tərəfi sözü azərbaycan dilində

tərəfi

Yazılış

  • tərəfi • 99.9458%
  • Tərəfi • 0.0542%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Stabilizatorun arxa tərəfi
Stabilizatorun arxa tərəfi, hər hansı bir qanad profili üstündən axan havanın qanadı tərk etdiyi kənara, yəni art kənara verilən addır. Flap, qanadcıq kimi komponentlər stabilizatorun arxa tərəfində yerləşir.
Yan tərəfi üstündə koital poza
Yan tərəfi üstündə koital poza — Masters və Conson tərəfindən insanın cinsi reaksiyasında təsvir edilmiş olan seks pozasıdır. Pozanı sınadıqdan sonra heteroseksual iştirakçıların 75%-i bu pozan bəyənərək ona üstünlük vermişdirlər. == Faydaları == Bu poza kişinin sağ ombasına söykənmiş olan qadının sol ayağı istisna olmaqla, hər iki partnyoru çarpayıdan (kürəyindəki kişi, sağ çiynindəki qadın və gövdə) tam dayaqlı vəziyyətdə qoyur. Kişi arxası üstə düz formada uzanarkən, qadın bir qədər sağ istiqamətə əyilir. Beləliklə onların bədənləri təxminən 30°lik bir bucaq təşkil edərək, partnyorları qadının ağırlığı ilə sağ çiyində üz-üzə qoyur. Hər iki partnyorun başlarının altında yastıqlardan istifadə olunur. Qadının bədəni tələb etdiyi halda, qadının bədəninin yuxarı hissəsini dəstəkləmək üçün daha çox yastıqdan istifadə oluna bilər. Masters və Consona görə, yan tərəfi üstündə koital pozada rahatlıq əldə edildikdən sonra, kişi və yaxud da qadın partnyorun fiksasiyasına ehtiyac olmur. İstənilən bir istiqamətdə qarşılıqlı olaraq çanaqların hərəkət azadlığı mövcuddur və əzələ kramplarının və yaxud da bədənin çəkisinin gərgin dəstəyinə ehtiyac olmur. Yan tərəfi üstündə koital poza həm kişiyə, həm də qadına seks zamanı rahatlıq bəxş edir.
Transformerlər 3: Ayın qaranlıq tərəfi (film, 2011)
Transformerlər 3: Ayın Qaranlıq Tərəfi (ing. Transformers: Dark of the Moon) — 2011-ci ildə istehsal olunmuş ABŞ filmi. Maykl Beyin rejissorluq etdiyi filmin baş rollarında Şaya LaBaf və Rouzi Hantinqton-Uaytli çəkilmişlər. Transformerlər: Məğlubların qisası filmin davamı. == Məzmun == 1961-ci ildə avtobotlar və deseptikonlar arasındakı müharibəni bitirə biləcək bir kəşf daşıyan Saybetron kosmik gəmisi Ark vurularaq Ayın qaranlıq üzünə çırpılır. Qəza NASA tərəfindən aşkarlanır və ABŞ prezidenti Kenedi kosmik gəmini tədqiq etmək üçün Aya insan göndərmək təklifini qəbul edir. 1969-cu ildə Apollo-11 Aya enir və heyət Arkı araşdırmağa başlayır. Prezident Riçard Nikson bu tapşırığın detallarının gizli saxlanılması əmrini verir. Misir Müharibəsindən 3 il sonra Avtobotlar ABŞ ordusuna dünya miqyasında böyük toqquşmaları qabaqlamaq üçün kömək edir. Şühbəli yadplanetli texnologiyasını araşdırmaq üçün Ukraynanın Çernobil əyalətindəki bir əməliyyatda Deseptikon alim Şokveyv və nəhəng soxulcan robotu Driller tərəfindən hücuma məruz qalırlar.
Gecə yarısının özgə tərəfi
Gecə yarısının özgə tərəfi (ing. The Other Side of Midnight) — Sidni Şeldonun 1973-cü ildə yazdığı romandır.
Gecə yarısının digər tərəfi (film)
Gecə yarısının özgə tərəfi (ing. The Other Side of Midnight) — 1977-ci ildə çəkilmiş ABŞ filmidir.
Gecə yarısının özgə tərəfi (film, 1977)
Gecə yarısının özgə tərəfi (ing. The Other Side of Midnight) — 1977-ci ildə çəkilmiş ABŞ filmidir.
Avropanın monqollar tərəfindən istilası
Avropanın monqollar tərəfindən istilası 1235-ci ildə başlayıb. == Tarixi == === Rusiya səfəri === 1235-ci ildə Monqol feodallarının xuralı (qurultayı) Qərbə hücum haqqında qərar qəbul etdi. Bu hücuma Cuçi xanın oğlu, Çingiz xanın nəvəsi Batı xan başçılıq edirdi. Onlar 1236-cı ildə Kama bulqarlarını məğlub edib 1237-ci ilin qışında Şimal-Şərqi Rusiya torpaqlarına soxuldular. Qısa müddət ərzində Ryazan (1237), Kolomna, Moskva, Vladimir, Suzdal, Yaroslavl, Tver, Kostroma, Kozelski və digər şəhərləri tutdular. 1238-ci il martın 4-də Siti çayı sahilindəki döyüşdə rus qoşunları məğlub oldu. Beləliklə, Şimal-Şərqi Rusiya torpaqları monqollar tərəfindən tutuldu. Monqollar Novqorodun 100 kilometrliyində dayandılar. Monqollar cənub çöllərinə çəkildilər, iki il burada dincəlib ordularını möhkəmləndirdilər. 1239-cu ildə Batı xan Cənubi Rusiyanı işğal etməyə başladı.
Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyinin böyük dövlətlər tərəfindən tanınması münasibətilə güzəştlər haqqında qanun
Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyinin böyük dövlətlər tərəfindən tanınması münasibətilə güzəştlər haqqında qanun - Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq aləmdə de-fakto tanınması münasibətilə həyata keçirilmiş humanizm aktı. == Qanunun qəbul edilməsi == Bu barədə qanun 1920-ci ilin fevral 9-da Azərbaycan parlamenti tərəfindən qəbul edilmişdir. Qanuna əsasən, 1920-ci il yanvarın 11-də Azərbaycanın müstəqilliyinin Antanta ölkələri tərəfindən de-fakto tanınması münasibətilə, cinayət törətmiş şəxslər və vergiödəyənlər barəsində müəyyən əsaslarla güzəştlər elan edilmişdi. Üç hissədən (ümumi, hərbi və vergilər) ibarət olan qanun Azərbaycanda yaşayan əcnəbilərə də şamil olunurdu. == Həmçinin bax == Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan Xalq Cümhuriyyətinin tanınması == Mənbə == Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, I cild, Balı, 2004.
Maşın tərəfindən oxunabilir
Maşın tərəfindən oxunabilir (ing.machine readable, ru. машиночитаемый)- kompüterə, onun giriş verilənləri (məsələn, ştrix-kodlar) kimi interpretasiya və istifadə edə bildiyi formada daxil edilən informasıya. İkilik formada kodlaşdırılmış və münasib daşıyıcıda, məsələn, maqnit lentində saxlanılan informasiyanı təsvir etmək üçün də bu termindən istifadə olunur. Getdikcə, verilənlərin təqdimolunma formatlarının daha geniş diapazonu maşın tərəfindən oxunabilir. Məsələn, əvvəllər kompüterlər ancaq bir standart şrifti oxuya bilirdi, indi isə skaner və simvolların optik tanınması proqram təminatı ilə təchiz olunmuş kompüter istənilən çap mətnini tanımağı öyrənə bilər (əlbəttə, yanlışlıqlar da ola bilər). == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Maşın tərəfindən oxunabilən
Maşın tərəfindən oxunabilir (ing.machine readable, ru. машиночитаемый)- kompüterə, onun giriş verilənləri (məsələn, ştrix-kodlar) kimi interpretasiya və istifadə edə bildiyi formada daxil edilən informasıya. İkilik formada kodlaşdırılmış və münasib daşıyıcıda, məsələn, maqnit lentində saxlanılan informasiyanı təsvir etmək üçün də bu termindən istifadə olunur. Getdikcə, verilənlərin təqdimolunma formatlarının daha geniş diapazonu maşın tərəfindən oxunabilir. Məsələn, əvvəllər kompüterlər ancaq bir standart şrifti oxuya bilirdi, indi isə skaner və simvolların optik tanınması proqram təminatı ilə təchiz olunmuş kompüter istənilən çap mətnini tanımağı öyrənə bilər (əlbəttə, yanlışlıqlar da ola bilər). == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Melani Martines tərəfindən yazılmış mahnıların siyahısı
Melani Martines amerikalı müğənni-mahnı yazarıdır. Martines 2012-ci ildə ABŞ televiziya şousu The Voice istedad yarışmasına qatılmış və Adam komandasının üzvü olmuşdur. Yarışmanın beşinci həftəsində kənaraşdırıldıqdan sonra o, müstəqil şəkildə öz orijinal musiqisi üzərində işləməyə başlayıb. O, 2014-cü ildə "Dollhouse" mini-albomunu buraxıb. Mini-albomda yer alan "Carousel" treki "American Horror Story: Freak Show" serialının treylerində nümayiş edilib. Martines 2015-ci ildə buraxdığı ilk albomu olan "Cry Baby" ilə daha çox uğur qazanmışdır.
Orta Asiyanın monqollar tərəfindən istilası
Orta Asiyanın monqollar tərəfindən istilası — 1219-cu ildə başlanmış fütuhat. == Tarixi == Monqollar Kulun-Bukir gölündən Altay dağlarının qərb hissəsinə qədər olan ərazidə yaşayırdılar. XII əsrdə bu ərazidə kerait, merkit, oyort, noyman, tatar və digər tayfalar məskunlaşmışdı. XII əsrin sonunda köçəri maldarların tayfa ittifaqları yarandı. Bu ittifaqlardan birinin başçısı Timuçin 1155-ci ildə Onon çayının sağ sahilindəki Dulun-Boldaq adlı yerdə anadan olmuşdu. Onun atası Yesugey kiyat tayfasından idi. Monqol mənbələrində deyilir ki, Timuçin Çingiz xanın atasının uşaq doğulmamışdan əvvəl məğlub etdiyi tayfalardan birinin başçısının adı olmuş və atası həmin adı oğluna qoymuşdur. Monqol rəvayətlərinə görə, uşaq ovcunda qurumuş qan ləkəsi ilə doğulmuşdur. Atası öləndə Timuçinin 12 yaşı var idi. Temuçin, kiçik qardaşları və anası ovla və balıq tutmaqla dolanmalı olmuşlar.
