* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [ər.] 1. Sınama, sınaq, yoxlama. Təcrübə uçuşu. Təcrübə müddəti. Təcrübə məşğələləri. – Bu ildən təcrübə üçün xüsusi bir sahədə əkməyə icazə verdilər. M.Rzaquluzadə. □ Təcrübə etmək (aparmaq) – təcrübə yolu ilə yoxlamaq, sınamaq. Yeni buğda növü üzərində təcrübə aparmaq. – İndi … addımlayan ekskavatorla yükləməyi də təcrübə etmək pis olmazdı. Ə.Sadıq. Təcrübədən çıxmaq – yoxlanmaq, sınanmaq. Təcrübədən çıxmış – təcrübəli, bərkdənboşdan çıxmış, sınaqdan çıxmış, sınanmış. Bir para təcrübədən çıxmış dovşanlar çarpaz yolla qaçaraq tazıları çaşdırar, arabir də vaz atardılar. H.Sarabski. Təcrübədən keçirmək – yoxlamaq, sınamaq. Məhsuldar pambıq növünü təcrübədən keçirmək. 2. Tədqiq etmək üçün hər hansı bir hadisəni süni surətdə yaradılmış şəraitdə təkrar etmə; elmi bilikləri laboratoriya yolu ilə yoxlama. Təcrübə gözlənilən nəticəni vermədi. Alimin apardığı təcrübələr müsbət nəticə verdi. – [Yaşarın] bu axırıncı təcrübəsindən bir şey çıxarsa, bütün kimya elmində bir inqilabdır… C.Cabbarlı. Bir ay sonra Murad klinik təcrübəsini yarımçıq buraxıb, Bakıya getdi. Çəmənzəminli. 3. Həyatdan, praktiki fəaliyyətdən və s.-dən əldə edilmiş biliklərin, vərdişlərin məcmusu. İstehsalat yenilikçilərinin təcrübəsi. Həyat təcrübəsi. – [Məşədi Həsən:] Şəxs dünyada nə qədər ömür etmiş olsa, bir eylə onun təcrübəsi artıq olar. Ə.Haqverdiyev. // Keçmişdə olmuş, işdə, həyatda yoxlanmış, sınanmış, əvvəllər təsadüf olunmuş şey. Şəxsi təcrübənin nəticəsi. – Özümə görə də təcrübə hasil eləmişəm. C.Məmmədquluzadə. 4. Adamların, cəmiyyətin yaşaması üçün lazım olan şəraiti yaratmağa yönəldilmiş fəaliyyətin məcmusu; praktika. Nəzəriyyənin təcrübəyə təsiri. 5. Hər hansı nəticələrin, müddəaların praktik işdə tətbiqi və yoxlanması. Səmərələşdirici təklifləri təcrübədə tətbiq etmək. 6. Hər hansı bilik və vərdişlərin işdə tətbiq edilməsi, bir işi yaxşı mənimsəmək üçün müntəzəm məşğul olma, təlim keçmə. Gənc fəhlə birillik təcrübədən sonra usta oldu. – Keçən illərin təcrübəsi göstərmişdi ki, çoxlu pambıq götürmək üçün birinci şərt torpağı əvvəlcədən hazırlamaqdır. İ.Əfəndiyev. // Tələbələrin, şagirdlərin və b.-nın nəzəri biliklərinin, tədris prosesinin tərkib hissəsi kimi işdə tətbiqi və sabitləşməsi. Tələbələrin pedaqoji təcrübəsi. İstehsalat təcrübəsi.
Azərbaycan dilinin izahlı lüğəti / təcrübə4 \ –fəlsəfədə ənənəvi mənada xarici aləmin hissi empirik inikası. Təcrübə hər cür biliyin yeganə məmbəyidir \. Təcrübə, sınaq və türkiyə türkcəsindən yeni daxil olan deneyim kəlmələri dilimizdə demək olar ki, eynihüquqlu sözlərdir. Təcrübə sözünün fəlsəfi terminologiyada eksperiment kimi xarici ekvivalenti də mövcuddur.
Fəlsəfə terminlərinin izahlı lüğəti / təcrübə5 1) sınama, sınaq, yoxlama. Məsələn, təcrübə müddəti, təcrübə məşğələləri; 2) praktika, ixtisas üzrə iş aparma, çalışma; 3) elmi təcrübə, sınaq, eksperiment, praktika, səriştə; 4) obyektiv kerçəkliyin hissəsi – empirik praktikaya əsaslanan dərgi; bilik və bacarığın, vərdişlərin vəhdəti.
