qov sözü azərbaycan dilində

qov

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • qov • 89.4118%
  • Qov • 9.4118%
  • QOV • 1.1765%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Qov göbələyi
Qız-qov
Dəfnəyarpaq qovaq
Dəfnəyarpaq qovaq (lat. Populus laurifolia) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin qovaq cinsinə aid bitki növü. == Ümumi yayılması == Növün arealı Qərbi və Şərqi Sibiri, Qazaxıstanı, Monqoliyanı, Çinin şimal rayonlarını əhatə edir. Mədəni şəraitdə Rusiyada yayılmışdır. == Botaniki təsviri == Hündürülüyü 10–20 (25) m, çadırvari çətirli ağacdır. Zoğları və cavan budaqları sarı və ya sarımtıl-qonur, üç uzunsov qanadvari buğumludur. Yaşlı ağaclarda gövdənin aşağı hissəsində dərin yarıqlı, tünd bozdur; yaşlı budaqlarda yaşılımtıl-qonur, hamardır. Tumurcuqları uzunsov-yumurtavari, iti, uzunluğu 1–2 sm, yapışqanlıdır. Yarpaqları bünövrəsində yumru, ucunda biz, kənarları xırda dişli, zoğlarda yarpaq ayası ensiz, lansetvari; budaqlarda-yumurtavari və ya uzunsov, uzunluğu 6–15 sm, eni 2–7 sm-dir. Saplaqların uzunluğu 6 sm-dir, silindrik, üstü çıxıntılıdır.
Dəniz qovuqları
Dəniz qovuqları (Cystoidea) - dərisitikanlıların nəsli kəsilmiş ən primitiv sinfi. Skelet fincan, braxiola və saplaqdan ibarətdir. Kürəvi və ya yumurtavari fincan nizamsız, bəzən nizamlı yerləşən möhkəm bitişmiş məsaməli lövhəciklərdən ibarətdir. Heyvanın bədəni qısasaplaqlı, yaxud saplaqsız, kürə və ya kisəşəkilli qılafda və ya tekada yerləşir. Əsl dəniz heyvanları olub, bentos həyat sürmüş və saplaqla və ya fincanın alt hissəsilə substrata bitişirdilər. Bəziləri dibdə sərbəst uzanırdı. Lövhəciklərin məsamə sisteminə görə iki yarımsinifə bölünür: Diploporata (Ordovik-Devon) və Rhombifera (Ordovik — Silur). Ordovik-devon. == Həmçinin bax == Dərisitikanlılar Heyvan == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press.
Feyzulla mirzə Qovanlı-Qacar
Feyzulla Mirzə Qovanlı-Qacar (15 dekabr 1872, Şuşa – 1920, Bakı) — Qacar şahzadəsi, çar ordusunun və Azərbaycan Xalq Cümhuriyyəti Milli ordusunun hərbçisi, general-mayor. Qacar sülaləsinin varisi. == Həyatı == Şahzadə Mirzə Feyzulla Qacar 1872-ci ilin dekabrın 15-də Azərbaycanın Şuşa şəhərində anadan olub. İranda taxt-tac sahibi olan Qacarlar soyundan olan Şəfi xan Qacarın (1853–1909) tək oğlu idi. Ümumi təhsilini Tiflis müdavim korpusunda alıb. Hərbi xidmətə 1891-ci ilin avqustun 30 Nikolayevsk süvari peşə məktəbinə təhkim olaraq başlayıb. Peşə məktəbini bitirdikdən sonra 1893-cü ilin avqusutun 7-i kornet rütbəsində 43-cü Tver draqun alayına göndərilir. == Hərbi karyerasının başlanğıcı == 1899-cu ilin martın 15-i leytenant rütbəsi alır. 1901-ci ilin 20 noyabrında alayın silahdar və sıraxarici komanda rəisi vəzifəsinə təyin olunur. 1903-cü ilin martın 15-də qərargah rotmistri rütbəsini alır.
