* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [ər.] Bir dildən başqa dilə çevirmə (çevrilmə). Sərbəst tərcümə. “Şahnamə” nin tərcüməsi. – Usta Zeynalın dükanında Mirzə qəzəllər oxuyub, sonra oxuduğu qəzəlləri rus dilinə tərcümə edirdi. Ə.Haqverdiyev. [Rüstəm bəy Sofiyaya:] [Ömər Xəyyam] dünyanın hər bir dilinə tərcümə olunmuşdur. Çəmənzəminli.
Azərbaycan dilinin izahlı lüğəti / tərcümə2 ə. bir dildən başqa dilə çevirmə. Tərcümei-hal avtobioqrafiya; bioqrafiya.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / tərcümə3 bu, orijinal və tərcümənin dil elementləri arasında və obrazlar sistemində struktur, yaxud funksional dəyişikliklərin aparılma situasiyasıdır. Burada - tərcümədə funsional əvəzləmə üslubi (yer dəyişmələrin) köməyi sayəsində əldə edilir.
İzahlı tərcüməşunaslıq terminləri lügəti / tərcümə4 dil mətninin yenidən kodlaşdırılmasıdır ki, bu zaman onun dil obrazı və üslubi forması yaranır. Tərcümə bir mətnin invariantının digərinə keçidi deməkdir ki, bu zaman orijinalın üslubi və digər spesifik xüsusiyyətlərinin maksimal dərəcədə qoru- nub saxlanılması zəruridir. Bunun nəticəsində tərcümə affrimativ olur və mətnlərarası (metamətn) əlaqə xarakteri kəsb edir. Nəzərə alsaq ki, dillər, üslublar və mədəniyyətlər arasında fərqlər mövcuddur, orijinalın zamanı hərfi səviyyədə realizə oluna bilməz, yalnız ekvivalentlik (modelləşmə) prinsipi əsasında gercəkləşməlidir. Bu mənada tərcüməçilik fəaliyyəti yaradıcılıq variantı, yaxud eksperimental yaradıcılıq kimi özünü göstərir.
İzahlı tərcüməşunaslıq terminləri lügəti / tərcümə5 1.«Tərcümə» insanın nitq-dil fəaliyyətinin mürəkkəb növlərindən biri. Burada, adətən tərcümə prosesinin özü, ya tərcüməçi fəaliyyətinin şifahi–yazılı mətn, deyimin özünün nəti117 cəsi nəzərdə tutulur. Tərcümə prosesi (və onun nəticəsi) ikidillik şəraitində baş verir ki, bu prosesdə ən azı iki dil iştirak edir, daha doğrusu, dillərarası situasiyada inkişaf edir. Belə olduğu halda, tərcüməni dillər arasında gedən dəyişmə, şifahi və yaxud yazılı mətnin transformasiyası kimi də nəzərdən keçirmək olar ki. Əgər dil cəmiyyətin mövcud kommunikativ təbii sistemidirsə, nitq-kommunikasiya prosesində informasiya otürülməsində dilin fəaliyyətidirsə, deməli, konkret nitq əsərində onun digər dil vasitələrinin köməyi ilə informasiyanın mahiyyətinin verilməsi prosesi gedir. Bu tərifdən definisiyadan başqa tərcüməni həm də bir dildə deyilmiş fikirlərin (hisslərin, emosiyaların) digər dilin vasitələrinin köməyilə verilməsi kimi başa düşməliyik. Yaxud bir dildəki mətndə olan materialın (mənbənin dilində - ilkin dildə) verilməsi, yaxud ikidillik situasiyasında gedən dil-nitq kommunikasiya prosesidir. Daha doğrusu, bu bir ( söz, termin ifadələrin) situasiyadır ki, kommunikativ fəaliyyəti ikidillilik şəraitində həyata keçirən tərcüməçi eyni zamanda alınmış informasiyanı iki müxtəlif işarə sistemli kodlar vasitəsi ilə yenidən kodlaşdırır. Buna görə də tərcümə prosesini həm də ikidillilik şəraitində psixolinqvistik fəaliyyətin mürəkkəb növü kimi nəzərdən keçirmək olar. 2. Tərcümə dil fəaliyyəti növlərindən biri kimi bir dildə deyilmişlərin digər dilin vasitələri ilə yetkin və adekvat şəkildə verilməsidir. Adekvat və yetkin, tam tərcümə əslin (orijinalın) məzmun və keyfiyyətlərini, onun bütün struktur xüsusiyyətlərini, üslubunu, leksika və qrammatikasını, tərcümə dilində bütün cəhətləri ilə düzgün, dəqiq və tam şəkildə verilməsini nəzərdə tutur. 