Qafqaz arxeoqrafiya komissiyası tərəfindən toplanmış aktlar
Qafqaz Arxeoqrafiya Komissiyasının Aktları (QAKA) (rus. А́кты Кавка́зской археографи́ческой коми́ссии (АКАК)) — Qafqaz Canişini Baş İdarəsi arxivindən əldə edilmiş sənədlərin rəsmi nəşri. == Nəşrin içindəçilər == Aktlar 12 cilddən ibarətdir (VI cild 2 hissədə olmaqla).
Qafqazın bu tərəfinin xəbəri (qəzet)
"Qafqazın bu tərəfinin xəbəri" (qəzet)— 1845-ci ildə Tiflisdə Azərbaycan dilində nəşr olunan qəzet. == Haqqında məlumat == "Zaqafqazski vestnik" qəzeti nəşr olunanda Rusiyanın Qafqaz əmirliyi bu qəzetin də yerli dillərdə nəşrinin vacibliyini nəzərə almışdı. "Zaqafqazski vestnik"in Azərbaycan dilində nəşr olunan vərəqi "Qafqazın bu tərəfinin xəbəri" adlanırdı və o, 1845-ci ildə işıq üzü gördü. Tədqiqatçı A.Z.Abramişvili həmin qəzetin birinci nömrəsini arxivdən aşkarlayaraq, foto-surətini mətbuatda çap etdirmişdir. Həmin foto-surətdən və müəllifin verdiyi məlumatdan aydın olur ki, "Qafqazın bu tərəfinin xəbəri" qəzeti 1845-ci ildə nəşr edilmişdir. Qəzetin redaktoru Platon İoseliani, tərcüməçisi Babacan Lazarev olmuşlar. == Qəzetdə dərc olunan məqalələr == Qəzetin birinci nömrəsində ilk səhifədə senatın fərmanının bir hissəsi dərc edilmişdir. Fərmanda göstərilir ki, “hərgah mənzilbəmənzil gönədrilən məhbuslar yolda fövt olalar, lazımdır ki, vilayət hakimləri onları dəfn etsinlər”. Fərmanda dəfn xərcinin ödənilməsi, qəza məhkəmələrinin və hərbi hissələrin bu məsələ ilə əlaqədar vəzifələri qeyd olunmuşdur. Həmin səhifədəki başqa bir yazıda Qara dənizin şərqində, Kuban və İnqur çaylarının arasındakı gömrükxanalarda vergisiz mal gətirməyə izin verildiyi bildirilir.
Qərb tərəfin hekayəsi (dəqiqləşdirmə)
Qərb tərəfin hekayəsi (film, 1961) — 1961-ci ildə çəkilmiş Amerika musiqili filmidir.
Qərb tərəfin hekayəsi (film, 1961)
Qərb tərəfin hekayəsi — 1961-ci ildə çəkilmiş Amerika musiqili filmidir. Artur Laurentsin kitabından müvafiqləşdirilən filmin musiqisini Leonard Bernşteyn bəstələmişdir. Kinodan əvvəl ilk musiqili nümayişi 1957-ci ildə etdirilmişdir. Uilyam Şekspirin “Romeo və Cülyetta” əsərinin müasir versiyası olan film nümayiş olunduğu dövrdə böyük əks-səda yaratmış, daha sonra dəfələrlə musiqili şou olaraq nümayiş etdirilmişdir. Qərb tərəfin hekayəsi 10 Akademiya Mükafatı və Qremmi Mükafatı ilə bərabər 20-dən çox mükafat qazanmışdır. “Qərb tərəfin hekayəsi” 1997-ci ildə Konqres Kitabxanası tərəfindən “mədəni, tarixi və estetik baxımdan əhəmiyyətli” filmlərdən biri olaraq seçilmiş və filmin ABŞ Milli Film Reyestrində saxlanılmasına qərar verilmişdir. Manhettendə iki fərqli küçə quldur dəstəsinin etnik fərqlərə görə çəkişməsindən bəhs edən filmin baş rolları; Natalie Wood, Richard Beymer, Russ Tamblyn tərəfindən paylaşılmışdır. Stiven Spilberq tərəfindən yenidən çəkilmiş Qərb tərəfin hekayəsi filminin ABŞ-də 18 dekabr 2020-ci ildə buraxılması planlaşdırılır.
Qərb tərəfin hekayəsi (film, 2021)
Qərb tərəfin hekayəsi (ing. West Side Story) — Stiven Spilberqin rejissoru olduğu və Kristie Macosko və Krieger Kevin McCollum ilə müştərək prodüserlik etdiyi, 10 dekabr 2021-ci ildə nümayişi planlaşdırılan musiqili ABŞ filmidir. Bu, 1961-ci ildə buraxılmış Qərb tərəfin hekayəsi filminin remeykidir.