Firudin mirzə Qovanlı-Qacar
Firudin mirzə Seyfulla mirzə оğlu Qovanlı-Qacar-Şahzadə-kapitan, Seyfulla mirzə Qovanlı-Qacarın oğlu == Həyatı == Şahzadə Firudin Mirzə 1890-cı ildə Tiflisdə anadan olub. Birinci Dünya Müharibəsi illərində general Doxturovun komandanlıq etdiyi altmış altıncı Butırsk süvari alayında xidmət edib. 1916-cı ildə döyüşlərdə fərqləndiyinə görə üçüncü dərəcəli "Müqəddəs Anna" ordenilə (qılınc və bantla birgə) təltif olunub. 1919-cu il fevralın 23-dən Azərbaycan Milli ordusunda kapitan rütbəsilə xidmətə başlayıb. 1920-ci il aprelin 28- də Bakıda bolşevik-daşnak qoşunları ilə döyüşdə qəhrəmanlıqla həlak olub.
Firuzə xanım Qovanlı-Qacar
Firuzə xanım Qovanlı-Qacar — Şuşadan gəlmiş, peşəkar akademik fortepiano təhsili almış, ilk azərbaycanlı peşəkar qadın pianoçu. == Həyatı == Firuzə xanım Tiflisdə İmperator, sonralar Azərbaycan Xalq Cümhuriyyəti Ordusunun polkovniki olan şuşalı Seyfulla mirzə Qovanlı-Qacarın ailəsində anadan olub. Ailənin ən böyük övladı olub. Seyfulla mirzənin həyat yoldaşı Ruxsarə xanım Qafqaz Müsəlman Qadınları Xeyriyyə Cəmiyyətinin üzvü idi və yüksək təhsilli qadın idi. O, rus, fransız və fars dillərini bilir, ədəbiyyat və musiqiyə xüsusi maraq göstərirdi. Seyfulla Mirzənin evində müxtəlif alman istehsalı üç royal var idi ki, onları Ruxsarə xanım mütəmadi olaraq çalırdı. Ruxsarə xanım uşaqlara fortepiano dərsi də verirdi. Bu evdə çox tez-tez musiqi məclisləri təşkil olunurdu və buraya təkcə onların qohumları deyil, həm də fortepiano musiqisinin pərəstişkarları da dəvət edilirdilər. Seyfulla mirzə ilə Ruxsarə xanımın oğlu Əlixan mirzə musiqiyə həvəs göstərməmiş, bacısı Firuzə xanım isə musiqiyə həvəs göstərərək, həyatını musiqiyə həsr etmək qərarına gəlir. === Musiqi təhsili === Firuzə xanım əvvəlcə Tiflisdə, sonra isə Peterburq Konservatoriyasında musiqi təhsili alıb.
Fərhad mirzə Qovanlı-Qacar
Fərhаd mirzə Abbas mirzə оğlu Qovanlı-Qacar Qacar şahzadəsi, vali == Həyatı == Fərhаd mirzə Abbas mirzə oğlu 1818-ci ildə Kirman şəhərində аnаdаn оlmuşdu. Müкəmməl sаrаy təhsili görmüşdü. Mötəmədəddövlə ləqəbi dаşıyırdı. Аtаsı ilə birgə Herat yürüşündə iştirak etmişdi. Qəzvində yаşаmışdı. Ərdаlаnın hakimi оlmuşdu. Аvrоmаnı fəth etmişdi. Qаrdаşının hakimiyyəti dönəmində Fars əyаlətinə bаşçılıq etmişdi. 1876-cı ildə Fars əyаlətinə yenidən hakim təyin edildi. Müqəddəs Məkkəyi-müкərrəmi ziyаrət etmişdi.
Fətullah mirzə Qovanlı-Qacar
