Tərcüman sözü azərbaycan dilində

Tərcüman

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Tərcüman • 74.1573%
  • tərcüman • 22.4719%
  • TƏRCÜMAN • 3.3708%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Tərcüman (qəzet)
"Tərcüman" qəzeti (krımtat. ترجمان‎, rus. Переводчик) — 1883–1918-ci illərdə Krımın Bağçasaray şəhərində nəşr olunan qəzet. == Tarixi == 1879-cu ildə Krım türklərinin dilində ilk qəzet buraxmaq üçün təşəbbüs göstərən İsmayıl bəy Qasprinski Həsən bəyə məktub yazıb "Tərcüman" adlı qəzet nəşr etmək üçün ona xeyir-dua verməsini və qəzetin idarə olunmasına rəhbərlik etməsini xahiş etmişdi. İsmayıl bəy Qasprinskiyə məsləhət görürdü ki, qəzetdə ərəb və fars sözlərindən, eləcə də Krımda başa düşülən spesifik sözlərdən uzaq olunsun.[mənbə göstərin] == Haqqında == "Tərcüman"ın hər səhifəsi, hər cümləsi türk dünyasını, xüsusən, Rusiyada yaşayan müsəlman türklərini cəhalətdən oyanmağa, özünüdərkə, maarifə, elmə, haqları uğrunda savaşa səsləyirdi. Ona görə də İsmayıl bəy Qasprinski müasirləri tərəfindən türk dünyasının hər yerində, eləcə də Azərbaycanda görkəmli maarifçi kimi təqdim edilmiş, ondan yüksək ehtiramla bəhs etmişlər. "Tərcüman" hər nüsxəsində öz məsləyini belə ifadə edir: "Türk, Tatar, Azərbaycan, Kumuk, Noqay, Başqırd, Özbək, Sart, Tarança, Kaşğari, Türkmən və sair adlarla bilinən türk qövmlərinin cümləsi arasında yayılmış və məlum olan "Tərcüman", müsəlmanlar arasında maarifin intişarına və İslam məktəblərinin islahına çalışır. Sadə və açıq hər kəs anlayacaq surətdə qələm işlədir"."Tərcüman" qəzeti nəşrə başladığı 1883-cü ildən 1903-cü ilə qədər Rusiya müsəlmanları kimi Azərbaycan türklərinin də yeganə mətbu orqanı olmuşdur. Mənbələr göstərir ki, Azərbaycan ziyalıları "Tərcüman"a abunə yazılmış, uzun müddət bu qazetə "yeganə milli qida" kimi baxmışlar. Çünki Qasprinskinin naşiri olduğu "Tərcüman" qəzeti, öndəri olduğu üsuli-cədid hərəkatı, geniş, çoxşaxəli maarifçilik çalışmaları digər Rusiya müsəlmanları kimi Azərbaycan türkləri ilə də sıx bağlı olmuş, onların özünüdərkinə xidmət etmişdir.
Tərcüman (qəzet, Türkiyə)
Tərcüman—26 may 1955-ci ildən Türkiyədə, İstanbul şəhərində nəşr edilən gündəlik qəzet. Çukurova Holdinq şəbəkəsinin xətti ilə gün işığı görür. İlk baş redaktoru Cihad Baban idi.10 oktyabr 1961-ci ilədə "Hadisələrlə Tərcüman" adıyla çıxdı.Qəzetin qurucuları Kemal İlıcak, Sadettin Çulcu və Ünal Sakmandır. İlk dönəm yazarları isə Yaqub Qədri Qaraosmanoğlu, Yaşar Nabi Nayır, Kadircan Kaflı, Əhməd Kabaklı, Tarık Buğra, Uğur Reyhan, Rauf Tamer, Ergun Göze, Reşat Ekrem Koçu, Murat Sertoğlu, Mukbil Özyörük, Ali Rıza Alp, Güneri Cıvaoğlu, Nazlı İlıcak, Yavuz Donat, Ertuğrul Yeşiltepe və Ünal Sakmandır. Semih Balcıoğlunun karikaturları da qəzetdə çap olunmuşdur. İdman servisinde Necmi Tanyolaç, Atilla Gökçe, Orhan Ayhan, və Ali Gümüş də vardı.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.27 dəfə / 1 mln.
2003 •••••••••••••••••••• 3.54
2004 •••••••• 1.35
2005 •••••••• 1.35
2006 ••• 0.45
2007 •• 0.21
2009 0.16
2010 •• 0.18
2013 0.15
2015 0.17
2020 •••••• 0.93

tərcüman sözünün leksik mənası və izahı

  • 1 is. [ər. “tərcümə”dən] köhn. 1. Tərcüməçi. Həmin məsələlərdən birisi də sabiq alman konsulxanası tərcümanlarından Əbülfət mirzənin evini axtarmaq və bəzi məsələləri aydın etməkdən ibarət idi. M.S.Ordubadi. 2. məc. İfadə edən, bildirən, əks etdirən. [M.F.Axundzadə] ədəbiyyatı öz duyğularının, öz məfkurələrinin bir tərcümanı kimi tanıyır, … “sənət həyat üçündür” prinsipini irəli sürürdü. C.Cabbarlı.

    Azərbaycan dilinin izahlı lüğəti / tərcüman

tərcüman sözünün sinonimləri (yaxın mənalı sözlər)

tərcüman sözünün rus dilinə tərcüməsi

  • 1 драгоман (переводчик при консульствах на востоке)

    Azərbaycanca-rusca lüğət / tərcüman
  • 2 I сущ. 1. устар. драгоман (переводчик при европейском дипломатическом или консульском представительстве, преимущественно в странах Востока) 2. перен. выразитель (тот, кто выражает чьи-либо интересы, чьи-либо желания, мнения). Duyğuların tərcümanı выразитель чувств, qabaqcıl ideyaların tərcümanı выразитель передовых идей II прил. драгоманский

    Azərbaycanca-rusca lüğət / tərcüman

tərcüman sözünün inglis dilinə tərcüməsi

tərcüman sözünün fransız dilinə tərcüməsi

tərcüman sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər. “tərcümə”dən] сущ. куьгьн. 1. са чӀалай маса чӀалаз элкъуьрдай, таржума ийидай кас, гафладдай кас; 2. пер. чирдайди, къалурдайди.

    Azərbaycanca-ləzgicə lüğəti / tərcüman

tərcüman sözünün türk dilinə tərcüməsi

tərcüman sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

ə. 1) tərcüməçi, mütərcim, dilmanc; 2) izah, təfsir, şərh; 3) m. birisinin məqsəd və məramını ifadə edən vasitə; ifadəçi.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

"tərcüman" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#tərcüman nədir? #tərcüman sözünün mənası #tərcüman nə deməkdir? #tərcüman sözünün izahı #tərcüman sözünün yazılışı #tərcüman necə yazılır? #tərcüman sözünün düzgün yazılışı #tərcüman leksik mənası #tərcüman sözünün sinonimi #tərcüman sözünün yaxın mənalı sözlər #tərcüman sözünün əks mənası #tərcüman sözünün etimologiyası #tərcüman sözünün orfoqrafiyası #tərcüman rusca #tərcüman inglisça #tərcüman fransızca #tərcüman sözünün istifadəsi #sözlük