Rodosun genuyalılar tərəfindən işğalı
Rodosun fəthi və ya Rodosun genuyalılar tərəfindən işğalı — 1248–1250-ci illərdə Rodos şəhərinin və eyniadlı adanın Genuya Respublikasının nəzarətində olduğu dövr. Səlibçilərə dəstək olmaq üçün Misirə yola çıxan genuyalılar Nikeya imperiyasından asılı olan şəhər və adanı 1248-ci ildə gözlənilməz bir hücum nəticəsində fəth edir. Buna baxmayaraq, nikeyalılar adaya ekspedisiya qüvvəsi göndərir və genuyalıları mühasirəyə alır. Bu müddətdə Axeya knyazlığından dəstək alan genuyalılar 1250-ci ildə təslim olur və adanı tərk edir. == Zəmin == XIII əsrin əvvəllərində, ehtimal ki, Konstantinopolun 1204-cü ildə Dördüncü Səlib yürüşü zamanı səlibçilər tərəfindən ələ keçirilməsindən əvvəl Rodos və yaxınlıqdakı adalar mərkəzi Bizans hakimiyyəti nəzarətindən çıxmış, sezar Lev Qavalasın hökmranlığı altında olmuşdu. Qavalas bəzi illərdə Bizans yunan dövlətinin əsas davamçısı olan Nikeya imperiyasının ağalığını qəbul etmişdi, lakin Rodos praktik baxımdan müstəqil şəkildə idarə olunurdu. Lev Nikeyanın təsirini tarazlaşdırmaq və mövqeyini möhkəmləndirmək məqsədi ilə 1234-cü ildə, sonradan isə 1236-cı ildə Venesiya Respublikası ilə müqavilələr bağlayır. Buna baxmayaraq, Levin 1240-cı illərdə vəfat etməsi ilə onun taxta gələn qardaşı İoann Qavalas nisbətən daha zəif bir vəziyyətdə olduğu üçün qısa müddət ərzində Nikeya imperatoru III Duka İoann Vatasın hökmranlığını tanıyır. Bunun müqabilində o, yüksək dərəcəli sevast və meqaduka titullarını almış və bir imperator qohumu ilə, çox güman ki, Vatasın bacılarından biri ilə evlənmişdir. Eyni zamanda, Dördüncü Səlib yürüşü zamanı əldə edilən qənimətlərdən məhrum qalan və ticari təsir məsələsində Konstantinopol şəhərində Venesiya tərəfindən məğlub edilən Genuya Respublikası Şərqdə dayaq yerləri əldə etməyə can atırdı.
Rusiya tərəfindən işğal edilmiş Ukrayna torpaqlarının ilhaqı referendumu
2022-ci il sentyabrın sonlarında Ukraynaya Rusiya tərəfindən göndərilmiş məmurlar Ukraynanın işğal olunmuş ərazilərinin Rusiya tərəfindən ilhaqı ilə bağlı referendumlar keçirmişdirlər. Keçirilmiş bu referendumlar şərhçilər tərəfindən saxta referendumlar kimi təsvir edilmiş və dünyanın müxtəlif ölkələri tərəfindən pislənmişdir. Hazırda referendumların nəticələrinin etibarlılığını Şimali Koreyadan başqa dünyanın heç bir suveren dövləti qəbul etməmişdir. Səsvermə Ukraynanın dörd regionunda - Ukraynanın Rusiya tərəfindən işğal olunmuş Donetsk və Luqansk vilayətlərində təşkil edilmiş, Rusiyanın marionet dövlətləri olan Donetsk Xalq Respublikası və Luqansk Xalq Respublikası ərazilərində, həmçinin müharibənin ilk həftəsində Rusiya tərəfindən ələ keçirilmiş və Rusiya tərəfindən təyin edilmiş hərbi administrasiyaları olan Xerson vilayəti və Zaporojye vilayətində baş tutmuşdur. Rusiya Federasiyasının Silahlı Qüvvələri hərbi əməliyyatların davam etdiyi dörd regiondan heç birinə tam nəzarəti həyata keçirmir və eyni zamanda da, əhalinin böyük hissəsi 2022-ci ildə Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü başlayandan sonra regionları tərk etmişdirlər. Referendumlar beynəlxalq hüquqa görə qeyri-qanuni olmuşdur və Birləşmiş Millətlər Təşkilatı tərəfindən Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin pozulması halı kimi qətiyyətlə pislənilmişdir. 2022-ci il sentyabrın 30-da Rusiya prezidenti Vladimir Putin Rusiya parlamentinin hər iki palatasına müraciətində Ukraynanın Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərinin ilhaqını elan etmişdir. Birləşmiş Millətlər Təşkilatı, Ukrayna və bir çox başqa ölkələr ilhaqı pisləmişdirlər.