Fətullah mirzə Fətəli şah oğlu Qovanlı-Qacar (1811, Tehran – 1869, Tehran) — Qacar şahzadəsi, vali. == Həyatı == Fətəli şahın оtuzbеşinci оğlu Fətullah mirzə (anası Fatimə xanım) 1811-ci ildə anadan оlmuşdu. Saray təhsili almışdı. Şüaəssəltənə ləqəbi almışdı. Zəncan və Həmədan əyalətlərinin valisi оlmuşdu. Fətullah mirzə 1870-ci ildə vəfat еdib. == Ailəsi == Fətullah mirzənin Şükuhəssəltənə xanım adlı qızı vardı. == İstinadlar == == Mənbə == Ənvər Çingizoğlu, Qacarlar və Qacar kəndi, Bakı, "Şuşa", 2008, 334 səh.
Fətəli mirzə Qovanlı-Qacar
Fətəli mirzə Rzaqulu mirzə oğlu Qovanlı-Qacar (15.3.1854-?) — çar ordusunun podpolkovniki. == Həyatı == Fətəli mirzə Rzaqulu mirzə oğlu 15 mart 1854-cü ildə Şuşa şəhərində anadan olmuşdu. Ailə təlim-tərbiyəsi, təhsili almışdı. Rus ordusunda xidmət etmişdi. Xidmətə 22 may 1877-ci ildə Qafqaz leyb-qvardiyasının 4-cü eskadronunda kornet kimi başlamışdı. Fətəli mirzə Qacar 1877–1878-ci illərdə rus-Osmanlı müharibəsində iştirak etmişdi. Döyüş zolağı boyu bir neçə istiqamətdə vuruşmuşdu. Fətəli mirzə Qacar 9 iyul 1878-ci ildə 4-cü dərəcəli "Müqəddəs Anna" ordeni ilə təltif edilmişdi. Açıq bürüncü medalla mükafatlandırılmışdı. Fətəli mirzə Qacar 30 avqust 1879-cu ildə poruçik rütbəsi almışdı.
Fətəli xan Qovanlı-Qacar
Fətəli xan Qovanlı-Qacar (1686 – 1726) — Qacar xanı, Astrabad və Mübarəkabad hakimi. == Həyatı == Fətəli bəy Şahqulu xan oğlu Astrabad civarında doğulmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Oymaqlarına başçılıq etmişdi. Fətəli bəy Şah Sultan Hüseyndən öncə sultan, sonra xan ünvanı almışdı. Fətəli xan Mübarəkabad qalasının hakimi olmuşdu. Qəzvin hakimi Məhəmməd xan Türkman və vəziri Əhməd sultan onu tutmaq üçün ora gəlir. Fətəli xan yomut türkmənlərinin yanına qaçır. Orda evlənir. Eşidir ki, qardaşlarını qalada öldürüblər.
Fətəli şah Qovanlı-Qacar
Fətəli şah Qacar (1771, Damğan, Simnan ostanı – 23 oktyabr 1834, İsfahan) — Qacar şahı. Əsl adı Baba Xan olub İranda hökm sürən Qacar ​​Xanədanının banisi Ağaməhəmməd şahın qardaşı Hüseynqulu xan Qovanlı-Qacarın oğludur. Əmisi Ağaməhəmməd şah Qacar uşağı olmadığı üçün onu vəliəhd təyin etdi və Fars, Kirman, Yəzd əyalətlərinə vali olaraq göndərdi. Baba Xan əmisi öldürülüncə Farsdan Tehrana gəldi və Fətəli şah adıyla hökmdarlığını elan etdi. Taxta ən yaxın dəstək ordunun böyük bir hissəsi üzərində hakim olan Hacı İbrahim xandan gəldi. Əvvəl 1801-ci ildə Xorasan xanlarını özünə bağlayaraq səltənətini sağlamlaşdıran Fətəli şah çox keçmədən İngiltərə, Fransa və Rusiyanın at oynatdıqları bir rəqabət meydanına çevrilən İranda bəzən bunlardan birinə, bəzən da digərinə dözmək surətiylə varlığını davam etdirdi. Bu rəqabətdən, Fransa və Rusiyanın əməllərinin reallaşmasını önləmək və özləri üçün böyük bir təhlükə olaraq gördükləri əfqanları İranın nəzarəti altında tuta bilmək üçün böyük səy göstərən İngiltərə qazanclı çıxdı. 1801-ci ildə Britaniya və İran arasında siyasi və ticarət müqaviləsi imzalandı. == Həyatı == Baba xan (əsl adı Fətəli xandır. Ulu babasının şərəfinə adlandırılıb) 1769-cu (hicri 1185-ci) ildə Astrabadın Siyahçalında dünyaya gəlib.
