tərpətmək sözü azərbaycan dilində

tərpətmək

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • tərpətmək • 92.4138%
  • Tərpətmək • 6.8966%
  • TƏRPƏTMƏK • 0.6897%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.33 dəfə / 1 mln.
2003 •••••••••• 0.39
2010 •••••••••••• 0.45
2011 ••••••••••••••••• 0.69
2012 ••••••••• 0.34
2013 •••• 0.15
2014 ••••••••••••• 0.51
2016 •••••••••••••••••• 0.69
2017 •••••••••••••••••••• 0.81
2019 ••••••••••• 0.42
2020 •••••••••• 0.40

tərpətmək sözünün leksik mənası və izahı

  • 1 f. 1. Hərəkətə gətirmək, hərəkət etdirmək; qımıldatmaq. Kərim baba sükut ilə başını tərpətdi. A.Şaiq. [Rəşid] ani olaraq uzun kirpiklərini döyərək qara, nazik qaşlarını tərpətdi. M.İbrahimov. // Əsdirmək, titrətmək, laxlatmaq, yerindən oynatmaq. Basdırılmış ağacı tərpətmək olmaz. 2. Hərəkətə gətirmək, getmək üçün hərəkət etdirmək. Faytonçu atları tərpətdi. Ə.Haqverdiyev. Ayaz atı tərpədib həyətdən çıxdı. Ə.Məmmədxanlı.

    Azərbaycan dilinin izahlı lüğəti / tərpətmək

tərpətmək sözünün rus dilinə tərcüməsi

  • 1 двигать, шевелить, ворочать, колебать, качать

    Azərbaycanca-rusca lüğət / tərpətmək
  • 2 глаг. 1. шевелить, шевельнуть: 1) коснувшись чего-л., привести в лёгкое движение что-л. Külək yarpaqları tərpədirdi ветер шевелил листья 2) слегка двинуть чем-л. Dodaqlarını tərpətmək шевелить губами; at qulaqlarını tərpətdi лошадь шевельнула ушами 3) перен. расшевелить (побудить к деятельности, вывести из состояния вялости). Camaatı tərpətmək lazımdır нужно расшевелить людей 2. трогать, тронуть: 1) прикоснуться ч ем-л., побуждая к движению или ускоряя движение. Atları tərpətdi он тронул лошадей 2) tərpət, tərpədin трогай, трогайте (употребляется как приказание водителям машины, ямщику и т.п.) 3. шатать, расшатывать, расшатать. Stolu tərpətmək шатать стол, dirəyi tərpətmək шатать столб; dişini tərpətmək шатать зуб 4. двигать, двинуть: 1) переместить, толкнув. Pianonu tərpətmək двинуть пианино 2) сделать движение, пошевелить частями тела. Barmaqlarını tərpətmək двигать пальцами; çiyinlərini tərpətmək двигать плечами ◊ dil tərpətmək замолвить словечко за кого -, за что-л.

    Azərbaycanca-rusca lüğət / tərpətmək

tərpətmək sözünün inglis dilinə tərcüməsi

  • 1 f. 1. to move (d.); əlini / ayağını ~ to move one’s hand / leg; (hərəkətə gətirmək) to set* in motion (d.), to set* going (d.); 2. to shake*; başını ~ to shake* one’s head; Partlayış evi tərpətdi The explosion shook the house

    Azərbaycanca-ingiliscə lüğət / tərpətmək

tərpətmək sözünün fransız dilinə tərcüməsi

tərpətmək sözünün ləzgi dilinə tərcüməsi

  • 1 гл. 1. юзурун; агъурун; // зурзурун, къарсурун, гъуьргъуь авун, бушарун; 2. юзурун, гьерекатдиз гъун, гьерекат ийиз тун.

    Azərbaycanca-ləzgicə lüğəti / tərpətmək

"tərpətmək" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#tərpətmək nədir? #tərpətmək sözünün mənası #tərpətmək nə deməkdir? #tərpətmək sözünün izahı #tərpətmək sözünün yazılışı #tərpətmək necə yazılır? #tərpətmək sözünün düzgün yazılışı #tərpətmək leksik mənası #tərpətmək sözünün sinonimi #tərpətmək sözünün yaxın mənalı sözlər #tərpətmək sözünün əks mənası #tərpətmək sözünün etimologiyası #tərpətmək sözünün orfoqrafiyası #tərpətmək rusca #tərpətmək inglisça #tərpətmək fransızca #tərpətmək sözünün istifadəsi #sözlük