. Tərcümənin keyfiyyəti ilkin mətnin mövzusundan və üslubundan, eləcə də aralarında tərcümənin aparıldığı dillərin qrammatik, sintaktik və leksik qohumluğundan asılıdır. Bədii mətnlərin maşın tərcüməsinin keyfiyyəti, demək olar ki, həmişə qaneedici olmayıb. Texniki mətnlərdə isə azacıq redaktəyə ehtiyacı olan tərcümələr almaq mümkündür. Fəqət mükəmməl maşın tərcüməsi sisteminin yaradılması yarım əsr bundan öncə olduğu kimi, yenə də arzu olaraq qalır.
Bibliyanın yapon dilinə tərcüməsi
Bibliyanın yapon dilinə tərcüməsi Frensis Xavierin Yaponiyaya gəlişindən bir il öncə — 1548-ci ildə başlamışdır. 1613-cü ildə Əhdi-Cədidin yapon dilinə tərcümə edilməsindən sonra qapalı ölkə siyasətinə görə 2 əsrdən çox müddətdə Bibliyanın yapon dilinə tərcümə işində irəliləyiş olmamışdır. Karl Gützlaff 1837-ci ildə İohann İncilini tərcümə edərək nəşr etdirmişdir. Bundan sonra XIX əsrdə Yaponiyada bir çox nəşrçi Bibliya kitablarının və hissələrinin yapon dilinə tərcüməsi ilə məşğul olmuş və komitələr yaratmışdırlar. Samuel Vilyams, Bernard Jan Bettelheym, Conatan Qobl, Ceyms Hepbörn, Samuel Braun, Natan Braun, Devid Tompson, Quido Verbek, Filip Fayson bu cür tərcüməçilərdən olmuşdurlar. Bibliyanı tərcümə etməyə başlayan ilk yapon isə 1873-cü ildə Naqata Hosey olmuşdur. == İlk dövrlər == Bibliyanın yapon dilinə tərcüməsi ilə bağlı işlər ilk dəfə 1548-ci ildə başlamışdır. Tərcümənin nüsxəsi müasir dövrə kimi gəlib çatmasa da, Kaqoşimadan olan qaçqın samuray Yaciro (və ya Anciro) Qoada Matfeya İncilini yapon dilinə "tərcümə etmişdir". Frensis Xavier Yaciro və iki yoldaşı ilə 1547-ci ildə Malay yarımadasında tanış olmuş və onları Qoadakı bir kollecə gətirmişdir. Yaciro öz doğma ölkəsi haqqında danışandan sonra Xavier həmin İncili yapon xalqına çatdırmaq istəmişdir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 8.02 dəfə / 1 mln.
2002 •••••••••••••• 10.28
2003 •••••• 4.72
2004 •••••••••••••• 10.44
2005 ••••••• 5.40
2006 •••••••••••••••••••• 15.77
2007 ••••••••••••• 9.51
2008 ••••••••••• 8.04
2009 ••••••••• 7.04
2010 ••••••••• 6.99
2011 ••••••••• 6.43
2012 •••••••••• 7.14
2013 ••••••• 4.96
2014 •••••• 4.29
2015 •••••••••••• 9.02
2016 •••••••••••••• 10.41
2017 ••••••••••••• 10.08
2018 •••••••••• 7.19
2019 ••••••••••••• 9.74
2020 ••••••••••••• 9.68

"tərcüməsi" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#tərcüməsi nədir? #tərcüməsi sözünün mənası #tərcüməsi nə deməkdir? #tərcüməsi sözünün izahı #tərcüməsi sözünün yazılışı #tərcüməsi necə yazılır? #tərcüməsi sözünün düzgün yazılışı #tərcüməsi leksik mənası #tərcüməsi sözünün sinonimi #tərcüməsi sözünün yaxın mənalı sözlər #tərcüməsi sözünün əks mənası #tərcüməsi sözünün etimologiyası #tərcüməsi sözünün orfoqrafiyası #tərcüməsi rusca #tərcüməsi inglisça #tərcüməsi fransızca #tərcüməsi sözünün istifadəsi #sözlük