Hacı Kərim xan Qovanlı-Qacar
Hacı Kərim xan Məhəmmədibrahim xan oğlu Qovanlı-Qacar (?-1909)—Qacar əyanı, müctəhid, Kərimxani təriqətinin banisi. == Həyatı == Məhəmmədkərim xan Məhəmmədibrahim xan oğlu Kirman şəhərində anadan olmuşdu. Kərim xan kimi tanınırdı. Mükəmməl mədrəsə təhsili almışdı. Seyid Kazım Rəştinin yanında dini elmlərə yiyələnmişdi. Müqəddəs Məkkəyi-mükərrəmi ziyarət etmişdi. Müctəhid idi.Şeyxiyyə məktəbinə mənsub idi. Sonra Kərimxani təriqətini yaratmışdı. Sağlığında bu təriqət Ağayi adlanırdı. Özünü "Dördüncü sütun" ("Rükni-rabe") adlandıran bu şəxsin əqidəsini M. F. Axundzadə kəskin tənqid etmişdir.
Hacı Sasan mirzə Qovanlı-Qacar
Hacı Sasan mirzə Bəhmən mirzə oğlu Qovanlı-Qacar (1832-1905) — Qacar şahzadəsi, vali. == Həyatı == Sasan mirzə Bəhmən mirzə oğlu 1832-ci ildə Tehran şəhərində dоğulmuşdu. Saray təlim-tərbiyəsi, təhsili almışdı. Bəhaüddövlə ləqəbini daşıyırdı. Müqəddəs Məkkəyi-mükərrəmi ziyarət еtmişdi. Nasirəddin şahın оğullarından Sultan Mоinəddin mirzənin və Sultan Hüsеyn mirzə Cəlalüddövlənin lələsi оlmuşdu. Hacı Sasan mirzə 1868-ci ildə Təbrizin valisi оlmuşdu. 1889-cu ildə Hüsеyn xan Mötəmidülməlik Yəhya xan Müşirüddövlə оğlunun əvəzinə Ərak (İranın mərkəzi hissəsinin) qоşunun başçısı təyin еdilmişdi. Hacı Sasan mirzə Bəhaüddövlə 1905-ci ildə vəfat еdib. == Mənbə == Ənvər Çingizoğlu, Qacarlar və Qacar kəndi, Bakı, "Şuşa", 2008, 334 səh.
Harri Qovir Sili
Harri Seeley (ing. Harry Govier Seeley; 18 fevral 1839, London – 8 yanvar 1909, Kensinqton) — Britaniya palentoloqu.
Hava yolu qovşağı
Hava yolları qovşaqları və ya qovşaq airoportları – bir və ya daha çox aviaşirkət tərəfindən sərnişin axını və uçuş əməliyyatlarını müəyyən bir hava limanında cəmləşdirmək üçün istifadə olunur. Sərnişinləri son təyinat məntəqələrinə çatdırmaq üçün transfer (və ya dayanma) nöqtələri kimi xidmət edirlər. Bu hava qovşaqları sisteminin bir hissəsidir. Bir hava yolu şirkəti bir neçə qovşağı olmayan şəhərlərdən hava limanına uçuşlar həyata keçirir və danışılan şəhərlər arasında səyahət edən sərnişinlərin qovşaqdan keçməsi lazımdır. Bu paradiqma, hava yolları şirkətinin (aralıq əlaqə vasitəsi ilə) şəhər cütlərinə xidmət göstərməsinə imkan verən miqyaslı iqtisadiyyatlar yaradır, əks halda iqtisadi