Avstriyanın Müttəfiq qüvvələr tərəfindən işğalı
Avstriyanın Müttəfiq qüvvələr tərəfindən işğalı — Avstriya ərazisinin Müttəfiqlər dövlətlərin silahlı qüvvələri tərəfindən müvəqqəti işğalı. İşğal 1945-ci ilin aprelində Müttəfiqlərin nəzarəti altında olan Avstriyanın Vyana əməliyyatının nəticəsi olaraq Almaniyadan müstəqilliyini elan etməsi ilə başlamış və 27 iyul 1955-ci ildə Avstriya ilə dövlət müqaviləsi nəticəsində sona çatmışdır. 1938-ci ildə baş tutmuş Anşlussdan sonra Avstriya ümumiyyətlə Nasist Almaniyasının bir hissəsi kimi tanınmışdır. Bununla belə, 1943-cü ildə Müttəfiqlər Moskva Bəyannaməsində Avstriyanın nasist cinayətlərindəki rolu inkar edilməmək şərtilə ölkənin nasist təcavüzünün ilk qurbanı kimi qəbul ediləcəyi, müharibədən sonra azad edilmiş və müstəqil ölkə kimi rəftar ediləcəyi barədə razılığa gəlmişdilər. İkinci Dünya müharibəsindən dərhal sonra Avstriya dörd zonaya bölünmüş, Britaniya, Sovet İttifaqı, ABŞ və Fransa tərəfindən birgə işğal edilmişdir. Vyana da eyni şəkildə bölünmüşdür, lakin mərkəzi rayon Müttəfiq Nəzarət Şurası tərəfindən kollektiv şəkildə idarə olunmuşdur. Almaniya 1949-cu ildə Şərqi və Qərbi olmaqla iki hissəyə bölündüyü halda, Avstriya 1955-ci ilə qədər Qərb Müttəfiqləri və Sovet İttifaqının birgə işğalı altında qalmışdır. Onun statusu Soyuq müharibədə Xruşşov mülayimləşməsi dövrünə qədər mübahisəli mövzuya çevrilmişdir. Avstriyanın əbədi neytrallıq vədlərindən sonra 15 may 1955-ci ildə Avstriyaya tam müstəqillik verilmişdir və sonuncu işğal qoşunları həmin il 25 oktyabr tarixində ölkədən ayrılmışdır. == Zəmin == 1943-cü il Moskva konfransında Sovet İttifaqı, ABŞ və Britaniya Almaniyanın Avstriyanın ilhaqını "boş və etibarsız" hesab etmək qərarına gəlmişdilər.
Memar Sinan tərəfindən tikilmiş cümə məscidlərinin siyahısı
Bu siyahı, Osmanlı memarı Memar Sinan tərəfindən layihələndirilib, tikilmiş cümə məscidlərinin siyahısıdır. Siyahıdakı 77 məsciddən 39-u İstanbulda yerləşir. == Arxa plan == Memar Sinan 1539-cu ildə sədrəzəm Ayaz Mehmed Paşa tərəfindən Osmanlı imperatorluğunun baş memarı təyin edilmişdir. Sinan 1588-ci ildə ölümünə qədər vəzifəsində qaldı və üç sultanın hakimiyyəti dövründə: I Süleyman (1520-66), II Səlim (1566–74) və III Murad (1574–95) xidmət edib. Sinan öz xatirələrində Teẕkiretü'l-bünyān adlı əsərində 80 cümə məscidi (böyük məscid) və 400-dən çox kiçik məscidi daxil olmaqla 698 binanı layihələndirdiyini bildirir. Əslində o, imperator memarlarından ibarət qrupa rəhbərlik edirdi və tikilən binalar kollektiv iş sayılırdı. Sinan özü sultan üçün aparılan böyük tikinti layihələrində iştirak edirdi. Bunlar Ədirnədəki Şahzadə külliyəsi (1543–48), Süleymaniyyə məscidi (1548–59), Qırxçeşme su işleri (1561–65), Qanuni Sultan Süleyman Körpüsü (1565–67) və Səlimiyyə məscidləri (1568–74) idi. Bu tarixdən sonra o, III Muradın dövründə böyük tikinti işləri aparmamış, yaşlandığı üçün işi başqa memarlara həvalə etmişdir. 77 cümə məscidinin aşağıdakı siyahısını tarixçi Gülru Nəciboğlu tərtib edib.
Qazax rayonunun Ermənistan tərəfindən işğal edilmiş kəndləri
Qazax rayonunun Ermənistan tərəfindən işğal edilmiş kəndləri — 1990-cı illərdən 2024-cü ilə kimi Qazax rayonu 7 kəndi Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. Qazax rayonunun hal-hazırda işğal altında olan anklav kəndləri: Sofulu, Barxudarlı və Yuxarı Əskipara kəndləridir. Qazax rayonunun işğaldan azad olunan kəndləri: Bağanıs Ayrım, Qızılhacılı, Aşağı Əskipara və Xeyrımlı kəndləridir. == İşğal edilmiş anklav kəndlər == === Yuxarı Əskipara === Kənd 8 iyun 1992-ci ildən Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. Kənd ərazisində çoxlu tarixi abidələr var: Şəkər qalası, Qatır körpüsü, Kazım körpüsü və s. === Barxudarlı və Sofulu === Barxudarlı və Sofulu kəndlərinə ermənilərin hücumu 1992-ci ilin aprelin 23-dən başlayıb və çətinliklə də olsa onlar bu kəndləri aprelin 27-də işğal ediblər. Bir neçə gün davam edən döyüşlərdə kənd sakinləri Barxudarlıda 11, Sofuluda 9 post quraraq ermənilərə qarşı döyüşüblər. Qazax rayonundan köməyə gələn olmasın deyə, bura gələn dəmir yolu xəttidə ermənilər tərəfindən partladılıb. Sofulu və Barxudarlı yalnız 4 gün mühasirədə saxlanıldıqdan sonra çətinliklə işğal edilib. Hadisələrin şahidi Barxudarlı kənd sakin Əhmədin dedikləri: Hadisələr zamanı 7 nəfər kənd sakini şəhid olur, 3 nəfər ağır yaralanır.
