təcrübəsi sözü azərbaycan dilində

təcrübəsi

Yazılış

  • təcrübəsi • 99.2840%
  • Təcrübəsi • 0.6830%
  • TƏCRÜBƏSİ • 0.0330%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Filadelfiya təcrübəsi
Filadelfiya eksperimenti (ing. Philadelphia Experiment) — ABŞ Hərbi Dəniz Qüvvələri tərəfindən aparılan əfsanəvi eksperimentdir. 28 oktyabr 1943-cü ildə ABŞ donanmasının Pensilvaniya əyalətinə bağlı olan Filadelfiya şəhərinin limanında baş verən təcrübədir. İddiaya görə, donanmaya aid bir qoruma destroyeri olan DE 173 sinifi 1240 tonluq "USS Eldridge" bir neçə dəqiqə içərisində 600 km.-dən çox bir uzaqlığa gedib və təkrar gəlmişdir. Təcrübənin varlığı mövzusunda heç bir dəlil yoxdur. Amerika donanması da belə bir təcrübənin qeydlərdə var olmadığını ifadə etmişdir. Al Bielek xaric təcrübəyə qatıldığı iddia edilən bütün əsgərlər bunu yalan, hekayənin bir aldatmaca olduğunu söyləmişlər. Bielekin hekayəsi də daha sonra təkzib olunmuşdu. Layihənin digər adı "Göy qurşağı" əməliyyatıdır (ing. Rainbow Project).
Lenski təcrübəsi
Lenski təcrübəsi — Riçard Lenski və qrupunun başlanğıcda eyni populyasiyaya aid Escherichia coli bakteriyalarından ələ alıb, bunları 12 qrupa ayırması ilə etdikləri təcrübi təkamül çalışmasıdır. Bununla bir-biri ilə başlanğıcda az qala eyni, 12 fərqli bakteriya populyasiyası əldə edilmişdir. Təcrübə 24 fevral 1988 tarixində başladılmışdır. == Təcrübi yanaşma == Təcrübədə E. coli bakteriyalarının istifadə edilmə məqsədi, bakteriyaların bölünmə sürətinin 20 dəqiqə olmasıdır. Bu bakteriyalar, hər 20 dəqiqədə 1 dəfə bölünürlər, beləliklə Təkamül müddətində 1 nəsli yalnız 20 dəqiqədə keçmək mümkündür. Insanların ömrünün 80 il olduğunu və bu müddətdə ortalama 30 yaşına çatdıqlarında çoxaldıqlarını, beləcə 1 nəslin keçilməsinin 30 il qədər sürdüyünü və bu səbəblə bir insanın ömüründə ən çox 2 və ya 3 insan nəsli görə biləcəyini, bütün növlər arasında bilinən növləşmə sürətlərinin ortalaması alındığında, bir növdən yeni iki növün meydana gələ bilməsi üçün keçməsi lazım olan nəsil sayı təxminən 1000-ə qədər olur. 1000 nəsil, insan üçün 300000 il, E. coli bakteriyası üçün təxminən 333 saat, yəni 14 gündür. == Metodlar == Lenski bu 12 fərqli bakteriya qrupunu götürərək davamlı çoxalmalarına şərait yaratdı. Hər bir qrupu minimal böyümə mühitində (texniki bir termindir və bir canlının yaşaması üçün lazım olan minimum şərtləri ifadə edir) saxlamağa başladı. Hər yeni gündə böyüyən populyasiyanın 1%-ni yeni bir qab içərisinə yerləşdirərək, "1 nəsil" olaraq işarələdi.
Milqram təcrübəsi
Ilk dəfə 1961-ci ildə Stanley Milgram tərəfindən "Avtoritetə tabe olma" (Obedience to authority) adlandırdığı psixoloji experimentini New Haven şəhərində aparmışdır. Bu experimentin əsas məqsədi insanların avtoritet qarşısında itaətikarlığın həddini yoxlamaq idi. Yoxlamada müəllim (experimentin əsas aparıcısı — L) tələbəni (oyuncu — S) verilən hər bir yanlış cavabda süni elektrik şok altına salır və experimentin əsas gedişatından isə sadəcə müəllimin xəbəri olmur. Experimentin labor aparıcısı (həmçin oyuncu — V) müəllimə əmrlər verir. Verilən hər bir yanlış cavabda elektrik şok qövvəsi artırılır. Bu experiment müxtəlif variantlarda əks olunub. Qeyd etmək lazımdır ki, avtoritetə tabe olma dedikdə S. Milgram aşağı statuslu şəxsin yüksək statuslu şəxsə tabe olmasını nəzərdə tuturdu. Elan vasitəsilə könüllülər kiçik ödəniş ($4.5) müqabilində yaddaş və öyrənmənin tədqiqinə aid təcrübədə iştirak etməyə dəvət olunurlar. Könüllü Yel Universitetindəki laboratoriyaya gəldikdə ona və digər şəxsə izah edirlər ki, müəyyən linqvistik materialın öyrənilməsində cəzanın rolu tədqiq olunur. İki nəfərdən biri "müəllim", digəri "öyrənən" rolu oynamalıdır.
Balaca Albert təcrübəsi