3. Tərcümə hər hansı mətnin, yaxud şifahi nitqin digər dilin - ikinci bir dilin köməyi ilə verilmə prosesidir. 4. Tərcümə mətnin (yaxud şifahi nitqin) bir dildən digər dilə keçirilməsi deməkdir. 5. Tərcüməçinin fəaliyyətinin nəticəsi mətndir. 6. Tərcümə (tərcümə prosesi) bir dildə deyilmiş fikirlərin (hiss və emosiyaların) digər dilin vasitələri ilə verilməsidir. 7. Tərcümə bir dildə ifadə olunmuşların digər dilin vasitələri ilə verilməsidir. 8. Hər bir konkret əsərdə olan informasiyanın digər dilin vasitələri ilə verilmişdir. 9. Eyni dəyərə malik informasiyanın bütün dolğunluğu ilə ötürülməsidir. 10. Hər hansı bir konkret dildə verilmiş şifahi, yaxud yazılı mətnin digər dildəki məntdə (şifahi, yaxud yazılı) dillərarasında dəyişilməsi, yaxıd transformasiyası prosesidir. 11. Bir mətnin materialında (mənbənin dilində - ilkin dildə) olanın digər dildə (tərcümə dilində) mətn materialı ilə verilməsidir. 12. İkidillilik şəraitində gedən nitq-dil komminikasiya prosesidir. 13. Mənbəni verənin və qəbul edənin kodları uyğun gəlmədiyi hallarda, istifadə olunan komminikasiya komponentlərinin ikiləşməsini nəzərdə tutan nitq fəaliyyəti növüdür. 14. Tərcümə mətnə daxil olduqda bir dildə olan informasiyanın ilkin dildə işlənib hazırlanması prosesidir. 15. Digər dildə elə ifadə vasitələrinin axtarılıb tapılmasıdır ki, nəinki onlar konkret mətndə çeşidli informasiyanın verilməsini təmin edir, həm də yeni mətnin ilkin mətnə formaca (daxili və xarici) tam uyğun gəlməsidir ki, bu bədii məntin tərcüməsinin digər dildə hələ sabit anlyış və ifadələrə malik olmadığı zaman zəruri hala çevrilir. 16. İkidillilik situasiyasında nitq-dil ünsiyyəti prosesində bir dildə daxil olan informasiyanı ilkin mətnin məzmun və formasını tam şəkildə qorumaqla, digər dilin vasitələri ilə verən informasiya prosesi. 17. Dillərarası kommunikasiya üçün zəruri olan məlumatın verilməsi və qəbuluna istiqamətlənmiş nitq-dil fəaliyyəti. 18. Orijinaldakı gerçəkliyi yenidən yaradan proses. 19. İki dil vahidlərinin uyğunluğu invariant mənaların köməyi ilə müəyyənlişdirilir. 20. Tərcümə nəinki orijinalda (əsldə) olanı verməlidir, həm də onun necə ifadə olunmasını göstərməlidir. 21. İki və daha artıq dillərin onların semantik vahidləri arasında, adətən, ikidilli - leksikoqrafiya, müqayisəli sematik tədqiqatlar və s. üçün semantik uyğunluğun axtarılması məqsədilə aparılan iş. 22. Tərcümə elə bir dil əməliyyatıdir ki, burada bir dildə olan mətnin digər dildə olan məntlə əvəzlənməsi prosesi baş verir. Tərcümə bir dildə olan materialın (ilkin dildə) digər ekvivalentidir. 23. Tərcümə ilkin dilin mətninə ekvivalent olan materialın mümkün qədər orijinalın məzmun və üsulubi cəhətlərinin tərcümə dilində mətndə işlənməsi və reallaşma prosesidir. Tərcümə bölünmüş, parçalanmış iki fazanın düşünmə prosesini (bu zaman tərcüməçi ilkin mətni onun məna və üslubi intensiyalarını təhlil edərək) və dili rekonstruksiyası fazasını birləşdirir ki, burada ilkin mətn kommunikativ ekvivalentliyin ən optimal tələbləri nəzərə alınır, tərcüməçi onu öz dilində yaradır. 