NKVD tərəfindən həyata keçirilən məhbus qırğınları
NKVD tərəfindən həyata keçirilən məhbus qırğınları — Sovet İttifaqının Daxili İşlər Xalq Komissarlığı tərəfindən həyata keçirilən siyasi məhbusların kütləvi öldürülməsi hadisələri nəzərdə tutulur. Bu hadisəlrə əsasən Şərqi Avropada — Polşa, Ukrayna, Baltik dövlətləri və Bessarabiyada baş vermişdir. Alman ordusunun gözlənilmədən 22 iyun 1941-ci ildə hücuma keçməsindən sonra NKVD-ə siyasi məhbusları Sovet İttifaqının daxili bölgələrinə köçürmək əmr edildi. Lakin Qızıl Ordunun qısa müddətə ger çəkilməsi, nəqliyyat və digər vasitələrinin çatışmazlığı, qanuni prosedurlara ümumi etinasızlıq nəticəsində məhbusların kütləvi edam edilmələri baş verdi. Ümumi öldürülənlərin sayı ölkələrə görə dəyişməkdədir. Ukrayna SSR-də təxminən 9 min, Polşada (hal-hazırda Ukraynanın qərbi nəzərdə tutulur) 20–30 min rəqəmləri göstərilməkdədir. Ümumi öldürülən sayının isə təxminən 100 min nəfəri əhatə etdiyi və bütün bunların cəmi bir neçə həftə ərzində baş verdiyi bildirilir. == Zəmin == Almanların Barbarossa əməliyyatına başlaması NKVD də daxil olmaqla, bütün sovet dövlət orqanlarının təəccübünə səbəb oldu. Həm də Molotov-Ribbentrop paktı nəticəsində SOvet İttifaqının ələ keçirdiyi ölkələrdə NKVD-in həbsxanaları siyasi məhbuslarla dolub-daşmaqda idi. İşğal edilmiş şərqi Polşada NKVD-ə sayı 140 mindən çox olan siyasi məhbusu köçürmək və ortadan qaldırmaq əmr edilmişdi (əmr no.00803).
Dəməşq şəhərində yerləşən İran səfirliyinin İsrail tərəfindən bombalanması
Dəməşq şəhərindəki İran səfirliyinin İsrail tərəfindən bombalanması — 2024-cü il 1 aprel tarixində Suriyanın paytaxtı Dəməşq şəhərində yerləşən İran İslam Respublikasının səfirliyinə İsrail tərəfindən gerçəkləşdirilmiş bombalama hücumu. İran hücuma görə məsuliyyəti İsrail və Amerika Birləşmiş Ştatlarının daşıdığını açıqlayıb. İran mediası bildirib ki, zərbə nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds qüvvələri birləşməsinin yüksək rütbəli komandiri, briqada generalı Məhəmmədrza Zahidi və digər yeddi SEPAH zabiti də daxil olmaqla ümumilikdə 13 nəfər həlak olub. == Arxa plan == 2011-ci ildə Suriyada vətəndaş müharibəsi başlayandan bəri Yaxın Şərqdə bir çox beynəlxalq güclər tərəfindən müxtəlif təyinatlı hava hücumları həyata keçirilib. 2023-cü ilin oktyabr ayında Qəzza bölgəsində başlanmış müharibə bir çox siyasi şərhçilər tərəfindən Suriya vətəndaş müharibəsi zəmnində İran-İsrail münaqişəsinin bir parçası olaraq görülməkdədir. Suriyada məskunlaşmış İran Silahlı Qüvvələrinə mənsub hərbi birləşmələr, Hizbullah və İraq və Əfqanıstandan olan xarici milislər sözügedən hərbi toqquşmalarda aktiv olaraq iştirak etməkdədirlər. 2023-cü ilin 19 fevral tarixində Suriyanın Dəməşq şəhərində yerləşən bir sıra hərbi obyektlər İsrail Hərbi Hava Qüvvələri tərəfindən həyata keçirildiyi ehtimal edilən hava hücumları nəticəsində vurulub və hücumlardan sonra bir sıra yaşayış məntəqəsi də ciddi formada zədələnib. Fevraldakı hücumlarda 5 nəfər həlak olub, 15 nəfər isə yaralanıb. Hücumlar 2023-cü ilin fevral ayında Hizbullahın yüksək rütbəli səhra komandirlərindən biri olan İmad Muğniyənin 2008-ci ildə öldürüldüyü ərazidə baş verib. 2023-cü ilin 7 oktyabr tarixində HƏMAS tərəfindən İsrailə qarşı başladılmış qəfil hərbi əməliyyatlardan sonra İran HƏMAS birliklərini açıq formada dəstəkləyib və nəticədə İsrail və İran arasında növbəti döyüş əməliyyatlarının başladılması üçün zəmin yaranıb.