cəhətdən fasiləsiz olaraq xidmət göstərilə bilməz. Bu sistem, heç bir qovşağın olmadığı və sözü gedən şəhərlər arasında fasiləsiz uçuşların təklif edildiyi nöqtədən-nöqtəyə modelindən ziddiyyət təşkil edir. qovşaq hava limanları da mənşə və təyinat (O&D) trafikinə xidmət göstərir. == Əməliyyatlar == Qovşaqlar sistemi bir hava yolunun daha az marşrutlara xidmət etməsinə imkan verir, buna görə də daha az təyyarəyə ehtiyac duyulur. Sistem həm də sərnişin yükünü artırır; bir mərkəzdən bir uçuş yalnız mərkəzdən gələn sərnişinləri deyil, həm də çox şəhərlərdən olan sərnişinləri daşıyır. Bununla birlikdə sistem baha başa gəlir.
Hirkan qovağı
Hirkan qovağı - (lat. Populus hyrcana Grossh.) Söyüdkimlər— (Salicaceae Lindl.) fəsiləsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir –VU D2. Qafqazın endemik növüdür. == Qısa morfoloji təsviri == Orta və ya ucaboylu ağacdır. Qabığı ağ bozumtuldur, şahmatşəkilli düzülmüş rombvari çatları vardır. Uzanmış zoğlarının yarpaqları uzunsov –yumurtavari, aşağıdan enli, yuxarıya doğru daralmış ucadan sivri, kənarları bütöv, az-az hallarda azca dilimlidir. Nadir hallarda dilimləri aydın nəzərə çarpır. Yarpaqları 8-10 sm uzunluğunda, 4-7 sm enində olub, üst hissədən tünd-yaşıl, alt hissədən ağ rəngli sıx tükcüklüdür. Qısalmış zoğlarının yarpaqları yumurtavari və ya deltavaridir.
Hüseynqulu Mirzə Qovanlı-Qacar
Hüseynqulu mirzə Müzəffərəddin şah oğlu Qovanlı-Qacar (1884, Təbriz – 1945, Tehran) — şahzadə, əyalət valisi == Həyatı == Hüseynqulu mirzə Müzəffərəddin şah oğlu 1884-cü ildə Təbriz şəhərində anadan olmuşdu. Saray təhsili almışdı. Nüsrətüssəltənə ləqəbi almışdı. Hüseynqulu mirzə orduda xidmət etmişdi. Əmir tuman rütbəsi daşıyırdı. 1897-ci ildə Tehranın valisi olmuşdu. 1905-ci ildə atasının məiyyətində Avropaya getmişdi. Hüseynqulu mirzə 1945-ci ildə vəfat edib. Hüseynqulu mirzənin törəməsi Nüsrət-Müzəffəri soyadını daşıyırlar. Hüseynqulu mirzə Əzəmsəltənə xanım (Valiə Zəndşahi) ilə ailə qurmuşdu.
Hüseynqulu xan Qovanlı-Qacar
Hüseynqulu xan Qovanlı-Qacar (1751-1775) — Qacar sərkərdəsi, Fətəli şahın atası. == Həyatı == Məhəmmədhəsən xanın ikinci oğlu Hüseynqulu xan 1751-ci ildə Astrabad civarında dünyaya gəlmişdir. Hüseynqulu xan Kərim xan Zənd tərəfindən Damğanın hakimi olmuşdu. Sonra qiyam qaldırıb müstəqilliyini elan etmişdi. Polkovnik Qold Smit Hüseynqulu xanın öldürülməsi barədə belə yazır: "Kərim xan Zənd gördü ki, Cahansuz şahın öhdəsindən gələ bilmir. Onun üstünə qoşun çəkəsi olsa, gərək milyonlarla pul xərcləyə və özü də Astarabada gedə. Ona görə qərara gəldi ki, bir nəfər qatil göndərsin. Ona görə Əli xan Dəvəlini hüzuruna çağırıb ona dedi: "Nə qədər pul istəsən, sənə verəcəyəm, bu şərtlə ki, Hüseynqulu xanı öldürəsən. Ona tapşırdı ki, Astarabada çatanda özünü ipək taciri kimi qələmə versin". Əli xan Dəvəli-Qacar Hüseynqulu xanın qan düşmənlərini tapıb başına topladı.