24. Tərcümə dillərarası və mədəniyyətlərarası komminikasiyadır və təkistiqamətli və iki fazalı prosesdir ki, burada ilkin mətnin məqsədəuyğunun təhlili zamanı onu digər dil və mədəni mühitdə əvəz edən ikinci mətn (metamətn) yaranır. 25. İlkin məntinin ünsiyyət səmərəsini verməyə və iki dil arasındakı fərqlərə, iki mədəniyyət və iki kommunikativ situasiyaya görə Qismən modifikasiyalaşmasını xarakterizə edən proses. 26. Əslin (orijinalın) elə tam verilməsidir ki, hər hansı kənarlaşmaya yol vermədən tam, dolğun şəkildə əvəzləmə aparılmalıdır. 27. İkidillik situasiyasında informasiyanın işlənib verilməsi prosesi. 28. Artıq bir dildə ifadə olunmuşların digər dilin vasitələri ilə ifadə olunması. 29. Yeni əsərlər - mətnlərin təşkili və yaranma növlərindən biri. 30. İki dildəki fərqlər, iki mədəniyyət və iki kommunikativ situasiyadan asılıl olaraq qismən modifikasiya olunan və ilkin mətnin kommunikativ təqdimi ilə xarakterizə olunan proses. 31. Tərcüməni - təkistiqamətli, ikifazalı dillərarası və mədəniyyətlərarası kommunikasiya prosesi kimi müəyyən etmək olar ki, əvvəla onun nəticəsində birinci mətni digər dil və mədəni mühitdə təqdim edən ikinci mətn yaranır və ikinci, orijinalın iki müxtəlif mədəniyyət və iki kommunikativ situasiya ilə fərqlənən kommunikativ səmərənin yenidən yaradılmasına yönələn proses kimi başa düşmək lazımdır. 32. Nitq fəaliyyətinin bir növü kimi onun məqsədi mətnin strukturunun yenidən dəyişdirilməsini nəzərdə tutur ki, nəticə də məzmun planı saxlanılarkən ifadə planı dəyişikliklərə uğrayır. 33. Dillər arasında ünsiyyətdir ki, onun ictimai əhəmiyyəti vasitəli olan ünsiyyətin ikidillilik kommunikasiyanın dolğunluğuna, səmərəliliyinə və təbiiliyinə qədər daha çox yaxınlaşdırmaqdan ibarətdir.
İzahlı tərcüməşunaslıq terminləri lügəti / tərcümə2 I сущ. перевод: 1. выражение, передача какого-л. текста или устной речи средствами другого языка. Tərcümə nəzəriyyəsi теория перевода, orijinaldan tərcümə перевод с оригинала 2. текст (или устная речь), переведённый с одного языка на другой. Bədii tərcümə художественный перевод, poetik tərcümə поэтический перевод, sərbəst tərcümə вольный перевод, sətri tərcümə подстрочный перевод, hərfi tərcümə буквальный (дословный) перевод, Azərbaycan dilindən rus dilinə tərcümə перевод с азербайджанского языка на русский II прил. 1. переводный (переведённый с какого-л. языка). Tərcümə ədəbiyyatı переводная литература; пед. tərcümə üsulu переводный метод 2. переводческий (относящийся к переводу, связанный с переводом). Tərcümə işləri переводческие дела, tərcümə problemləri переводческие проблемы (проблемы перевода), tərcümə mərkəzi переводческий центр, tərcümə etmək переводить, перевести; tərcümə olunmaq переводиться, быть переведённым
Azərbaycanca-rusca lüğət / tərcümə1 i. translation; şifahi ~ oral translation; Azərbaycan dilindən ingilis dilinə ~ translation from Azerbaijani into English; ~ etmək to translate (d.); şifahi ~ etmək to interpret (d. from into) ingilis dilindən Azərbaycan dilinə ~ etmək to translate from English into Azerbaijani
Azərbaycanca-ingiliscə lüğət / tərcümə1 is. traduction f ; şifahi ~ interprétation f ; Azərbaycan dilindən fransız dilinə ~ traduction de l’azerbaïdjanais en français ; ~ etmək traduire vt ; şifahi ~ etmək interpréter vt
Azərbaycanca-fransızca lüğət / tərcümə1 [ər.] сущ. таржума, перевод, са чӀалай маса чӀалаз элкъуьрун.
Azərbaycanca-ləzgicə lüğəti / tərcümə