Dəməşq şəhərindəki İran səfirliyinin İsrail tərəfindən bombalanması
Dəməşq şəhərindəki İran səfirliyinin İsrail tərəfindən bombalanması — 2024-cü il 1 aprel tarixində Suriyanın paytaxtı Dəməşq şəhərində yerləşən İran İslam Respublikasının səfirliyinə İsrail tərəfindən gerçəkləşdirilmiş bombalama hücumu. İran hücuma görə məsuliyyəti İsrail və Amerika Birləşmiş Ştatlarının daşıdığını açıqlayıb. İran mediası bildirib ki, zərbə nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds qüvvələri birləşməsinin yüksək rütbəli komandiri, briqada generalı Məhəmmədrza Zahidi və digər yeddi SEPAH zabiti də daxil olmaqla ümumilikdə 13 nəfər həlak olub. == Arxa plan == 2011-ci ildə Suriyada vətəndaş müharibəsi başlayandan bəri Yaxın Şərqdə bir çox beynəlxalq güclər tərəfindən müxtəlif təyinatlı hava hücumları həyata keçirilib. 2023-cü ilin oktyabr ayında Qəzza bölgəsində başlanmış müharibə bir çox siyasi şərhçilər tərəfindən Suriya vətəndaş müharibəsi zəmnində İran-İsrail münaqişəsinin bir parçası olaraq görülməkdədir. Suriyada məskunlaşmış İran Silahlı Qüvvələrinə mənsub hərbi birləşmələr, Hizbullah və İraq və Əfqanıstandan olan xarici milislər sözügedən hərbi toqquşmalarda aktiv olaraq iştirak etməkdədirlər. 2023-cü ilin 19 fevral tarixində Suriyanın Dəməşq şəhərində yerləşən bir sıra hərbi obyektlər İsrail Hərbi Hava Qüvvələri tərəfindən həyata keçirildiyi ehtimal edilən hava hücumları nəticəsində vurulub və hücumlardan sonra bir sıra yaşayış məntəqəsi də ciddi formada zədələnib. Fevraldakı hücumlarda 5 nəfər həlak olub, 15 nəfər isə yaralanıb. Hücumlar 2023-cü ilin fevral ayında Hizbullahın yüksək rütbəli səhra komandirlərindən biri olan İmad Muğniyənin 2008-ci ildə öldürüldüyü ərazidə baş verib. 2023-cü ilin 7 oktyabr tarixində HƏMAS tərəfindən İsrailə qarşı başladılmış qəfil hərbi əməliyyatlardan sonra İran HƏMAS birliklərini açıq formada dəstəkləyib və nəticədə İsrail və İran arasında növbəti döyüş əməliyyatlarının başladılması üçün zəmin yaranıb.
Farer adalarının Britaniya tərəfindən işğalı
Britaniyalıların Farer adalarını işğalı, (Valentin Əməliyyatı olaraq da tanınır),1940-cı ildə İkinci Dünya Müharibəsi zamanı, Almaniyanın Danimarka və Norveç ərazilərini işğalından dərhal sonra baş vermişdir. Böyük Britanıiya Almaniya tərəfindən tutulmasının qarşısını almaq üçün 1940-cı ilin aprelində əvvəllər Danimarkanın koloniyası olan strateji əhəmiyyətli Farer adalarını işğal etdi. Müharibə bitdikdən az sonra Britaniya qoşunları adaları tərk etdilər. == İşğal == Britaniya qoşunlarının buraya qoşun çıxartdığı zaman Farer adaları Danimarkanın qraflığı statusuna sahib idi. 9 aprel 1940-cı ildə Almaniyanın Danimarka işğalından sonra o zamanlar Admirallığın Birinci Lordu olan Uinston Çörçil 11 apreldə İcmalar Palatasında Farer adalarının britaniyalalılar tərəfindən işğal ediləcəyini elan etdi: “Həmçinin hazırda Danimarkaya aid olan, böyük strateji əhəmiyyətə malik olan və sakinləri bizi qarşılamağa hazır olduqlarını nümayiş etdirən Farer adalarını işğal edirik. Biz Farer adalarını müharibənin bütün çətinliklərindən qorumalı və adaların Almaniyanın təcavüzü nəticəsində düşdüyü köləlikdən azad edilərək Danimarkaya qaytarıla biləcəyi an gələnə qədər dəniz və havada möhkəmlənməliyik. ." Onun çıxışı BBC radiosunda yayımlanıb. Həmin gün Torshavn üzərində səmada Kral Hərbi Hava Qüvvələrinin (KHHQ) təyyarəsi göründü. Aprelin 12-də "Valentin" əməliyyatı başladı: Kral Donanmasının iki esminesi Torshavn limanına gəldi. Onların kapitanları adaların prefekti Karl Ooge Gilbert və Farer parlamenti Loqtinqin rəhbəri Kristian Jurhus ilə görüşdükdən sonra Loqtinqin təcili iclası çağırıldı.
İqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsi
İqtisadiyyatın dövlət tənzimlənməsi — dövlət tərəfindən düzəlişlər etmək və əsas iqtisadi prosesləri qurmaq üçün istifadə olunan tədbirlər və tədbirlər məcmusudur. == Tərifi == BRE-yə görə iqtisadiyyatın dövlət tənzimlənməsi milli maraqların həyata keçirilməsinə, cəmiyyətin sosial-iqtisadi hərəkatının istiqamət və mexanizmlərinin müəyyənləşdirilməsinə yönəlmiş iqtisadiyyatda dövlətin iştirakının formasıdır. == Dövlət tənzimlənməsinin məqsədi == İqtisadiyyatın dövlət tənzimlənməsinin məqsədi — iqtisadi inkişafın təmin edilməsi və cəmiyyətin sabitliyinin qorunması üçün ən əlverişli şərait yaratmaqdır. Bəzi alimlər bu məqsədi ümumi milli məhsulun artım templərinin zəruri təmin edilməsi, işsizliyin azaldılması, qiymətlərin sabitləşdirilməsi və əlverişli xarici iqtisadi siyasətin davam etdirilməsi kimi vəzifələrlə tamamlayırlar. Dövlət aşağıdakılara cavabdehdir: Fiskal siyasət (büdcə, vergilər); Pul siyasəti (nağd pul, kredit bazarının tənzimlənməsi); Xarici ticarətin tənzimlənməsi; Gəlir bölgüsünə nəzarət. == İqtisadiyyatın dövlət tənzimlənməsi mexanizmləri == Büdcə və vergi (fiskal) siyasəti dövlətin vergitutma — dövlət xərclərinin və dövlət büdcəsinin tənzimlənməsi sahəsində fəaliyyətidir. Sabit iqtisadi inkişafın təmin edilməsinə, inflyasiyanın qarşısının alınmasına və əhalinin məşğulluğunun təmin edilməsinə yönəlib. Pul siyasəti iqtisadiyyatda pul kütləsinə nəzarətdir. Onun məqsədi sabit iqtisadi inkişafı dəstəkləməkdir. == İqtisadiyyatın dövlət tənzimlənməsi üsulları == Tənzimləmə üsulları bölünür: inzibati üsul: müəyyən fəaliyyət növlərinin lisenziyalaşdırılması, ixrac və idxal kvotalarının tətbiqi, iş yerləri üçün kvotalar, qiymətlərin dondurulması və s.; hüquqi üsul: norma və qaydalar sistemini müəyyən edən mülki və iqtisadi qanunvericilik; birbaşa üsul: pulsuz və güzəştli subsidiyalar, subvensiyalar, subsidiyalar, əlavə ödənişlər, vergi güzəştləri, güzəştli kreditlər və dövlət zəmanətləri; dolayı metod: pul siyasəti, vergi siyasəti, sosial siyasət, pul siyasəti, gömrük və tarif siyasəti.
Apple tərəfindən birləşdirilən və satın alınanların siyahısı
"Apple" dünyanın ən böyük texnologiya şirkətlərindən biri kimi müxtəlif texnologiya və xidmətlər sahəsində innovativ məhsullar yaratmaq üçün bir çox şirkətləri satın almışdır. Bu satınalmalar əsasən texnologiya təkmilləşdirilməsi, yeni məhsulların inkişafı və mövcud bazar mövqeyinin gücləndirilməsi məqsədilə həyata keçirilmişdir. "Apple"ın proqram məhsullarına "macOS", "iOS", "iPadOS", "tvOS" və "watchOS" əməliyyat sistemləri, "iTunes" media pleyeri, "Safari" veb-brauzeri və iLife media və yaradıcı proqramlar dəsti daxildir. 2024-cü ilin noyabrına olan məlumata görə, "Apple" 100-dən çox şirkəti satın alıb. Alışların faktiki sayı yəqin ki, daha yüksəkdir, çünki "Apple" satınalmalarının əksəriyyətini mətbuat tərəfindən aşkar edilmədikcə açıqlamır. "Apple" iki yarı-səhmli ortaqlıq yaradıb və əvvəllər mövcud olan üç şirkətdə səhm paylarını satın almaq təklifini üç dəfə imtina etmişdir. "Apple" tərəfindən birləşdirilən və satın alınalarının əksəriyyətinin maliyyə təfərrüatlarını açıqlamır. "Apple" tez-tez satınalma barədə detalları açıqlamır və kiçik miqyaslı startapları əldə etməyi üstün tutur. Şirkət texnologiyalarını və məhsul təkliflərini təkmilləşdirmək üçün hər il bir neçə satınalma həyata keçirir. Satınalmalar əsasən süni intellekt, artırılmış reallıq (AR), maşın öyrənməsi, musiqi texnologiyaları və istifadəçi təcrübəsinin inkişafına yönəlib.

"tərəfi" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#tərəfi nədir? #tərəfi sözünün mənası #tərəfi nə deməkdir? #tərəfi sözünün izahı #tərəfi sözünün yazılışı #tərəfi necə yazılır? #tərəfi sözünün düzgün yazılışı #tərəfi leksik mənası #tərəfi sözünün sinonimi #tərəfi sözünün yaxın mənalı sözlər #tərəfi sözünün əks mənası #tərəfi sözünün etimologiyası #tərəfi sözünün orfoqrafiyası #tərəfi rusca #tərəfi inglisça #tərəfi fransızca #tərəfi sözünün istifadəsi #sözlük