Hüseynqulu xan Qovanlı-Qacar (kitab)
Hüseynəli mirzə Qovanlı-Qacar
Hüseynəli mirzə Qovanlı-Qacar (1788-1835) — Qacar şahzadəsi, vali. == Həyatı == Hüseynəli mirzə Qovanlı-Qacar (anası Bədircahan xanım Məhəmmədcəfər xan qızı Ərəb) 1788-ci ildə dünyaya gəlmişdi. Mədrəsə təhsili almışdı. Fərmanfərma ləqəbi daşıyırdı. 1801-ci ildə Fars əyalətinə vali təyin olunmuşdu. Şiraz əyaləti iki qardaş; Hüseynəli mirzə ilə Həsənəli mirzənin nəzarətində idi. Bu iki qardaş çox var-dövlət toplamış və yavaş-yavaş mərkəzə qarşı çıxmağa başlamışdılar. Mərkəzə ödəmələri gərəkən vergini bütün ixtarlara baxmayaraq ödəmirdilər. Şah onarlı yerində oturtmaq üçün öz ordusu ilə Şiraza səfər etmək istədi. 1829-cu ilin yayında Şah öz ailə üzvləri və ordusu ilə Şiraza yollandı.
Həsən xan Qovanlı-Qacar
Həsən xan Əmir Məhəmməd xan oğlu Qovanlı-Qacar (1785, Qəzvin – 1856, Tehran) — Rusiya-Qacar savaşlarının qəhrəmanlarından biri, sərkərdə, ordu sərdarı (general), Qacar dövlətinin məmuru, canişin == Həyatı == Həsən xan Əmir Məhəmməd xan oğlu 1785-cı ildə Qəzvin şəhərində doğulmuşdu. Ailə təlim-tərbiyəsi almışdı. Fətəli şah Qovanlı-Qacarın Qulami-Xas qoşunlarında xidmətə başlamış, Rusiya-Qacar müharibəlıribdə iştirak etmiş, "Sarı Aslan" ləqəbi qazanmışdı. Həsən xan Qacar ordusunda şərəflə xidmət edib, igidlik göstərdiyinə görə Əmir Teymurun şəxsi qılıncı ilə təltif edilmişdi. Qardaşı Sərdar (general) Hüseynqulu xan Qacar – Qəzvini İranın fəxri sayılırdı. Hər iki qardaş 1828-ci il fevralın 10-da Türkmənçay Sülh Müqaviləsinin XII maddəsinə əsasən rus çarı I Nikolayın əmrilə bütün əmlak və var dövlətdən məhrum edilib. Bu maddəyə əsasən İrəvanın sabiq rəhbəri sərdar Hüseyn xan, onun qardaşı Həsən xanın və Naxçıvanın sabiq hakimi Kərim xanın Arazın hər iki kənarındakı yerləri, var – dövləti Rusiya İmperiyasının ixtiyarına keçdi. 1804-cü ildə ruslar İrəvanı istila etmək fikrinə düşərkən Cəfərqulu xan Dünbüli də onlara qoşuldu. On min piyada və süvarini Qacar Ordusu ilə birləşdirdi. O vaxt yüzbaşı olan Həsən xan ordusunu yüksəklikdə yerləşdirib, böyük şücaətlər göstərərək rus ordusunu geriyə qovdu və təqib etdi.
Həsənəli mirzə Qovanlı-Qacar
