qovşağı sözü azərbaycan dilində

qovşağı

Yazılış

  • qovşağı • 82.1048%
  • Qovşağı • 17.8952%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Su qovşağı
Çayın və ya kanalın üstündə qurulmuş bir sıra hidrotexniki qurğulardır. Su qovşağında SES-in binaları, bənd, suyığan və suburaxan qurğular, kanallar, şlüzlər və su anbarı daxildir.
Hava yolu qovşağı
Hava yolları qovşaqları və ya qovşaq airoportları – bir və ya daha çox aviaşirkət tərəfindən sərnişin axını və uçuş əməliyyatlarını müəyyən bir hava limanında cəmləşdirmək üçün istifadə olunur. Sərnişinləri son təyinat məntəqələrinə çatdırmaq üçün transfer (və ya dayanma) nöqtələri kimi xidmət edirlər. Bu hava qovşaqları sisteminin bir hissəsidir. Bir hava yolu şirkəti bir neçə qovşağı olmayan şəhərlərdən hava limanına uçuşlar həyata keçirir və danışılan şəhərlər arasında səyahət edən sərnişinlərin qovşaqdan keçməsi lazımdır. Bu paradiqma, hava yolları şirkətinin (aralıq əlaqə vasitəsi ilə) şəhər cütlərinə xidmət göstərməsinə imkan verən miqyaslı iqtisadiyyatlar yaradır, əks halda iqtisadi cəhətdən fasiləsiz olaraq xidmət göstərilə bilməz. Bu sistem, heç bir qovşağın olmadığı və sözü gedən şəhərlər arasında fasiləsiz uçuşların təklif edildiyi nöqtədən-nöqtəyə modelindən ziddiyyət təşkil edir. qovşaq hava limanları da mənşə və təyinat (O&D) trafikinə xidmət göstərir. == Əməliyyatlar == Qovşaqlar sistemi bir hava yolunun daha az marşrutlara xidmət etməsinə imkan verir, buna görə də daha az təyyarəyə ehtiyac duyulur. Sistem həm də sərnişin yükünü artırır; bir mərkəzdən bir uçuş yalnız mərkəzdən gələn sərnişinləri deyil, həm də çox şəhərlərdən olan sərnişinləri daşıyır. Bununla birlikdə sistem baha başa gəlir.
Naxçıvan su qovşağı
Naxçıvan su qovşağı — Azərbaycanın Babək rayonunda (Naxçıvan), Naxçıvançay üstündə bənd tipli hidrotexniki qurğu. Vayxır kəndi yaxınlığındadır. 1973-cü ildə istifadəyə verilmişdir. Sukeçirmə qabiliyyəti 274 m3/san-dir. Naxçıvan su qovşağından magistral kanallar çəkilmişdir. Kanallardan Uzunoba və Sirab su anbarlarına da su verilir. Naxçıvan su qovşağından 30 min hektardan çox sahənin suvarılmasında istifadə olunur.
Sərsəng su qovşağı
Sərsəng su anbarı — Azərbaycana məxsus 1976-cı ildə Tərtərçayın üzərində, keçmiş Ağdərə, indiki Tərtər rayonu ərazisində , inşa edilmiş su anbarı. Onun ümumi su tutumu 560 mln m³, bəndinin hündürlüyü isə 125 m-dir. Sərsəng su anbarı respublikada bəndinin hündürlüyünə görə ən hündür bəndli su anbarlarından biridir. Sərsəng su anbarı hazırda Tərtər (keçmiş Ağdərə) rayonu ərazisində yerləşir. Sərsəng su anbarı respublikanın 6 rayonunun (Tərtər, Ağdam, Bərdə, Goranboy, Yevlax və Ağcabədi) 100 min hektara yaxın torpaq sahəsini suvarma suyu ilə təmin edirdi. Yalnız Sərsəng su anbarının işğalı nəticəsində 100 min hektar sahədə kənd təsərrüfatı bitkilərinə suvarma suyunun verilməməsi respublikanın bu regionuna əvəz olunmaz zərər vurmuşdur. Hazırda su anbarına və onun qurğularına işğal altında 10 ildən artıq müddətdir ki, texniki xidmət göstərilmədiyi üçün o qəza vəziyyətindədir. Bu səbəbdən Sərsəng su anbarı onun aşağı byefində yerləşən əhali üçün ciddi təhlükə yaradır. Lakin anbarın işğaldan azad olunması onun yenidən işlək vəziyyətə gətirilməsi üçün şərait yaradır. 26 fevral 1993-cü ildə ermənilər Sərsəng su anbarının ətrafını tutmaqla, Tərtər–Kəlbəcər yolunu kəsib.
Bakı şəhər telefon qovşağının binası
Bakı şəhər telefon qovşağının binası — Bakıda Üzeyir Hacıbəyov küçəsi, 48 ünvanında, 1912-ci ildə inşa edilmiş üç mərtəbəli inzibati bina. Binanın memarı Nikolay Marçenkodur. Bina Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. == Haqqında == Bina 1912-ci ildə Nikolay Marçenko tərəfindən modern üslubda tikilib. Binanın yerləşdiyi küçə 1923-cü ilə qədər Birjevaya adlanıb. Sovet işğalından sonra isə küçəyə "Sülh" adı verilib. 1949-cu ildən etibarən küçə Üzeyir Hacıbəyovun adını daşıyır. Sovet İttifaqının dövründə binanın dam örütüyü, damındakı saat və balkonları götürülüb. Müstəqillikdən sonra isə 2 avqust 2001-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. Bir müddət Bakı şəhər telefon qovşağının binası kimi fəaliyyət göstərib.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 7.68 dəfə / 1 mln.
2002 •••••••••••• 10.28
2003 •••••• 4.72
2004 ••••• 4.04
2005 ••••••••• 7.42
2006 •••••• 4.50
2007 ••••••• 5.71
2008 ••••••••••• 9.01
2009 ••••••••••• 8.80
2010 ••••••• 5.54
2011 •••••••• 6.09
2012 ••••••• 5.94
2013 •••••••• 6.42
2014 •••••••• 6.18
2015 •••••••••••• 9.87
2016 ••••••••••••• 10.41
2017 ••••••••••• 8.78
2018 •••••••••••••••••••• 17.23
2019 •••••••••• 8.07
2020 ••••••••••• 8.62

"qovşağı" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#qovşağı nədir? #qovşağı sözünün mənası #qovşağı nə deməkdir? #qovşağı sözünün izahı #qovşağı sözünün yazılışı #qovşağı necə yazılır? #qovşağı sözünün düzgün yazılışı #qovşağı leksik mənası #qovşağı sözünün sinonimi #qovşağı sözünün yaxın mənalı sözlər #qovşağı sözünün əks mənası #qovşağı sözünün etimologiyası #qovşağı sözünün orfoqrafiyası #qovşağı rusca #qovşağı inglisça #qovşağı fransızca #qovşağı sözünün istifadəsi #sözlük