Elmi̇ fəali̇yyətdə i̇sti̇fadə olunan əsas termi̇nlər / təcrübə1 Ərəbcədir, bizdə görənək sözü işlədilib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / təcrübə3 1. TƏCRÜBƏ (elmi təcrübə, sınaq və s.) [Toğrul:] Srağagün təcrübə aparır, mən də baxıram (C.Cabbarlı); EKSPERİMENT Professor: Bu eksperimenti mütləq bir də keçirmək lazımdır (H.Abbaszadə); SINAQ (bax). 2. TƏCRÜBƏ Dur təcrübənizdən., danış.. (M.İbrahimov); SƏRİŞTƏ [Zübeydə:] Ticarətdə səriştəsi var, dövləti var (M.F.Axundzadə). 3. TƏCRÜBƏ, PRAKTİKA Bizim Müdhət sizin şəhərə praktikaya gəlir (C.Məmmədquluzadə).
Azərbaycan dilinin sinonimlər lüğəti / təcrübə1 TƏCRÜBƏ – NƏZƏRİYYƏ Mən bu xüsusiyyəti bircə dəfə sizdə təcrübədən keçirtdim (M.S.Ordubadi); Nəzəriyyə təcrübəsiz kordur (“Fəlsəfənin əsasları”).
Azərbaycan dilinin antonimlər lüğəti / təcrübə2 I сущ. 1. опыт: 1) совокупность знаний, навыков и т.п., вынесенных из жизни, практической деятельности и т.п. Zəngin həyat təcrübəsi богатый жизненный опыт, təcrübə mübadiləsi обмен опытом 2) то, что уже имело место, что уже было испытано на практике, в жизни, с чем приходилось встречаться. Şəxsi təcrübə личный опыт, təcrübədən bilmək знать по опыту, пед., псих. təcrübənin ümumiləşdirilməsi обобщение опыта 3) воспроизведение какого-л. явления или наблюдение нового явления в определенных условиях с целью изучения, исследования; эксперимент. Təcrübə aparmaq проводить (ставить) опыты, psixoloji təcrübə keçirmək провести психологический опыт 2. практика: 1) филос. вся совокупность деятельности людей, направленной на освоение и преобразование природы и общества, составляющая движущую силу развития общества и человеческого познания. Nəzəriyənin təcrübəyə təsiri влияние теории на практику 2) жизнь, действительность как область применения и проверки каких-л. выводов, положений. Səmərələşdirici təklifləri təcrübədə tətbiq etmək применять рационализаторские предложения на практике 3) применение каких-л. знаний, навыков на деле, систематическое упражнение в чём-л. Birillik təcrübə годичная практика 4) применение и закрепление на деле теоретических знаний (студентов, учащихся и др.) как составная часть учебного процесса. Tələbələrin pedaqoji təcrübəsi педагогическая практика студентов, istehsalat təcrübəsi производственная практика, diplomqabağı təcrübə преддипломная практика II прил. 1. опытный: 1) предназначенный для ведения опытов. Təcrübə ləki опытная делянка; təcrübə hovuzu опытный бассейн 2) производимый с целью испытания, пробы. Təcrübə uçuşu опытный полёт 3) пробный, экспериментальный. Dəzgahların təcrübə nümunələri опытные образцы станков 2. практический. Təcrübə məşğələləri практические занятия 3. пробный. Təcrübə sahəsi: 1) лес. пробная площадь: 2) опытный участок; təcrübə aparmaq проводить, ставить опыты; təcrübəsi olmaq иметь опыт. Pedaqoji iş təcrübəsi olmaq иметь опыт педагогической работы; təcrübədən keçirmək nəyi испытывать, испытать что; təcrübədən çıxmaq выдержать испытание
Azərbaycanca-rusca lüğət / təcrübə1 I. i. 1. experiment; test; probation; ~ qoymaq / aparmaq to experimentalize, to experiment; to take* / to carry out / perform an experiment; elmi ~ a scientific experiment; ~ keçmək to pass a probation; ~də olmaq to be* on probation; 2. experience; həyat ~si knowledge of life; müharibə ~si experience of war; döyüş ~si battle experience; ~dən bilmək to know* by experience II. s. experiment, experimental; ~ stansiyası experiment station; ~ təsərrüfatı an experimental farm
Azərbaycanca-ingiliscə lüğət / təcrübə1 is. expérience f, essai m, épreuve f ; ~ qoymaq expérimenter vt, essayer vt, tester vt ; ~ keçmək suivre un stage
Azərbaycanca-fransızca lüğət / təcrübə1 [ər.] сущ. тежриба; синагъ; юхламишун; təcrübə etmək (aparmaq) тежриба авун (тухун), тежрибадин рекьелди юхламишун, синагъ авун; təcrübədən çıxmaq тежрибадай акъатун, юхламишнаваз хьун, синагъ авунваз хьун; təcrübədən çıxmış тежрибадай (синагъдай) акъатнавай, тежрибалу; təcrübədən keçirmək тежрибадай акъудун, синагъ авун, юхламишун; // тежрибадин.
Azərbaycanca-ləzgicə lüğəti / təcrübə