Həsənəli mirzə Qovanlı-Qacar (1789-1855) — İran şahzadəsi, vali. == Həyatı == Fətəli şahın altıncı oğlu Həsənəli mirzə (anası Bədrcahan xanım) 1789-cu ildə anadan olmuşdu. Saray təhsili almışdı. Şücaəssəltənə ləqəbinə layiq görülmüşdü. 1815-ci ildən Yəzd, Kirman və Şiraz əyalətlərini idarə etmişdi. Həsənəli mirzə asi Hacı Firuz mirzənin qiyamını yatırmışdı. Sonra Xorasanda baş vermiş üsyan ocağanı söndürmüşdü. Atası vəfat edəndən sonra doğma qardaşı Hüseynəli mirzəni taxt-tac uğrunda gedən mübarizədə müdafiə etdiyinə görə Məhəmməd şah tərəfindən kor edilib Ərdəbildə gözaltına alınmışdı. Həsənəli mirzə 1855-ci ildə vəfat edib. == Ailəsi == Həsənəli mirzə Murtuzaqulu xan Qovanlı-Qacarın qızı ilə, İbrahim xan Dəvəli-Qacarın qızı ilə, İshaq xan Türbətinin qızı ilə, Qumlu bir xanımla ailə qurmuşdu.
I Əliqulu mirzə Qovanlı-Qacar
I Əliqulu mirzə Fətəli şаh оğlu Qovanlı-Qacar (7 dekabr 1822-14 dekabr 1880) — İran şahzadəsi, maarif naziri. == Həyatı == Əliqulu mirzə Fətəli şаh оğlu (аnаsı Gülpirхаn хаnım gürcü) 7 dekabr 1822-ci ildə Tehran şəhərində аnаdаn оlmuşdu. Mükəmməl saray təhsili almışdı. Etizadəssəltənə ləqəbi daşıyırdı.Nasirəddin şahın dövründə İranın maarif naziri olmuşdu. Bir neçə elmi-tədris kitabının müəllifidir. Əliqulu mirzə 14 dekabr 1880-ci ildə vəfat edib. == Ailəsi == Əliqulu mirzə Fəxricahan xanım Avşarla, Tacmah xanım və Mahsultan xanımla ailə qurmuşdu. Abbasqulu mirzə adlı oğlu vardı. == Mənbə == Ənvər Çingizoğlu, Qacarlar və Qacar kəndi, Bakı, "Şuşa", 2008, 334 səh.
Kamran mirzə Qovanlı-Qacar
Kamran mirzə Nasirəddin şah oğlu Qovanlı-Qacar (22 iyul 1856, Gilan ostanı – 15 aprel 1929, Tehran) — Nasirəddin şahın oğlu, Qacarlar dövlətinin hərbi, sonra baş naziri == Həyatı == Kamran mirzə Nasirəddin şah oğlu 22 iyul1856-cı ildə Tehran şəhərində anadan olmuşdu. Mükəmməl saray təhsili almışdı. Sonra Avropada təhsilini davam etdirmişdi. 1861-ci ildən Paşa xan Əminilmülkün himayəsində, Tehran hakimi Firuz mirzə Nüsrətüddövləni əvəz edir. 1867-ci ildə Nasirəddin şah Xorasana səfər edərkən on bir yaşlı Kamran mirzəni öz yerinə qoydu. On üç yaşında Kamran mirzə artıq Naibüssəltənə tituluna layiq görüldü. Həmin il ona Əmiri — Kəbir ləqəbi də verildi. Bundan sonra Nasirəddin şahın bütün səfərlərində onun yerinə taxta əyləşirdi. Sonra Nəsrəddin şah Tehran (1860–1861 və 1875–1876-cı illərdə), Qəzvin, Gilan (1878–1884-cü illərdə), Mazandaran (1878–1884-cü illərdə), Dəmavənd, Firuzkuh, Qum, Kaşan, Savə, Məlayer, Tuysərkan, Nəhavənd, Astarabad, Şahrud, Bəstam, Damğan, Simnan əyalətlərinin idarə olunmasını Kamran mirzəyə tapşırmışdı. Kamran mirzə bütün İran qoşunlarına komandanlıq etmişdi.
Kanada qovağı
Lava qovuqcuqları
Lava qovuqcuqları (rus. пузыри лавовые, ing. lava vesicles) - lavalarda dairəvi, silindrik, linzavari, yaxud qeyri-müəyyən formalı boşluqlar; lavanın soyuması zamanı buxarın və qazların ondan ayrılması nəticəsində əmələ gəlir.