Balaca Albert təcrübəsi (ing. Little Albert experiment) – 1920-ci ildə ABŞ psixoloqu Con Uotson və köməkçisi Rozali Reyner tərəfindən aparılmış təcrübə. Təcrübə 9 aylıq Albert təxəllüslü körpə üzərində aparılmışdır. Təcrübənin məqsədi qorxmanın doğuşdan olduğu, yoxsa sonradan əldə olunan refleks olduğunu müəyyənləşdirmək idi. == Arxaplan == Davranış psixologiyasının qurucusu Uotson və köməkçisi Rozali Reyner işə Con Hopkins bağçasının uşaqlarını müşahidə etməklə başladılar. Lakin təcrübələrin aparılmasını labüd hesab edirlər və onlar tədqiqat üçün icazə ala biləcək bir ailə axtarırlar. Nəticədə, 8 aylıq sağlam körpə olan Albert ilə təcrübə keçirmək qərarına gəlirlər. == Gedişat == Əvvəl balaca Albert üzərində bir neçə emosional test edilir. Balaca körpəyə ağ siçan, dovşan, kağız parçaları, parik və maska kimi ilk dəfə görəcəyi obyektləri və vəziyyətləri göstərirlər. Məqsəd Albertın bunlara qarşı qətiliklə əks reaksiya vermədiyini görməkdir.
Kiçik dünya təcrübəsi
Kiçik dünya təcrübəsi amerikalı sosial psixoloq Stenli Milqremın 1967-ci ildə ABŞ -da apardığı bir sıra təcrübələrdir. Təcrübənin məqsədi sosial şəbəkə obyektləri arasındakı orta yol uzunluğunu tapmaq və təhlil etməkdir, burada yol uzunluğu insanlar arasındakı əlaqələrin sayıdır (bir əlaqə yol uzunluğunun bir hissəsidir), obyektlər götürən insanlardır, bu vəziyyətdə sosial şəbəkəni təşkil edən təcrübədə iştirak edir. Bu təməlqoyma tədqiqatı insan cəmiyyətinin bir qrafın iki təsadüfi ucları arasında qısa yollarla xarakterizə olunan sıx bağlı bir sözlə "sıx" bir şəbəkə olduğunu irəli sürdü. Diskret riyaziyyatda "Kiçik Dünya" adlı bir qrafik var ki, bu da təpələrin çoxunun bitişik olmaması, lakin demək olar ki, hər hansı bir zirvəyə az sayda addımlarla çatmaq imkanı ilə xarakterizə olunur. "Kiçik dünya" təcrübəsinin əsas nəticəsi, sosial şəbəkənin obyektlərinin orta yol uzunluğunun altı olmasıdır. Sadə dillə desək, bu, təsadüfi olaraq götürülmüş iki insanın bir-birlərini orta hesabla altı nəfərlik məsafədə tanımaları deməkdir. Təcrübə əsaslı tənqid aldı, lakin sonrakı araşdırmalar, o cümlədən e-poçt vasitəsilə oxşar nəticələr göstərdi. Milgremın təcrübəsi tez-tez son illərdə aktual olan nəzəriyyə ilə əlaqələndirilir – "Altı Əlaqə Nəzəriyyəsi", baxmayaraq ki, bu nəzəriyyə əslində Stenli Milqremın təcrübəsinin nəticəsidir. == Tarixi fon == "Altı Əlaqə Nəzəriyyəsi" və "Dünya Kiçikdir" probleminin formalaşdırılmasından bəhs edən ilk əsərlərdən biri, Macarıstan yazıçısı Frideş Karinti əsəri hesab olunur. Əsər başqa bir insanı beş nəfərdən çox tanımamağın, adamı tapmaq mümkün olub -olmadığı sualına cavab tapmaqdan ibarət idi.
Təcrübəsiz cadugər (teleserial, 2006)
Təcrübəsiz Cadugər (türk. Acemi Cadı) – 2006-cı il Türkiyə istehsalı olan fantastika, ailə və komediya janrlı teleserialdır. Əvvəlcə Kanal D kanalında yayımlanmağa başlayan serial daha sonra Star TV kanalında yayımlanmağa başladı. Bu serial Archie Comics-in motivləri əsasında çəkilmiş 1996-cı il ABŞ istehsalı olan Sabrina: Yeniyetmə Cadugər serialının remeykidir. On altı yaşlı Ayşəgül Yıldız ad günündən sonra ata tərəfdən bütün ailəsinin cadugər olmasını öyrənir. iki bibisi ilə yaşayan qız bundan sonra qüvvələrini düzgün idarə etməyi öyrənməyə çalışır. Bu işdə ona bibiləri yaxından köməklik göstərirlər. Eyni zamanda o yeni məktəbə keçir və burada yeni dostlar qazanmaqla yanaşı həmçinin də Səlim adlı oğlanlada qarşılıqlı olaraq maraqlanır. Lakin varlı və ərköyün olan Tuçənin də Səlimdən xoşu gəlir və buna görədə Ayşəgülə hər cür maneə olmağa çalışır. İyirmi yaşı olana qədər sehrli qüvvələrində daima istifadə edəbilmək üçün imtahanlar verən Ayşəgül həyatında olan hər bir şeyə indi vaxt ayırmağa və heç nəyi qarışdırıb korlamamağa çalışır.

"təcrübəsi" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#təcrübəsi nədir? #təcrübəsi sözünün mənası #təcrübəsi nə deməkdir? #təcrübəsi sözünün izahı #təcrübəsi sözünün yazılışı #təcrübəsi necə yazılır? #təcrübəsi sözünün düzgün yazılışı #təcrübəsi leksik mənası #təcrübəsi sözünün sinonimi #təcrübəsi sözünün yaxın mənalı sözlər #təcrübəsi sözünün əks mənası #təcrübəsi sözünün etimologiyası #təcrübəsi sözünün orfoqrafiyası #təcrübəsi rusca #təcrübəsi inglisça #təcrübəsi fransızca #təcrübəsi sözünün istifadəsi #sözlük