qov sözünün leksik mənası və izahı

  • 1 is. Bəzi ağaclarda ur kimi çıxan və xüsusi üsulla qurudulub hazırlandıqdan sonra, polad parçasının çaxmaq daşına çaxılmasından hasil olan qığılcımdan alışan pambığaoxşar yumşaq maddə. Qasım kişi çaxmağı daşa vurub qovu yandırır, basır çubuğa. C.Məmmədquluzadə. [Baba] qovu çaxmaq daşı ilə alışdırıb çubuğu yandırdı. Çəmənzəminli. Qazma dama girib, çaxmaq çaxıb qov alışdırdı. M.Rzaquluzadə.

    Azərbaycan dilinin izahlı lüğəti / qov
  • 2 Bəzi ağaclarda ur kimi çıxan və xüsusi üsulla qurudulub hazırlandıqdan sonra, polad parçasının çaxmaq daşına çaxılmasından hasil olan qığılcımdan alışan pambığaoxşar yumşaq maddə. (“Koroğlu” dastanının lüğəti) Dinib danışdığı davadır, dovdur, Söndürən ruzgardır, yandıran qovdur,                                   (“Eyvazın Çənlibelə gətirilməyi”)

    Azərbaycan dastanlarının leksikası / qov

qov sözünün etimologiyası

  • 1 Qov ilanın bədənindən ayrılmış qabığına deyirlər. Qabıq (dəri) sözü ilə qohumdur. Qova “dəridən qab”, qovak isə “dağarcıq” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti) Çaxmaq daşından istifadə edərək od almaq üçün vasitənin (materialın) adıdır (trut). Göy (yanmaq) feilinin bir qədər dəyişmiş formasıdır, “yanan” (tez od alan) deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / qov

qov sözünün omonimləri (çox mənalı sözlər)

  • 1 QOV I is. Tez alışan yumşaq maddə. Çaxmaq daşına qov qoyub çəkdi (M.İbrahimov). QOV II f. Çıxıb getməyə, rədd olmağa məcbur etmək. Atam müfti idi, mən artistliyə gedəndə qovdu məni evdən (Anar).

    Azərbaycan dilinin omonimlər lüğəti / qov

qov sözünün rus dilinə tərcüməsi

qov sözünün inglis dilinə tərcüməsi

qov sözünün fransız dilinə tərcüməsi

qov sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. къав (бязи ттарарал жедай, чахмахдин цӀверекдикай цӀай кьадай памбагдиз ухшар хъуьтуьл затӀ).

    Azərbaycanca-ləzgicə lüğəti / qov

qov sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dilinin dialektoloji lüğəti.

(Qax) taxıl tökmək üçün içi ovulmuş taxta qutu

Azərbaycan dilinin dialektoloji lüğəti.

"qov" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#qov nədir? #qov sözünün mənası #qov nə deməkdir? #qov sözünün izahı #qov sözünün yazılışı #qov necə yazılır? #qov sözünün düzgün yazılışı #qov leksik mənası #qov sözünün sinonimi #qov sözünün yaxın mənalı sözlər #qov sözünün əks mənası #qov sözünün etimologiyası #qov sözünün orfoqrafiyası #qov rusca #qov inglisça #qov fransızca #qov sözünün istifadəsi #sözlük